Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə31/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   27   28   29   30   31   32   33   34   ...   108

Ədəbiyyat söhbətləri 
 
109
ehtiyac yoxdur. Yalnız bir faktı xatırlatmaq kifayətdir ki, 20-ci, 
30-cu illərdə o, yeddi redaktor dəyişmişdi: Tağı Şahbazi (1923), 
Cəlil Məmmədzadə (1924-1926), Ruhulla Axundov (1927-
1928), Mustafa Quliyev (1929-1931), Müseyib Şahbazov (1932-
1933), Hacıbaba Nəzərli (1934) və Məmmədkazım Ələkbərli 
(1934-1936). Məlum illərdə «Maarif və mədəniyyət», «Inqilab 
və mədəniyyət», eləcə də «Revolyusiya və kultura»nın redaktor-
ları olmuş bu şəxslərin məşhurlarının (Tağı Şahbazi, Ruhulla 
Axundov, Mustafa Quliyev, Hacıbaba Nəzərli və Məmməd-
kazım Ələkbərli) 1938-ci ildə güllələnməsi ədəbiyyat cəbhəsin-
də necə amansız «mübarizə» getdiyi barədə aydın təsəvvür yara-
dır. Və bu təsəvvürü həm genişləndirən, həm də dəqiqləşdirən 
bir fakt da var ki, jurnal bəzi illərdə ümumiyyətlə redaktorsuz 
nəşr olunmuşdur. 
Əlbəttə, 20-ci, 30-cu illərdə jurnalda hansı ədəbiyyat 
adamlarının daha çox çap edildiyi istər dövrün tələbləri, istərsə 
də bütövlükdə Azərbaycan ədəbiyyatının tarixi baxımdan maraq 
doğurmaya bilməz… 
Yeri gəlmişkən, nə yaxşı ki, bu gün istifadəmizdə «Azər-
baycan» jurnalının iki biblioqrafik göstəricisi mövcuddur ki, 
onlardan birincisini Rasim Tağıyev (1973), ikincisini isə Əmin 
Əfəndiyev (2004) hazırlamışlar. Əgər bu dəyərli əsərlər olmsay-
dı, yəqin ki, jurnalın «tərcümyei-hal»ı barədə konkret faktlara 
əsaslanaraq bəhs açmaq çox çətin olardı. Müxtəlif əlifbalarda 
nəşr edilmiş, ölkəmizin «heç bir arxiv və kitabxanasında tam 
kompleksi saxlanılmayan jurnal»ın (Əmin əfəndiyev) biblio-
qrafik göstəricilərinin yaradılmasının nə qədər əhəmiyyətli iş 
olduğunu «Azərbaycan»ın baş redaktoru Intiqam Qasımzadə 
«Azərbaycan» -80. Biblioqrafik göstərici» kitabına yazdığı ön 
sözdə belə qiymətləndirmişdir: 
… «Azərbaycan» jurnalı ədəbiyyatımızın güzgüsüdür 
desək, zənnimcə, yanılmarıq. Söz sənəti ilə məşğul olan qələm 
sahiblərinin neçə-neçə nəslinin axtarışları da, uğurları da, büdrə-
mələri də bu güzgüdə əksini tapmışdır. Bu mənada «Azərbay-


Nizami Cəfərov 
 
110
can» jurnalının nüsxələri ədəbiyyatımızın tarixini öyrənən hər 
bir kəs üçün – istər tədqiqatçı-alim, istər tələbə, istərsə də adi bir 
oxucu üçün əvəzsiz bir mənbə, zəngin bir xəzinədir. Lakin bu 
xəzinəyə baş vurmaq, oradan istədiyini axtarıb tapmaq o qədər 
də asan iş deyil, müşkül məsələdir, aylar, bəzən isə, hətta illərlə 
vaxt tələb edir. Bu kitab həmin xəzinənin etibarlı açarı, dəqiq-
liklə çəkilmiş əhatəli xəritəsidir»… 
Və həmin biblioqrafik «xəritə» göstərir ki, 20-ci, 30-cu 
illərdə Azərbaycan ədəbiyyatının ön sıralarında poeziyada Hü-
seyn Cavid, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Əli Nəz-
mi, Hacıkərim Sanılı, Əhməd Cavad, Mikayıl Rəfili, Abdulla 
Faruq, Əbdülbaqi Fövzi, Hüseyn Natiq, Səməd Vurğun, Şəm-
səddin Abbasov, Mikayıl Müşfiq, Adil Əfəndizadə, Süleyman 
Rüstəm, Hikmət Əlizadə, Osman Sarıvəlli, Cəfər Xəndan, Rəsul 
Rza, Əkrəm Cəfər, Məmməd Rahim, Mirvarid Dilbazi, Nigar 
Rəfibəyli və b.; nəsrdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim 
bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Süleyman Sani 
Axundov, Abdulla Şaiq, Seyid Hüseyn, Məmməd Səid Ordu-
badi, Hacıbaba Nəzərli, Qantəmir, Tağı Şahbazi (Simurq), 
Mehdi Hüseyn, Əbülhəsən, Mirzə Ibrahimov, Əli Vəliyev, Yusif 
Şirvan, Sabit Rəhman, Mir Cəlal, Ənvər Məmmədxanlı və b.; 
dramaturgiyada Hüseyn Cavid, Cəfər Cabbarlı, Hacıbaba 
Nəzərli və b.; tənqid və ədəbiyyatşünaslıqda isə Yusif Vəzir 
Çəmənzəminli, Salman Mümtaz, Əmin Abid, Abdulla Şaiq, 
Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Ismayıl Hikmət, Seyid 
Hüseyn, Mustafa Quliyev, Mikayıl Rəfili, Əli Hüseynzadə, 
Məmmədkazım Ələkbərli, Cabbar Əfəndizadə, Əli Nazim, 
Hidayət Əfəndiyev, Əziz Şərif, Səməd Vurğun, Mehdi Hüseyn, 
Məmməd Arif, Mir Cəlal və b. getmişlər. 
1934-cü ildə «Ədəbiyyat qəzeti» çıxana qədər, yəni on il 
ərzində jurnal, təsadüfi nəşrləri nəzərə almasaq, ədəbi prosesin 
yükünü təkcə daşımalı olmuş, sonrakı illərdə də öz «Epos missi-
yası»nı saxlamış, demək olar ki, milli ədəbi təfəkkürün taleyi ilə 
bağlı əsas məsuliyyət onun üzərinə düşmüşdür. Və mürəkkəb 


Ədəbiyyat söhbətləri 
 
111
ideoloji «döyüş»lərin getdiyi bu illərin bir mühüm hadisəsi də 
Azərbaycan Yazıçılar Ittifaqının (Birliyinin) yaradılması idi. 
1938-ci ildə (və yeni nəslin klassiki Mirzə Ibrahimovun 
redaktorluğu ilə) jurnal öz «tərcümeyi-hal»ın ikinci dövrünə 
qədəm qoyur ki, bu dövr, fikrimizcə, 1953-cü ilə qədər davam 
edir… Həmin illər siyasi repressiya ehtiraslarının müəyyən 
qədər soyuması, II Dünya müharibəsinin həm ön, həm də arxa 
cəbhələrində (və dünyadan kənarda, yalnız Sovetlər Birliyinin 
siyasi-ideoloji hüdudları dairəsində!) gedən ölüm-dirim mübari-
zələri, müharibədən sonra isə «sosializm quruculuğu» iddiaları-
nın ictimai (və fərdi) həyatın hər bir sahəsinə müdaxiləsi ilə 
seçilir. 
Akademik Bəkir Nəbiyev 1936-cı ildə jurnalın adının rus-
laşdırılaraq «Revolyusiya və kultura»ya çevrilməsini, tamamilə 
doğru olaraq, «30-cu illər repressiyasının tərkib hissəsi» sayır, 
lakin görkəmli ədəbiyyatşünasın bunun ardınca söylədiyi belə 
bir fikirlə razılaşmaq çətindir ki, guya «Vətən uğrunda!» -
jurnalın adları arasında özünü ən çox doğruldan başlıqlardan biri 
oldu və Böyük Vətən müharibəsinin amansız möhürünü 1946-cı 
ilin əvvəllərinə qədər özündə təsbit etdi». Hər şeydən əvvəl ona 
görə ki, bu ad da milli ədəbi-ictimai maraqlarla hesablaşılmadan 
«yuxarılar»ın təzyiqi ilə qoyulmuşdu. Və zahirən nə qədər xoş 
səslənsə də, məlum siyasi-ideoloji mövqeyi əks etdirirdi. 
Jurnal «tərcümyei-hal»ının ikinci dövründə həyatını rep-
ressiya təhlükəsindən xilas etməyə «müvəffəq olmuş» qələm 
əhli ilə yanaşı, ədəbiyyata yeni gələn gənclərə əsaslanmağa baş-
lasa da, ona Mirzə Ibrahimov (1938-1941), Məmməd Arif 
(1942-1946), Mehdi Hüseyn (1946-1950), Əbülhəsən (1952-
1953) kimi artıq kifayət qədər təcrübəli «sovet sosialist yazıçı-
ları»nın rəhbərlik etməsi o demək idi ki, birinci dövrdə – 20-ci, 
30-cu illərdə gərgin mübarizə şəraitində müəyyənləşmiş ədəbi 
metod-sosializm realizmi öz mövqeyini daha da möhkəmlən-
dirərək, hökmünü daha geniş miqyasda yaymaq iddiasındadır. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə