Ədəbiyyat söhbətləri
303
dı, dünya başına fırlandı və qan rəngli dalğa göz qübbəsində
iyrənc bir sifət təsvir etdi.
«Iblis!» -deyə qışqırır iyirminci əsr.
«Iblis!» -təkrar edir keçmiş zaman.
«Iblis!» -deyə guruldayır bəşəriyyətin gələcəyi».
Şəhərdə xoşa gələn bir şeylə qarşılaşmayan Quca axşam
üstü özündən asılı olmayaraq anasının dəfn edildiyi qəbristan-
lığa gəlir. Və burada əvvəl körpəsini, sonra da özünü öldürmək
istəyən bir qadınla -Abxaziya qaçqını ilə qarşılaşıb onu qərarın-
dan döndərməyə çalışır…
« -Bilirəm, bu gün hər yanda özbaşınalıqdır, ancaq anasan,
çağanın xətrinə bunlara dözməlisən.
Qadının üzünə təbəssüm gəldi:
-Çətinliyə dözərdim…
Təəccüblə:
-Bəs nə olub?
-Bu gün Gürcüstanda yaşamağa xəcalət çəkirəm, -deyə
gecənin qaranlığında ananın səsi eşidildi.
…Bir anda qadın zorla uşağı onun qucağına basdı: «Yiyə-
lik elə, bəlkə də, həyatda özünü doğrultdu», -deyərək iti addım-
larla gecənin qaranlığında yox oldu».
Müxtəlif ədəbi nəsillərdən olan gürcü yazıçılarının Nəri-
man Əliyevin tərcüməsində təqdim olunan əksər hekayələrində
nə qədər dözümlə qarşılansa da sonsuz əzab, iztirab motivləri
mövcuddur. Ən təsirli cəhət isə odur ki, bunlar xristian fəlsəfə-
sindən gələn mücərrəd əzab və iztirablar deyil, Gürcüstan insa-
nının (və tarixinin) yaxın keçmişdəki yaşantılarıdır… O yaşantı-
lar ki, gürcü ədəbiyyatı onlara laqeyd qalmayıb, əksinə, öz canı-
na-qanına hopdurub, yaddaşına həkk edib ki, gələcək nəsillər
üçün əbədi dərs olsun.
2017
Nizami Cəfərov
304
«Köhnə» sözün yeni ustası
Islam Sadığın – artıq adını Azərbaycan poeziyasının, filo-
logiyasının və jurnalistikasının tarixinə pozulması heç cür müm-
kün olmayan bir inamla yazmış dostumun tərcümeyi-halının ilk
cümləsini heç vaxt təbəssümsüz oxuya bilmirəm: «16 oktyabr
1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində ziyalı ailəsin-
də anadan olub». Islamın anadan olduğu oktyabr ayı mənim
təsəvvürümdə hələ də «oktyabr inqilabı»nın təəssüratını yaradır.
Bunun ardınca gələn 1953-cü il həmin inqilabın bütün imkanla-
rından istifadə edib onun «müəlliflər»inə, xüsusilə ziyalılara
divan tutmuş Stalinin öldüyü ildir ki, Islam məhz bu ildə, yəni
repressiya təhlükəsi aradan qalxandan sonra dünyaya gəlib…
Bunlar bir yana… Orta əsrlərin feodal-patriarxal ovqatını verən
«Samanlıq» hara, «ziyalı ailəsi» hara?..
Islamın tərcümeyi-halının özündən qətiyyən asılı olmayan
hissəsi belə başlayır… Və fikrimcə, bu cümlədə ən ixtiyari (təsa-
düfi) anlayış «Tovuz rayonu»dur. O mənada ki, Islam tərcüme-
yi-halının bütün yerdə qalan göstəriciləri daxilində Azərbayca-
nın, ümumən Türk dünyasının Tovuz da daxil olmaqla istənilən
rayonunda və ya regionunda dünyaya gələ bilərdi…
Islam Sadığın poeziyası, bütövlükdə yaradıcılığı, nə qədər
istedadlı olsa da, bir şəxsin (müəllifin) üslubu hüdudundan kəna-
ra çıxıb, əgər belə demək mümkünsə, bir etnosun üslubu miqya-
sını alır. Əvvəl «Koroğlu»nu, sonra isə Şumer-türk eposunu
araşdırmağa elmi-kulturoloji marağı, türk dünyasına yüzillər
boyu qənim kəsilmiş erməni «millətçilər»inə verdiyi tutarlı
cavabları da, prinsip (ruh!) etibarilə, buradan irəli gəlir…
Və epos intəhasızlığından zühur etmək, sakini olduğu
müasir dünyanın mənzərəsini də həmin intəhasızlığın metafizi-
kası ilə dərk eləmək Islamın poeziyası üçün, elə bilirəm ki, əsas
istinad nöqtəsidir. Ona görə də Islam şeirdə «köhnə» sözün yeni
ustası kimi çıxış edir.
Ədəbiyyat söhbətləri
305
Vaqif Yusifli tamamilə doğru deyir:
«Islam Sadıq «köhnə havalarda» təzə notlar səsləndirməyi
bacarır»…
Kim bilir beş nədi, üç nə,
Kim bilir çöl nədi, iç nə?
Gözündən üşüməz heç nə,
Bulaq gözündən üşüyür.
Tez olun ayağa durun,
Bu oduna bir od vurun.
Öləziyir korun-korun,
Ocaq közündən üşüyür.
…Islam Sadıq o dumanda,
Getdi o çən, o duman da.
Özgələrdən od umanda
Adam özündən üşüyür.
Bu misralardakı «təzə notlar» həyatın kritik momentləri-
nin, ağrının (üşüntünün) düyün məqamlarının həssaslıqla müəy-
yən edilməsində və həmin moment-məqamların ideya-poetik pa-
ralelizmində təzahür edir. Aşağıdakı misralarda isə şair ənənəvi
model-texnologiyalarla əbədi həsrət-gözlənti barədə özünəməx-
sus zərif bir təəssürat yaratmaqla elə bil varlığın mübhəm bir
sirrinin üstünü açmış olur:
Ətəyini yığıb anam,
Hər gün yola çıxıb anam,
Göz yaşını sıxıb anam
Saxlar gözləyə-gözləyə.
Qış oldumu, qar gətirir,
Bir umudu var, gətirir.
Neçə ildi bar gətirir
Bağlar gözləyə-gözləyə.
Nizami Cəfərov
306
Qarabulaq «görüş», -deyib,
«Dodağımda öpüş», -deyib,
«Harda qaldı ölmüş», -deyib
Çağlar gözləyə-gözləyə.
Islamın «Imza bizim, günah Arazıın» şeiri Araz, ümumiy-
yətlə Şimal-Cənub həsrət-ayrılığı mövzusunda qələmə alınmış
çoxlu şeirlərdən ideya-məzmunca onunla fərqlənir ki, Arazı
qınamır və «günah»ı özümüzdə – dünyanın ləyaqətsiz işdəkləri
qarşısında pərişan durumumuzda,mental xüsusiyyətlərimizdə,
«düşmən səni daş ilə, sən düşməni aş ilə» məntiqimizdə, çox
zaman özünü doğrultmayan xeyirxahlıq fəlsəfəmizdə görür:
Yağılara üz verən biz,
Əlli desə yüz verən biz.
Ocağına köz verən biz,
Günahkarı Arazdımı?!
…Yağı girdi bucağıma,
Sonra cumdu qucağıma.
Su bağladı ocağıma,
Günahkarı Arazdımı?!
Islam Sadıq, dayan, bizik,
Yağlı dilə uyan bizik.
Imzaları qoyan bizik,
Günahkarı Arazdımı?!
Və cavabı özündə olan bu ritorik sual hər təkrar olunduqca
düşünürsən ki, onu sonsuza qədər davam etdirmək olar. Geridə
qoyub gəldiyimiz kifayət qədər zəngin tariximizdə nə qədər cid-
di səhvlərə, günahlara imza atmış, hələ bu azmış kimi, üstündən
də «keçənə güzəşt» demişik. Məsuliyyətsiz «ürəyi genişliy»in
nəticəsidir ki, bu gün düşmən gəlib oturub evimizin içində…
«Kış» deməklə donuz darıdanmı çıxar?..
Dostları ilə paylaş: |