Nizami Cəfərov
290
«Haraya, nəyə gəldiyimizi əl-ayaqla izah eləyə bilmirdik.
Amerikalılar bəs qədər dəqiq, praqmatik adamlardır. Elə-belə,
hay-küylə onlardan aralanmaq mümkün deyil. Axırda, əlacsız
qalıb rus dilində tərcüməçi gətirdilər. Tərslikdən, ya xoşbəxtlik-
dən «xilaskarımız» da sarışın adamıydı, «sevdiyimiz» rusa oxşa-
yırdı. Elə bil ən əziz adamımızı gördük. Az qaldım o Ivanın ətə-
yindən tutub bayraq kimi yuxarı qaldıram ki, bu vağzalda,
ingilisin, zəncinin, meksikalının içində (Kolumbiyanın Meksi-
kaya çox yaxın sərhəddi var) xilaskarımızı tapdıq.
Çox dəqiq «araşdırmadan» sonra aydın oldu ki, biz terro-
rist deyilik, ərəb ölkələrindən qaçıb gəlməmişik, bura da son
nicat yolu kimi baxmırıq. Burdan sığınacaq-zad istəmirik. Özü-
müzün gül kimi yerimiz, yurdumuz, vətənimiz var. Düzdür, bir
qədər donluğumuz bunlara nisbətən aşağıdır, bir də nə olsun ki,
qanunlarımız bunlarınkı kimi dəqiq işləmir, ancaq bizim də öz at
işləməz yollarımız var ki, bunlar min il də qalsa biz eləyənləri
bacarmazlar, bizə baxıb, qalarlar yana-yana»…
Avdı Amerikanın «portret»ini yaradır:
«Ümumiyyətlə, Amerikada hamı özü üçün, necə xoşdu,
elə də yaşayır. Heç kim, heç kəslə maraqlanmır, nə geyimin, nə
düşüncən, nə qeyri-adi hərəkətlərin heç kimi təəccübləndirmir.
Gözlərinin heyrəti ölmüş insanlardı sanki, heç nəylə diksin-
dirmək olmur onları. Həyat çox sakitdi orda.
Dərin bir səssizlik var. Çığıran, qışqıran, bağıran yoxdu,
ancaq hamı bir-birinin pıçıltısını eşidir. Xoş bir təbəssümlə üzü-
nə gülür, tanımadıqları insanlara xoş bir ədayla salam verir, xoş
ünsiyyət yaradır. Budur Amerika cəmiyyətinin üzdə müşahidə
elədiyimiz görüntüləri. Daxili necədir – onu bir özləri bilir, bir
də öz allahları. Allah da hamıda birdir – kimidə Tanrıdı, Ilahidi,
kimidə Boq, kimidə isə Qoldedi, yəni Qad-dı…»
Və bu «portret» aşağıdakı sözlərlə bitir:
«…Bir həqiqəti anladım ki, hər yerdə insan insandır,
qayğıya, ünsiyyətə hamının ehtiyacı var: ağın da, qaranın da…
Ədəbiyyat söhbətləri
291
Ən böyük ünsiyyət bir-birini anlayanlar arasında olur.
Ünsiyyət təkcə dil bilməklə olmur. Bəzən dilsiz də danışmaq
olur… ağacın öz dili var, binanın öz sözü, yolun, izin öz pıçıl-
tısı… qoyulan qaydanı, icra olunan qanunu dilsiz də anlayırsan.
Verilən sözün dəqiqliyini, edilən hərəkətin müdrikliyini sözsüz
də duymaq olur. Insanın halını sözündən yox, üzündən oxumaq,
duymaq gərək. Çətin olan da budur, tez anlaşılanı da»…
Avdı Qoşqarın «Bu çay bu yatağa sığmaz…»ı böyük bir
söz (və düşüncə) adamının əsəridir… Həm dedikləri, həm də
demədikləri ilə…
2018
Nizami Cəfərov
292
Rafiq Hümmət
və ya tale şairi
Gördünmü, şeirmiş bu çəkdiyin ah,
Ahı çəkdirənə təşəkkür eylə.
Səni sevgi ilə böyüdüb Allah,
Otur Allahına min şükür eylə!..
Onu yaxından tanıyanlar, həyat tərzinə, şəxsiyyətinə bu və
ya digər dərəcədə bələd olanlar yaxşı bilirlər ki, Rafiq Hümmət
bu dünyaya şair gəlib. Və özü də bütün səmimiyyətilə əmindir
ki, bu, taleyin (Tanrının!) təqdiridir…
Ahdı, çəkə-çəkə ölür,
Şairin ahı bilinməz.
Gecə-gündüzü qarışıq,
Axşam-sabahı bilinməz.
Yaşayır – dəli sayılar,
Ölər-heykəli qoyular.
Öz içinə sürgün olar,
Günahı-suçu bilinməz.
Baxtın önündə düz durar,
Tanrıynan üzbəüz durar,
Özü öz boynunu vurar,
Cəlladı-şahı bilinməz.
Rafiq Hümmətin, görünür, xüsusilə uşaqlıq, gənclik illə-
rində qələmə aldığı (yaşadığı!) çoxlu şeirlər var ki, həm eyni
mövzudadır, həm də mövzuca məhduddur; görürsən ki, zahirən
hər şey, şeirin, demək olar ki, bütün texnoloji vasitələri öz qay-
Ədəbiyyat söhbətləri
293
dasındadır, ancaq «içinə qapılmaq»dan irəli gələn mücərrəd me-
tafizika imkan vermir ki, şair hissləri, düşüncələri həmin mücər-
rədliyi aşıb tələb olunan (və özünəməxsus!) idyea-estetik miq-
yası alsın. Məsələn, Rafiq Hümmət deyəndə ki,
Mən də bezdim bu dünyadan,
Mənim də tükəndi ahım.
Hər gecə keşik çəkirəm,
Birdən açılmaz sabahım.
Hər gecə keşik çəkirəm,
Düşmən yox əli silahlı.
Söz daha namərd gülləsi,
Hamının dili silahlı.
Söz daha namərd gülləsi,
Kürəyini qoruyan yox.
Içimi qan alıb gedir,
Yaylıq alıb sarıyan yox,
-əlbəttə, şübhə eləmirsən ki, bu misralarda, onların poetik ritm-
intonasiyasında şair nəfəsi, şeir havası var, ancaq ona da şübhə
yoxdur ki, əsl şeirin özü bütün dolğunluğu ilə görünmür, hansısa
hisslərin-duyğuların bir-birindən rəngcə o qədər də seçilməyən
(və çox-çox uzaqlarda görünən) xaotik bir «mənzərə»si, yaxud
qarışıq «siluet»i mövcuddur… Kimsə etiraz edə bilər ki, bu «ov-
qat şeiri»dir və bu cür şeirlərdə duyumların pərakəndəliyi təbii-
dir, ancaq mənə elə gəlir ki, belə pərakəndəlik hələ adi insan
duyğusallığı deməkdir. Əsl Şeir (və Şair!) isə, əslində, bundan
sonra başlayır…
Və fikrimizcə, Rafiq Hümmət o şeirlərində böyük şairdir
ki, orada hissin, düşüncənin həm ünvanı, həm də ictimai miqyası
göz qabağındadır:
Nizami Cəfərov
294
Kommunizm oxşayırdı özünə,
Xəstəyə dərman verirdi,
Yoxsula əppək.
Fəhləyə maşın verirdi,
Kəndliyə eşşək.
Eşşəyə saman verirdi,
Arıya pətək.
Kommunizm oxşayırdı özünə,
Adı da, şöhrəti də,
Lütfü də, hörməti də,
Ən yağlı dilimi də,
Sürgünü də, ölümü də
Öncə şairlərə verirdi dövlət.
Kommunizm oxşayırdı özünə,
Zülmdən keçirdi gerçək şairlər,
Ölümdən keçirdi gerçək şairlər,
Elə ölə-ölə böyüyürdülər.
Amma bu nə quruluşdu – bilmirəm,
Sözü olmayanın özü böyüyür,
Sifəti böyüyür, üzü böyüyür,
Şeirdən yüz fərsəng aralı olan
Şair olub yeyir bizi… böyüyür.
XX əsrin sonu, XXI əsrin əvvəllərində kommunizm ideo-
logiyasının çökməsilə postsovet cəmiyyətində, xüsusilə onun
mənəvi-ruhi həyatında baş verən təbəddülatlar öz ifadəsini bu
şeirdə yalnız böyük şair səmimiyyətilə deyil, həm də mütəfəkkir
düşüncəsi miqyasında tapmışdır. Və ümumiyyətlə, Rafiq Hüm-
mətin bütün şeirlərində, bütövlüdə poetik təfəkküründə incə,
zərif bir filosofluq var…
Dostları ilə paylaş: |