Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə94/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   90   91   92   93   94   95   96   97   ...   108

Nizami Cəfərov 
 
328
gözünün önündə sıralandı. Amma üzündən təbəssüm çəkilmirdi. 
Generala verdiyi sözü yadına düşdü. «Komandir, mən əsir düş-
məyəcəm, son anda başıma bir güllə çaxacam». – Tapançanın 
lüləsini qaldırıb gicgahına dirədi. Fakirləşdi: «Görən komandir 
Fizzəyə sms göndərdi?» Ayaq səsləri daha bərkdən eşidilirdi. 
Güllə açıldı…» 
«Ovçu»nun şəhid olması (və dünyaya yenidən gəlməsi!) 
onun atasının, anasının və həyat yoldaşının təhtəlşüuruna, Vətə-
nin isə əbədi yaddaşına (Tarixə) çökür… 
«…Xəbərin ağırlığından Fizzənin üstünə elə bil dağ yıx-
mışdılar. Özü özündən gizlənmək istəyirdi. Sən demə, ürəyinin 
içində bir ürək də varmış, bundan heç xəbəri olmayıb. Sən de-
mə, o ürək Muradınmış. Indiyə qədər bunun heç fərqində olma-
yıb. Öz ürəyi dayananda, sinəsində döyünən ürək Muradın ürəyi 
olub. Ah, o bunun fərqini indi ayırd edə bilib. Onu da bilirdi ki, 
özünün ürəyinin yağı əriyib qurtarıb. Indi sinəsində Muradın 
ürəyi döyünür… 
Ona «Milli Qəhrəman» adı verilmişdi. Dəfninə xalq yığıl-
mışdı. 
…Heç kimin gözləmədiyi halda Fizzə dilləndi: «Vətən sağ 
olsun! Dünənə qədər o mənim qəhrəmanım idi, bu gündən xal-
qın qəhrəmanıdır! Vətən sağ olsun!» 
Əsərin sonunda verilmiş «4 aprel, Prezident Administrasi-
yası» fəsli Azərbaycan ordusunun 2017-ci ilin aprel qəhrəman-
lıqlarının tarixi nəticələrini dəyərləndirmək, dövlət başçısının 
mürəkkəb beynəlxalq siyasi münasibətlər kontekstində həmin 
nəticələrə istinad edərək ondan xalqın, dövlətin gələcək taleyi, 
mənafeyi üçün bir strateq kimi uzaqgörənliklə (və diplomatik 
məharətlə) faydalanmaq əzmini təsvir edir. 
Və roman özünəməxsus ideya-məzmun çoxqatlılığı, təh-
kiyə polifoniyası ilə çox aktual olan bir mövzunun bədii təfsirini 
sənətkarlıqla təqdim etməklə yanaşı, bu sahədə yeni yaradıcılıq 
axtarışlarına, fikrimcə, geniş imkanlar açır. 
 2017 


Ədəbiyyat söhbətləri 
 
329
 
«Ədəbiyyat qəzeti»nin baş redaktoru 
Azər Turana açıq məktub 
 
Hörmətli Azər müəllim! 
Sizin «Ədəbiyyat qəzeti»nin baş redaktoru təyin olunma-
ğınızdan ədəbi ictimaiyyət, heç şübhəsiz, müəyyən yeniliklər 
gözləyirdi, ancaq etiraf edim ki, mən də daxil olmaqla, bu qədər 
böyük uğur ummaq, yəqin ki, heç kimin ağlına gəlmirdi. Hər 
şeydən əvvəl ona görə ki, Azərbaycan Yazıçılar Birliyilə yaşıd 
olan «Ədəbiyyat qəzeti» uzun illərdir ki, Azərbaycan ədəbiyya-
tında, milli ədəbi-ictimai təfəkkürdə baş vermiş mürəkkəb 
proseslərin mərkəzində dayanmaqla elə bir zəngin tarixi təcrübə 
qazanmışdı ki, bu təcrübənin fövqünə qalxmaq, yeni yaradıcılıq 
(və üslub) texnologiyaları nümayiş etdirmək, hər bir materialı 
(və ümumən qəzeti) bugünün oxucusuna (əslində, yazıçısına!) 
oxutdurmağa nail olmaq çətin məsələ idi. Ancaq siz belə bir ağır 
(və şərəfli) işin öhdəsindən gəldiniz, əsl ədəbiyyat adamlarının 
hər bir sayını maraqla, bəzən isə hətta səbrsizliklə gözlədikləri 
bir qəzet nəşr etməklə göstərdiniz ki. Hələ bu ədalı, iddialı, çox 
zaman maddi tələbatlardan asılı dünyada (və dövrdə) yazan da 
var, oxuyan da; düşünən də var, sağlam düşüncəni bölüşdürənlər 
də; ağıllı, təsirli söz deyən də var, həmin sözü eşidənlər də… 
Siz Azərbaycan, ümumiyyətlə dünya ədəbiyyatı klassiklə-
rinin ciddi tədqiqatçısı, ümumtürk mədəniyyətinin həssas interp-
retatoru, müasir milli esseistikanın yaradıcılarından biri kimi 
tanınırsınız. Və baş redaktorluq fəaliyyətinizdəki böyük uğur, 
fikrimcə, əsasən ondan irəli gəldi ki, mövcud istedadınızı (və 
həmin sahələrdəki kifayət qədər zəngin yaradıcılıq təcrübənizi) 
heç bir qısqanclıq və ya tərəddüd eləmədən bütünlüklə qəzetə 
gətirdiniz, hər bir müəllifin az-çox uğurlu yazısını öz yazınız 
kimi sevə-sevə (və sevinə-sevinə!) təqdim etdiniz… Yadıma dü-
şür ki, keçən əsrin 70-ci, 80-ci illərində, o dövrün indiki ilə mü-
qayisə olunmayan məhdud siyasi-ideoloji şəraitində «Ədəbiyyat 


Nizami Cəfərov 
 
330
qəzeti»nin baş redaktoru Nəriman Həsənzadə də belə bir yol 
tutmuşdu. Qəzetin tirajı yüz mini keçsə də, adətən, günortadan 
sonra köşklərdə tapılmırdı… Əlbəttə, bugünün reallığı tirajı 
nəinki yüz mini, hətta on mini keçən qəzetdən belə danışmağa 
imkan verməsə də, mahiyyət, prinsip etibarilə, dəyişmir: «Ədə-
biyyat qəzeti» ilə əsl ədəbiyyat adamları arasındakı yaradıcılıq 
əməkdaşlığı, mənəvi bağlar o qədər möhkəm olmalıdır ki, heç 
biri özünü tənha hesab etməsin: nə qəzet, nə də ədəbiyyat 
adamı… Bununla belə mən o qədər də az olmayan qəzetçilik 
təcrübəmdən bilirəm ki, öz sözü olmayan, yaxud ədəbiyyatətrafı 
müəllifləri, nə qədər dedi-qodu yaratmağa cəhd edib qəzetin, 
ənənəvi olaraq, onun baş redaktorunun «düşmən»inə çevrilsələr 
də, yalnız bir dəfə çap etmək olar ki, söz-sözə gələndə oxucular 
da kimin haqlı, kimin haqsız olduğuna münsiflik eləmək imka-
nına malik olsunlar. Qrafoman ikinci, yaxud üçüncü dəfə çap 
olunarsa, həm qəzetin, həm də onun xidmət etdiyi ədəbi idealla-
rın bərəkəti qaçır… Siz isə artıq çoxumuzdan yaxşı bilirsiniz ki, 
belə şeylər üçünsə döyüşmək lazım gəlir. Və heç kimə sirr deyil 
ki, dahi sələflərimiz Həsən bəy Zərdabi də, Əli bəy Hüseynzadə 
də, MIrzə Cəlil də döyüşmüşlər. Əgər bütün bunlar olmasaydı, 
nə «Əkinçi», nə «Füyüzat», nə də «Molla Nəsrəddin» olardı. 
Böyük yolun davamçısı olan «Ədəbiyyat qəzeti» bu gün 
həm yaşlı (və təcrübəli) ədəbi nəslə hörmətlə yanaşır, həm orta 
nəsli gen-bol çap edir, həm də gəncliyə geniş yer verməklə onla-
rın üzərinə ciddi məsuliyyət qoyur. Və mən görürəm ki, hələ bir 
neçə il əvvəl Universitet tələbəsi olmuş gənclərin öz müəllimlə-
rini belə heyrətə salan dərin elmi-nəzəri məqalələri çap olunur; 
yalnız Azərbaycan yox, ümumən dünya ədəbiyyatında gedən 
ideya-estetik proseslər peşəkarlıqla şərh edilir… Rüstəm Kama-
lın, Elnarə Akimovanın, Iradə Musayevanın… hər məqaləsində 
mütləq yeni bir fikir deyilir. Hər yeni imza az və ya çox dərə-
cədə öz yeni mövqeyi, öz çəkisi ilə təzahür edir… 
 
Hörmətli Azər müəllim! 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə