Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə52/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   48   49   50   51   52   53   54   55   ...   108

Ədəbiyyat söhbətləri 
 
175
Mirzə Cəlillə eyni cəbhədə dayanan «həqiqət nəğməkarı», 
eyni dərəcədə dahi Sabir... 
«Çoxcəhətli, dərin və sarsıdıcı həqiqət Sabir sənətinin 
mayasına hopmuşdur. Şairin məğrur, müdrik və müqtədir yara-
dıcılığı yalnız həqiqətin müqəddəs və nurlu mənası qarşısında 
başını əymişdir. Həqiqəti sevənlər, həqiqəti deməkdən çəkinmə-
yənlər və onu dost tutanlar Sabirin nəzərində şərəfli ömür sür-
məyə qadir və layiqdirlər. Bununla belə, həqiqəti anlamaq, təb-
liğ etmək və sevmək asanlıqla başa gəlmirdi. Bunun üçün 
fədakarlıq tələb olunurdu »... 
Məsud Əlioğlu Sabiri, sadəcə, soyuq ağılla şərh etmir
onun dünyadan «nə istədiyi»ni hər kəlməsinə, sözünə qədər du-
yur. Və bu duyğunun mötəbərliyinə heç bir şübhə yoxdur… 
«Sabir «həqiqət» sözünü «müqəddəs» sözü ilə bərabər 
tutmuş və yana-yana işlətmişdir. Şair belə hesab etmişdir ki, bu 
iki söz, bir-birindən ayrı təsəvvür edilməz. Həqiqət o zaman 
güclü, təsirli və məğlubedilməzdir ki, müqəddəs mənaya və ge-
niş ictimai mənafeyə əsaslanır. Həqiqət o zaman dəyərini itirir 
və kəsərdən düşür ki, mücərrədə mahiyyət kəsb edir, xırda, fərdi 
mənafeyə və arzuya tabe olur».  
Və romantizm... Abbas Səhhət, Məhəmməd Hadi, Abdulla 
Şaiq... Nəhayət, «romantizm dövrü» bitəndən sonra Azərbaycan 
ədəbiyyatı tarixində yeni bir romantizm dövrü yaratmağa qalxan 
(və yaradan!) Hüseyn Cavid...  
Abbas Səhhətdən başlayaq… 
«... Abbas Səhhət sənətini, məsləkini və vətəndaşlıq əməl-
ləri ilə zəngin mənalı ömrünü öz xalqının, vətəninin taleyi 
uğrundakı mənəvi mübarizələrdə fədakarlıqla başa vurmuşdur. 
Fədakarlıq, onun həyat və yaradıcılıq yolunun məna-fikir 
qaynaqlarını tənzim edən başlıca meyardır»... 
Məhəmməd Hadiyə keçək: 
«Yaradıcı mahiyyəti, intellektual səviyyəsi etibarı ilə mi-
silsiz istedad sahibi olan, lakin həyatı əzablar və sarsıntılar için-
də keçən Hadi, təəssüf ki, fikir və duyğularını aydın və əməli 


Nizami Cəfərov 
 
176
şəkildə istiqamətləndirməkdə çətinlik çəkmişdir. Səbəb?.. Bö-
yük istedada qarşı dayanan "kiçik" mühit, ilahi verginin vüsəti, 
çılğınlığı müqabilində zaman və şərait darısqallığı. Fikır və 
düşüncə genişliyinə, yaradıcı təsəvvür zənginliyinə müxalif olan 
ictimai-siyasi həyat»... 
Və Abdulla Şaiqin «uşaq qəlbi tək» saf pedaqoji romanti-
kasını qeyd edib Hüseyn Cavidin Sibir sürgünü (və faciəsi!) ilə 
sona çatan romantizmini yada salaq… 
«Hüseyn Cavidin romantizmi» monoqrafiyası təkcə Mə-
sud Əlioğlunun deyil, ümumən Azərbaycan ədəbiyyatşünaslığı-
nın (və xüsusən cavidşünaslığın) ən mükəmməl əsərlərindəndir. 
Monoqrafiya müəllifi «öz əsərlərində fəlsəfi müdrikliyi və bədii 
kamilliyi müstəsna bir ustalıqla birləşdirən» şairin ideyalar 
aləmini, mövzularını və bədii idrak vasitələrini ilk dəfə sistemli 
şəkildə tədqiq etmiş, böyük sənətkar-mütəfəkkir haqqında ob-
yektiv (və ürəkdən!) söz deməyin çətin olduğu illərdə yazmışdı: 
«…Insan qəlbinin ən dərin guşələrində gizlənmiş, munis 
və zərif duyğuları həssaslıqla duyan Cavid, hər şeydən əvvəl, 
sənətkardır və sənətkar Cavidin öyrənilməsinə, araşdırılmasına 
olan ehtiyac getdikcə daha artıq əhəmiyyət kəsb etməkdədir». 
Doğrudur, 80-ci, 90-cı illərdə, xüsusilə müstəqillik döv-
ründə Hüseyn Cavid yaradıcılığı layiq olduğu miqyasda (və 
keyfiyyətdə) tədqiq edildi, lakin fikrimizcə, Məsud Əlioğlunun 
vəfatından iki-üç il sonra başqa bir görkəmli mütəfəkkir ədəbiy-
yatşünas Yaşar Qarayevin elmi redaktorluğu ilə nəşr olunmuş 
«Hüseyn Cavidin romantizmi» bu günə qədər cavidşünaslığın 
əsas mənbələrindən biri olaraq qalır. Və bunun bir səbəbi də 
odur ki, Cavid yaradıcılığındakı kökü insan idrakının çox dərin 
qatlarından gələn üsyankarlıq, ictimai (və metafizik!) həqiqət 
axtarışı ehtirası onun ilk tədqiqatçılarından birinin – Məsud 
Əlioğlunun ruhunda, təbiətində də vardı. 
«Cəmiyyətin saxta və yaramaz qanunları ilə təbiətən barış-
mayan, təmiz istəklərinin baş tutmadığını yəqin etdikdə tənha 
bir həyatın ağuşuna çəkilib, özünün uğursuz taleyi və könül həs-


Ədəbiyyat söhbətləri 
 
177
rətləri ilə tək qalan, öz daxili-mənəvi aləmi ilə dünyada yalqız 
görünən səmimi, həssas insanların faciəsi»ni mükəmməl roman-
tik idrak (və üslub) texnologiyaları ilə əks etdirmiş Cavidin 
yaradıcılığında elə bir obraz, motiv, stilistik manera yoxdur ki, 
Məsud Əlioğlu o barədə söz deməsin, mülahizə yürütməsin və 
ürəyini boşaltmasın. Və ən mühümü də budur ki, həmin anali-
tizm, detallara varmaq, onların hər birini araşdırıb semantikasına 
nüfuz etmək çoxcəhdliliyi müəllif-tədqiqatçının güclü ideya-
estetik ümumiləşdirmə məharətini ikinci plana keçirmir. Şairin 
həm lirikası, həm də dramaturgiyası barədə heç zaman elmi təra-
vətini itirməyəcək fikirlər söyləmiş (və həmin fikirləri özünə-
məxsus intellektual bir pafosla təqdim eləmiş) Məsud Əlioğlu-
nun cavidşünaslıq araşdırmalarının spesifik anlayışlar sistemi, 
səciyyəvi terminologiyası vardır. Və əgər bu gün inamla deyirik-
sə cavidşünaslıq elmdir, onu da əlavə etməliyik ki, həmin elmin 
formalaşmasında (və dahi şairin bədii mətninin elmi dilə «tərcü-
mə»sində) görkəmli cavidşünasın həlledici rolu olmuşdur. Ümu-
miyyətlə, Məsud Əlioğlunu Azərbaycan ədəbiyyatşünaslığında 
fərqləndirən, ona nüfuz gətirən cəhətlərdən biri elmi dilinin, yazı 
üslubunun leksik-terminoloji dəqiqliyi, sintaktik genişliyi (və 
bütövlüyü), intonativ zənginliyidir. Onun istənilən əsərini oxu-
yanda dərhal hiss edirsən ki, sözlər, cümlələr vəhylə gəlir… 
Məlum olduğu kimi, Hüseyn Cavid zaman-zaman mövzu-
larının milli olmamasında, qəhrəmanlarının «gah Irandan, gah 
da Turandan gəlməsi»ndə ittiham edilmişdir. Bu məsələyə 
aydınlıq gətirən cavidşünas yazır: 
«Həqiqi milli və humanist bir sənətkar olan H.Cavid haq-
qındakı yanlış, əsassız və ədalətsiz bir hökmü – Cavid Azərbay-
candan yazmamışdır və xalqdan uzaqdır hökmünü elm artıq 
çoxdan rədd etmişdir. Öz milliliyi, xəlqiliyi ilə də Cavid bu gün 
bizə doğmadır. 
Hər bir xalqın ruhunun təcəssümü – təzahürü olan ədəbiy-
yat yalnız mənsub olduğu millətin həyatından yazdığı məqamda 
milli deyildir. Xalqı ictimai bir varlıq kimi özünə tanıtdıran, xalq 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə