Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə11/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   7   8   9   10   11   12   13   14   ...   108

Ədəbiyyat söhbətləri 
 
37
Gəncəvinin məhz Azərbaycan şairi, Azərbaycan xalqının övladı 
olması həqiqətinin Stalinin həmin məşhur sözlərindən gəlmədi-
yini sübut edən üç ciddi arqument göstərdi: 
Birincisi odur ki, nizamişünaslığın hələ orta əsrlərdən 
başlayan zəngin tarixi var və bu tarix dahi şairin azərbaycanlı 
olduğuna heç bir şübhə yeri qoymur;  
İkincisi, dünya şöhrətli şərqşünaslar Vasili Bartold, Aqa-
fangel Krımski, Yuri Marr kimi Yevgeni Bertels də Nizaminin 
Azərbaycan şairi olduğu qənaətinə Stalinin hökmü ilə deyil, öz 
elmi araşdırmalarının nəticəsi olaraq gəlmişlər; 
Üçüncüsü isə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradı-
cılarından olan görkəmli ictimai-siyasi xadim, tədqiqatçı alim-
mütəfəkkir, bütün ömrü boyu sovet kommunist ideologiyasına 
(və Stalinə!) qarşı mübarizə aparmış Məhəmməd Əmin Rəsulza-
dənin daha əvvəllər yazıb1951-ci ildə Ankarada nəşr etdirdiyi 
olduqca mükəmməl «Azərbaycan şairi Nizami» monoqrafiyasın-
ın hansı yad məfkurənin və ya metodologiyanın təsiri altında 
yarandığını demək olar?.. 
Nərgiz xanım XX əsrin ortalarından sonra Nizami yaradı-
cılığının əsasən Azərbaycan alimləri tərəfindən öyrənildiyinin, 
daha doğrusu, yeni (və olduqca peşəkar) azərbaycanlı nizamişü-
naslar nəslinin ortaya çıxmasının təsadüfi olmadığını söylədi… 
Rüstəm Əliyev, Azadə Rüstəmova, Nüşabə Araslı, Əlyar Səfərli, 
Xəlil Yusifov, Teymur Kərimli… 
Əlbəttə, nizamişünaslıq araşdırmalarında «ağırlıq mərkə-
zi»nin Azərbaycana keçməsi tamamilə təbii idi. Və bu təbiiliyin 
ən parlaq təzahürü isə, heç şübhəsiz, Oksford Universitetində 
yaradılmış Mərkəzin dahi Azərbaycan şair-mütəfəkkirinin adını 
daşıması, xüsusilə nizamişünaslığı layiq olduğu səviyyəyə 
yüksəltmək üçün qurulmuş beynəlxalq elmi əməkdaşlıqdır… 
Bu yeni miqyas, yeni keyfiyyət və yeni ruh (sinerji!) 
deməkdir… 
Professor Nərgiz Paşayeva Yevgeni Bertelsin «Böyük 
Azərbaycan şairi Nizami» monoqrafiyasının ingiliscə nəşrində 


Nizami Cəfərov 
 
38
zəhməti olmuş hər kəsə minnətdarlıq edəndən sonra maraqlı bir 
məlumat verdi. Dedi ki, neçə gündü Londondayam, bu günlərin 
birində atam Bakıdan zəng eləyib soruşdu ki, nə çox qaldın, nə 
vaxt gələcəksən?.. Mən cavabında «Yevgeni Bertelsin Nizami 
haqqındakı kitabının təqdimatını təşkil eləməklə məşğulam» 
söylədim. O isə heç gözləmədiyimi halda dedi ki, mən Bertelslə 
görüşmüşdüm, bir vaxtlar Bakıda olanda bizə qonaq gəlmişdi… 
Bəli, Yevgeni Bertels mənim babamın – professor Mir Cəlal 
Paşayevin evində qonaq olubmuş…. 
Azərbaycan Respublikası Baş Nazirinin müavini, xalq 
yazıçısı, professor, təqdim olunan kitabın ön sözünün müəllifi 
Elçin Əfəndiyev belə bir dəyərli əsərin Oksford Universiteti 
tərəfindən nəşrini yüksək qiymətləndirib dedi ki, təxminən Niza-
mi ilə yaşıd olan dünya şöhrətli Universitetin dahi şairə göstər-
diyi bu ehtiram tamamilə təbiidir. Nizami Azərbaycanda, qədim 
Gəncə şəhərində doğulsa da, o, yaradıcılığının, dünyagörüşünün, 
şəxsiyyətinin miqyası etibarilə bütün dünyaya məxsusdur. 
Bəzən, tamamilə haqsız olaraq, Islamı terrorçuluqla əlaqə-
ləndirməyə cəhd edirlər, halbuki, müsəlman intibahının yetişdir-
məsi olan Nizami yer üzündə sülhün, humanizmin alovlu təbli-
ğatçısıdır. 
Dahi şair-mütəfəkkirin yaradıcılığının Oksford Universite-
tində mötəbər mənbələr əsasında öyrənilməsinin böyük əhəmiy-
yətini vurğulayan Elçin Əfəndiyev professor Nərgiz Paşayeva-
nın xidmətlərini yüksək qiymətləndirdi. Və onu da dedi ki, 
Nizami Gəncəvinin vətənində Nizami adı çox məşhurdur ki, bu 
da əsrlər keçdikcə Azərbaycan xalqının öz dahi şəxsiyyətini 
unutmadığını, əksinə, ona ümumxalq məhəbbətinin, ehtiramının 
get-gedə daha geniş miqyas aldığını göstərir. 
Azərbaycan MEA-nın prezidenti Akif Əlizadə öz çıxışında 
xatırlatdı ki, təxminən bir ay bundan əvvəl Nizami adına Azər-
baycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin həmsədrləri 
AMEA-nın Nizami qızıl medalları ilə təltif olunmuşlar. Eyni 


Ədəbiyyat söhbətləri 
 
39
zamanda həmsədrlərdən biri – AMEA-nın müxbir üzvü Nərgiz 
Paşayeva AMEA-nın həqiqi üzvü seçilmişdir. 
Nərgiz xanımın Azərbaycan elminin, təhsilinin inkişafın-
dakı xidmətlərindən, xüsusilə nizamişünaslıq elminə beynəlxalq 
nüfuz qazandırmasından bəhs edən Akif müəllim sonda toplantı 
iştirakçılarının alqışları altında Nərgiz Paşayevaya AMEA-nın 
həqiqi üzvülüyü vəsiqəsini təqdim etdi. 
Və dünya şöhrətli xanəndəmiz Alim Qasımovun qızı Fər-
qanə xanımın özünəməxsus ustalıqla ifa etdiyi mahnılar təqdi-
mat mərasiminə xüsusi ahəng verdi… 
Mərasimdən sonra görüşlər, müzakirələr, söhbətlər davam 
etdi… Yeni ideyalar, yeni fikirlər səsləndi… 
Şeyx Nizaminin müqəddəs ruhu Böyük Britaniyanın 
göylərində dolaşırdı… 
Və akademik Nərgiz Paşayeva məmnun idi… Londonda 
yalnız məşhur London yağışları yağmırdı, həm də ondan az 
məşhur olmayan Bakı küləkləri əsirdi… 
…Bu da Bakı!.. Heç Londondan geri qalmırmış!.. 
 
Bakı-London-Bakı, 
4 -7 iyun 2017-ci il 
 


Nizami Cəfərov 
 
40
 
Oksford Universitetində  
 
Nizami Gəncəvi Mərkəzinin yaradılması Azərbaycan 
elmi-mədəni düşüncəsinin ən böyük uğurlarından biridir 
2013-cü ildə Azərbaycanın elmi-mədəni həyatında, həqi-
qətən, artıq tarixə yazılmış (və çox böyük gələcəyi olduğuna heç 
bir şübhə etmədiyimiz) bir hadisə baş verdi: dünyanın ən möhtə-
şəm universitetlərindən birində – Oksford Universitetində gör-
kəmli Azərbaycan alimi, akademik Nərgiz Paşayevanın təşəbbü-
sü (və rəhbərliyi) ilə Nizami Gəncəvi adına Azərbaycan və 
Qafqazşünaslıq Elmi Mərkəzi yaradıldı. Və gələn il beş illik 
yubileyini qeyd edəcəyimiz Mərkəz Oksford Universitetinin 
tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan və 
onun elmi irsi üçün xüsusi əhəmiyyət daşıyır. 
Mərkəzin rəsmi saytında deyildiyi kimi, Nizami Gəncəvi 
Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanın-
mış struktur bölməsidir və həmin Universitetin tək Şəqşünaslıq 
fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə Oksford Uni-
versitetində digər sahələrdə, elm və təhsillə bağlı olan bütün 
məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətinə malik-
dir. Və Oksford Universitetinin tərtib və təsdiq etdiyi beş illik 
elmi-tədqiqat proqramı ilə işləyən Mərkəz kitabların yüksək 
akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqi-
qatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyaz-
maların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqa-
mətində fəaliyyət göstərməklə yanaşı, Oksford Universitetinin 
qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata 
keçirərək dünya elmi-intellektual birliyi ilə əlaqələr yaratmağa 
çalışır. 
Əlbəttə, son yüz ildə Azərbaycanda həm Azərbaycan, həm 
də dünya elminin, mədəniyyətinin müxtəlif sahələrini, xüsusilə 
humanitariyanı kifayət qədər dərindən öyrənən müəssisələr, 
qurumlar təşəkkül tapmışdır ki, xalqımız dövlət müstəqilliyi 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə