Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə47/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   43   44   45   46   47   48   49   50   ...   108

Nizami Cəfərov 
 
160
vəsində deyil, həm də ona çoxspektrli (və neçə on illər davam 
etmiş ciddi) marağın paradiqmasından baxa bilər. 
Fikrimcə, əsərin uğur qazanmasının ən böyük səbəbi o 
olmuşdur ki, müəllif, nə qədər acı olursa-olsun, həqiqəti deməyə 
var gücü ilə çalışmışdır. Bunun üçünsə ən azı üç şərt tələb olu-
nur: 1) həqiqətin nədən ibarət olduğunu aydın təsəvvür eləmək; 
2) onu demək üçün müəyyən «müəlliflik hüququ»na (və nüfuzu-
na!) malik olmaq və 3) müəllifi olduğun həqiqəti labüd məhru-
miyyətlər bahasına sonacan müdafiə eləmək. 
Vidadi Babanlı hər üç şərtə ən yüksək səviyyədə əməl 
etdi. Haqqında əsər yazacağı mövzunu – elmi tədqiqat institutu-
nun həyatını, orada cərəyan edən prosesləri, münasibətləri dərin-
dən öyrəndi, gizli qatlara nüfuz etdi, insan xarakterlərinin geniş 
mənzərəsini uzun zaman müşahidə elədi… Hər bir xarakterin 
(və münasibətin) tərcümeyi-halının ən intim süxurlarına qədər 
vardı, hər kəsin həqiqətini zədələmədən, müəllif iradəsinə tabe 
etmədən öyrənəndən sonra ümumiləşdirmə apardı, ümumi həqi-
qəti və ya ümumən həqiqəti ortaya çıxardı. Yazıçının həqiqət 
axtarışı metodu ona görə kifayət qədər dəqiq idi ki, müxtəlif 
nəsillər, müxtəlif dünyagörüşlü insanlar elmə müxtəlif əxlaqi-
mənəvi «zaman» və «məkan»lardan gəlmişdilər, onların həqiqət 
barəsindəki düşüncələri də, təbii ki, çox-çox fərqli idi. Söhrab 
Günəşlinin istedadı ilə yanaşı mütəvaze dözümü, Bəşir Bədir-
bəylinin istedadsızlığı ilə yanaşı təkəbbürlü dözümsüzlüyü, 
yaxud Vüqarın dərin biliyi ilə yanaşı həyat təcrübəsizliyi, Cöv-
dətin o qədər də dərin biliyinin olmaması ilə yanaşı böyük həyat 
təcrübəsi, yaxud da Mərhəmət xanımın heç bir abır-həya çər-
çivəsinə sığmayan «mübarizliy»i, Ziyanın eyni dərəcədə simasız 
(əslində, öz-özlüyündə unikal «sima»ya çevrilmiş) mənəviy-
yatı… eyni həqiqətə əsaslana bilməzdi. Bir məsələ bu müxtəlif 
həqiqətləri bütün fərdi-induktiv təbiətlərilə obyektiv aşkarlamaq, 
digəri (və yəqin ki, daha çətini) isə ümumən həqiqəti modelləş-
dirmək, onun (həqiqətin) obrazını yaratmaq idi. Birinci halda 
müəllif hər cür yaradıcılıq zəhmətinə qatlaşaraq, əsərin yazıldığı 


Ədəbiyyat söhbətləri 
 
161
dövr üçün hakim olan sosializm realizminin mövcud prinsiplə-
rindən, demək olar ki, son həddə qədər imtina etməyə çalışmaq-
la (bu həm də rahat yoldan imtina idi), mövzu ilə bağlı mümkün 
qədər çox xarakter-portret təqdim edir ki, onun nəticələri daha 
obyektiv olsun… Ikinci halda isə yazıçı həqiqətlər əsasında 
ümumən həqiqəti (əsl həqiqəti!) modelləşdirmək üçün optimal 
meyar müəyyənləşdirir ki, bu da insanın (xüsusilə elm adamı-
nın!) sözün həm dar (fiziki), həm də geniş (mənəvi-metafiziki) 
mənasında ekologiyaya nə dərəcədə sədaqətlə xidmət etməsin-
dən ibarətdir. Fərq etməz, cəmiyyətdə hansı mövqeyi tutmasın-
dan asılı olmayaraq, professor Söhrab Günəşli də, aspirant Vü-
qar Şəmsizadə də (onun soyadı müəllif tərəfindən düşünülmüş 
maraqlı rəmzdir, Vüqarın Söhrab Günəşlinin davamçısı, mənəvi 
övladı olduğuna işarədir), kənd aqronomu Cövdət də, adi 
neftçilər Ağarıza ilə Şahmalı da, yad uşağını öz doğma oğlundan 
ayırmayan Şahsənəm də, kirayənişinlərinə analıq edən Cənnət 
də, şıltaq laborant Narın da hərə öz «üslub»unda ekoloji harmo-
niyaya necə xidmət edirlərsə, professor Bəşir Bədirbəyli ilə özü-
nü alimlər cərgəsinə salmış Ziya da, qurulmaqda olan ailəni 
dağıdıb hər cür hiylə ilə Söhrab Günəşlinin arvadı olmuş Mərhə-
mətlə onun qızını ələ keçirib xoşbəxt olmaq istəyən Ismət də 
eynilə hər biri öz «üslub»unda həmin harmoniyanı eyni «müvəf-
fəqiyyətlə» pozmağa can atırlar. Və maraqlıdır (nə qədər para-
doksal görünsə də, həm də təbiidir) ki, həm bu, həm də digər 
tərəfin müəyyən əsasları var: ekoloji harmoniyanı pozanın işləri-
nin düz gətirdiyi məqamlar az olmadığı kimi, harmoniya yara-
danın da başına az iş gəlmir… Ancaq heç bir şəxsi uğur, yaxud 
uğursuzluqdan, hətta siyasi-ideoloji trafaretdən asılı olmayaraq 
bir vicdan (həqiqət!) var ki, yazıçı onu xüsusilə əsərin qələmə 
alındığı dövr üçün nəinki səciyyəvi olmayacaq, eləcə də qəhrə-
manlıq sayılacaq bir cəsarətlə tərənnüm edir. 
Vidadi Babanlı «Vicdan susanda»nı ədəbi ictimaiyyətə 
təqdim eləyəndə hələ çox da böyük şöhrət sahibi deyildi, ancaq 
müəyyən yazıçı nüfuzu vardı. Və bu nüfuz belə bir qeyri-adi 


Nizami Cəfərov 
 
162
əsərin müdafiəsində dayanmağa, yəqin ki, o qədər də kifayət 
eləməzdi. Lakin təbiətən mübariz, iradəli, əqidəsinə sadiq, hətta, 
özü demiş, bir az da cod «kəndçi balası» təcrübəli «ədəbiyyat 
generalları» ilə döyüşə hazır idi. Və hərdən mənə elə gəlir ki, 
Vüqar Şəmsizadə obrazında müəllifin bu illərdə keçirdiyi hiss-
həyəcanlar, əzablar, eləcə də yaradıcılıq uğurlarından irəli gələn 
daxili qürur da bu və ya digər dərəcədə, ola bilsin ki, təhtəlşüur 
bir inersiya ilə əks olunmuşdur. 
Romanın ilk fəsilləri «Azərbaycan» jurnalında çap edildik-
dən sonra «ədəbiyyat generallar»ından biri əsərdə (və müəllifin 
dünyagörüşündə) antisovetizm meylləri tapıb çapını dayandırdı. 
Və bundan sonra müəllif «öz həqiqəti» uğrunda qeyri-bərabər 
döyüşlərə başladı… Məsələ burasında idi ki, Vidadi Babanlı 
«kəndçi balası» olsa da, həm Bakıda, həm də Moskvada kifayət 
qədər müasir ədəbi-ideoloji məktəb keçmiş, 50-ci illərin ortala-
rından etibarən dünya ədəbiyyatında gedən təbəddülatları, yeni-
ləşmə prosesinin təbiətini yaxşı öyrənmişdi. Və bilirdi ki, «Vic-
dan susanda»ya qarşı çıxan qüvvələr nə qədər nüfuzlu olsalar da, 
baş verən yeniliklərdən, ədəbi həyatın bugünkü çağırışlarından 
ya bixəbərdirlər, ya da bunu qəbul eləmək istəmirlər… Ancaq 
bir məsələ də vardı ki, müəllifin rəqibləri hələ çox güclü olan 
sosialist-kommunist ideologiyasına əsaslandıqlarına, müəllif isə 
romanının anti-sovet olmadığını sübut etməyə çətinlik çəkdiyinə 
görə, əsərin nəşri çox ciddi problemə çevrildi. Yalnız bir neçə 
ildən sonra (bu bir neçə ilin yazıçı üçün nələr bahasına başa 
gəldiyini təsəvvür etmək, elə bilirəm ki, çətin deyil) roman nəşr 
olundu. 1970-ci ildə birinci, 1976-cı ildə isə ikinci kitab … Həm 
Bakıda, həm də Moskvada… Ardınca isə böyük tirajlarla yeni 
nəşrləri, tərcümələri meydana çıxdı. Həm Azərbaycanda, həm 
Sovetlər Birliyində, həm də dünyada romanın milyonlarla oxu-
cuları oldu ki, onların bir çoxunun müəllifə yazdıqları (və məz-
munca heç bir sosialist trafaretinə sığmayan) məktublar göstərdi 
ki, böyük ədəbiyyatın (və həqiqətin!) qarşısını almağa heç bir 
qüvvə, nə qədər aqressiv olursa-olsun, qadir deyil. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə