Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə49/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   45   46   47   48   49   50   51   52   ...   108

Nizami Cəfərov 
 
166
Və bu, cəsarətli yazıçının sovet ideologiyasına – sovet təb-
liğat prinsiplərinə etirazı, özü də sözgəlişi yox, əsaslı etirazı idi. 
Bu cür kəskin münasibətin tez-tez yer aldığı bir əsərin ümumiy-
yətlə qadağan edilə bilməməsi isə o dövrdə müxalif fikrə müəy-
yən qədər meydan verilməsindən irəli gəlirdi. Ancaq müəyyən 
qədər… O da həqiqi yaradıcının əsəbləri bahasına… 
Romanda ziddiyyətlərin yazıçı məramına xidmət edən sıx 
bir şəbəkəsindən danışmaq lazım gəlir ki, bunun da əsasında Söh-
rab Günəşli ilə Bəşir Bədirbəyli arasındakı həm elmi-intellektual, 
həm də mənəvi-əxlaqi kontrast dayanır. Və bu kontrastın mahiy-
yətini birincinin ikinciyə dediyi aşağıdakı sözlər aydın ifadə edir: 
«Özünü həqiqi alim, namuslu vətəndaş adlandıran şəxsin 
bir böyük borcu da var, Bəşir Osmanoviç. O da vicdanını sus-
durmamaq, yeniliyi görə bilmək, onu layiqincə qiymətləndirmə-
yi bacarmaq borcudür!..» 
Elmə «istehsalat»dan, daha doğrusu, 30-cu illərin hərc-
mərcliyindən, siyasi münaqişələrindən çıxaraq «qalib» ədası ilə 
gələn Bəşir Bədirbəylinin həyat fəlsəfəsi elədir ki, həmin tarixi 
«qələbə»sini davam etdirmək üçün hər cür alçaqlığa çoxdan ha-
zırdır. Odur ki, Söhrab Günəşlinin vicdan barəsindəki sözlərini 
anlamaqdan nəinki məhrumdur, hətta belə-belə «demaqogiya-
lar» ona tamamilə mənasız gəlir… 
«Vicdan susanda»ya, müəyyən mənada, Azərbaycan ədə-
biyyatında o qədər də çox örnəyi olmayan mükəmməl bir ailə 
romanı kimi baxmaq olar: burada elə bir böyük və ya kiçik 
qəhrəman yoxdur ki, onun taleyi bilavasitə ailə mühiti konteks-
tində təqdim edilməsin… Söhrab Günəşlinin xarakteri, bir tərəf-
dən, elmi fəaliyyətində, digər tərəfdən isə, ailə münasibətlərində 
açılır… Və yeri gəlmişkən xüsusi olaraq qeyd edim ki, müəllifin 
böyük sənətkarlıqla yaratdığı Mərhəmət xanım obrazı nəinki 
Azərbaycan, ümumən dünya ədəbiyyatının mənə məlum olan ən 
kamil surətlərindən biridir. Güclü xarakterə, hələ gənc yaşların-
dan qadın məkrinin bütün təbii və qeyri-təbii texnologiyalarına 
vaqif olan bu xanım nə qədər ağlasığmaz (və pravakasion) işlərə 


Ədəbiyyat söhbətləri 
 
167
imza atsa da, fikrimcə, elə də böyük nifrət doğurmur… Hər şey-
dən əvvəl ona görə ki, öz aləmində «ailə»sinin xoşbəxtliyi üçün 
çalışır, bu yolda hər cür «məhrumiyyətlər»ə dözür, hər cür hərə-
kəti özünə rəva bilir… Ancaq anlamır ki, onun ailə xoşbəxtliyi 
neçə-neçə adamın (elə əri Söhrab Günəşlinin də) ailə bədbəxtliyi 
üzərində qurulduğundan ağrılı bir illüziya, saxta münasibətlər 
xaosudur… Mərhəmət xanım «sevimli» ərini gah «mənim hesa-
bıma qalsa, sən kişi deyilsən!.. Əgər kişi olsaydın bütün ömrünü 
bu kağız-kuğuz arasında, laboratoriyalarda, zavodlarda, iclaslar-
da keçirməzdin. Heç olmasa hərdən arvad-uşağın da yadına 
düşərdi» deyə təhqir edir, gah da «necəsən, ay ömrüm-günüm? 
Canın-başın salamatdırmı? Bilmirəm heç nədəndir, bu gün sən-
dən ötəri lap darıxmışam» deyib ona yalvarır… Ancaq fərq 
etməz, hər iki halda öz məqsədinə çatmaq üçün ərindən istifadə 
etməyə çalışır: ya xoşla, ya da zorla… 
Əsərin sonunda bu iddialı, hikkəli (və hər cür «maneə»ni 
dəfə etməyə əmin) xanım öz nadürüst işlərinin müqabilində cə-
zasını layiqincə çəkir, ancaq bu amansız cəzalar da onun qranit 
xarakterini dəyişmir. Əgər dəyişsəydi, o, heç Mərhəmət xanım 
olmazdı… Ilk məhəbbəti «xalq düşməni»nin oğlu olduğuna görə 
daşa dəyən Söhrabın arvadına laqeyd münasibəti də tamamilə 
əsaslıdır. Çünki həyatın hər üzünü görmüş bu müdrik (və təm-
kinli) insanın uğursuz ailə taleyilə barışıb bütün diqqətini elmə 
verməkdən başqa çarəsi yoxdur. Lakin, Mərhəmət öz «mövqe»-
yendə o qədər israr edir ki, Söhrab, nəticə etibarilə, «laqeyid-
liy»in əndazəsini keçməli, onu boşamalı olur ki, heç olmasa o 
dünyaya kəbinli ər-arvad kimi getməsinlər… 
Mən heç şübhə etmirəm ki, Vidadi Babanlının «Vicdan 
susanda» romanı bu gün dünənkindən də aktual əsərdir. Dövrü-
müzün elə mürəkkəb mənəvi-əxlaqi, geniş mənada ekoloji prob-
lemləri vardır ki, roman onlardan çıxış yolu tapmaqda cəmiyyətə 
kömək etməyə bilməz. Və ona da şübhəm yoxdur ki, həmin 
problemlər qaldıqca «Vicdan susanda» susmayacaqdır… 
  2016  


Nizami Cəfərov 
 
168
 
Mütəfəkkir ədəbiyyatşünas 
 
Azərbaycan ədəbiyyatşünaslığının, ədəbi-ictimai fikrinin 
inkişafında Məsud Əlioğlunun, heç şübhəsiz, müstəsna xidmət-
ləri vardır ki, bu xidmətlərin yalnız miqyası deyil, məzmun-
mündərəcəsi, ideya-estetik mükəmməlliyi də həmişə etiraf olun-
muş, tənqidçi-ədəbiyyatşünasın keçən əsrin qırxıncı illərinin 
sonlarından yetmişinci illərinin əvvəllərinə qədər davam edən 
(və təəssüf ki, çox tez kəsilən) yaradıcılıq axtarışları bir neçə 
fundamental istiqaməti əhatə etməklə sonrakı illərin araşdırma-
larına, ümumən milli ədəbi-nəzəri təfəkkürün tərəqqisinə əhə-
miyyətli təsir göstərmişdir. 
Məsud Əlioğlu 5 oktyabr 1928-ci ildə Qubadlının Mah-
mudlu kəndində görkəmli yazıçı Əli Vəliyevin ailəsində dün-
yaya gəlmişdir. Yaradıcılığa Azərbaycan (indiki Bakı) Dövlət 
Universiteti filologiya fakültəsinin tələbəsi olduğu illərdə (1946-
1951) başlamış, təhsilini bitirdikdən sonra Azərbaycan Elmlər 
Akademiyası Nizami adına Ədəbiyyat institutunda çalışmış, 
1955-ci ildə «Nəsrimizdə vətəndaş müharibəsi mövzusu»nda 
namizədlik, 1968-ci ildə isə «Azərbaycan sovet nəsrinin inkişaf 
yolları» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 
Məsud Əlioğlu həyatının ən məhsuldar dövründə – 1973-cü 
ilin iyun ayının 23-də dünyasını dəyişmişdir. Lakin iyirmi beş 
illik yaradıcılığı ərzində «Şamo» romanı haqqında» (1951), «Cəlil 
Məmmədquluzadənin dramaturgiyası» (1954), «Mirzə Ibrahimo-
vun dramaturgiyası» (1955), «S.S.Axundovun həyat və yaradıcı-
lığı» (1956), «Osman Sarıvəlli» (1958), «Rəsul Rza» (1960), 
«Məfkurə dostları» (1961), «Ədəbiyyatda yeni insan» (1964), 
«Məslək qardaşları» (1966), «Tənqidçinin düşüncələri» (1968) ki-
tabları, onlarla məqalələri nəşr olunmuş, vəfatından sonra «Ədəbi 
fraqmentlər» (1974), «Hüseyn Cavidin romantizmi» (1975), 
«Məhəbbət və qəhrəmanlıq» (1979), «Amal və sənət» (1980) və 
iki cildlik «Darıxan adamlar» (2009) kitabları çıxmışdır. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə