Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə50/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   46   47   48   49   50   51   52   53   ...   108

Ədəbiyyat söhbətləri 
 
169
Tənqidçi-ədəbiyyatşünas Yəhya Seyidov yazır: 
«Məsud Əlioğlu təndiqçiliyə müasir ədəbiyyatın görkəmli 
əsərlərindən başlasa da, tezliklə hiss etmişdir ki, müasir ədəbiy-
yatın arxalandığı ənənələri, klassiklərin yaradıcılığını dərindən 
öyrənmədən ədəbi inkişafın istiqamətini müəyyənləşdirən amil-
ləri başa düşmək çətindir». 
Məsud Əlioğlunun yaradıcılığında üç əsas istiqamət elmi-
metodoloji aktuallığı (və enerjisi) ilə seçilir ki, onlardan birincisi 
xalq yaradıcılığı, ikincisi klassik, üçüncüsü isə müasir ədəbiy-
yatdır. Ilk tədqiqatlarından başlayaraq maraq dairəsi çox geniş 
olan təndiqçi-ədəbiyyatşünas ədəbi növ, janr məhdudiyyəti bil-
məmiş, həm poeziyadan, həm nəsrdən, həm də dramaturgiyadan 
eyni peşəkarlıqla yazmaq təcrübəsinə yiyələnmiş, çox zaman 
mənbəyini paradokslardan alan yeni ideya-estetik çağırışlarla 
zəngin dövrün qabaqcıl təhlil (və ümumiləşdirmə) texnologiya-
larını dərindən mənimsəyib böyük istedadla (və ustalıqla) tətbiq 
etmişdir ki, bu, gənc ədəbiyyatşünasın analitik-fəlsəfi təfəkkürə 
malik olmasından irəli gəlir. 
Məsud Əlioğlunun, əslində, bir monoqrafiya statusunda 
olan «Məhəbbət və qəhrəmanlıq» məqalə-essesi «Dədə Qor-
qud», «Koroğlu» eposlarını, eləcə də həmin eposları yaradan 
ozan-aşıq yaradıcılığının metafizikasını anlamaq üçün ciddi 
metodoloji istinadlar verir… 
«Dədə Qorqudun həyati idealı düzlükdür! Fəqət, düzlüyün 
özü də sübuta yetirilməlidir; ziddiyyətlərin düyünündən və müna-
qişələrin cərəyanından çıxaraq təsdiq olunmalıdır. Qorqud fəlsəfə-
sinin müdrikliyi və təsir gücü orasındadır ki, real həyatın və varlı-
ğın ziddiyyətlərindən keçərək möhkəmlənən, sübuta yetən doğru-
luğu şübhədən qurtarır və ona qanunauyğunluq haqqı qazandırır. 
Ağlın, dialektik təfəkkürün əlçatmaz yüksəkliklərini, qəlbin çoxcə-
hətli, dərin və mürəkkəb xəzinə sərvətlərini fəth etmiş bu fikir ba-
hadırı özündən sonrakı nəsillərə zəngin həyat təcrübəsindən doğan 
müdrik nəsihətlərini, əxlaq, davranış, tərbiyə və sair psixoloji amil-
lərlə bağlı mülahizələrini böyük ustalıqla, incəliklə təlqin edir». 


Nizami Cəfərov 
 
170
«Dədə Qorqud» «ideologiya»sını a) «igidlik yaşamağa və 
yaşatmağa qadir olmalıdır», b) «sədaqət düzlükdən keçir» və c) 
«məhəbbət-qabiliyyətdir» motiv-prinsiplərilə şərh edən müəllif 
«Koroğlu»ya keçir. Və yazır: 
«Koroğlu»da xalq ictimai qüvvə olaraq özünü yenidən 
dərk edir. 
Koroğlu adiliklə müqayisəyə gəlməz müstəsna bir şəxsiy-
yətdir; fəqət bu müstəsnalıqda bir adilik də vardır. Adi insanlara 
məxsus keyfiyyətlər Koroğluya da aiddir. Lakin ən böyük düha 
xalq, bu adiliklə kifayətlənmir. Çünki adilikdə qəhrəmanlığın 
vüsət və siqlətini yaratmaq və yaşatmaq mümkün deyildir. Xalq 
əsrlər boyu həyatı adi gündəlik vəziyyətindən ideal dərəcəyə 
ucaltmaq məqsədilə fövqəladə əməllər, qeyri-adi işlər, qüdrətli 
qəhrəmanlar və yenilməz şəxsiyyətlər axtarışındadır. «Koroğlu» 
dastanı da bu istiqamətdəki axtarışlar əsasında xalqın yaradıcılıq 
dühasının əldə etdiyi ən böyük kəşfdi». 
Məsud Əlioğlunun fikrincə, bu kəşfin ən azı üç motivasi-
yası mövcuddur: 1) «dəlilik» də hünərdir, 2) «gözəllik» -«həya 
idealı»dır, 3) «məhəbbət – əqillə hissin ahəngdarlığ»ıdır. Və çox 
maraqlı (və ondan da artıq təbiidir) ki, mənsub olduğu xalqın bu 
kəşfinin ardınca müəllif Koroğlunun mütəfəkkirliyini kəşf edir: 
«…Koroğlu qılıncın kəsəri ilə sözün – fikrin vüsətini, pəh-
ləvanın fiziki qüvvəsi ilə mütəfəkkirin əqli hünərini özünün 
xarakterində və əməli işində çox incəliklə birləşdirmişdir. Ko-
roğlunun hökmlərinin doğruluğu, fikirlərinin təsir gücü və bu 
fikirlərin xalq tərəfindən etibarlı tutulması onun nəticəsidir ki, 
bu hökm və mülahizələr həmişə gerçəkliyə, həqiqətə və reallığa 
əsaslanır. Bununla yanaşı, gənclik və yetkinlik çağlarında Ko-
roğlunun qəhrəmanlıq əzmi, cəsurluğu, vuruş məharəti və çevik-
liyi, eləcə də aşıqlıq istedadı, gözəllik duyğusu nə qədər əhatəli, 
məzmunlu, vüsətli olmuşdursa, ixtiyar vaxtında, qocalığın süku-
nətli, ağır və təmkinli dövründə o, düşüncənin dərinliklərinə 
vaqif bir mütəfəkkirin əzəmətini yaşatmışdır». 


Ədəbiyyat söhbətləri 
 
171
Xalqın ən böyük mütəfəkkiri olaraq «Dədə Qorqud»u, 
«Koroğlu»nu yaradan təfəkkür sahiblərini – ozan-aşıqları gör-
məsi də təsadüfi deyil: 
«Azərbaycanda aşıqlıq sənəti və saz üstündə söz demək 
hünəri xalqda bilavasitə ictimai-milli şüurun oyanışı, ədalət, 
xeyirxahlıq və insanpərvərliyə dair real təsəvvürün təşəkkülü ilə 
əlaqədar meydana gəlmişdir. Aşıq – haqqı sevən, həqiqət vurğu-
nu, saz-sitəmli qəlblərin və məftun könüllərin tərcümanı məna-
sında xalqın mənəvi-psixoloji dünyasına dərindən sirayət etmiş 
və bədii düşüncə tarixinə həkk olunmuşdur». 
Və bu da Məsüd Əlioğlunun bir ədəbiyyatşünas olaraq 
mütəfəkkirliyidir ki, «məhəbbət və qəhrəmanlığ»ı ümumən 
insanlıq (və həyat) idealı kimi qəbul edərək xalqının (və onun 
ədəbi təfəkkürünün) bu idealın formalaşmasında ən mütərəqqi 
(ən ümumbəşəri!) bir rol oynadığını təsdiq (və təqdir!) edir: 
«… Məhəbbət və qəhrəmanlıq! Hər iki məfhum xalqa 
məxsusdur və xalqa yaraşdığı tərzdə də gözəldir, mənalıdır. 
Məhəbbət və qəhrəmanlıq dastanlarını da xalq yaratmışdır, özü 
də xalqa layiq olduğu tərzdə qiymətli və hikmətlidir… 
… Fəqət ən ümdəsi budur ki, məhəbbət və qəhrəmanlıq 
əslində xalqdır -gözəlliyi sevən və yüksək ideallar uğrunda 
qəhrəmanlıqla vuruşan müdrik xalq!» 
Əlbəttə, Məsud Əlioğlu folkloru bir folklorşünas kimi deyil
tənqidçi-ədəbiyatşünas (və ədəbiyyat filosofu) kimi təhlil edir. Və 
bu təhlil üsulu özünü ona görə doğruldur ki, müəllif xalq 
yaradıcılığına xalqın etnoqrafik təfəkkür enerjisinin təzahürü, 
dünyagörüşünün, etnokulturoloji varlığının təfsilatı (və təfərrüatı) 
kimi baxmaqla onu (xalq yaradıcılığını) bir bütöv halında ədəbi-
mənəvi ideyalar (və ideallar!) mətni səviyyəsinə yüksəltmiş olur. 
 
* * * 
Tənqidçi-ədəbiyyatşünas xalq ədəbiyyatının ideyalar (və 
ideallar!) sisteminə hansı ideya-estetik səviyyədən təhlil verirsə, 
Azərbaycan klassik ədəbiyyatına da həmin səviyyədən yanaşmaq-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə