Nizami Cəfərov
340
yə, ərəbcədəndə azərbaycancaya xeyli dəyərli əsərlər çevirməsi-
dir ki, onların içərisində «Müasir Azərbaycan nəsri» antologi-
yası, Nəcib Məhfurun «Liderin qətl günü» romanı ayrıca qeyd
olunmalıdır.
Əhmədlə artıq neçə illərdir ki, görüşür, əməkdaşlıq, yol-
daşlıq, dostluq edirik. Ona minnətdaram ki, Azərbaycan Tərcü-
mə Mərkəzinin rəhbəri, görkəmli yazıçımız Afaq Məsudun
təşəbbüsü ilə mənim «Azərbaycan xalqının tarixi və ya tərcü-
meyi-halı» kitabçamı ərəbcəyə tərcümə etmişdir.
Onunla, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə ol-
sun, hər görüş, söhbət mənə xüsusi zövq verir. Əvvəla ona görə
ki, çox xeyirxah, humanist işlər görür, iki xalqın mədəni əlaqələ-
rinin güclənməsi, genişlənməsi üçün intellektini, zəhmətini
əsirgəmir; ikincisi isə, Azərbaycanı yaxşı tanımaqdan başqa, bir
sıra türk dillərində, o cümlədən azərbaycanca da azacıq aksentlə
çox gözəl danışır… Və hərdən ona zarafatla deyəndə ki, «Əh-
məd, sən azərbaycanca əcnəbi kimi yox, Azərbaycanın hansısa
rayonundan Bakıya yeni gəlmiş adam kimi danışırsan», özünə-
məxsus səmimiyyətlə gülüb «hə, elədi» deyir, «bu sözü çox eşi-
dirəm, çox da xoşuma gəlir».
«Müstəqillik dövrü Azərbaycan romanı»nın uğurunu tə-
min edən ən mühüm cəhətlərdən ikincisi mövzu-problematikanı
lazımi miqyasda əhatə etməsidir ki, buraya aşağıdakılar daxildir:
1) roman janrı tarixi yaddaş və dövrün həqiqətləri kon-
tekstində;
2) sosial-siyasi və fəlsəfi-psixoloji problemlər roman
janrının təqdimatında;
3) Azərbaycan romanı Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinin təcəssümü kimi;
4) müstəqillik dövrü romanlarının sənətkarlıq xüsusiy-
yətləri.
Ancaq məsələ yalnız onda deyil ki, müəllif öz tədqiqatının
mövzu-problematikasını bu miqyasda müəyyən edir, əsas odur
ki, həmin miqyasda da peşəkar ideya-estetik təhlil-interpretasiya
Ədəbiyyat söhbətləri
341
verməyə nail olur. Müstəqillik dövrünün, əgər belə demək olar-
sa, gündoğanında yaranmış «Ölən dünyam» (Ismayıl Şıxlı),
«Zərrintac-Tahirə», «Eşq sultanı», «Xəzərin göz yaşları» (Əzizə
Cəfərzadə), «Axirət sevdası», «Kef», «Ömür urası» (Sabir Əh-
mədli), «Isahəq, Musahəq», «Cəhənnəm» (Isa Muğanna), «Ağ
qoç, qara qoç» (Anar), «Günah duası» (Mövlud Süleymanlı),
«Azadlıq» (Afaq Məsud), «Gəlinlik paltarı» (Hüseynbala Mirə-
ləmov), «Ovlaq keçidi» (Ağarəhim Rəhimov), «Insan dənizi»
(Vaqif Sultanlı), «On üçüncü həvari və ya 141-ci Don Juan»
(Elçin Hüsenbəyli) və s. romanları araşdıran Əhməd Saminin
muvafiq dövrün Azərbaycan tədqiqatçılarından üstünlüyü, özü-
nün də qeyd etdiyi kimi, onun əsərində «çağdaş Azərbaycan
romanlarının müxtəlif ərəb ölkələrində yaranmış romanlarla
müqayisəli şəkildə tədqiq olunması, bu kontekstdə oxşar və
fərqli cəhətlərin, xüsusiyyətlərin üzə çıxarılmasıdır».
Monoqrafiya müəllif yazır:
«…Istiqlaliyyət dövrü Azərbaycan romanları ilə müxtəlif
ərəb ölkələrində eyni janrda yaranan əsərlər arasında mövzu,
problem və ideya-estetik baxımdan oxşar məqamlara təsadüf
olunmaqdadır. Bu aspekt daha çox Nəcib Məhfuz, Yusif Issiba-
yi, Əbdürrəhman Nasif, Yusif Əli Qaid və başqa yazıçıların
romanlarında özünü birüzə verməkdədir».
Nəhayət, əsərin üçüncü mühüm məziyyəti barədə…
Ümumiyyətlə, müstəqillik dövrü Azərbaycan roman yara-
dıcılığının ilk on beş illik axtarış yollarını araşdıran Əhməd sami
bir sıra görkəmli Azərbaycan tənqidçi-ədəbiyyatşünasları (Bəkir
Nəbiyev, Yaşar Qarayev, Akif Hüseynov, Tofiq Hüseynoğlu,
Himalay Qasımov, Vaqif Yusifli, Tehran Əlişanoğlu, Təyyar
Salamoğlu, Nərgiz Cabbarlı…) ilə polemikada belə bir qərara
gəlir ki, «müstəqillik dövründə yaranmış romanlar mövzu-məz-
mun baxımından zəngin və rəngarəngdir. Bu romanlarda, demək
olar ki, Azərbaycan cəmiyyətini və çağdaş dünyanı narahat
edən, düşündürən ən mühüm məsələlər mövzu obyektinə çevril-
mişdir… Milli kontekstdə yanaşılarsa, araşdırılan dövrdə nəşr
Nizami Cəfərov
342
olunmuş istər tarixi, istərsə də müasir mövzulu romanlar janrın
poetikasını xeyli dərəcədə yeni çalarlarla zənginləşdirmişdir».
«Müstəqillik dövrü Azərbaycan romanı»na «Çağdaş döv-
rün nəsri yeni paradiqmalar müstəvisində» adlı giriş sözü yaz-
mış fəlsəfə doktoru Samirə Məmmədli tamamilə haqlıdır ki,
«Əhməd Sami Elaydinin monoqrafiyası, müəyyən mənada, ədə-
bi prosesə kənardan və daxildən baxışın vəhdəti olmaqla gələ-
cəkdə aparılacaq araşdırmalar üçün də, müəyyən mənada, yol
açır, çünki fərqli dünyagörüş və dünya duyumunun sərgilədiyi
münasibət həmişə «mübahisəlidir», həmişə düşünməyə sövq
edir».
Ancaq bir məsələ mübahisəsiz (və inkar edilməzdir) ki,
Əhməd bəy kimi istedadlı, geniş dünyagörüşlü, mehriban bir
gəncin qədim (və zəngin) tarixə malik ərəb ölkələrindən birin-
dən – Misirdən gəlib «Müstəqilik dövrü Azərbaycan romanı»
mövzusunda əsər yazması, həmin mövzuda kitab nəşr etdirməsi
Azərbaycanın məhz dövlət müstəqilliyinin nəticəsidir…
2017
Ədəbiyyat söhbətləri
343
«Həvəskar»ın peşəkarlığı
Şeir yazmaq, bütün qarşısıalınmaz daxili (mənəvi-ruhi)
tələbatı ilə birlikdə, nə qədər ağrılı prosesdirsə, kiməsə oxun-
ması, çap etdirilib cəmiyyətə çatdırılması, əslində, ondan da
ağır, məsuliyyətli bir işdir.
Təbiidir ki, insan öz hisslərini, yaşantılarını, dünyaya, hə-
yata emosional münasibətlərini kiminləsə bölüşdürmək istəyir.
Və bölüşdürür də… Ancaq bu, hamıya müyəssər olmur ki, onla-
rı poetexnoloji modellərlə, poeziyanın təsirli, yadda (və həmi-
şəlik dünyada!) qalacaq dili ilə desin. Hər sahədə olduğu kimi
burada da bir həvəskarlar var, bir də peşəkarlar…
Adəm Asnının şeirlərilə tanış olduqdan sonra ona, özünün
təvazökarlıqla israr eləməsinə baxmayaraq, «həvəskar» deməyə
dilim gəlmədi. Adəm Asnı şairdir…
Giley dolu, tənə dolu sözlərin
Sinəmə çəkdiyi dağına qurban.
Çatma qaş altında ahu gözlərin
Qarasına qurban, ağına qurban.
Adəm zəngin etnoqrafik, etnocoğrafi yaddaşı olan qələm
adamıdır.
«Allah sənə rəhmət eləsin, ustad Şəhriyar» epiqrafı ilə
başlayan «Xatirə» şeirində yazır:
O barlı-bəhrəli yaşıl bağların,
Hər daşın andığım uca dağların,
Doğma kəndimizin – Qarabağların
Qoynunda yenidən uşaq olaydım,
Yenidən boy atıb yaşa dolaydım.
Dostları ilə paylaş: |