Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə32/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   28   29   30   31   32   33   34   35   ...   108

Nizami Cəfərov 
 
112
Həmin illərdə jurnalın səhifələrində poeziyanı Səməd Vur-
ğun, Süleyman Rustəm, Rəsul Rza, Məmməd Rahim, Osman 
Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Cəfər Xəndan, 
Əliağa Vahid, Hüseyn Abbaszadə, Əli Əlizadə, Tələt Əyyubov, 
Ə.Bahar, Adil Babayev, Əhməd Cəmil, Zeynal Xəlil, Böyükağa 
Qasımzadə, M.Bipərva, Hüseyn Hüseynzadə, A.Əlisoltan, Vida-
di Şıxlı (Babanlı), Ənvər Əlibəyli, Ismayıl Soltan, Islam Səfərli, 
B.Solmaz, Ələkbər Ziyatay, Əliağa Kürçaylı, Gəray Fəzli, Əli 
Tudə, Balaş Azəroğlu, Atif Zeynallı, Bəxtiyar Vahabzadə, Nəbi 
Babayev (Xəzri), Qabil və b.; nəsrdə Məmməd Səid Ordubadi, 
Əli Vəliyev, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əbülhəsən, 
Mir Cəlal, Mirzə Ibrahimov, Əvəz Sadıq, Cahanbaxış, Ilyas 
Əfəndiyev, Şəmsəddin Abbasov, Sabit Rəhman, Həmid Axund-
lu, Yusif Əzimzadə, Məmməd Aranlı, Salam Qədirzadə, Əli 
Əsgərov, Pənahi Makulu, Cəlal Məmmədov, Ənvər Məmməd-
xanlı, Mirzə Müştaq, Həsən Seydbəyli, Yusif Şirvan və b.; 
dramaturgiyada Abdulla Şaiq, Səməd Vurğun, Ilyas Əfəndiyev, 
Mehdi Hüseyn, Sabit Rəhman, Imran Qasımov, Səttar Axundov, 
Əyyub Abbasov, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı və b.; 
tənqid və ədəbiyyatşünaslıqda isə Mehdi Hüseyn, Məmməd 
Arif, Heydər Hüseynov, Cəfər Xəndan, Mirzə Ibrahimov, Əziz 
Şərif, Məmməd Cəfər, Cəfər Cəfərov, Mir Cəlal, Həmid Araslı, 
Orucəli Həsənov, Cahanbaxış, Məmmədəli Əsgərov, Məsud 
Əlioğlu, Əkbər Ağayev və b. təmsil etmişlər. 
Biz bu adları çəkə-çəkə düşünürük ki, əgər 20-ci, 30-cu 
illərdən, məsələn, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müş-
fiq, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Cəfər Cabbarlı, 
Salman Mümtaz, Bəkir Çobanzadə, Əmin Abid, Mustafa 
Quliyev, Məmmədkazım Ələkbərli, Ruhulla Axundov, Hacıbaba 
Nəzərli kimi yaradıcı şəxslər 40-cı, 50-ci illərə sağ-salamat 
«çıxsaydılar», görəsən, «Azərbaycan» jurnalının özü necə çıxar-
dı?.. Dərhal da tale ilə mütəvaze bir «barışqanlıq» əhvali-
ruhiyyəsi ilə belə bir «nikbin» nəticə çıxarmağa məcbur oluruq 
ki, yaxşı ki, jurnalın özü yaşadı!.. Yaşadı və mənsub olduğu – 


Ədəbiyyat söhbətləri 
 
113
hisslərini, duyğularını, düşüncələrini daşıdığı xalqa həm yaşa-
mağı, həm də yaşamağın nə demək olduğunu, nəyin hesabına 
başa gəldiyini öyrətdi… 
Və biz bu adları çəkə-çəkə onu da düşünürük ki, həmin 
adların çoxu bu gün də çox populyardır, bir çoxu isə ancaq 
tədqiqatçı-ədəbiyyatşünaslara məlumdur… Yalnız bir dövrün 
«qəhrəmanlar»ı olduğu kimi, hər dövrün «qəhrəmanlar»ı da 
var… Və belə də olmalıdır!.. Çünki bu, Həyatın Eposudur!.. O 
ki ola ədəbiyyat ola!.. 
1953-cü ildən 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərinə 
qədərki dövr «Azərbaycan»ın «tərcümyei-hal»ında üçüncü dövr 
olsa da, burada bir sıra mərhələlər ayırmağa ehtiyac duyulur: 
birinci mərhələ 1953-cü ildən 60-cı illərin əvvəllərinə, ikinci 
mərhələ 60-cı illərin əvvəllərindən 70-ci illərin ortalarına, üçün-
cü mərhələ isə 70-ci illərin ortalarından 80-ci illərin sonu, 90-cı 
illərin əvvəllərinə qədər davam edir. 
Və qeyd etmək lazımdır ki, bu dövrdə həm poeziya, həm 
nəsr, həm dramaturgiya, həm də tənqid və ədəbiyyatşünaslıqda 
yaradıcılıq məhsuldarlığı əvvəlki dövrlərdən istər ideya-məz-
mun, istərsə də üslub texnologiyaları etibarilə daha yüksək, daha 
çoxspektrli, daha zəngindir. 
«Azərbaycan» jurnalının biblioqrafik göstəricisi 50-ci 
illərin əvvəllərindən 80-ci illərin sonu, 90-cı illərin əvvəllərinə, 
yəni milli ədəbi-ictimai təfəkkürdə müstəqillik ümidlərinin 
yarandığından həmin ümidlərin doğrulmasına qədər belə bir 
mənzərə açır: 
Poeziyada – Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul 
Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar 
Rəfibəyli, Zeynal Xəlil, Mirmehdi Seyidzadə, Hüseyn Hüseyn-
zadə (Arif), Əli Tudə, Islam Səfərli, Bəxtiyar Vahabzadə, Aslan 
Aslanov, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Əh-
məd Cəmil, Adil Babayev, Hökumə Billuri, Gəray Fəzli, Novruz 
Gəncəli, Davud Ordubadlı, Qabil, Qasım Qasımzadə, Əliağa 
Kürçaylı, Məmməd Araz, Tofiq Bayram, Nəbi Xəzri, Nəriman 


Nizami Cəfərov 
 
114
Həsənzadə, Ağacavad Əlizadə, Əli Kərim, Atif Zeynallı, Fikrət 
Qoca, Ibrahim Kəbirli, Kələntər Kələntərli, Qaçay Köçərli, Xəlil 
Rza Ulutürk, Ağa Laçınlı, Tofiq Mahmud, Əhəd Muxtar, Cabir 
Novruz, Fikrət Sadıq, Ilyas Tapdıq, Azad Talışoğlu, Rəfiq Zəka
Eyvaz Borçalı, Məmməd Aslan, Abbas Abdulla, Məstan Əliyev 
(Günər), Ibrahim Göyçaylı, Yusif Həsənbəy, Fəridə Əliyarbəyli, 
Hüseyn Kürdoğlu, Zahid Xəlil, Famil Mehdi, Isa Ismayılzadə, 
Musa Yaqub, Firuzə Məmmədli, Mustafa Iskəndərzadə, Şəkər 
Aslan, Ramiz Duyğun, Tofiq Abdin, Abbasağa, Ağasəfa, Nüsrət 
Kəsəmənli, Sabir Adil, Eldar Baxış, Hafiz Əli, Rüzgar Əfəndi-
yeva, Ələkbər Salahzadə, Müzəffər Şükür, Çingiz Əlioğlu, 
Vaqif Nəsib, Nurəngiz Gün, Vahid Əziz, Kəmalə, Aslan Kəmər-
li, Hidayət, Məmməd Ismayıl, Zəlimxan Yaqub, Sabir Rüstəm-
xanlı, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə (Bayatlı Odər), Zakir 
Fəxri, Vaqif Bəhmənli, Paşa Qəlbinur, Adil Cəmil, Rüstəm 
Behrudi və b. 
Nəsrdə – Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, 
Mirzə Ibrahimov, Mir Cəlal, Əbülhəsən, Ilyas Əfəndiyev, Ənvər 
Məmmədxanlı, Manaf Süleymanov, Qılman Musayev (Ilkin), 
Əzizə Cəfərzadə, Ismayıl Şıxlı, Süleyman Vəliyev, Bayram Bay-
ramov, Hüseyn Abbaszadə, Salam Qədirzadə, Ələviyyə Baba-
yeva, Cəmil Əlibəyov, Xalidə Hasilova, Imran Qasımov, Vidadi 
Babanlı, Seyfəddin Dağlı, Cəlal Bərgüşad, Tofiq Əfəndiyev, 
Cəmşid Əmirov, Hüseyn Ibrahimov, Isa Hüseynov (Muğanna), 
Isi Məlikzadə, Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu, 
Maqsud Ibrahimbəyov, Rüstəm Ibrahimbəyov, Çingiz Hüseynov, 
Əhmədağa Muğanlı, Tahir Hüseynov, Sabir Əhmədli, Əlfi Qası-
mov, Fərman Kərimzadə, Əfqan, Nəriman Süleymanov, Əmir 
Mustafayev, Aqşin Babayev, Əlibala Hacızadə, Nahid Hacıyev, 
Sabir Azəri, Mövlud Süleymanlı, Vaqif Nəsib, Seyran Səxavət, 
Əli Səmədli, Afaq Məsud, Çingiz Abdullayev, Aqil Abbas və b. 
Dramaturgiyada – Mirzə Ibrahimov, Sabit Rəhman, Ilyas 
Əfəndiyev, Imran Qasımov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, 
Rauf Ismayılov, Altay Məmmədov, Əli Əmirli və b. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə