Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə35/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   31   32   33   34   35   36   37   38   ...   108

Ədəbiyyat söhbətləri 
 
121
Lakin, qoy  
dövranın adına yazmasınlar  
bu acı, bu təzadlı həqiqəti. 
Axı biz dözüb  
hər möhnətə, hər dərdə,  
o çətin illərdə,  
o ağır günlərdə  
yaradırdıq, qururduq. 
Yurdumuzu  
göz bəbəyi kimi qoruyurduq… 
Yox, günlərimiz ağır,  
işimiz çətindi. 
Yolumuzun əyrisini-düzünü 
Gərək aydın görək indi. 
 
Mehdi Hüseyn yazır: 
«…Mikayıl Müşfiq və onun taleyi bizim çoxumuzda kədər 
və məsuliyyət hissi doğurur. Bütün varlığı ilə sovet həqiqətinə 
bağlanmış bu coşqun və romantik ehtiraslı nəğməkarın həlak 
olması düşmənlərimizin cinayətlərindən biri idi. «Şeyx Sənan», 
«Dəli knyaz», «Azər» və «Səyəvuş» kimi əsərlərin müəllifi – 
humanist sənətkar Hüseyn Cavidə əl qaldırmaq üçün, doğrudan 
da, hər növ insani hissdən məhrum olmaq lazım idi». 
Və əlavə edir: 
«Lakin bizim marksist tənqidimiz hər zaman olduğu kimi 
indi də «Peyğəmbər» və «Topal Teymur» əsərlərinə bəraət 
vermək fikrində deyildir. Bu tənqid, əslində, Cavidin əleyhinə 
yox, lehinə mübarizə etmişdir, yəni onun məfkurəvi tərəddüddən 
qurtarıb, sovet ədəbiyyatı cəbhəsinə keçməsi üçün çalışmışdır, 
çünki bu tənqid Hüseyn Cavidin bədii istedadına həmişə yüksək 
qiymət vermişdir». 
Əlbəttə, bu, problemə ömrünün sonuna qədər marksist 
olaraq qalan bir tənqidçinin münasibətidir… Ancaq etiraf edək 
ki, həm də kifayət qədər peşəkar münasibətdir… 


Nizami Cəfərov 
 
122
Və Mehdi Hüseyn davam edir: 
«Hüseyn Cavid» adlı dəyərli monoqrafiyanın müəllifi 
M.C.Cəfərov, haqlı olaraq, «Səyəvuş», «Ömər Xəyyam», «Şeyx 
Sənan» kimi klassik əsərlərin müəllifini ədəbiyyatımızın gör-
kəmli yaradıcılarından biri kimi qiymətləndirməklə yanaşı, 
ümumən Cavid sənətinin ziddiyyətlərini, xüsusən «Peyğəmbər» 
və «Topal Teymur» əsərlərinin mürtəce mahiyyətini düzgün 
izah etməklə də bu həqiqəti təsdiqləyir». 
Məmməd Cəfərin tənqidçi-ədəbiyyatşünas istedadına (və 
şəxsiyyətinə) həmişə hörmətlə yanaşan Mehdi Hüseyn onu da 
yoldaşcasına tənqid edir. Və fikrimizcə, tərifində olduğu kimi, 
tənqidində də səhv eləmir: 
«…Məmməd Cəfərin məruzəsindəki bəzi mülahizələrlə 
razılaşmaq olmaz. Tənqidçi bəzən ən zəif bir əsər haqqında (onu 
tənqid etdiyinə baxmayaraq) o qədər danışır ki, istər-istəməz, 
həmin əsər diqqət mərkəzinə keçir. «Həsrət» romanının məruzə-
də verilmiş təhlili buna misal ola bilər. Məruzəçi « General» 
romanını tənqid etsə də, onun başlıca xüsusiyyətlərini açıb gös-
tərmədi ki, müəllif də bundan özü üçün bir nəticə çıxara biləydi. 
Tənqidçilər kompozisiyası zəif olan əsərləri pislədikləri halda, 
özləri məruzələrini kompozisiya cəhətdən dağınıq qurur, 
yığcamlığa fikir vermirlər». 
Heç kimə sirr deyil ki, Səməd Vurğun Mehdi Hüseynin 
milli ədəbi ideallarından biri, müasir dövrdə isə birincisi idi, 
bununla belə zəmanəsinin dahi sənətkarını da heç vaxt tənqidin 
nüfuz dairəsindən kənarda təsəvvür etmirdi. Və yazırdı: 
«Bəxtiyar Vahabzadənin ayrı-ayrı əsərlərə və ümumiyyət-
lə Səməd Vurğun yaradıcılığına tənqidi yanaşmağı doğrudur, 
yəni o, ölməz sənətkarın ayrı-ayrı ciddi qüsurlarını bəzən hətta 
kəskin şəkildə deməkdən çəkinmirsə, buna müsbət bir hal kimi 
baxmaq lazımdır». 
«Soruşa bilərsiniz ki, əgər Səməd Vurğunun ayrı-ayrı qü-
surları vaxtı ilə düzgün tənqid olunmuşsa, əlavə tənqidi qeydlərə 
nə ehtiyac var?» sualına isə tənqidçi belə cavab verir: «Məncə, 


Ədəbiyyat söhbətləri 
 
123
var… Indi müəllif (söhbət Səməd Vurğundan gedir – N.C.) bi-
zim aramızda yoxdur və onun əsərlərində müəyyən təshihlər 
aparmaq mümkün deyildir. Indi onun haqqında söylənən ümu-
miləşdirici mülahizələr artıq xalq üçündür, gələcək ədəbi nəsil 
üçündür. Əgər bu baxımdan məsələyə yanaşılırsa, vaxtı ilə Sə-
məd Vurğuna qarşı çevrilmiş qərəzli və ədalətsiz ittihamların 
«elmi əsaslar»ını son dərəcə haqlı və inandırıcı rədd eləyən 
B.Vahabzadəyə bir şeyi də məsləhət görməliyik: Səməd Vurğu-
nun ötəri və müvəqqəti motivlərə bəzən hədsiz dərəcədə uydu-
ğunu, böyük tarixi zərurətdən doğmayan ayrı-ayrı parçalarını 
çapa verməyə tələsdiyini, müəyyən tarixi şəxsiyyətlərin rolunu 
həddindən artıq şişirtdiyini qeyd eləməkdən qorxmayın. Bu 
qüsurlar Səməd Vurğunun nəhəng şəxsiyyətinin və zəngin yara-
dıcılığının siqlətinə xələl gətirə bilməz, yeni ədəbi nəsil isə bu 
qüsurların hansı səbəblərdən irəli gəldiyini mütləq bilməlidir». 
Mehdi Hüseyn 60-cı illərin əvvəllərində deyirdi: 
«…Tənqidimizdə heç də xoşa gəlməyən bir əhvali-ruhiyyə 
özünü göstərir. Həmin əhvali-ruhiyyəyə görə, guya son üç-dörd 
ildə yaranmış poetik əsərlərimiz, roman, povest və pyeslərimiz 
bundan əvvəlki dövrlərdə yaranmış əsərlərə nisbətən aşağı 
səviyyədədir; həm öz ideya məzmunu və həm də bədii xüsusiy-
yətləri ilə guya irəliyə doğru bir addım deyildir. 
Bu fikirdə olan tənqidçi yoldaşlar iki səbəbdən yanıla 
bilərlər: ya onlar bundan əvvəl yaranmış əsərlərimizin əhəmiy-
yətini həddindən artıq şişirdirlər, ya da ədəbiyyatımızın yeni 
inkişaf mərhələsinin xüsusiyyətlərini layiqincə dərk etmirlər». 
Və fikrinin doğru olduğunu sübut etmək üçün Mirzə Ibra-
himovun «Böyük dayaq» romanının ondan əvvəl yazdığı «Gələ-
cək gün»dən həm ideya-məzmun, həm də bədii-üslub texno-
logiyası baxımından daha güclü olduğunu, ədəbiyyata yeni yara-
dıcı qüvvələrin gəldiyini göstərir ki, bununla razılaşmamaq çətin 
idi. Başlıcası isə, zamanın özü də təsdiq etdi ki, Mehdi Hüseyn 
tənqidi tənqidlərində nə qədər haqlı imiş. 
 2016  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə