Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə48/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   44   45   46   47   48   49   50   51   ...   108

Ədəbiyyat söhbətləri 
 
163
«Vicdan susanda» romanı öz «tərcümyei-hal»ını belə ya-
ratdı… Ona qədər Vidadi Babanlının «Gəlin», «Tanışlarım və 
dostlarım», «Ayazlı gecələr», «Həyat bizi sınayır» kitabları çıx-
mışdı. Ondan sonra da xeyli dəyərli əsərləri nəşr edildi: «Mü-
qəddəs ocaq», «Insaf nənə», «Ömürlük cəza», «Ana intiqamı», 
«Zəmanə adamı»… Bu əsərlərin hər biri görkəmli yazıçının təbii 
(və danılmaz) istedadının, zəngin dünyagörüşünün, xüsusilə 
aydın görünən humanizminin məhsuludur. Ancaq həmin istedad, 
dünyagörüşü (və humanizm) bütün miqyası (və parlaqlığı) ilə 
məhz «Vicdan susanda» da təzahür edir. 
Romanın maraqlı (həm sadə, həm də mürəkkəb sayıla bi-
ləcək) strukturu var. Bir tərəfdən, hadisələr ardıcıllıqla nəql olu-
nur, istedadlı bir kimyaçı aspirantın öz halal (və cəmiyyət üçün 
faydalı) elmi kəşfinin istehsalatda tətbiq edilməsi uğrunda əvvəl 
passiv, sonra isə aktiv mübarizəsi təsvir edilir, onun tərəfdarla-
rının və əleyhdarlarının həmin prosesə müdaxilələri konkret 
hərəkət və ya münasibətlərilə göstərilirsə; ikinci tərəfdən, tez-tez 
əsas süjetdən kənara çıxılaraq, demək olar ki, hər bir qəhrəma-
nın xarakterini bütün təfsilatı ilə vermək, onun obrazını mükəm-
məlləşdirmək üçün kifayət qədər geniş təfərrüata varılır. Və mə-
lum olur ki, «Vicdan susanda», nə qədər konkret mövzusu, ya-
xud idyea-məzmun «nüvə»si olsa da, hər bir tipin bioqrafiyasını 
(və burdan irəli gələn özünəməxsusluğunu) ətraflı təqdim etmək 
məqsədilə aparılan süjet şaxələndirmələrinin yaratdığı struktur 
polifoniyası ona «bir roman tərkibində bir neçə roman» prinsipi 
ilə baxmağı tələb edir. Buna uyğun olaraq, hadisələrin baş verdi-
yi məkanların da geniş spektri mövcuddur: Vüqarın doğma kən-
di, Bakıda kirayənişin olduğu ev, elmi tədqiqat institutu, Söhrab 
Günəşlinin mənzili, Bakının küçələri, meydanları və bağları… 
Və bunlar sadəcə məkanlar, hadisələrin cərəyan etdiyi ixtiyari 
yerlər deyil, romanın bədii orqanizmində o qədər zəngin infor-
mativ yükə malikdirlər ki, bəzən insan obrazlarından da güclü, 
təsirli olmaqla yazıçının ideya-estetik məramının bilavasitə ifa-
dəsi kimi çıxış edərək kompozisiyaya ton verirlər… Məsələn, 


Nizami Cəfərov 
 
164
olmazın təzyiqlərə, böhtanlara, provakasiyalara məruz qalaraq 
hansısa təhtəlşüur qüvvənin təsiri altında doğma kəndinə üz tu-
tan Vüqar burada həm təbiətin, həm də təbiət qədər təbii insanla-
rın isti, məlhəmverici mühitində özünə gəlir, ruhi-mənəvi enerji-
sini bərpa edir və Bakıya tamamilə yeni adam kimi qayıdır. Ro-
manda kəndin, xüsusilə onun səciyyəvi nümayəndəsi Cövdətin 
obrazı olmasaydı, mən inanmıram ki, baş qəhrəmanın keçirdiyi 
«katarsis»i (nəzərə alaq ki, bu, əsərin ideya-məzmununa həl-
ledici təsir edir) hansısa digər amillə əsaslandırmaq mümkün idi. 
Bir vaxtlar bütün mübahisəli tərəfləri ilə birlikdə, çox dəb-
də olan «şəhər nəsri» -«kənd nəsri» təsnifatı baxımından yanaş-
saq, Vidadi Babanlı, yəqin ki, «kənd nəsri»nin nümayəndəsidir. 
Və onun, demək olar ki, bütün əsərlərində «kənd nəsri»nin ədəb-
ərkanlı, təmkinli, eləcə də kolaritli təhkiyə tərzi, dil-üslubu var. 
«Vicdan susanda» romanına kəndin obrazı ağaclı-kollu meşəsi, 
palçıqlı yolları-küçələri, təmiz havası, yeni qalanmış ocaqlarının 
ətirli tüstüsü (bunu şəhərin göz tökən acı tüstüsüylə müqayisə 
edir) ilə gəlir. Və yazıçının yalnız bədii təxəyyülünün zənginli-
yini deyil, həm də (bəlkə də, daha çox) kənd barədəki təsəvvürü-
nün genişliyini göstərir… Ancaq «kəndçi balası»nın «Vicdan 
susanda»dakı şəhər mənzərələri təsvirləri də heyrətamizdir. 
Xüsusilə o mənada ki, «şəhər yazıçısı»nın xəyalına gəlməyən 
təfsilat və ya təfərrüatlarla incəliyinə qədər təsvir edir, kənd 
mənzərəsilə müqayisələr aparır… Məsələn, «Bakı iqlimində 
hansı fəslin məhz hansı gündə girdiyini qəti söyləmək çətindir. 
Qışın tən ortasında bahar təravətli, xoş, mülayim günlərin; ya-
xud yazın lap oğlan çağında çiçəkləri qönçəsində solduran acı 
«xəzri» küləkli sərt havaların bəyəm azmı şahidi oluruq?..» 
sətirlərilə başlayan təsvir müəyyən mənad «kənd nəsri»nin 
«şəhər nəsri»nə uğurlu və ya rezonanslı müdaxiləsidir. Kənddən 
gəlib şəhərdə məskunlaşan ziyalının – Söhrab Günəşlinin Şüvə-
landakı bağ evini təsvir edən yazıçı, bir tərəfdən, Söhrabın 
təbiətə münasibətini göstərirsə, digər tərəfdən Bakı bağlarının 
elə bir yığcam tarixini qələmə alır ki, onu oxuduqca yalnız təbiə-


Ədəbiyyat söhbətləri 
 
165
tin deyil, cəmiyyətin də bir-iki əsrdə keçdiyi keşməkeşli yolu 
tarix kitablarındakından daha aydın göz önünə gətirirsən: 
«…Inqilabdan sonra bu «cənnət bağı» tezliklə növrağını 
itirir. Sahibi baş götürüb xaricə qaçır. Bağbanları, icarədarları 
yeni hökumətdən qorxub dağılışır. Baxımsız, xidmətsiz qalan 
torpaq gücdən düşür. Ağacları, meynələri susuzluqdan bürüşüb 
quruyur. Güllüklər soluxub yoxsullaşır. Göz-könül oxşayan cah-
cəlal ikicə ildə büsbütün pozulur, miskinləşir. Buna üstəlik də 
geniş sahə doğranır; pinti hasarlar, arakəsmələrlə bölünüb fəhlə 
və qulluqçulara paylanır. Torpağın dilini bilməyən, bağ-bağça 
nazı çəkməyən, əkib-becərmək səriştəsi, rəncbərlik təcrübəsi 
olmayan bu adamlar öz ağılları kəsən kimi davranıb, hər şeyi 
yaman günə qoyurlar. Aradan bir neçə il də keçir, müharibə baş-
layır. Vətəni alman faşizmindən müdafiəyə qalxmış insanlar 
istirahəti, xoş güzəran qayğılarını tamam unudurlar. Başları 
ölüm-dirim mübarizəsinə qarışır. Bağlar, bağçalar kimsəsizləşir, 
xarabazarlıqlara dönür. Iki göz istəyir oturub onları ağlasın. 
Qırxıncı illərin sonlarına yaxın, ölkədə əmin-amanlıq 
yavaş-yavaş bərpa olunan, həyat öz köhnə ahənginə qayıdan 
vaxtlar bağ təsərrüfatı yenidən dəbə düşdü»… 
«Vicdan susanda» Ikinci Dünya müharibəsindən sonra 
Sovetlər Birliyində, eləcə də Azərbaycanda get-gedə güclənən 
sənayeləşmə və ya kimyalaşma prosesinə, onun doğurduğu eko-
loji problemlərə o dövrdə heç bir yazıçının diqqət yetirmədiyi 
bir miqyasda maraq göstərir, bütün ölkəni bürümüş prosesə 
ictimaiyyətin münasibətini təhlil edir. Məsələn, adi insanların 
toplaşdığı məclisdə gənc kimyaçı belə bir sualla qarşılaşır: 
«Bağışlayın, bacıoğlu, sənə mənim bir sualım var… Çoxdan-
dır qəzetlər, radiolar hey kimyadan, onun qəribə-qəribə möcüzə-
lərindən danışır. Mənə düzünü de görüm, bu danışılanlar təbliğat-
zad üçündür, yoxsa həqiqətə uyarı-uyğunu var?.. Məni qınama, 
bacıoğlu. Son vaxtlar bəzi-bəzi hadisələr məndə bir az inamsızlıq 
yaradıb. Bir də görürsən ki, boş, mənasız bir şeyi şişirtdilər, haq-
qında olmazın tərif yazdılar. Axırda da içindən heç nə çıxmadı»… 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə