Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə51/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   47   48   49   50   51   52   53   54   ...   108

Nizami Cəfərov 
 
172
la Nizami, Füzuli, Vaqif kimi «zəka səltənətinin, könül mülkünün 
hökmdar»larının hər birini öz miqyasında araşdırıb elə dolğun 
qənaətlərə gəlir ki, həmin qənaətlər yalnız ədəbiyyat tarixi deyil, 
ümumən milli təfəkkür tarixi üçün böyük əhəmiyyət daşıyır.  
Dahi Nizamidən bəhs edərkən yazır: 
«Tarixin mürəkkəb və çarpaşıq zamanlarında xalqlara, 
ölkələrə hökm edən mühit, dövranları sarsıda bilən müqtədir 
hökmranlar, yenilməz fatehlər, şücaətli qəhrəmanlar çox olmuş-
dur. Lakin insanlığın ən yüksək həddi olan böyük Təfəkkür 
Tarixi onların bir çoxunu yaşatmamışdır.  
Nizami də hökmdardır: zəka səltənətinin, könül mülkünün 
hökmdarı. 
Nizami lirikasının məzmun-mündərəcəsi, Nizami qəzəllə-
rində tərənnüm olunan sevginin fəlsəfi mahiyyəti barədə deyir:  
«Nizami dühasının məna-məzmun siqləti, şairin lirikasın-
da, məhəbbət və gözəllik nəğmələrində də dərin-emosional təsir 
qüvvəsi ilə ifadə olunmuşdur. Nizami qəzəllərinin mərkəzi möv-
zusu – məhəbbətdir və bu məhəbbətin mahiyyətinə diqqət 
yetirdikdə, bir həqiqəti dərk edirik: Nizami sevir! 
 Sevməyən düşünə bilməz və əgər insan sevməyə qadirdir-
sə, demək həyatı, yaranışı yaxşılığa və gözəlliyə doğru dəyişdir-
məyə əsas tapmışdır».  
Nəticə isə, tamamilə doğru olaraq, bundan ibarətdir ki, 
«Nizami dahiyanə «Xəmsə»sində olduğu kimi, lirikasında da 
əzəmətlidir. Fəlsəfi-ictimai fikrin genişliyi, həyat və cəmiyyət 
xüsusunda əngin məfkurə-məzmun axtarışları, insanlığı nurlu 
ideallara çağırış motivləri; istibdad, haqsızlıq əleyhinə üsyankar, 
barışmaz fikirlər axını, bütün bu kimi bəşəri-ictimai problemlər, 
Nizami lirikasının başlıca fəlsəfi-ideoloji xüsusiyyətləri olaraq 
meydana çıxmışdır». 
Nə qədər kədərli, nə qədər üzüntülü olsa da, Füzuli sevgisi 
də Nizami sevgisi qədər mənalı, humanist və qürurvericidir: 
« Füzuli, insan şəxsiyyəti ilə fəxr edir, onun mənəvi vüqarı 
ilə öyünür. Şairin ümumən yaradıcılığında baş qaldıran və uzaq 


Ədəbiyyat söhbətləri 
 
173
əsrlərin dərinliyindən, tarixin qaranlıqlarından gələcəyə, nurlu 
bir aləmə doğru boylanan bu qürurun başlıca əlaməti insanın 
sevməyə və sevilməyə qadir və layiq olmasıdır. İnsan və zaman 
sarsılmazdır! Məhəbbətə könül verəndə! İnsan nəyə əsasən 
qüdrətlidir? Sevilmək üçün yaradılmağına!» 
Məsud Əlioğlu Füzulinin «insan sevgisi!»nin bütün dərin-
liyinə (və miqyasına) vararaq belə bir nəticəyə gəlir ki, dahi şair-
mütəfəkkir üçün eşq «insan təbiətinin ülviyyətindən doğan və 
naqis ehtiraslara qarşı mübarizədə ali xüsusiyyət qazanan qüd-
rətli keyfiyyət»dir. 
Və bu mükəmməl ədəbiyyatşünas-mütəfəkkir təfsiri, prin-
sipi etibarilə, Füzuli eşqinin ilahiliyi barədəki məlum (və məş-
hur) təsəvvürə nəinki kölgə salır, əksinə, ona daha intellektual, 
daha açıq gözlə baxmağın əsaslı idrak təcrübəsindən birini təq-
dim edir. 
Təndiqçi-ədəbiyyatşünasın «Füzuli və Üzeyir» məqaləsi 
onun «Füzuli kədəri»nin həm ideya-məzmun, həm də ovqat-
intonasiyaca bilavasitə davamıdır… 
Füzuli poeziyası ilə Üzeyir musiqisinin ahəngdarlığından 
danışanda Məsud Əlioğlunun nəinki tənqidçi-ədəbiyyatşünas 
təfəkkürünün, hətta ümumən mütəfəkkir təxəyyülünün hüdudla-
rını aşıb «xariqüladə bir aləm»in məntiqi ilə mühakimə yürüdür: 
«Füzuli poeziyasınınmı Üzeyir musiqisinə, bu musiqinin 
idrakı zənginlik və melodiyasına, avaz və riqqətinə, gözəllik və 
bəlağətinə təsir etdiyini, Üzeyir musiqisininmi Füzuli şeirinin 
fəlsəfi dərinlik və lirizminə, çoxtərəfli həyati axtarış qüdrətinə
bəşəri kədər və işıqlı ideallar problemlərinə rövnəq verdiyini və 
cilalandırdığını söyləməyə mühakimənin iqtidarı çatmaz. 
Füzuli -fikrin atəşi, hissin təlatümüdür! Üzeyir -gözəlliyin 
zinəti, eşqin vüsətidir! Fikir hisslə, gözəllik məhəbbətlə bir doğul-
duqda, vəhdətdə olduqda qüvvətlidir, təravətlidir, yüksəkdir».  
Və mütəfəkkir ədəbiyyatşünas, Nizami, Füzuli məhəbbə-
tindən nə qədər arifanə danışırsa, Vaqifın «gözəllik tərənnü-
mü»nü də o qədər müdrikliklə şərh edir: 


Nizami Cəfərov 
 
174
«Vaqifin adı, şeir-sənət dünyası xəyalən xatırlandıqda 
gözəllik və həyat eşqi ilə çırpınan azad bir şair könlü yada düşür. 
Bu könül sıxıntıdan, məhdudluqdan, yeknəsəqlikdən büsbütün 
uzaqdır. Orada real varlığın əbədi və sarsılmaz qanunlarına sita-
yiş edən bir qüvvə hökmfərmandır – həyatsevərlik! Bu, ötəri 
nəşə sadəcə «günü xoş keçirmək», «fani dünya»dan «arzu-kam» 
almaq əhvali-ruhiyyəsi deyildir. Vaqif şeirinin can damarını təş-
kil edən həyatsevrəlik, mənəvi ölgünlüyə, ruh düşgünlüyünə 
müqavimət sayəsində dərin və düşündürücü mahiyyət kəsb 
etmişdir». 
 
* * * 
Məsud Əlioğlunun klassik ədəbiyyat barədəki ideya-este-
tik şərhlərinin çox böyük bir hissəsi XIX əsrin sonu, XX əsrin 
əvvəlləri Azərbaycan ədəbiyyatına aiddir. O dövr ədəbiyyatına 
ki, həm kəskin realizmi, həm də eyni dərəcədə kəskin romantiz-
mi ilə özü öz daxilində elə bir cəbhə açmışdır ki, bu günə qədər 
Azərbaycan ədəbi-ictimai fikri özünün ən barışdırıcı təzahürün-
də belə, bu ziddiyyəti sonacan həll etmək iqtidarında deyil. Və 
bəlkə də, istənilən xalqın ədəbi-ictimai fikrinin tarixində belə 
həlledilməz (paradoksal) hadisələrin,dövrlərin varlığı elə bir 
təbii inersiyadır ki, burada söhbət ziddiyyətləri həll etməkdən 
yox, onların fərqinə daha dərindən varmaqdan getməlidir. 
«Molla Nəsrəddinin xələfi» dahi Mirzə Cəlil, onun «ölülər 
və dəlilər» aləmi… 
«…Cəlil Məmmədquluzadənin humanizmi və demokra-
tizmi, ümumən xalq sənətkarı olaraq mütərəqqi görüşləri onun 
sadə insanların faciəsini, cəmiyyət tərəfindən incidilən və unu-
dulan məğrur ziyalıların iztirablarını dərin ürək ağrısı ilə, vətən-
daş sənətkara məxsus kədərlə duyub dərk etməsindədir. Bu 
xüsusiyyət isə zahirdə hər şeyə gülə-gülə diqqət yetirən, əslində 
isə insanlığın əzilib alçaldılması üçün için-için göz yaşı axıdıb 
kədərlənən Molla Nəsrəddinin insanpərvərlik ideallarını təsdiqə 
yetirir».  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə