Ədəbiyyat söhbətləri
325
ondan misal gətirərdilər. XIX əsrdə onu Şərqin Napaleonuna
bənzədirdilər. – Nazir fikirlərini bitirib əsas məsələyə keçdi. –
Bütün bunları qısaca ona görə danışdım ki, biləsən. Bizim də
şanlı hərb tariximiz var və bu tarixi əsgərlərə, zabitlərə aşılamaq
lazımdır. Əsgər hərb tarixi ilə qürur duyanda babalarına bənzə-
mək, qəhrəmanlıq etmək istəyir».
Əlbəttə, 2017-ci ilin aprel hadisələrinin təsviri müəllifdən
yalnız bədii istedad deyil, həm də ciddi siyasi-ideoloji hazırlıq,
hərbi işə, onun spesifik texnologiyalarına bu və ya digər səviy-
yədə bələdlik tələb edir. Və romanda bu baxımdan maraq doğu-
ran, yazıçının istedadının çoxtərəfliliyini, eyni zamanda aprel
hadisələrinin gedişini dərindən izləyib araşdırdığını göstərən
məqam-detallar kifayət qədərdir…
« -Irəli! Irəli aslan əsgərlərimiz! Indi hər şey sizdən asılı-
dır. Lələtəpə və Talış yüksəkliklərini almayana qədər dayanmaq
yoxdur. Irəli!
Zirehli texnikaların mühərrikləri işə düşdü. Mühərriklərin
uğultusu hətta ermənilərin arxa cəbhəsindən eşidildi.
Çox keçmədi ki, əsgərlərimiz hər iki yüksəkliyi ələ keçir-
dilər. Itki minimal idi. Düşmənin çoxlu silah-sursatı, yaralısı,
ölüsü ələ keçdi.
Hücum o qədər ildırımsürətli idi ki, erməni əsgərlərinin
başılovlu qaçması onların əvvəlcə kəndlərdə yaşayan əhalisini,
sonra isə Xankəndində, daha sonra da Irəvandakıları həyəcan,
panika, təşvişə saldı. Kəndlərin əhalisi bir-birlərinə xəbər verir-
dilər ki, qaçın, türklər gəlir. Əhali olub qalanını, kimin maşını
vardı maşınına, arabası olan arabaya, olmayanı isə kürəyinə
yükləyib Xankəndinə istiqamət götürürdülər».
Romanda həm hərbi əməliyyatların gedişi barədə aydın
məlumatlar verilir, həm də döyüşlərin hansı strateji nəticələrə
gətirib çıxaracağı siyasi-publisistik baxımdan, yeri gəldikcə (və
mətnin bədii keyfiyyətinə xələl gətirmədən) ümumiləşdirilir:
«Erməni komandanlığı başa düşürdü ki, düşmən özünə
gələn kimi əldən verdiyi yüksəklikləri geri almağa çalışacaq.
Nizami Cəfərov
326
Bunun da səbəbləri vardı. Hesablanmışdı ki, əgər bu yüksəklik-
lər geri alınmasa, birincisi Azərbaycan ordusunda ruh yüksəkliyi
qalxacaq, digər yerləri də azad etmək həvəsində olacaq. Ikincisi,
Azərbaycan iqtidarı xalqın tam dəstəyini alacağı halda, Ermənis-
tanda hakimiyyət tam gözdən düşəcək, orduda rüşvətxorluğun,
korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə olduğu aşkarlana-
caq. Üçüncüsü, Azərbaycan tərəfi çox güclü beynəlxalq dəstək
alacaq. Yalandan məsələni guya sülh yolu ilə həll etmək istəyən
dövlətlərə ismarıc göndərəcək ki, mən torpaqları müharibə yolu
ilə azad edə bilərəm. Bir sözlə, əgər mövqelər geri qaytarılmasa,
Azərbaycan tərəfi öz şərtlərini diqtə edəcək.
Hər iki tərəf bunu gözəl anlayırdı. Bir tərəf bu hücumun
qarşısını alıb, əks-hücumla itirdiyini geri almaq, vəziyyəti əvvəl-
ki halında saxlamaq, digər tərəf isə bu uğurları davam etdirmək
fikrində idi».
Aprel döyüşləri yalnız hərbi-siyasi xarakter daşımır, hər
iki tərəfdən mülki əhalinin də psixologiyasına, məişətinə, həyatı-
na birbaşa təsir göstərirdi. Və bu təsir azərbaycanlılarla erməni-
lərdə tamamilə fərqli reaksiyalar doğururdu…
«Xankəndinə tərəf dəhliz açıldı. Kənddə bir qışqırıq
düşmüşdü ki, səsdən az qalırdı qulaq tutulsun.
Bu yerlərin əhalisi Azərbaycan televiziyalarına normal ba-
xa bilirdi, nəinki Ermənistan televiziyasına. Özü də əksəriyyəti
Azərbaycan dilini yaxşı bilirdi. Hər ilin fevral ayında Xocalı
soyqırımı ilə bağlı keçirilən tədbirlərə onlar da baxırdılar, hətta
elələri vardı ki, bu soyqırımla fəxr edirdilər.
Indi kənddə atışma imitasiyası yaradılanda sakinlər elə
bildilər ki, türklər Xocalı soyqırımının qisasını alacaqlar. Odur
ki, təşviş, həyəcan, panika o həddə çatmışdı ki, ər arvadı, ana
balanı atıb qaçırdı.
Amma onların gözlədikləri kimi olmadı. Heç kimə əl vurul-
madı, heç bir ev qarət edilmədi. Hətta bölüyün bir çox əsgərləri,
heç gözə də görünmədi. Onların işi yalnız havaya güllə atmaq,
sakinləri açılan dəhlizlə kənddən tez çıxmağa tələsdirmək idi».
Ədəbiyyat söhbətləri
327
Romanda öz doğma torpağını azad etməyə qalxan, ölümün
gözünə dik baxan vətənpərvər Azərbaycan əsgərinin əhvali-ru-
hiyyəsi ilə işğalçı erməni ordusunun (və xüsusilə onun zabitləri-
nin, komandanlığının) işbazlığı, pozğun (və çürük) mənəviyyatı
realist boyalarla qarşılaşdırılmış və tamamilə zəruri olaraq
müəyyən təfərrüatlara varılmışdır…
«Döyüş yerini bir neçə saat durbinlə izləmələrinə baxma-
yaraq heç bir hərəkətlilik müşahidə olunmurdu. Onlar doqquz
nəfərin yerini tapmadıqca həyəcanları daha da çoxalırdı. Çünki
Baş Qərargahdan da hər yarım saatdan bir zəng edib məlumat al-
maq istəyirdilər ki, kənd geri alınıb, ya yox? Alınıbsa kəndin
içində gedən bu döyüş, atəş səsləri nədir? Yox alınmayıbsa,
düşmən niyə məhv edilmir? Komandir deyə bilməzdi ki, atan
yalnız bizimkilərdir. O məruzə edə bilməzdi ki, iki tankımız
sıradan çıxarılıb. Belə olduğu şəraitdə onun Irəvanda vəzifə
pilləsinin qarşısına böyük sual işarəsi qoyulardı. Əslində, erməni
komandiri bu torpaqlardan çoxdan getmək istəyirdi. Bilirdi ki,
onlar Azərbaycan torpaqlarını işğal ediblər. Amma hara gedə-
cəkdi? Yaxşı bilirdi ki, Qarabağdakı o biri komandirlər kimi,
onun da ailəsi Irəvanda demək olar ki, girovluqdadır. Düz bir
söz demədinsə, etiraz elədinsə, dərhal səni ailənin başına hansı
oyunları gətirəcəkləri ilə hədələyirlər. Onun özü də burada bir
növ girov kimidir».
Azərbaycan zabiti Murad Mirzəyev isə həqiqətin (Tari-
xin!) timsalıdır, vətən uğrunda kişi kimi döyüşür, kişi kimi həlak
olur…
«Ayaq səsinə gözünü açdı. Erməni çalanın başında dur-
muşdu. Fikirləşmədən tapançanın ucunu qaldırıb atəş açdı. O,
çalanın içinə, elə onun yanına yıxıldı. Kənardakılar ermənicə
qışqırdılar:
-Burda hələ biri ölməyib. Bəlkə də «Ovçu» deyilən budur.
Muradı qan aparırdı. Bilirdi, bir qədər keçsə huşunu itirə-
cək. O zaman ermənilər onu əsir götürəcək, dindirəcəklər. Gözü-
nün qabağına əsgərləri gəldi. Bütün şəhidlər və qazilər bir-bir
Dostları ilə paylaş: |