Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə13/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   9   10   11   12   13   14   15   16   ...   108

Nizami Cəfərov 
 
44
nüfuzlu alimlərin böyük maraq göstərmələrini yüksək dəyərlən-
diriblər. 
Professor Robert Hoyland tədbir iştirakçılarına Mərkəzin 
yaranma tarixindən danışıb və onun ərsəyə gəlməsində həmkarı 
professor Nərgiz Paşayevanın xüsusi əməyinin olduğunu diqqətə 
çatdırıb. O, konfransın əhəmiyyətini qeyd edib və Mərkəz 
tərəfindən görülən işlər haqqında məlumat verib. 
Professor Nərgiz Paşayeva belə bir tədbirin keçirilməsin-
dən böyük məmnunluq duyduğunu bildirib. N.Paşayeva deyib: 
«Artıq bir neçə ildir ki, mənim peşəkar həyatımda yeni bir 
mərhələ başlayıb. Bu, Oksford Universiteti ilə qurulan, rəsmi 
statusa malik və artıq Universitetin bir hissəsi kimi qəbul olunan 
Nizami Gəncəvi adına Mərkəzin yaradılmasıdır. 
Daha sonra N.Paşayeva XX əsrdə Azərbaycan elminin 
keçdiyi mürəkkəb tarixi inkişaf dövrünə nəzər yetirib. Xüsusi 
olaraq vurğulayıb ki, humanitar elmlər kommunist ideologiyası-
nın ciddi təzyiqlərinə məruz qalsa da, o dövrdə Azərbaycan 
alimləri dəyərli elmi əsərlər yaratmağa müvəffəq olublar. O 
zamanlar xüsusilə türkologiya, etnogenez, Azərbaycanın milli-
mədəni mənsubiyyətini, zəngin tarixini araşdıran tədqiqatlara 
qarşı sovet ideologiyası tərəfindən yaradılan süni maneələr bu 
araşdırmaların dünya elmi səviyyəsinə çıxarılmasına əngəl törə-
dib. Həmçinin elmi tutuma malik olan nəzəri kitablar Avropa 
dillərinə tərcümə edilməyib. 
Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı bir 
çox məsələlərin hazırda dünya elmi ictimaiyyəti üçün böyük 
maraq doğurduğunu vurğulayan N.Paşayeva deyib: «Ümid edi-
rəm ki, biz, Oksford Universitetinin Nizami Gəncəvi adına Mər-
kəzi vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında 
dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara 
cavab tapa biləcəyik». 
Və həmin konfransda dünyanın müxtəlif ölkələrindən olan 
mütəxəssislər aktual mövzularda məruzələr edib müzakirələr 
aparmışlar. 


Ədəbiyyat söhbətləri 
 
45
Bir il sonra – 2016-cı ilin iyun ayının 11-də Oksford Uni-
versitetinin ən qədim kolleclərindən olan «Brasenose» kollecin-
də «Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)» mövzusunda növbəti 
konfrans keçirildi ki, həmin konfransda Oksford Universitetin 
Şərqşünaslıq Institutunun və Nyu-York Universitetinin aparıcı 
professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin 
Ingiltərə tərəfdən rəhbəri Robert Hoyland, Moskva Dövlət Uni-
versitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, 
Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbay-
can tərəfdən rəhbəri, professor Nərgiz Paşayeva, Oksford Uni-
versitetinin Şərqşünaslıq fakültəsinin aparıcı professoru Edmund 
Hertsiq, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeolo-
giyası üzrə professoru, Oksford və Tübingen universitetinin 
mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq 
Institutu və Romaşünaslıq təbliği Cəmiyyətinin şura üzvü pro-
fessor Eberhard Zauer, Rusiyanın Elmlər Akademiyasının ipək 
və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana 
Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində 
arxeologiya departamentinin rəhbəri, professor Murtazəli Hacı-
yev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim 
Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütə-
xəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, doktor Irina 
Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin 
Bərdə Arxeoloji Ekspedisiyasının (AEB) aparıcı arxeoloqu, 
«Brasenose» kollecinin üzvü, doktor Pol Vordsvors, Pensilvani-
ya universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi, aspirant 
Lara Fabian, Kanadanın Saskatçevan və Ingiltərənin Durham 
universitetlərinin aspirantı Kristen Hopper və Oksford şəhərində 
yerləşən Ətraf Mühitin Idarə olunması təşkilatının aparıcı arxeo-
loqu Çarlz de Kesne iştirak edirdilər. Beləliklə, tədbirdə Oksford 
Universitetinin alimləri ilə bərabər, Şotlandiyanın Sent Andryus 
Universitetindən, ABŞ-ın Harvard və Pensilvaniya Universitet-
lərindən, həmçinin Rusiya Elmlər Akademiyasından gələn alim-
lər də çıxış etmişlər. 


Nizami Cəfərov 
 
46
Həmin konfransda akademik Nərgiz Paşayevanın dediyi 
aşağıdakı sözlər böyük maraq doğurmaqla yanaşı, doğrudan da, 
tarixi əhəmiyyət daşıyır: 
«Bizim gözləntilərimiz, planlarımız və ümidlərimiz çox 
böyükdür və biz Nizami Gəncəvi Mərkəzinin bu 5 illik elmi-
tədris proqramını birdəfəlik təşəbbüs və keçici mərhələ kimi 
nəzərdə tutmamışıq və tutmuruq. Həqiqət ondan ibarətdir ki, bir 
çox elmi-nəzəri məsələlər, problemlər uzaq keçmişdən bu günə 
qədər öz həllini gözləyir. Qeyd etmək lazımdır ki, Sovet dövrün-
də elmi metodologiya təhrif olunmuş bir sistem kimi fəaliyyət 
göstərirdi. Bir çox hallarda tarixi faktlar dəyişilmiş, həqiqi elmi 
mülahizələr isə vulqar, sosioloji təmayüllərə məruz qalırdı. Mə-
səl üçün, Azərbaycan tarixi haqqında kitablar və dərsliklər yeni-
dən işlənib hazırlanmalıdır. Bu gün bölgəyə (Qafqaza) dünya 
elmi kontekstində böyük bir maraq var. Xəzər ətrafı ərazilər 
həmişə bir çox xalqlar və müxtəlif etnik qruplar ilə zəngin olub. 
II-III əsrlərdə bir-birindən uzaqda olan iki böyük Imperiya ara-
sında, Roma və Çin Imperiyaları arasında bir bağlantı yarandı. 
Bu bağlantıya səbəb bir əşya, bir amil – ipək oldu. Məhz bu 
ticarət ilə bağlı olan amil, demək olar ki, bütün dünyanı birləş-
dirdi, yolları açdı, məlumatlar sıxlaşdı və Qafqaz xalqları daxil 
olmaqla regionun bir çox xalqları bu prosesə qatıldılar. Məlum-
dur ki, etnogenez məsələsi tarixin ən müşkül məsələlərindən bi-
ridir. Alimlər qeyd edir ki, bir xalqın yaranması üçün inkubasiya 
dövrü 500 il davam edə bilər. Beləliklə, suallar az deyil, öyrənil-
məmiş məqamlar da çoxdur. Mən çox şadam ki, biz professor 
Hoylandın rəhbərliyi altında Bərdədə arxeoloji qazıntılar apara-
raq, arxeoloqların, antropoloqların, tarixçilərin, şərqşünasların, 
ədəbiyyatçıların, dilçi alimlərin müştərək köməkliyi və əməyi ilə 
bu boşluqları doldura bilərik. Okfsord kimi məşhur elm ocağın-
da bu əhəmiyyətli işin görülməsinin xüsusi dəyəri, çəkisi var. 
Özüm haqqında bircə onu deyə bilərəm ki, 34 ildir ki, mən 
universitetdə çalışıram və üç böyük universitet – Bakı Dövlət, 
Moskva Dövlət və son üç ildə isə möhtəşəm Oksford universi-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə