Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə46/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   42   43   44   45   46   47   48   49   ...   108

Nizami Cəfərov 
 
156
Bənövşələr, bənövşələr, 
Lalələrin bağrı yara… 
Eşqimizdən söhbət açın 
Sizi dərən oğlanlara!.. 
 
Aslan Aslanovun laləli-bənövşəli, yazlı-baharlı poeziya-
sında güclü həyat eşqi, yaşamaq enerjisi mövcuddur: 
 
Baharın ətri gəlir çöllərdən, 
Budur, axır yenə də saf sular. 
Bizim pak eşqimizə, sevgilim, 
Yenə mahnı oxuyur qumrular. 
 
Estetika nə dərəcədə Aslan müəllimin elmi tədqiqat-maraq 
dairəsinə daxil idisə, estetizm də onun poeziyasının ruhuna 
həmin dərəcədə hakimdir: 
 
Yadımdan çıxmayır qış axşamında 
Şirin nağılların, şirin sözlərin. 
Yorğun çağlarımda, yorğun anımda 
Yasdığım olardı sənin dizlərin. 
 
Ana, o zamanlar bu ağ saçların 
Qaraydı nə qədər, gözlərin kimi. 
Nə tez gəlib keçdi gənclik çağların 
O ilk laylaların, sözlərin kimi. 
 
…Ana, ürəyimin telləri dindi, 
Sənsən rahatlığım, sənsən dincliyim. 
Təzədən gələydi deyəcəm indi 
Mənim uşaqlığım, sənin gəncliyin. 
 
Aslan müəllimdə təbiətin ən adi hadisə-təzahüründə dün-
yanın bütün gözəlliyini, zənginliyini görüb dəyərləndirmək iste-


Ədəbiyyat söhbətləri 
 
157
dadı vardı. Və bu xüsusiyyətin mahiyyətini «Estetika aləmində» 
kitabının girişində həm də nəzəri olaraq formulə etmişdi: 
«Astronomun ulduzlar dünyasına nüfuzu, botanikin sonsuz 
miqdar çiçəklər arasından həmişə eyni bir çiçəyi götürüb tədqiq 
və dərk etməyə çalışmasının özü onlara «kosmik dünyada», 
«çiçəklər aləmində» ifadələrini işlətmələrinə əsas verir və heç də 
onların kainatdakı bütün ulduzların, yer üzündəki bütün çiçək-
lərin idrakını öhdələrinə götürmələri fikrində olduqlarını göstər-
mir. Estetikanın da vəziyyəti belədir»… 
Ancaq elə şeirlərinə də rast gəlmək mümkündür ki, bütün-
lüklə obraz polifoniyasından ibarətdir… M.Y.Lermontova yaz-
dığı nəzirəsində olduğu kimi: 
 
Dağ başında xaldımı, qartaldımı o süzən… 
Aşağıda cüyürlər məskənidir gen düzən. 
Bu yerdə göz açalı gülən gördüm yazı mən, 
Sevirəm Qafqazı mən! 
 
Kəndlərində bir ildə neçə yol toy vurular, 
Bacasından göylərə tüstüləri burular, 
Dağdan axan çayları düzənlərdə durular, 
Ürəyimlə dinlədim gələn hər avazı mən. 
Sevirəm Qafqazı mən. 
 
… «Qafqaz» deyə gənc ikən mən vuruldum bu ada, 
Yüz igidin adı var hər sıldırım qayada. 
Hara getdim, bir an da unutmadım dünyada 
Göy Xəzəri, Göygölü, Kürü mən, Arazı mən, 
Sevirəm Qafqazı mən. 
 
Şeirin orijinallığı və ya nəzirədən əsas fərqi, əgər belə 
demək mümkünsə, üstünlüyü ondadır ki, burada Qafqaz məhz 
Vətən kimi tərənnüm olunur. O məqamlara diqqət yetirilir, o 
hisslər təqdim edilir ki, böyük rus şairinin, təbii ki, ruhunu 


Nizami Cəfərov 
 
158
coşdura, onu yerindən oynada bilməzdi. Və bəlkə də, Aslan 
Aslanov məhz buna görə əlinə qələm almış, məşhur mövzunun 
XIX əsr rus poetik interpretasiyasında çatışmayan motivi ortaya 
çıxarmağa ehtiyac duymuşdu. 
Aslan müəllim vətənpərvər şəxsiyyət olduğu qədər də 
vətənpərvər şair idi. Onun vətən sevgisi təbiətinin çox-çox dərin 
qatlarından gəlir, doğulduğu Ağstafadan başlayıb o taylı bu taylı 
bütöv Azərbaycanın hüdudlarına qədər yayılırdı. Və təsadüfi 
deyil ki, gənc yaşlarında Təbrizdəki azadlıq hərəkatından bəhs 
edən «Ümid» poemasını qələmə almışdı… 
 
Illərlə qəm çəkən doğma Təbrizim 
Oyanıb qalxmışdı artıq ayağa, 
Mən də sevinmişdim, gülmüşdü üzüm
Dönmüşdü elə bil ürəyim dağa. 
 
Işi düz getmirdi ağanın, xanın, 
Gülürdü gözündə xalqın niyyəti. 
Igid oğulları Azərbaycanın 
Almışdı əlinə hakimiyyəti. 
 
…Kaş ki, mən görəydim səninlə birgə 
Böyük günlərini Azərbaycanın. 
 
Aslan müəllimi yaxından tanıyanlar onun emosional, bir 
qədər də çılğın xarakterindən danışardılar ki, deyilənə görə, bu 
onun alim təmkini, ictimai xadim rəsmiyyətini tez-tez pozur-
muş… Çünki sinəsində əsl şair ürəyi gəzdirirdi… 
  
  2016 
 


Ədəbiyyat söhbətləri 
 
159
 
Əsl ədəbiyyat əsəri  
 
Vidadi Babanlının şah əsəri (və müasir Azərbaycan nəs-
rinin şah əsərlərindən biri) olan «Vicdan susanda» romanının ilk 
fəsillərinin nəşrindən («Azərbaycan» jurnalı, 1965, № 8, 9) ya-
rım əsri ötən kifayət qədər uzun bir dövr keçir. Və bu dövr 
ərzində həm dünyada, həm də yazıçının vətənində çox böyük 
tarixi hadisələr baş verib, insan münasibətlərində, ümumən ic-
timai həyatda ciddi təbəddülatlar yaşanıb, problemlər meydana 
çıxıb, uğurlar qazanılıb, itkilər verilib… Ancaq əsl ədəbiyyat öz 
əxlaqi-mənəvi missiyasını yüz illər boyu necə vardısa o cür qo-
ruyub saxlaya, hətta daha da gücləndirə bilib ki, bunun ən səciy-
yəvi göstəricilərindən biri «Vicdan susanda»nın Ismayıl Şıxlının 
«Dəli Kür»ü, Isa Muğannanın «Ideal»ı … kimi get-gedə Azər-
baycan ədəbiyyatının klassik hadisəsi olaraq dərk edilməsidir.  
Sual olunur: «Vicdan susanda»ya ictimai şüurda böyük 
nüfuz qazandıran, romanın adının belə simvollaşmasına səbəb 
olan amillər nədən ibarətdir? Necə oldu ki, bu əsər müəllifin 
həm əvvəlki, həm də sonrakı əsərlərindən daha geniş yayılaraq 
ürəklərə yol tapa, beyinləri «zəbt edə» bildi?.. 
Bu suallara cavab tapmaq üçün, ilk dəfə yetmişinci illərdə 
tanış olduğum romanı bu günlərdə bir daha diqqətlə oxudum. Və 
gördüm ki, «Vicdan susanda» qarşısında bizim ədəbi-tənqidi 
təfəkkürün borcu çox imiş… Düşünmürəm ki, bu yazı ilə həmin 
borcu qaytarmaq iddiasındayam, ancaq gec də olsa müəyyən 
məqamlar üzərində ən azı polemika açmaq, müəllifin bu gün də 
aktual olan ideya-estetik mövqeyinə diqqəti cəlb etmək, yəqin 
ki, faydasız olmazdı. Və bir mühüm məsələ də var ki, peşəkar 
münasibətin lazımi qiymətini almasa da, «Vicdan susanda» həm 
Azərbaycanda, həm də onun sərhədlərindən kənarda həmişə 
oxucu marağının mərkəzində olmaqla öz uğurlu taleyini yaşa-
yıb, zəngin ictimai «tərcümeyi-hal»ını yaradıb. Odur ki, dövrü-
müzün ədəbi-ictimai fikri romana yalnız müəllif mətninin çərçi-


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə