Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə45/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   41   42   43   44   45   46   47   48   ...   108

Ədəbiyyat söhbətləri 
 
151
Aldığımız bu kədərli 
Xəbərlə 
Elimiz matəmlidir, 
Könüllərimiz qəmli, 
Gözlərimiz nəmlidir. 
 
Böyük şairlərin həyatı kimi ölümü də poeziyadır, böyük 
mütəfəkkirlərin sevinci kimi kədəri də fəlsəfidir… Əlbəttə, du-
yan üçün, anlayan üçün…  
 
 2017  
 


Nizami Cəfərov 
 
152
 
Xanımlar xanımı 
 
Əzizə Cəfərzadə!.. 
Mən onu gənc yaşlarımdan sevmişdim: birincisi, soyadına; 
ikincisi, adına; üçüncüsü isə həmyerlim Ismayıl Şıxlının «Mə-
nim rəqibim»ə görə… Universitetin professoru idi, ancaq bizə 
dərs demədi. Heç koridorlarda da gözə dəymirdi… 
Keçən əsrin 80-ci illərinin ortalarından mən ədəbi mühitdə 
idim, bu mühitin «mətbəx»indən artıq yaxşı xəbərim vardı. 
Əzizə Cəfərzadə həm «klassik» idi, həm yazırdı, həm də ictimai 
xadim kimi fəaliyyət göstərir, qadın ziyalılığına, əgər belə 
demək mümkünsə, rəhbərlik, respublikaya ağbirçəklik edirdi.  
90-cı illərin ortalarında yaradıcılıq tərcümeyi-halı o qədər 
zəngin idi ki, onunla istər qadın olsun, istərsə də kişi, Ismayıl 
Şıxlı demişkən, hələ-həlbət rəqabət apara bilməzdi. «Natəvan 
haqqında hekayələr», «Əllərini mənə ver», xüsusilə «Aləmdə 
səsim var mənim», «Vətənə qayıt», «Yad et məni» trilogiyası, 
«Bakı-1501», «Anamın nağılları», «Cəlaliyyə», «Sənsən ümi-
dim», «Eldən elə», «Zərrintac-Tahirə», eləcə də Azərbaycan 
qadın şairlərinə həsr olunmuş tədqiqatlar…  
elə gətirdi ki, 90-cı illərin ortalarında mən Universitetin 
filologiya fakültəsinin dekanı oldum. O fakültənin ki, Əzizə xa-
nım onun Folklor kafedrasının professoru idi. Və artıq, deyəsən, 
bir az yaşlaşmışdı… 
Mən sevgimi gizlətmirdim… O da bunu hiss edir, keçmiş 
günlərdən danışa-danışa tarixə çevrilmiş (çoxu da unudulmuş!) 
böyük sevgilərini xatırlayırdı: atasına, anasına, ailəsinə… Son 
illər televiziya çıxışlarında, müsahibələrində tez-tez ailəsinin 
Novruz bayramlarına necə hazırlaşdığından, süfrədə nələrin 
olmasından, hansı əhval-ruhiyyədə olmalarından daha çox bəhs 
edər, şirin söhbətlərindən doymaq olmazdı. 
O, gözəl danışardı… 


Ədəbiyyat söhbətləri 
 
153
Bir dəfə nə üçünsə Folklor kafedrasına baş çəkəndə gör-
düm ki, əyləşib, qarşısında da bir xeyli günəbaxan tumu. Görüş-
dük, mənə də təklif elədi ki, «oğul, gəl sən də tum çırtda»… 
Içəridəki laborant qızlar bic-bic gülümsədilər. Özümü o yerə 
qoymadım, Əzizə xanımla üzbəüz əyləşib tum götürdüm, başla-
dım çırtdamağa. Xoşuna gəldi. Dedi, evdəkilər hərdən mənə bu 
xasiyyətimə görə irad tuturlar, ancaq mən əl çəkə bilmirəm, nə 
isə xoşuma gəlir. 
Mən də cavabında, Əzizə xanım, dedim, narahat olmayın, 
bizim evdəkilərin də işi-gücü tum çırtlamaqdır… 
Ordan-burdan danışdıq… Hamısı yadımda deyil… Xati-
rimdə qalanlardan biri odur ki, kişilərdən gileyləndi. Dedi ki, 
mən Respublika Qadınlar Şurasının sədri olanda şikayətə qadın-
lardan çox, kişilər gəlirdi… Axırda bezdim, dedim ki, ay qardaş-
lar, bura «mujsovet» yox, «jensovet»dir. Gülüşdük. Bayaqdan 
nə edəcəklərini bilməyən laborant qızlar özlərinə gəlib çay gətir-
dilər… Əzizə xanım qızları təriflədi, sonra Folklor kafedrasının 
açılmasının çox yaxşı hal olduğunu dedi. Mənə də tapşırdı ki, 
oğlum, çalış bu kafedra yaşasın, inkişaf etsin, xalqımızın tarixi 
yaradıcılıq imkanlarının nə qədər zəngin olduğunu tələbələrimi-
zə öyrətsin ki, onlar da dünyaya çatdırsınlar. Həyatım elə gətirib 
ki, dünyanın çox yerində olmuşam. Bizim xalqımızın yerini 
verəcək bir xalq görməmişəm… 
Sonra bir az fikrə getdi… Və əlavə elədi ki, Azad müəllim 
(Folklor kafedrasının müdiri Azad Nəbiyevi nəzərdə tuturdu) bir 
az hövsələsiz adam olsa da, yaxşı folklorşünasdır, peşəkardır. 
Kömək elə, xətrinə dəymə…Birdən sözü dəyişib «Vilayət Quli-
yev bir az mənim xətrimə dəydi», dedi, «tanıyıram, gənc olsa 
da, çox hazırlıqlı, bilikli tənqidçidir… Mənim romanımın əlyaz-
masını nəşriyyatdan ona rəyə göndəriblər. Mənfi rəy yazıb. Ola 
bilsin ki, xoşuna gəlməyib. Nə olar… Xətrimə dəyən o oldu ki, 
rəyin birinci cümləsində «mən bu müəllifin əvvəlki əsərlərini də 
bəyənməmişəm» yazır»… 


Nizami Cəfərov 
 
154
 Istədim təskinlik verəm… «Yox-yox» dedi, «onda günah 
yoxdur, görünür, ədəbi zövqlər dəyişir, cavanlar indi ayrı cür 
düşünürlər»… 
Dərsdən çıxan müəllimlər kafedraya qayıtdıqca səs-küy 
artdı. Əzizə xanım bayaqdan bəri çırtladığımız tumun qabıqla-
rını səliqə ilə kağıza büküb çantasına qoymaq istəyəndə laborant 
qızlar hörmətlə alıb bir kənara qoydular ki, özümüz atarıq. 
Əzizə xanım hər yadıma düşəndə dərhal Seyid Əzimin bu 
misralarını da xatırlayıram ki,  
Mövti-cismani ilə sanma mənim ölməyimi, 
Seyyida, ölmərəm, aləmdə səsim var mənim… 
O, bu sözlərlə özünün də ölməz olduğunu bütün dünyaya 
bəyan elədi… «Aləmdə səsim var mənim!» dedi…  
Mən Əzizə xanımın mehriban səsini həmişə eşidirəm… 
  
 2017 
 
 
 


Ədəbiyyat söhbətləri 
 
155
 
Sinəsində əsl şair ürəyi gəzdirirdi… 
 
Filosof, ictimai xadim Aslan Aslanovun sayca o qədər də 
çox olmayan şeir kitablarından biri «Nəğməli günlərim» adlanır 
ki, fikrimizcə, bu ifadəyə müəllifin yalnız poeziyasını deyil, 
ümumən yaradıcılığını, hətta şəxsiyyətini anlamaq üçün istinad 
etmək olar. Xüsusilə o mənada ki, Aslan müəllimin fəaliyyəti 
çoxşaxəli olsa da, xalqın yaddaşında onun daha çox nəğməli 
poeziyası qalmışdır. 
Həm yaşlı, həm də orta nəsil Aslan Aslanovun «Lalə-
lər»ini sadəcə xatırlamır… Və bu misralardakı lirik sehr adamın 
bütün bədəninə, ruhuna yayılır: 
 
Yazın ortasında Gəncə çölündə 
Çıxıblar yenə də dizə lalələr. 
Qıpqırmızı şehli ləçəklərini 
Səriblər dərəyə, düzə lalələr.  
…Bulaqlar simavər, ağ daşdan şəkər, 
Oxşayır çəməndə közə lalələr. 
 
Şairin qələm-fırçası ilə çəkdiyi bu mənzərə-lövhə, əslində, 
uydurulmamış, təbiətdən necə varsa o cür köçürülmüşdür. An-
caq istedadla, ilhamla, eşqlə köçürülmüşdür… «Lalələr» sözü 
hər təkrar olunduqca elə bil yeni məna-məzmun verir, mənzərə-
tablonun miqyasını genişləndirir, rəngi parlaqlaşdırır, duyumu 
qatılaşdırır… 
Aslan müəllimin lalələrlə bağlı bir bənzətməsi də var: 
 
Əgər bütün lalələr yığılsaydı bir yerə, 
Sahilləri görünməz qızıl ümman olardı. 
 
Və şair bənövşələrlə danışanda da yadına lalələr düşür: 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə