Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə41/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   37   38   39   40   41   42   43   44   ...   108

Ədəbiyyat söhbətləri 
 
139
çıxarmağa, gözlənilməz, yaxud adət etmədiyi hadisələri ilk ba-
xışdan düzgün qiymətləndirməyə, tədricən zəruri təcrübə qaza-
nıb düzgün qərarlar çıxarmağa qadirdir. 
Biz bunu «Bir səfirin manifesti»ndə də görürük… Hafiz 
Paşayev hansı şəraitdə, hansı şərtlər daxilində səfir təyin olundu-
ğunu yazır… 
«1992-ci il noyabr ayının 13-də Prezidentin fərmanı ilə 
mən Azərbaycan Respublikasının Vaşinqtonda Fövqəladə və 
Səlahiyyətli Səfiri təyin olundum. Səlahiyyət dairəmə eyni za-
manda Kanada, Meksika, Kuba və digər Latın Amerikası 
ölkələri də daxil edilmişdi. Yaxşı yadımdadır, şair Nəriman 
Həsənzadə zəng edib məni təbrik etmişdi və zarafatla demişdi 
ki, Elçibəy dünyanın yarısını sənə tapşırdı.  
…Fərman veriləndən bir az sonra Prezident Əbülfəz Elçi-
bəylə görüşdüm. Maraqlı cəhət ondan ibarətdir ki, Prezidentlə 
görüşüm səfir təyin olunmaq barədə fərman verildikdən sonra 
baş tutmuşdu»...  
Səfir davam edir: 
«Fakt ondan ibarət idi ki, hər müsafirə xarici aləmdən 
müjdə gətirən və o aləmə müjdə apara biləcək şəxs kimi bax-
mağa məcbur idik. Azərbaycan sərhədlərindən kənarda nə qan 
bahasına əldə etdiyimiz müstəqillikdən, nə də başımıza gələn 
müsibətlərdən xəbər yox idi. Xarici aləmi öyrənmək və onu 
müstəqilliyimizdən xəbərdar etmək istəyimiz güclü idi. Və 
təəssüflər olsun ki, təşrif gətirən hər bir müsafirin həqiqətən kim 
olduğunu araşdırmaq imkanımız yox dərəcəsində idi.  
«Bir səfirin manifesti» müəllifi «Bir gəncin manifesti» 
müəllifi qədər səmimi analitikdir… 
…«Yenicə formalaşmaqda olan Azərbaycan diplomatiya-
sının sıralarında məsuliyyət hissi güclü idi. Bu diplomatiyanın 
ilk nümayəndələri formal xarici siyasət təhsili almamışdılar. 
Kimi fizika alimi, kimi ədəbiyyatşünas, kimisə sadəcə ingilis 
dili mütəxəssisi idi. Acı həqiqət ondan ibarət idi ki, yeni yaran-
maqda olan dövlətin peşəkar mütəxəssislərə ehtiyacı çox idi. 


Nizami Cəfərov 
 
140
Belə mütəxəssislər isə yox dərəcəsində idi. Axı keçmiş imperiya 
daxilində azərbaycanlı vətəndaşın diplomatiya və ya idarəetmə 
sahəsində təhsil almaq imtiyazı yox idi. Yeni dövlət öz kadrları-
nı onların müstəqilliyə olan etiqadına görə seçirdi. Xaricə yolla-
nan diplomatlarımızın brifinqi çox qısa olurdu. Tapşırıq birmə-
nalı və sadə idi: Azərbaycan xalqını xaricdə ləyaqətlə təmsil 
etmək. Işin incəliklərini isə işlədikcə öyrənməli idik. Daha dəqiq 
desək, diplomat təyin olunmuşduq, diplomatiyanın nə olduğunu 
isə özümüz öyrənməli idik». 
Bu isə o deməkdir ki, müstəqillik hansı mənadasa nemət-
dir, ancaq səlahiyyət deyil… Xüsusilə hər cür müstəqilliyə «yiyə 
durmaq» iddialarının tüğyan etdiyi müasir dünyada… Təsadüfi 
deyil ki, Azərbaycan müstəqilliyə qovuşduğu ilk illərdə onun 
cəzasını «layiqincə» çəkdi, bədəlini lazımınca ödədi: ərazimizin 
beşdən biri işğal olundu, minlərlə vətəndaşımız qırıldı, bir 
milyon azərbaycanlı qaçqın düşdü… Və ən təhlükəlisi isə o idi 
ki, daxili hərcmərclik, iğtişaş, dövlətə itaətsizlik başladı… 
Yeganə bir təsəlli vardı ki, o da milli (və mütərəqqi!) 
qüvvələrin müstəqilliyə inamı, ondan duyduqları qürur və bu 
qüruru bir də heç zaman itirməmək cəhdləri idi… 
 «1993-cü il fevralın 6-da «Aeroflot»un təyyarəsi Vaşinq-
tonun Dallas hava limanında yerə endi. On üç saatdan çox yol 
uçmuş sərnişinlər səbirsizliklə təyyarədən çıxmağa can atırdılar. 
Çıxış isə bir qədər gecikdirilməli oldu. Sərnişinlər öz aralarında 
rusca gileyləndiyi bir vaxtda, xüsusi qonaqlar üçün ayrılmış 
minik maşını təyyarəyə yaxınlaşdı. Bir daha çıxışa can atan 
sərnişinləri sakitləşdirən amerikalı dövlət məmuru təyyarəyə 
qalxaraq ingilis dilində ucadan elan etdi: «Azərbaycan Respub-
likasının Səfiri Hafiz Paşayev və xanımı çıxışa dəvət olunur». 
Səs-küy bir anlığa sükutla əvəz olundu. Yüzlərlə rusun istehzalı 
baxışı altında mən, həyat yoldaşım Rəna xanım, qızım Cəmilə 
və oğlum Camal özümüzə yol açaraq çıxışa doğru irəlilədik. 
Minik maşınının qapıları bağlandı və təyyarədən ayrıldı. Ruslar 
isə gözləməli oldular»… 


Ədəbiyyat söhbətləri 
 
141
…Mərdan tədricən peşəkar inqilabçıya çevrilir… 
«Mərdan bu yerdə dayanıb nəfəsini dərir, həm də sıxlaşıb 
dayanan, papağı ilə tərini silən, gözlərini onun üzünə dikən 
kəndlilərə diqqət edir. Kəndlilər, sanki bu «rəncbər»dən gözlə-
mədikləri təzə sözləri yaxşı eşitmək iştahası ilə daha da sıxlaşır, 
irəliyə can atırlar. 
Mərdan, sanki dediklərinə yekun vuraraq, bir az da ucadan 
danışır: 
-Bəsdir daha! Biz ki, indi fəhlə – kəndli hökumətini yarat-
mışıq, biz ki, indi qanlar bahasına işləri öz əlimizə almışıq, gə-
rək neyləyək? Birinci borcumuz budur ki, gərək ayılaq! Ayılaq, 
yoldaşlar! Dost-düşməni tanıyaq!» 
 Lakin Mərdan anlayır ki, o, yeni həyatın tələblərinə tam 
cavab verməkdən hələ çox uzaqdır… Tək ona görə yox ki, yazı-
pozu bilmir, klassiklərin əsərlərindən xəbərsizdir, həm də ona 
görə ki, «yeni həyat»ın özü də ziddiyyətlərlə, anlaşılmazlıqlarla, 
«improvizasiya»larla doludur… 
«Çaybulaq kəndində bu lap açıq görünürdü. Qarakişi adlı 
bir kəndli iclasda qalxıb «höcət» edirdi. 
-A bacıoğlu, -deyirdi, -sən hampanın torpağını talayıb mə-
nə verməklə, əkdiyim-biçdiyim halal olarmı? Biz müsəlmanıq 
axı! Allah Quranda deyib özgə iynəsi ilə tikilmiş paltar geyib 
namaz qılsan, batildir. Sən indi gətirib özgənin yerinə xış sal-
maq, toxum səpmək istəyirsən, bu hansı dində var? Onun məh-
sulu it qanından haramdır! Onu yemək olarmı, ona əl vurmaq 
olarmı?! 
Qarakişinin dediklərini təsdiqləyənlər də oldu. 
Mərdan ona belə cavab verdi: 
-Haram-halal mövhumatdır, yoldaş! Hampanın yeri bizə 
ana südü kimi halaldır. 
Qarakişi daha da pis danışdı: 
-Indi ki, haram-halal yoxdur, o minib gəldiyiniz arabanı 
mənə verin, bostanıma peyin daşıyım! 
Mərdan dedi: 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə