Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə38/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   34   35   36   37   38   39   40   41   ...   108

Nizami Cəfərov 
 
130
Mərdanın səsində, hərəkətində başqa həyəcan duyuldu. 
Sona oğlunun belə, «beyniqanlı» halını az görmüşdü. Cavan, 
güclü, enlikürək adam, indi ona doğma oğlu, mehriban balası 
kimi yox, əzəmətli, qüdrətli bir nağıl qəhrəmanı kimi göründü. 
…Qadın dediklərinə peşman oldu: «Bu nə iş idi tutdum, 
beyniqanlıdır. Gedər, artıq-əskik danışar, dilim qurusun, yüzba-
şının çənginə düşər, evim yıxılar…» 
Yazıçının mətləbə – hadisələrin gedişində daha geniş 
miqyas alacaq, daha da dərinləşəcək ziddiyyətlərə bu cür zərif, 
hissiyyatlı bir «nöqtə»dən başlaması, prinsip etibarilə, sovet ədə-
biyyatı priyomu deyil, burada xalq ədəbiyyatından, epos ənənə-
lərindən gələn bədii texnika hakimdir. Və bu texnikanın təzahü-
rünü (və təsirliliyini) Mərdanla Hacı Ibrahimxəlilin «görüş»ündə 
də hiss etmək mümkündür… 
«Mərdan hirsindən boğulurdu. Aləm onun gözünə bir 
yanar təndir kimi görünürdü. O, özünü bu odun içində sanırdı. 
Ömrünü, gününü, ailəsini, səadət və ümidini yandıran bu alovun 
içində yalnız bir şeyi qorumaq, yalnız bir şeyi xilas etmək üçün 
çalışırdı: şərəfini, izzəti-nəfsini, hüququnu. 
…Hacı Ibrahimxəlilin nəriltisinə çıxan qadınlar qışqırıb 
Mərdanı söyürdülər. Nökərlər yüyürüb Hacını Mərdanın əlindən 
almaq istədilər. Mərdan acıqlandı: 
-Kənar durun! Yaxın gəlməyin! 
Əslinə baxsan, nökərlərin araçılıq eləməyi zahir üçün idi. 
Hacının yediyi kötək onların da ürəyini sərinlədirdi…» 
Dastan təhkiyəsi davam edir. Və məlum olur ki, Mərdanın 
Hacı Ibrahimxəlili döyməsi yalnız onun şəxsi intiqamı ilə 
məhdudlaşmayan elə bir ictimai zərurət imiş ki, bu xəmir hələ 
çox su aparacaqmış. Və bütün Güney kəndini (bu ad da, heç 
şübhəsiz, simvolikdir!) «qudurmuş» hampalara, ağalara, bəylərə 
qarşı gələcək azadlıq mübarizələrinə hazırlayacaqmış… 
Mərdanın ailə intiqamına əsaslanan qiyamı dərhal ictimai 
rezonans doğurur. Və burada sovet ədəbiyyatı sxematizmindən 
danışmaq yenə də yersiz olardı… Hər şeydən əvvəl ona görə ki


Ədəbiyyat söhbətləri 
 
131
söhbət daxili təlatümlərinin coşqunluğu ilə bütün cəmiyyəti 
sarmış elə bir dövrdən gedir ki, hər insanın taleyi ilə bütövlükdə 
xalqın taleyi bir-birindən ayrılmazdır. Verilən vədlər, həmin 
vədlərin arxasında dayanan xeyli dərəcədə real ümidlər patriar-
xal münasibətlərin «müqəddəsliy»inə ciddi şübhə yaratmaqda, 
bir vaxtlar elə kəndin özündəcə həll olunmalı, yat-yut edilməli 
problemlər onun hüdudlarını aşıb xüsusi sosial-inzibati dəyər 
qazanmaqdadır… 
«…Səhərin gözü açılar-açılmaz Güney kəndi atlı ilə doldu. 
Bu son günlərdə Güneydə inkişaf edən qəribə hadisələrin sürəti 
hamını düşündürür, məşğul edirdi: köç yolunun qırağında, bala-
ca bir gölün ətrafında, uzun qovaq, qarağac, söyüd kölgələrində 
səssizcə yatan, zahirən səs-küydən uzaq görünən kənd, indi 
dəstə-dəstə atlıların, pristavların, naçalniklərin, müstəntiqlərin 
ovlağı olmuşdu. Yüzbaşının başı yaman qarışmışdı. Gələnlər bir 
deyil, iki deyildi…»  
Və beləliklə, balaca Güney kəndi bütöv Azərbaycanın 
obrazına çevrilir. Bir tərəfdə yüz illərin ənənəvi patriarxal kənd 
ukladı, digər tərəfdə yeni zəmanənin gətirdiyi «anlaşılmazlıqlar» 
Güneyi elə çulğayır ki, az-çox ağlı başında olan hər kəs istər-
istəməz hadisələrin arxasınca sürünməli, mahiyyətini ya bilmə-
diyi, ya da öz arşını ilə ölçdüyü olaylara həyatı bahasına reaksi-
ya verməli olur. Nəticə etibarilə, «min ilin insanı» onu hər 
tərəfdən əhatə edən, onun ənənəvi (və kifayət qədər sadəlövh!) 
dünyasına yeni qaydalar tətbiq etməyə çalışan Zəmanəyə müna-
sibətdə özünəməxsus mütəfəkkirə çevrilir. 
Və Mir Cəlalın nasir qələmi bu cür hallarda esseistikaya 
keçib ideya-bədii möcüzələr yaradır: 
«Onlara çörəyi cirə ilə vermirlər. Analarından ayırmırlar, 
isti yataqdan qovmurlar. Xış dərinə batanda onlar yıxılmırlar. 
Ayaqlarını zəncir kəsmir. Gözlərinə qılçıq dolmur… 
Gün bir az qalxan zaman bağ-bağçada oynayan, talvarlar-
da söykənib kitaba baxan bəy balaları, kərə yaxmacı yeyən 
hampa uşaqları nə qədər xoşbəxtdirlər. Hər başıpapaqlıdan giz-


Nizami Cəfərov 
 
132
lənən yeni-yetmə, nişanlı qızlar nə qədər xoşbəxtdirlər! Onlar 
heç nəyə həsrət deyillər. Yavan arpa çörəyi onların ağzını apar-
mır. Üzləri gün altında qabıq qoymur. Istidən gözləri ağrımır, 
dizləri gizildəmir, tərdən boğulmur, qızdırmaya düşmürdülər. 
Damlarında süfrə-süfrə alma, ərik qaxı sərənlər, tut qurudanlar 
nə qədər xoşbəxtdirlər! Onlar möhtac və ac deyil. Bağların, bağ-
çaların, dirriklərin məhsulu onlarındır. Ağ, qırmızı, şirin sulu 
əriklər… Peyvənd alçalar, gavalı, yaz-payız almaları, kişmişi 
üzüm salxımları… Bahar baxdıqda ağzı sulanırdı. Həyat ona 
həm dadlı, həm da acı gəlirdi. Kəndin ortasından axıb uzaqlara 
yol alan, kül altında kərənti tiyəsi kimi işıldayan Səbey çayı, çay 
üstündə xəyal kimi uçan qaranquşlar, Badamlı bulağının buz 
kimi sərin suyu, söyüd kölgələri, həyətlərdən göyə ətir səpən 
məxmər, mixək gülləri, gülöyşə nar ağacları… Bir badya köpük-
lü süd verən inəklər, yaşıl yamaclar… Arabalar dolusu novbar 
yemişlər, zolaqlı şamamalar… Mələşən quzular, bal yığan, beçə 
verən arılar, kövşənə səs salan çoban mahnıları, kəklik ovu… 
Bunlar kimin üçündür, bunlar kimindir? Ay dünya, nələrin 
var! 
Ax, ağacda yarpaq, budaqda quş olaydım!» 
Xatırladaq ki, bu nikbin, yaşamaq eşqi (və işığı!) ilə dolu 
intonasiya 30-cu illərə aiddir… 
Həyat öz ailəsindən, qonum-qonşusundan başqa heç kimi 
tanımayan, heç kəslə ünsiyyəti olmayan kənd arvadını – Sonanı 
da geniş ictimai münasibətlər burulğanına çəkir, onu məcbur 
edir ki, dünyanı ayaqlaya-ayaqlaya qapısının ağzına qədər gəlib 
çıxmış yadellilərlə münaqişəyə qoşulsun… 
«…Hindistan kökünə salmaq, var-yoxundan çıxarmaq, 
aldatmaq, tora salmaq üçün gəlmişdir. Əbəs deyil ki, misterin 
atı, faytonu yola çıxanda bəylər qurban gətirir, ayağından öpür, 
övliya kimi səcdə edirlər. It itin ayağını basmaz». Mister bəy-
lərin, hampaların havadarıdır, onlar da ağalarının qədrini pis 
bilmirlər, sağ bilməsinlər!.. 
-Ay binamuslar, ay tülküdən əskiklər! 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə