Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə44/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   40   41   42   43   44   45   46   47   ...   108

Nizami Cəfərov 
 
148
edən siyasət dəhlizləri boşalmağa başlamışdı. Konqres üzvləri 
öz işini bitirib yay tətilinə getməyə can atırdı. Administrasiya 
gündəlik problemlərlə məşğul idi. Il boyu qapı döyən lobbist-
lərdən əsər-əlamət belə yox idi. Hər gün milyonlarla insanın 
həyatını dəyişmək ehtirası ilə fırlanan Vaşinqton siyasi çarxı 
sanki birdəfəlik dayanmışdı.  
…Bu cırcıramalı yay günlərinin birində işimi bitirib Poto-
mak sahilinə çıxmışdım. Qürub edən günəş mülayim mehə yol 
açır, azacıq da olsa nəfəs almağa imkan yaradırdı. Qəribsəmiş-
dim. Bakı həsrətində idim. Xəzri dolu nəfəs almaq istəyirdim. 
Potomak sahilində gəzişirdim, xəyalım isə dənizkənarı parkda 
idi. Küçə-bacada dost tanışla rastlaşmaq, əl sıxmaq, bir stəkan 
çay ətrafında dərdləşmək, gündəlik əzabları bölüşmək istəyir-
dim. Itirmişdi Vaşinqton cazibədarlığını. Adi görünürdü mənə 
hər şey. Bakı həsrətində idim»…  
«Bir gəncin manifesti»nə bütün bədii siqləti ilə birlikdə 
geniş mənada diplomatik təfəkkürün məhsulu kimi də baxmaq 
olar ki, həmin diplomatizm hələ kifayət qədər gənc (istedadlı!) 
yazıçının təkcə dövrün ideya-siyasi konyukturlarına münasi-
bətdə çevik ideya-estetik reaksiyaları ilə məhdudlaşmayıb, təbii 
(və genetik əsasları) olan xalq diplomatiyası prinsipləri zəminin-
də Azərbaycan xalqının müstəqilliyini təmin edəcək beynəlxalq 
oriyentasiyaların real şərtlər hüdudunda xeyli dərəcədə dəqiq 
müəyyənləşdirməsində özünü göstərir. «Bir səfirin manifesti»nə 
gəldikdə isə, aydın hiss edilir ki, «Bir gəncin manifesti» ideya-
məzmunca nə qədər diplomatikdirsə, «Bir səfirin manifesti» 
təhkiyə-struktur etibarilə bir o qədər bədii-poetikdir. Və nəticə 
etibarilə deyə bilərik ki, hər iki «Manifest» eyni genotipoloji 
idrak texnologiyalarına əsaslanmaqla milli yaradıcı təfəkkürün 
müxtəlif dövrlərdəki, yaxud mərhələlərdəki inkişaf səviyyələ-
rini, özünüifadə (və özünütəsdiq) imkanlarını ardıcıl əks etdirir. 
Hər iki yazıçı müdrikdir, hər iki diplomat müdrikdir… Və 
hər iki «Manifest» müdrik istedadın məhsuludur…  
  


Ədəbiyyat söhbətləri 
 
149
 
Həyat, ölüm… Və həyat 
 
Mən Rəsul Rzanı bir neçə dəfə uzaqdan görmüşəm, bir də 
televizorda, hamının görə biləcəyi məşhur kadrlarda… Ancaq 
düşünürəm ki, bu böyük şəxsiyyəti yaxşı tanıyıram. Çünki onun, 
demək olar ki, hər bir misrasında özünəməxsus mükəmməl 
xarakteri, əqidəsində dönməzliyi, eyni zamanda zərif, humanist 
duyğusallığı aydın görünür. 
Bu şeiri oxuyanda yadıma Xəstə Qasımın atalar sözünə 
çevrilmiş «gələn bəzirgandı, gedən xocadı» misrası düşdü. 
Özündən asılı olmadan dünyaya gəlirsən… Və dünyayla 
«alver»ini bitirəndən sonra özündən asılı olmadan dünyadan 
gedirsən. Bir məsələ var ki, dünyaya gəlməyin fəlsəfəsi yoxdur, 
dünyada yaşamağın və onu tərk etməyin fəlsəfəsi isə çox 
zəngindir… Azərbaycan poeziyasında elə bir böyük şair yoxdur 
ki, ölüm mövzusuna müraciət etməsin… 
Seyid Əzim «mövti-cismani ilə sanma mənim ölməyimi, 
Seyyida, ölmərəm, aləmdə səsim var mənim» demişdi. Və mənə 
elə gəlir ki, bu cür həyat (və dünya) sevərlik (söhbət bayağı nik-
binlikdən getmir) humanist, mütərəqqi bir fəlsəfədir… Rəsul 
Rza da, heç şübhəsiz, özünün ölümsüz olduğunu bilirdi. Ona gö-
rə də bu şeirində ümumən yaradıcılığı (və dünyagörüşü) üçün 
səciyyəvi olan səmimi bir iddia, təvazökar bir ərk var… Şairin 
avtoqəhrəmanı bu dünyada dəbdəbə ilə yaşamadığı kimi, onu 
təmtəraqla tərk eləməyi də artıq hesab edir. Anasının südü, 
atasının öyüdü kimi sevdiyi bir ovuc Vətən torpağı isə şairin 
haqqıdır… Bir də hər sevincini, dərdini görmüş, çox gülüb çox 
ağladığı otağındakı dərin, təmiz havalı sükutda ruhunun dincəl-
məsi… 
Şeirdə hisslərin, emosiyaların təbii pərakəndəliyini, impul-
sivliyini görməmək mümkün deyil, ancaq bu pərakəndəliyin, 
impulsivliyin alt qatında dərk edilmiş, tamamilə harmonik, sis-
temli və müdrik metafizika mövcuddur ki, onun da məzmun-


Nizami Cəfərov 
 
150
məndərəcəsi, fikrimcə, insanın həm həyatının, həm ölümünün
həm də xatirəsinin hər cür saxtalıqdan, riyakarlıqdan, süni 
münasibətlərdən yuxarıda dayanmasından ibarətdir. 
Rəsul Rzanın şair-mütəfəkkir interpretasiyasında Ölüm, 
əslində, Həyatın üzvi tərkib hissəsidir… 
Şeirin həm zəngin intonasiyası, həm də eyni dərəcədə 
zəngin metafora sistemi mövcuddur. Və burada həm ritm, həm 
də ideya-estetik harmoniya yaradan mükəmməl bir «mən-siz» 
münasibət-assosasiyası var ki, mətnin istər forma, istərsə də 
məzmunca poetexnoloji bütövlüyünü təmin edir. 
Tərcümeyi-halından (özü demiş, ömürlüyündən) də yaxşı 
məlumdur ki, Rəsul Rza bütün ömrü boyu həm özünün, həm də 
mənsub olduğu millətin mənliyini uca tutmuş, nə «yuxarılar»-
dan, nə də «aşağılar»dan heç bir təzyiq, müdaxilə qəbul etmə-
miş, həyatını mərd-mərdanə yaşamışdı. Və vəfatından sonra da 
Rəsul Rza adı milli mənliyimizin danılmaz rəmzlərindən 
biridir… 
Şair dünyadan köçəndə Azərbaycanın bu taylı-o taylı 
qələm adamları ona öz hörmət, ehtiram və sevgilərini bildirdilər. 
Özünün dediyi kimi, nə süni təmtəraq, nə də böyük izdihama 
ehtiyac oldu… Həmin günlərdə ən təsirli ağılardan birini bütöv 
Azərbaycanın böyük şairi Həmid Nitqi yazdı. Və bu ağıda Rəsul 
Rza matəminin, onun ölüm kədərinin miqyası qədim türk epos 
təfəkkürü üslubunda (və müqəddəsliyində) təqdim olunur… 
 
Ardınca 
Çiçəklərlə 
Məzarının yanında, 
Matəminin sisində, dumanında 
Sanki səf-səf ehtiramla durublar 
Diri ozanlarımızla bərabər 
Füzulilər, nəsimilər, vaqiflər, 
Oğullarının yasına gəliblər. 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə