Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə12/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   8   9   10   11   12   13   14   15   ...   108

Ədəbiyyat söhbətləri 
 
41
əldə etdikdən sonra həmin müəssisələrin, qurumların fəaliyyəti 
xeyli dərəcədə yeni məzmun-mündərəcə kəsb etməkdədir. 
Demokratiya, milli dəyərlərlə ümumbəşəri dəyərlərin dialektik 
vəhdətdə alınması, qloballaşan dünyanın çağırışlarına həssas ya-
naşılmaqla multikultural düşüncə prinsiplərinin rəhbər tutulması 
elmi-ictimai təfəkkürümüzün yüksəlişi üçün əsaslı metodoloji 
zəmin hazırlamışdır. Bununla belə, dünyanın böyük təcrübəyə 
malik universitetləri ilə yaxından əməkdaşlıq etmək, sözdə 
deyil, məhz işdə qabaqcıl, modern texnologiyaları mənimsəyib 
tətbiq eləmək, Azərbaycan həqiqətlərini bütün miqyası ilə dün-
yaya çatdırmaq bu gün dünənkindən daha çox tələb olunur. Ona 
görə də akademik Nərgiz Paşayevanın Oksford Universiteti kimi 
ali səviyyəli bir elm-tədris müəssisəsində Nizami Gəncəvi Mər-
kəzinin yaradılmasına, eləcə də ilk günlərdən başlayaraq uğurla, 
məhsuldar, öz fəaliyyət meydanını daha da genişləndirəcək fəa-
liyyət göstərməsinə nail olması elmimiz, mədəniyyətimiz üçün 
həm fəxrdir, həm də yaxın illərdə böyük qürur duyacağımız cid-
di nailiyyətlərin mənbəyidir. Dahi Nizaminin adını daşıyan (və 
bu adı özünün azərbaycanşünaslıq – qafqazşünaslıq araşdırmala-
rı fonunda, yəni bizim zəmanəmiz üçün heç də az səciyyəvi 
olmayan populist mülahizələr, iddialarla deyil, elmin, intellek-
tin, sözün geniş mənasında mədəniyyətin bilavasitə təzahürünün 
nəticəsi olaraq dünyaya yeni müstəvidə təqdim edən!) Mərkəz 
bəzi bədxahların mənasız təzyiqləri, dedi-qoduları ilə üzləşsə də, 
öz humanist missiyasını, heç şübhəsiz, layihə gücündə həyata 
keçirməklə şair-mütəfəkkirin yüz illərdir ki yaşayan, şüurlara, 
hisslərə get-gedə daha çox qida verən ümumbəşəri ideallarına 
layiq işlər görür.  
Mən Nərgiz xanımın Mərkəzin açılması barədə danışarkən 
dediyi bir fikri xatırlatmaq istəyirəm: dünyanın ən nüfuzlu Uni-
versitetində – Oksfordda belə bir Mərkəzin yaranmasında bizə 
Nizami Gəncəvinin ruhu da kömək oldu!.. Əlbəttə, bu bir mis-
tika deyil, ürəkdən, milli (və insani) təəssübkeşliklə, xoş məram 
və məqsədlə görülən hər işin arxasında mütləq müqəddəs qüvvə-


Nizami Cəfərov 
 
42
lər dayanır. Və onlar hər cür maneələri usanmadan, pessimizmə 
qapılmadan, cəsarətlə dəf etməyə ruhlandırır. 
Əlbəttə, akademik Nərgiz Paşayevanın şəxsində Azərbay-
can elmi ictimaiyyəti Oksford Universitetində belə bir Mərkəzin 
açılmasında nə qədər maraqlı idisə, həmin Universitetin elmin, 
mədəniyyətin qədir-qiymətini dərindən bilən, yüksək qiymətlən-
dirən intellektual mühiti, xüsusən görkəmli şərqşünasları da o 
qədər maraqlı olmuş, atılan addımın uğuruna, perspektivliliyinə 
inanmışlar. Və bu məqamda professor Edmund Hersiqin, profes-
sor Robert Hoylandın adlarını hörmətlə çəkmək lazım gəlir. 
Azərbaycan, Qafqaz qədim (və zəngin) etnik, sosial, dil, 
din, ədəbiyyat, incəsənət və s. tarixinə görə dünyanın ən unikal 
məkanlarından biri olmaqla, görünür, Oksford Universitetinin 
maraq (və tədqiqat) dairəsindən kənarda qala bilməzdi. Odur ki, 
Mərkəz yarandıqdan dərhal sonra müxtəlif istiqamətlərdə araş-
dırmalara başlanıldı ki, onların nəticələri barədə ictimaiyyətə 
artıq müəyyən məlumatlar verilmişdir. 
Yeri gəlmişkən, Oksford Universitetinin Nizami Gəncəvi 
Mərkəzi təsis edildikdən dərhal sonra M.V.Lomonosov adına 
Moskva Dövlət Universiteti Bakı filialında «Oxford Room» adlı 
xüsusi şöbə yaradılmışdır. Və həmin şöbə Mərkəzlə Azərbay-
canda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların 
əlaqələrini təmin etmək funksiyasını həyata keçirir.  
Lakin təəssüf ki, ölkəmizdə Mərkəzin ali missiyasını hələ 
də lazımi səviyyədə dərk etməyib, görülən işlərin tarixi dəyərini 
öz arşınları ilə ölçməyə cəhd göstərənlər də yox deyil… Onlar 
heç bir elmi əhəmiyyət daşımayan mübahisə və ya dedi-qodulara 
meydan açmağa çalışmaqla diqqəti mətləb-mahiyyətdən uzaq-
laşdırmağa, şəxsi iddialarını bu və ya digər şəkildə təmin etməyə 
çalışırlar. Elmi etikanın belə bir adi prinsipini nəzərə almırlar ki, 
hər bir alim-tədqiqatçının hər hansı məsələdə öz fikri, mövqeyi 
ola bilər və heç kimin haqqı yoxdur ki, qeyri-elmi mülahizələrlə, 
yaxud populist təəssübkeşlik inersiyası ilə ciddi bir elmi mövqe 
üzərinə yerisin… Əgər Oksford Universiteti kimi möhtəşəm bir 


Ədəbiyyat söhbətləri 
 
43
elm-tədris müəssisəsində Azərbaycanın yaratdığı Mərkəz məhz 
Nizami Gəncəvinin adını daşıyırsa (və buna həmin Universitetin 
görkəmli şərqşünasları öz xeyir-dualarını vermişlərsə!) əlavə 
təfərrüata, işin içindən iş çıxarmağa nə ehtiyac var? Yüz illərdir 
ki, dahi Nizami Iran şairi olaraq tədqiq (və təqdim) olunur ki, 
burada da əsas sübut kimi şair-mütəfəkkirin mənsub olduğu dil-
üslub ənənəsi əsas götürülür. Lakin Azərbaycan filologiyası in-
kişaf etdikcə Nizami yaradıcılığının türk-Azərbaycan keyfiyyət-
ləri də ortaya çıxmaqda, öz fakt-istinadlarını formalaşdırmaq-
dadır… Ümumiyyətlə, nizamişünaslığın obyektiv elmi-metodo-
loji əsaslar üzərində inkişafı kiminsə vəcdə gəlib «mən nizami-
şünasam» deyə haray-həşir salmasından yox, müxtəlif (dilçilik, 
ədəbiyyatşünaslıq, tarix və s.) elm sahələri üzrə mütəxəssislərin 
Nizami irsinin tədqiqindəki əməkdaşlığından asılıdır. 
Və xüsusi olaraq qeyd etmək lazımdır ki, Oksford Univer-
sitetinin Nizami Gəncəvi Mərkəzi yarandığı ilk aylardan ayrı-
ayrı mövzuların araşdırılmasında belə bir beynəlxalq əməkdaş-
lığın sağlam əsaslarını qoymağa çalışmış və buna nail olmuşdur. 
Məsələn, Mərkəzin 2015-ci ildə keçirilən ilk konfransı barəsin-
dəki məlumatda deyilir: 
Iyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi 
adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq 
Institutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə «Şərqi Qafqaz 
son antik dövrdən erkən Islam dövrüna qədər» adlı elmi-praktik 
konfrans keçirilib. Nizami Gəncəvi Mərkəzinin ilk tədbirində 
Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuz-
lu təhsil ocaqlarının, eləcə də Avropanın bir sıra qabaqcıl 
universitetlərinin Yaxın Şərq və Qafqaz bölgəsi üzrə mütəxssis 
alimləri iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan Oksford Universitetinin Nizami 
Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin direk-
torları, professorlar Robert Hoyland və Nərgiz Paşayeva konf-
rans iştirakçılarını salamlayıb və Mərkəzin ilk tədbirinə tanınmış 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə