Nizami Cəfərov
300
Ağrılı günlərin
gürcü hekayələri
Nəriman Əliyev gürcü dilindən etdiyi tərcümələr toplusu-
nu – «Bir pyes, on yeddi hekayə» kitabını (Tbilisi, 2015) mənə
bağışlayanda onu da dedi ki, bugünkü gürcü ədəbiyyatında ay-
dın seçilən bir fikir, ruh sərbəstliyi var… Əlbəttə, bu, yeni bir
şey deyil, ümumən gürcü xarakteri, bədii özünüifadəsi üçün
kifayət qədər səciyyəvi cəhətdir. Və özünü həmişə göstərib.
Ancaq Nəriman Əliyevin uğurlu tərcümələri imkan verir
ki, postsovet məkanında, xüsusilə ilk illərdə, baş vermiş mürək-
kəb ictimai-siyasi, mənəvi-ideoloji proseslər kontekstində gür-
cülərin nə düşündükləri, hansı hissləri keçirdikləri və gələcəyə
necə baxdıqları barədə müfəssəl təsəvvür yaransın.
Əslində, kitabdakı pyes də, hər bir hekayə də geniş təhlilə
layiqdir, ancaq bir neçə hekayə üzərində dayanacağam. O heka-
yələr üzərində ki, ideya-məzmunca məni daha çox maraqlandır-
dı. Və Azərbaycan üçün də az səciyyəvi olmayan keçmiş gün-
lərə qaytardı…
Böyük Nodar Dumbadzenin nəslindən olan yazıçı, dövlət
xadimi Qela Dumbadze «O günləri yadıma salan üç əhvalat»
hekayəsində Sovetlər Birliyi çökdükdən sonra Gürcüstanın yaşa-
dığı ağır, sıxıntılı günlərin mənzərəsini canlandırır. Çətin maddi
şəraitdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlər
ürəkdən çalışırlar ki, Gürcüstanın gənc nəsli vətənə layiqli öv-
ladlar kimi böyüsünlər. Ona görə də hər cür məhrumiyyətlərə
sinə gərirlər… Həmin günlərdə bir xeyriyyəçi xanım Elizabet
Qast alman məktəblilərinin öz əllərilə hazırladıqları oyuncaqları
gürcü məktəblilərinə hədiyyə göndərir. Uşaqlar hədsiz dərəcədə
sevinirlər… Məktəb direktoru artıq qalmış «boz dovşan»ı da
məktəbli oğluna verir. Bir neçə ildən sonra Tbilisiyə qonaq gə-
lən xeyriyyəçi xanım təntənə ilə qarşılanır. Və məktəb direktoru
artıq oynadılmaqdan tükləri tökülmüş «boz dovşan»ı o günlər-
Ədəbiyyat söhbətləri
301
dən xatirə olaraq Elizabet Qasta qaytarıb minnətdarlığını bildi-
rir… Sonralar isə eşidir ki, xeyriyyəçi xanım ona qaytarılmış
«boz dovşan»ı «öz evinin qonaq otağının ən görkəmli yerində ən
əziz ərməğan kimi saxlayır».
Hekayə çətin günlərin dostlarına minnətdarlığının nə qədər
ali bir hiss olduğunu göstərməklə yanaşı, gürcü qürurunun ro-
mantikası barədə də təsəvvür yaradır.
Tbilisidən ABŞ-a köçmüş Yaşa Livşits Gürcüstanın ağır
vəziyyətdə olduğunu bildiyinə görə buradakı məhəllə dostlarının
hərəsinə əlli dollar göndərir. Əslində, şərait tələb edir ki, hər kəs
öz pulunu buna çox böyük ehtiyacı olan ailəsinə xərcləsin… An-
caq şəraitlə hesablaşmalı olsaydı, gürcü də gürcü olmazdı…
Həmin pulları bir yerə yığıb haylı-küylü, şən bir məclis keçirən
dostlar onun vidiokassetini uzaq Amerikaya göndərirlər.
Qela Dumbadze mənsub olduğu xalqın artıq tarixə
çevrilmiş ağrılarını (və hər cür çətinliyə həmişə qalib gəlmiş ira-
dəsini), heç şübhəsiz, yüksək istedad (və səmimiyyətlə) qələmə
almışdır.
Revaz Mişveladzenin «Çətindir, çətin…» hekayəsi isə ağır
zamanlara «nikbin» bir parodiyadır ki, burada «laxlayan kadr
siyasətinə hücum başlanıb, demokratiya qanadlarını açanda»
özünün gözləmədiyi halda «kollektivlə razılaşdırılıb» nazir se-
çilmiş bir insanın başına gələn qeyri-adi hadisələrdən danışılır…
«Axşam ailəmi necə olsa da bu fikrə alışdırdım ki, nazirəm,
ancaq sözün düzü, heç özüm belə inana bilmirdim».
Heç bir təcrübəsi olmayan «nazir» naşılıqdan nəinki öz
vəzifəsini yerinə yetirə bilir, işə gedib-gələcəyi üç maşının
arasında qalır: xidməti «Volqa»nın, köhnə «Jiquli»sinin, bir də
taksilərin… «Bax belə… O adamları ki, karyera pilləsinə yük-
səlmək gözləyir, bilin, nazir olmaq, həqiqətən, asan iş deyil».
Bir dövrdə ki ümumən millətin başı öz əlində deyil, bir
dövrdə ki, millətin başını qatmaq üçün «demokratiya oyunu»
oynanılınır, o dövrün «seçilmiş» naziri də həmin oyunun zavallı
«piyadalar»ından başqa bir şey deyil… Yazıçı naşılıqdan yara-
Nizami Cəfərov
302
nan çaşqınlığı göstərir, yüksək dövlət vəzifəsində həmin çaşqın-
lıqdan nələrin törəyəcəyini təsəvvür etməyi isə oxucuların öhdə-
sinə buraxır…
Quram Meqrelişvilinin «Yazıçı» hekayəsi qeyri-adi tesk-
toloji quruluşu, ictimai hərc-mərcliyin insan şəxsiyyətinə nə
dərəcədə alçaldıcı ironik münasibət göstərdiyinin konkret detal
və təfərrüatlarla əksi baxımından maraq doğurur… Iqtisadi çə-
tinlik illərində özünə iş axtaran, qəzetə bu barədə elan verən
gənc yazıçı insan ağlına belə gəlməyən ən təhqiredici «vəzifə-
lər» yerinə yetirməli olur… Məsələ burasındadır ki, özünü qam-
çılatmaqla pul qazanan yazıçının işindən ailə üzvləri narazı olub,
onu «işə götürən»in qarasınca danışsalar da, nəticə etibarilə,
dolanmaq, ev almaq, istirahətə getmək xatirinə vəziyyətlə barı-
şırlar. Və hətta qonşu da yalvarır ki, onun işsiz oğluna belə bir iş
tapsın.
Bu hekayə hərc-mərcliyə, insan ləyaqətinin alçaldılmasına
elə bir sarkazmdır ki, hətta qəhrəmanlardan biri illər boyu arzu-
lanmış milli müstəqilliyə qarşı çıxıb «kommunistlərin dövrü»n-
dəki «qanun-qayda»nı həsrətlə xatırlamağa məcbur olur…
Doğrudur, müəllif öz yazıçı qəhrəmanının bivecliyini,
əqidəsizliyini qeyd etməyi də unutmur, ancaq ona qarşı dayanan
əxlaqi-ictimai ədalətsizlik o qədər rəzildir ki, qəhrəmanı qına-
maq da olmur…
Murman Xuntsarianın «Doğum günü» hekayəsinin qəhrə-
manı Quca bir payız günü düşüncələr, xəyallar içərisində yaşadı-
ğı şəhəri dolaşır… «Qəflətən onun qarşısına uşaqlı qadın çıxdı.
Quca xoşbəxt ananın baxışlarını gördü və həmin an içində sevin-
cək halda qışqırdı: Allah məhəbbət deməkdir!
Bütün varlığı təkrar edirdi: Allah məhəbbətdir! Ancaq
haradansa qarğa kimi uçub gələn bədbinlik onun sevincinə kölgə
saldı: Allah məhəbbətdirsə, bəs kimə və nə üçün nifrət lazım
olmuşdur?»
Qucanı filosofluğa vadar edən doğma Gürcüstanın, ümu-
mən dünyanın düşdüyü çıxılmaz vəziyyətdir. «…Gözləri qaral-
Dostları ilə paylaş: |