Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə95/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   91   92   93   94   95   96   97   98   ...   108

Ədəbiyyat söhbətləri 
 
331
Nə gizlədim, hərdən dedi-qodular da eşidirik. Ancaq bun-
lar sizin gördüyünüz böyük işlər qarşısında o qədər kiçik, məna-
sız və miskindir ki, bəlkə də, yada salmağa dəyməzdi… Və mən 
istəməzdim ki, bu cür şeylər sizin əlinizi işdən soyutsun. Əksinə, 
istərdim ki, daha güclü, daha inamlı, daha enerjili etsin ki, haqq 
nahaqqı üstələsin, ədəbiyyat cəbhəsində zəiflik, hərcmərclik 
olmasın… 
Sizə böyük hörmətlə,  
daha böyük uğurlar arzusu ilə 
Nizami Cəfərov  
 2016 
 
 
 


Nizami Cəfərov 
 
332
 
Aqşin Ağkəmərlinin ayrılığı… 
Vətəndən Vətənə 
 
Aqşin Ağkəmərlinin poetik yaradıcılığı barədə ilk təsəvvü-
rüm artıq keçən əsrə düşən 90-cı illərin əvvəllərinə – Azərbay-
canın Şimalı ilə Cənubu arasında gediş-gəlişin bərpa olunduğu 
dövrə aiddir. Ondan bəri ara-sıra bəzi şeirlərini oxusam da, 
təsadüfdən-təsadüfə görüşüb hal-əhval tutsaq da, etiraf edim ki
Aqşin Ağkəmərlini bu günlərdə çapdan çıxmış kifayət qədər iri 
həcmli «Öpdüm Arazı» şeirlər kitabı ilə daha yaxından tanıdım. 
Və əminliklə deyə bilərəm o, bu dünyaya Şair gəlib… 
 
Və bunu ancaq şair deyə bilər ki, 
Mənə bir hekayə söylə! 
Içində sevgi,  
içində həsrət  
olsun. 
Mənə bir hekayə söylə! 
Uca-uca dağları,  
coşqun dənizləri,  
günəşli çağları, parlaq  
olsun. 
Mənə bir hekayə söylə,  
adı Vətən olsun. 
Dünyanın canı, qanı onda, 
o isə bu dünyaya baş olsun. 
Mənə bir hekayə söylə! 
Yalnız – adı 
Azərbaycan olsun! 
 
Aqşin Ağkəmərli o taylı-bu taylı Azərbaycanın bütöv 
şairidir. Və onun ideya-estetik təfəkküründə Vətənin coğrafiyası 


Ədəbiyyat söhbətləri 
 
333
kimi, həmin coğrafiyanı qoruyan əsgər-vətəndaşı da bütöv bir 
amal-iradəyə sahibdir: 
 
Əsgər! Bu torpaq sənə əmanət. 
Bu el, bu oba – 
Bu müqəddəs ocaq 
Sənə əmanət. 
Cəngi, Yanıq Kərəm, Dilqəmi,  
sazım, sözüm –  
ana dilim  
sənə əmanət. 
Bu Dərbənddən o Dərbəndə,  
bu vətəndən o vətənə  
ünüm yetən, əlim çatan,  
hər daşında tarix yatan  
yaxın, uzaq  
bizim ellər  
sənə əmanət… 
 
Aqşin Ağakərimli geniş (və bütöv) məkan (Vətən!) təsəv-
vürü olduğu kimi dərin (və güclü) zaman (Tarix) təsəvvürü olan 
şairdir. Bir istedadı da ondadır ki, Tarix onun poeziyasında kifa-
yət qədər ciddi fəlsəfi məzmun-mündərəcə ilə təzahür edir: 
 
Çaldıranın düzləri… 
Ah, içimdə bir boşluq. 
Ötən illərimi, 
O itkin günlərimi 
Axtardım səndə. 
…Diləklərim dözümsüz, 
Duyğularım tələskən. 
Mənim tarixim sığmır 
 Bu Çaldıran düzlərinə. 
 


Nizami Cəfərov 
 
334
Qan qoxusu var bitkilərdə, 
Fəryad səsi var bu yerlərdə. 
Qılınc səsi, cəngi səsi, 
Doğma qardaş səsi var  
bu düzlərdə. 
…Görəsən, hələ neçə-neçə  
Çaldıran gözləyir məni… 
 
Xalq şairi Nəriman Həsənzadə Aqşin Ağkəmərliyə açıq 
məktubunda onun təmsil etdiyi ədəbi nəsli tamamilə doğru olaraq 
«əlitüfəngli Səttarxanların, Xiyabanilərin əliqələmli varisləri» 
adlandırır. Və böyük şair öz gənc məsləkdaşına müraciətən yazır: 
 
Aqşin, Vətən birdi, bayraq ikidi,  
bayraq olan yerdə maraq ikidi. 
Sənin düşmənlərin dostdular, Aqşin,  
dirəklər – 
rusdular, farsdılar, Aqşin. 
Ordakı simlərdən bir əncam keçir,  
cərəyan yox, Aqşin, sərəncam keçir. 
Orda yer yarılsa bircə dəm, Aqşin,  
günahkar ya sənsən, yə mənəm, Aqşin. 
Nə səsin xoş gəlir, nə dilin sənin,  
Mübarək - 
Tikanlı məftilin sənin. 
Zalım necə qorxur gör səndən, Aqşin, 
Vətənə salam de Vətəndən, Aqşin… 
 
Aqşin Ağkəmərli Araz şairidir. Və bu, ilk növbədə, Azər-
baycan poeziyasının çox aktual olan mövzusuna tez-tez müraciət 
eləməsində, ona xüsusi həssaslığında özünü göstərir: 
 
Dağlara qalxdıqca,  
dolayları aşdıqca  


Ədəbiyyat söhbətləri 
 
335
yollarını düşündüm. 
Arzular kimi,  
ikiyə bölünmüş bir Vətən kimi. 
Bir üzü qış, bir üzü yaz,  
müqəddəsdir bu sevdiyim Araz. 
…Duydum bir an könlümün səsini, 
Bütün ayrılıqların nəğməsini. 
Dedim, özünü vur Araza,  
ayrılıqdan yaza-yaza… 
 
«Mən ürəyimi neçə yerdə basdırmışam» deyən şairin az 
qala bütün şeirlərinin dəqiq ünvanı var. Və bu ünvanlar nə qədər 
müxtəlif olsa da, ikisi daha çox təkrar olunur: Arazın o tayı, bu 
tayı… 
 
Uydum bu dünyanın işinə, 
Öyrəndim ayrılığın vərdişinə. 
Nə qədər doğma gəlir bu söz mənə, 
Ayrılırıq biz Vətəndən Vətənə!.. 
 
 2017 
 
 


Nizami Cəfərov 
 
336
 
«İdeal»ın işığı 
 
«Ədəbi döyüşlər cəngavəri» Mehdi Hüseyn hələ ilk əsər-
lərini yazıb nəşr etdirdiyi illərdə Isa Hüseynovu zarafatla «etiraf 
olunmamış dahi» adlandırar, onun ədəbiyyata təsadüfən deyil, 
xüsusi missiya ilə gəldiyini hiss etdirər, gənc yazıçı isə bundan
təbii ki, məmnunluq duyarmış. Ancaq güman etmək çətindir ki, 
Mehdi Hüseyn kimi geniş dünyagörüşlü tənqidçi-ədəbiyyatşünas 
belə Isa Hüseynovun dünyaya Isa Muğanna olaraq yenidən 
gələcəyini təsəvvür eləmiş olsun. 
«Yanar ürək»dən «Ideal»a, Isa Hüseynovdan Isa Muğan-
naya yüksəlişin səbəbləri, yəqin ki, XX əsrin sonu XXI əsrin 
əvvəlləri Azərbaycan ədəbi-ictimai təfəkkürünün üzərində ən 
çox düşündüyü, ancaq əsaslı bir nəticəyə gələ bilmədiyi mövzu-
lardandır. Və məsələni daha da mürəkkəbləşdirən cəhətlərdən 
biri, heç şübhəsiz, böyük yazıçı-mütəfəkkirin özünün vaxtaşırı 
olaraq söylədiyi mülahizələr olmuşdur ki, həmin mülahizələrdə 
yaradıcılığın bir dövründən digərinə keçmək kimi, əslində, ta-
mamilə təbii (və qanunauyğun) qəbul edilməli olan bir proses 
xeyli dərəcədə mistikləşdirilərək o həddə çatdırılır ki, guya 
müəllif «Ideal»dan başlayaraq «ün» eşitmiş və bütün sonrakı 
əsərlərini həmin ilahi «ün»ün diqtəsilə qələmə almışdır. 
Əlbəttə, məsələnin bu cür qoyuluşuna bizim adət etdiyimiz 
normativ şüur (və yaradıcılıq) təcrübəsi baxımından interpretasiya 
vermək, prinsip etibarilə, mümkün deyil. Ancaq ortada hansı ener-
jidən gəlib-gəlməməsindən asılı olmayaraq yüksək sənətkarlıqla 
seçilən mükəmməl yaradıcılıq məhsulları var… Və onların adət et-
diyimiz metodoloji texnologiyalarla tədqiqi tamamilə mümkündür. 
Isa Muğanna yaradıcılığını yeni rakursdan – «Ideal» işı-
ğında araşdıran tanınmış yazıçı, ədəbiyyatşünas və redaktor-
naşir Şəmil Sadıq qarşısına kifayət qədər cəsarətli (və çətin)bir 
vəzifə qoysa da, fikrimcə, onun öhdəsindən uğurla gəlmiş, hətta 
demək olar ki, Isa Hüseynov-Muğanna yaradıcılığı barədə indi-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə