Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə10/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   6   7   8   9   10   11   12   13   ...   108

Ədəbiyyat söhbətləri 
 
33
güclənməsi sırf məhəbbət motivinə bağlı dastanların meydana 
gəlməsi ilə də nəticələnir». 
Azərbaycan məhəbbət dastanlarının ideya-məzmunu, poe-
tik quruluşu barədə ətraflı məlumat verdikdən sonra ən məşhur, 
ən mükəmməl nümunələri ayrı-ayrılıqda təhlil edən müəlliflər 
göstərirlər ki, «Azərbaycan xalq dastançılığı özünün çiçəklənmə 
mərhələsini orta yüzilliklərdə (görünür, orta yüzilliklərin sonla-
rına doğru – N.C.) keçirmişdir. Bu mərhələnin şah əsərləri olan 
«Aşıq Qərib», «Tahir-Zöhrə», «Əsli-Kərəm», «Abbas-Gülgəz», 
«Şah Ismayıl-Gülzar» kimi möhtəşəm dastanlar Azərbaycan 
hüdudlarından çıxaraq ümumən Qafqaz, Anadolu, Orta Asiya 
ərazilərinə də geniş yayılmışdır…» 
Cildə on yeddi məhəbbət dastanı daxil edilmişdir. 
«Aşıq ədəbiyyatı antologiyası»nın akademik tərtib prinsip-
lərinə uyğun olaraq zəruri qeyd-izahlarla təmini, heç şübhəsiz
razılıq doğurmaya bilməz. 
Ümumiyyətlə, milli mədəni irsin hər sahəsinə xüsusi qayğı 
ilə yanaşılıb qorunduğu, dərindən öyrənildiyi və geniş təbliğ 
olunduğu müasir dövrdə belə bir mükəmməl (və möhtəşəm) nəş-
rin meydana çıxması tamamilə təbii olduğu qədər də qürurveri-
cidir. Və əminik ki, «Xalq Bank» başladığı müqəddəs işi bundan 
sonra da uğurla davam etdirəcək, «Xalq Əmanəti» layihəsi bun-
dan sonra da inamla həyata keçiriləcəkdir. 
 
 2018 
 


Nizami Cəfərov 
 
34
 
Londonda Nizami günləri  
 
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif 
Əlizadə idi, akademik-katib Rasim Əliquliyev idi, bir də mən… 
VIP-də əyləşib Bakı-London reysilə uçacaq təyyarəmizə nə vaxt 
minik başlayacağını gözləyə-gözləyə ordan-burdan söhbət edir-
dik. Və hər dəfə söhbət gəlib çıxırdı Azərbaycan elminin, mədə-
niyyətinin dünyada layiq olduğu miqyasda təbliğ olunub tanıdıl-
masına… Böyük alim, böyük vətənpərvər olduğu qədər də 
böyük natiq olan Akif müəllim bu yaxınlarda Akademiyanın 
həqiqi üzvü seçilmiş Nərgiz Paşayevanın Azərbaycan dilinin, 
ədəbiyyatının və mədəniyyətinin beynəlxalq aləmdə tanıdılma-
sında gördüyü əvəzsiz xidmətlərdən danışdıqca Rasim Əliquli-
yevlə mən düşünürdük ki, yəqin yalnız ata övladı ilə bu cür fəxr 
edə bilər… Və o da vardı ki, gündən-günə yüksələn Azərbay-
canın Milli Elmlər Akademiyasının Prezidenti üçün, həqiqətən, 
fəxr ediləcək bir hadisə idi ki, dünyanın ən böyük elm mərkəzlə-
rindən biri olan Oksford Universitetində məhz akademik Nərgiz 
Paşayevanın intellekti, iradəsi, zəhməti sayəsində Nizami Gən-
cəvi adına Azərbaycanşünalıq və Qafqazşünaslıq Elmi Mərkəzi 
açılıb bir neçə il ərzində həmin Universitetin üzvü tərkib 
hissəsinə çevrilmişdi… 
Səfərimizin məqsədi Londonda çox möhtəşəm (və tarixi) 
bir muzeyidə Oksford Universiteti Nizami Mərkəzinin nəşr et-
diyi kitabın – görkəmli şərqşünas, professor Y.E.Bertelsin ingi-
lis dilinə çevrilmiş «Böyük Azərbaycan şairi Nizami» monoqra-
fiyasının təqdimatında iştirak etmək idi. Və bəri başdan deyim 
ki, təqdimatın elə əvvəlcədən yüksək səviyyədə hazırlandığına 
görə böyük uğurla keçəcəyinə də heç bir şübhə yox idi… Əsas 
odur ki, bir işə can yandırasan, onu ürəkdən, məsuliyyətlə və 
peşəkarlıqla edəsən… 
Bir daha gördük ki, dünyada müstəqillikdən, xüsusilə qə-
dim tarixə, zəngin mədəniyyətə və tolerantlıq ənənələrinə malik 


Ədəbiyyat söhbətləri 
 
35
bir xalq üçün dövlət müstəqilliyindən şərəfli heç nə yox imiş… 
Bakı-London reysi ilə uçan Azərbaycan təyyarəsində səslənən 
Azərbaycan dili, azərbaycanlı təyyarə xidmətçilərinin peşəkarlı-
ğı, London hava limanına enən kimi Azərbaycan səfirliyi əmək-
daşlarının vəzifə borclarını üstələyən qayğıkeş təbəssümləri ürək 
açır, qürur doğurur… 
Və bu qüruru, müstəqil dövlətimizin pasportlarını təqdim 
edərkən, bütün miqyası (və dərinliyi!) ilə duyan akademik Akif 
Əlizadə özünəməxsus ruh yüksəkliyi (və şairanəliklə!) böyük 
rus şairi Vladimir Mayakovskinin məşhur misralarını yada sa-
lır… Mən isə həmin misraların Rəsul Rzaya məxsus tərcüməsini 
deyirəm… 
Nərgiz xanım təqdimat mərasiminə gəlmiş qonaqları, de-
mək olar ki, ev sahibi kimi qarşılayır… Çöhrəsində bir az yor-
ğunluq, bir az da qayğı hiss olunur: əlbəttə, dəyərli bir ideya irəli 
sürmək, layihələndirmək nə qədər çətindirsə, həyata keçirmək 
ondan qat-qat çətindir… Ancaq danışığında, hərəkətlərində son-
suz məmnunluq var, heç şübhəsiz ona görə ki, gördüyü işin 
tarixi əhəmiyyətinə hamıdan çox özü inanır. Əmindir ki, bu 
illərdə Oksford Universiteti ilə yaradılmış sıx, davamlı əmək-
daşlıq sabah daha da inkişaf edəcək, Azərbaycan elminə, mədə-
niyyətinə, təhsilinə böyük dividentlər gətirəcəkdir. 
Leyton Haus Muzeyinin toplantı salonunda keçiriləcək 
təqdimat mərasiminə az adam gəlməmişdi və əsas da o idi ki, 
gələnlərin heç biri təsadüfi deyildi. Və bu, məclisə bir intellek-
tual səviyyə, qarşılıqlı anlaşma, etimad, səmimiyyət verirdi. 
Aparıcı – publisist Fuad Axundov öz gözəl azərbaycanca-
sı, ingiliscəsi və mükəmməl plastikası, artistizmi ilə tədbirin 
məqsəd-məramını bildirdikdən sonra ilk sözü kitabın tərcümə-
çisi, Oksford Universitetinin iranşünaslıq professoru, eləcə də 
Nizami Gəncəvi Proqramının Direktoru Edmund Hersiqə təqdim 
etdi.  
Edmund Hersiq «Böyük Azərbaycan şairi Nizami. Həyatı, 
yaradıcılığı və dövrü» kitabının Yevgeni Bertels tərəfindən 


Nizami Cəfərov 
 
36
hansı mürəkkəb ictimai-siyasi və ideoloji şəraitdə yazıldığı, 
lakin buna baxmayaraq, müəllifin öz elmi vicdanına sadiq qal-
dığı, dahi şair-mütəfəkkirin dövrünü, həyatını, dünyagörüşünü 
onun bilavasitə yaradıcılığı əsasında araşdırdığı barədə danışdı. 
Qeyd etdi ki, Nizaminin məhz Azərbaycan şairi olduğunu bir 
daha təsdiq edən bu əsər nə qədər akademik məzmun daşısa da, 
eyni zamanda hər kəs üçün anlaşıqlı olacaq sadə bir dildə qələ-
mə alınmışdır. Doğrudur, Nizami dahi şairdir, ancaq demək ol-
maz ki, onu Qərbi Avropada yaxşı tanıyırlar… Odur ki, profes-
sor Nərgiz Paşayevanın təşəbbüsü ilə həyata keçirilmiş bu tərcü-
mə-nəşr öz xeyirxah intellektual-mədəni missiyasını layiqincə 
yerinə yetirəcəkdir. 
Professor Edmund Hersiq çıxışının sonunda professor 
Nərgiz Paşayevanın Oksford Universitetində təhsil alan tələbə 
və magistrlərə böyük qayğısından söhbət açıb bunun Azərbay-
can elmi üçün gətirəcəyi faydaları da qeyd etdi. 
Professor Nərgiz Paşayevanın çıxışı (əslində, bu, nizami-
şünaslığın müasir problemlərinə həsr olunmuş mükəmməl bir 
proqram-məruzə idi) böyük hərarətlə qarşılandı. Əvvəla ona 
görə ki, neçə illər həmin sahədə əzmkarlıqla çalışmış, məsələnin 
həm tarixini, həm də bugünkü vəziyyətini dərindən (və bütün 
təfsilatı ilə) bilən bir mütəxəssis danışırdı… Ikincisi, hamı görür 
və duyurdu ki, Nərgiz xanımın hər cür populizmdən uzaq çıxış-
məruzəsində səmimi, əsaslı və intellektual bir vətənpərvərlik var 
– o çalışır ki, dünya Azərbaycanın hansı mənəvi-mədəni dəyər-
lər üzərində yüksəldiyini, Azərbaycan xalqının nə qədər zəngin 
bir tarixin varisi olduğunu yaxşı bilsin… 
Nərgiz xanım nizamişünaslığın aktual problemlərindən 
birinə aydınlıq gətirdi… Məlum olduğu kimi, belə bir yanlış 
təsəvvür mövcuddur ki, Nizami Gəncəvinin Azərbaycan şairi 
olaraq tanınması guya Iosif Stalinin məşhur «böyük Azərbaycan 
şairi Nizami» ifadəsindən sonra baş vermişdir. Əlbəttə, nə qədər 
diktator olsa da, Stalin heç bir elmi mənbəyə istinad etmədən bu 
fikri söyləyə bilməzdi… Və professor Nərgiz Paşayeva Nizami 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə