Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə40/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   36   37   38   39   40   41   42   43   ...   108

Nizami Cəfərov 
 
136
Yazıçı demək istəyir ki, nəyi varsa bazara çıxarmağa, adət 
etmədiyi texnologiyalarla satmağa məcbur olmaqla yanaşı, xalq-
da bu alqı-satqıdan gələn «gəlir»in dəqiq ünvanı, təyinatı barədə 
aydın təsəvvür də yoxdur… Nə satılır?.. Niyə satılır?.. 
Və Sona tarixi bir qərar qəbul edir: 
«…Xalçanı çəkib aradan yığdı və pəhləvan kimi qoltuğu-
na vurdu: 
-Satmıram, -dedi, -vəssalam! 
Xalçanın küləyi, soyuq və kəsərli silah kimi ingilisin boz 
sifətinə dəydi. Mister vahiməyə düşmüş kimi geri-geri çəkildi. 
Alt çənəsini laxlatdı. Tacir onun dediyini qadına tərcümə etdi: 
-Görürsən? Düzü elədir. «Hara getsə, -deyir, -onu mən 
alacağam». 
Sona daha da acıqlandı. Iti və həyəcanlı nəzərlərilə həm 
taciri, həm misteri süzüb əli ilə qəti rədd işarəsi verdi: 
-Itə ataram, yada satmaram! 
Sona arxasını misterə və tacirə çevirib elə cəld gedirdi ki, 
deyəsən evdə yağı daşır. Onun dalınca iki həris canavar gözü 
baxır, yanırdı»… 
Bu atalar sözü neçə illər idi ki, Azərbaycan xalqının bədii-
fəlsəfi təfəkküründə mövcud idi. Mir Cəlal yeni tarixi dövrdə 
yerində, məqamında elə xatırlatdı, elə aktuallaşdırdı ki, o, bütöv 
bir milli ideoloji prinsipə, öz gələcək taleyini həll etməli olan 
xalqın əlində mənəvi silaha döndü… Və təsadüfi deyil ki, XX 
əsrin sonlarında – artıq böyük yazıçı-mütəfəkkirin bu dünyada 
olmadığı illərdə də həmin silah-prinsip müstəqillik uğrunda 
mübarizə aparan xalqa ilham verən ideya-estetik amillərdən biri 
idi… 
Baharın romanı onun faciəli aqibətilə bitir… 
«Məşədi kiriməmiş, dimdikli tərəzi şaqqıldayır, sarı zən-
billər yağlı ətlə dolurdu. Güclü və zalım qış qüvvəsini ancaq 
yoxsullara bildirirdi. Həyat öz soyuq şiddətilə kiminə divan 
tutur, ilıq ləzzətilə kiminə meydan açır, soyuq dövran öz qansız-
lığı və amansızlığı ilə davam edirdi. 


Ədəbiyyat söhbətləri 
 
137
Yalnız o balaca və adamsız uşaq yox idi. Yenicə çiçək-
lənən Bahar, qışın cəngəlliyində məhv olmuş Bahar daha yox 
idi. Ondan acı bir xəyal qalmışdı. Baharın cırıq, köhnə papağı 
yolda, qar üstündə qaralırdı. O da sahibi kimi kimsəyə lazım 
deyildi…» 
Və «Bir gəncin manifesti» bundan sonra bütün diqqəti bö-
yük qardaşın – Mərdanın ictimai-siyasi tərcümeyi-halı üzərində 
cəmləşdirir… 
«Mərdan bir ah çəkdi, kənddə sahibsiz qoyub gəldiyi ana-
sını, qardaşını xatırladı. Bu qışın günündə lüt-ayaqyalın uşağın 
yaman halını düşündükcə onu od götürürdü: görəsən, kimlərin 
tövləsində daldalanır. Görəsən, acından kimə yalvarır. Göyərmiş 
əllərilə, görəsən, kimin damında qar kürəyir… 
Mərdan anasının, beş-altı aydan bəri buraxıb gəldiyi ailə-
nin bütün əzab-əziyyətlərində özünü məsul və müqəssir gördü. 
«Burada dünyanın düzəlməyi ilə məşğul olursan, öz doğma ana 
və qardaşının halından xəbər tutmursan. Onların kimi var? Onlar 
sənin əlinə baxırlar»… 
Mir Cəlalın yaradıcılıq təcrübəsi göstərir ki, Azərbaycan 
sovet ədəbiyyatının istedadlı (və milli düşüncə təmayüllü) nü-
mayəndələri mövcud şərtlər daxilində belə, xalqın həyat ideal-
larını kifayət qədər dəqiqliklə əks etdirmiş, yeni dövrün (qeyd 
edək ki, bir çoxlarının indiyə qədər təsəvvür etdiyinin əksinə 
olaraq, «yeni dövr» anlayışı «sovet dövrü» anlayışından çox-çox 
geniş, çox-çox rəngarəng və çox-çox tarixidir) ədəbiyyatını 
yaratmışlar. Və mühüm cəhətlərdən biri də budur ki, yeni dövr 
bütün ehtirasları, emosional iddiaları, tərəddüdləri, ideoloji axta-
rışları ilə bütövdür… Azərbaycanın müasir mədəni, sosial və 
siyasi varlığı bu xaotik (və amorf!) bütövlükdən yaranırdı… Yer 
kürəsi toz-dumanlıqlardan yarandığı kimi… 
Nəyin «daxili», nəyin «xarici» problem olduğunu müəy-
yənləşdirmək mümkün deyildi… 
Anası Sona kimi Mərdan da ingilislə üz-üzə gəlməli olur, 
ancaq təbii ki, fərqli səviyyədə… 


Nizami Cəfərov 
 
138
«Qənbər irəli yeridi: 
-Sən nə haqq ilə Böyük Britaniya hökumətinin nümayən-
dəsini… 
Mərdan onun sözünü ağzında qoydu. 
-Britaniya nümayəndəsi yeddi iqlim basa-basa burada
Azərbaycanda nə qələt eləyir? Sizin Britaniya ağaları ilə qohum-
luğunuz haçandandır?.. 
…Zahirindən, libasından sadə bir çoban, biçinçi, «acından 
ölməyə macal tapmayanın biri» zənn etdiyi bu nazik oğlanın 
ağzından çıxanlara Qənbər inana bilmədi. O güman etdi ki, bu 
sözlər kiminsə, oxumuş, çoxbilmiş bir adamın ağzından çıxır»... 
Bu, o deməkdir ki, sahibsiz bir ölkənin daxili ilə xarici 
arasında heç bir hədd-hüdud yoxdur, əgər belə demək mümkün-
sə, astarı üzünə çıxmışdır. Bilmək olmur ki, diplomatiya oyunu-
nu «xarici»yə qarşı oynayasan, ya «daxili»yə… Çünki «xaric» 
bütün gücü, təsir dairəsinin əhatəliliyi ilə «daxil»dədir. Və bu 
daxildəki «xariciliy»i xalqın təkcə siyasi yox, mənəvi varlığın-
dan da qoparıb çıxarmaq üçün diplomatiyanın analoqu olmayan 
üsullarını tətbiq etmək lazım gəlir… Dövlət qulluqçusu olan 
komendant, Qənbərin əlindən Mərdanı məhz bu «üsul»la xilas 
edir:  
«Zəhmət çəkin, Qənbər, bu işə istiqanlı yanaşmayın, 
qarşınızda duran at-eşşək oğrusu deyil, Böyük Britaniya dövləti-
hümayuni işində… Bu siyasi canidir. Bu saat mən təcili yatab ilə 
onu millət məhkəməsinə göndərərəm. Orada necə lazımdır, 
divanını tutarlar. Xəbəri sizə çatar. Xahiş edirəm, mənə mane 
olmayasız ki, iş gecikər, qatar yola düşür. Buna mən məsulam. 
Cavab istəyirlər. Atamı yandırarlar…» 
«Bir gəncin manifesti»ndə iki etnososioloji məqam ayrıca 
izah və ya təhlil tələb edir: onlardan birincisi xalqın təbii ağıl, 
düşüncə, mühakimə istedadı, ikincisi isə nə qədər müxtəlif sinif-
lərə, silklərə, zümrələrə ayrılsa da milli bütövlüyüdür ki, bunlar-
dan birincisi daha mühümdür. Və tarix dəfələrlə göstərmişdir ki, 
azərbaycanlı düşdüyü yeni şəraitdən kifayət qədər rahat baş 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə