Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə37/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   33   34   35   36   37   38   39   40   ...   108

Ədəbiyyat söhbətləri 
 
127
«Bir səfirin manifesti»ndəki müəllif məsuliyyəti, ilk növ-
bədə, onunla səciyyələnir ki, hər cəhətdən səmimi bir məsuliy-
yətdir. Və bu səmimiliyin ideya-estetik (və humanist) arxetipi 
olaraq «Bir gəncin manifesti»nin, ümumən Mir Cəlal yaradıcı-
lığının (və sözün geniş mənasında üslubunun) xarakterini yada 
salmaq, elə bilirik ki, nəinki mümkündür, hətta demək olar ki, 
zəruridir. Lakin unutmaq olmaz ki, Mir Cəlal istər «Manifest»-
də, istərsə də digər çoxsaylı əsərlərində həmişə sovet dövrünün 
siyasi-ideoloji təsiri (əslində, təzyiqi) ilə hesablaşmış, digər 
görkəmli dövrdaşları kimi o həddə qədər səmimi olmuşdur ki, 
məlum konyuktur hüdudları aşmasın. Böyük yazıçı-mütəfəkkir 
sovet gerçəkliyinin ən «səciyyəvi» illərində – repressiyanın tüğ-
yan elədiyi 30-cu illərdə qələmə aldığı «Manifest»də səmimilik 
konsepti yalnız milli mənlik şüurunun bütün dolğunluğu ilə 
təzahürünə çalışmaqla məhdudlaşmır, həm də mətnin bədii toxu-
malarını təşkil edən güclü stilizasiya (improvizasiya!) məharə-
tində, mətnaltı effekt-texnologiyalarda süxurlaşır. 
«Bir gəncin manifesti» Mir Cəlalın yazıçı üslubunun 
xarakterik təzahürü olan məşhur «Proloq»la açılır… 
«O, bir aşıb-daşan, qoca ağacları kötüyü ilə alıb aparan 
qəhvəyi sulara, bir də buxarlanan şum torpaqlara göz yetirir, 
dərindən köks ötürərək düşünürdü: «Ah, bunda, dünyanın bu 
nemətlərində mənim də bir barmaq payım olaydı. Heç olmasa 
çox yox, bir çərək yerim, bir çanaq suyum olaydı. Necə əkər, 
necə becərər, necə bəslərdim. Mənim də qapım çuval dolusu 
taxıl, evim təknə dolusu çörək görərdi. Mən qabarlı əllərimi 
qulağıma qoyar, sinəmin sazına toxunub mahnı çağırardım: 
 
Dolayda kəklik qovdum, 
Dağda yemlikdən doydum. 
Mənə bol ruzi verən 
Torpağa nişan qoydum. 
 
…Cavan oğlan sanki göylərə səpdiyi, yaz küləyinə verdiyi 
mahnıları ilə sinəsini boşaltdı, özündə bir yüngüllük duydu. Nə-


Nizami Cəfərov 
 
128
zərlərini dağdan-kövşəndən yığaraq yenə öz işinə, xışın əlcəyinə 
güc verib cüt sürməyinə davam etdi. Zəmini başa getməmişdi ki, 
birdən-birə torpağın işıqlandığını, hər yerdən kölgələrin çəkilib 
getdiyini duydu. Sanki bir anda kimsə, hansı bir qüvvə isə bu-
ludları qovub üfüqləri gümüş kimi təmizlədi. Cavan cütcü başını 
göyə qaldıranda günorta yerinə qalxan Günəşin bütün gücü və 
əzəməti ilə dayandığını gördü. Sanki bayaq oxunan mahnılar-
dakı həsrət və arzuları Günəş eşitmişdi. Ona görə, məhz ona 
görə dünyaya, hər şeydən əvvəl bu zəhmətli kövşənlərə, cütcülər 
yurduna həmişəlik və ümumi bir aydınlıq gətirmişdi…» 
20-ci, 30-cu illər Azərbaycan xalqının tarixinə məhz bu 
cür sosial-siyasi təlatümləri, inqilabları, faciələri (və işığı, 
Günəşi!..) ilə gəlir. XIX əsrin sonu XX əsrin əvvələlrində xalqın 
mənəvi-ruhi ehtiyacı kimi meydana çıxıb get-gedə güclənən, 
müxtəlif xarakterli lokal, yaxud beynəlxalq müzakirə-münaqi-
şələrdə formalaşıb milli ideologiyaya çevrilən müstəqillik ideal-
larını, bir tərəfdən, daxili hərcmərcliklə müşayiət olunan siyasi, 
iqtisadi və mədəni gerilik, digər tərəfdən isə, böyük güclərin hər 
cür konyuktur maraqları, təcavüzkar iddiaları və həddi-hüdudu 
bilinməyən provakasiyaları imtahana çəkir. 
Bolşevizm önə çıxaraq köhnə Rusiyanın xarabalıqları üzə-
rində yeni Rusiyanı– Sovetlər Birliyini qurur. Və bu qurulmalar, 
inqilablar çox şey vəd etdiyi kimi, çox şeyləri də məhv edir… 
Insanın dünyagörüşünü, mənəvi axtarışlarını, tərəddüdlərini 
şüarlar əvəz edir. Və nəticə etibarilə, sovet adamı, sovet ziyalısı, 
sovet təfəkkürü formalaşır… 
«Bir səfirin manifesti»nin müəllifi «Bir gəncin manifes-
ti»nin müəllifi haqqında yazır: 
«Amerika Birləşmiş Ştatlarına ilk dəfə 1975-ci ildə gəl-
mişdim. Elmi işçi kimi. Hələ o zaman bu ölkə mənə böyük təsir 
bağışlamışdı. Soyuq müharibənin şiddətli vaxtları olmasa da, 
sovet sisteminin hər yerdə qulaqları vardı. Geri döndükdə gör-
düklərimin hamısını həmsöhbətlərimə danışa bilmirdim. Qayıt-
dığım gün yaxşı yadımdadır. Mir Cəlal müəllim məni öz otağına 


Ədəbiyyat söhbətləri 
 
129
çağırdı, təklikdə təəssüratlarımı öyrənmək istədi. Əvvəlcə, sakit-
cə qulaq asdı, sonra müəyyən suallar verdi və nəticədə «Elə mən 
də təxminən söylədiyin kimi təsəvvür edirdim», -dedi. Onu da 
əlavə etdi ki, muğayat olum, hər yerdə açıq danışmayım. Stalin-
Bağırov repressiyalarını yaşamış nəsil üçün rejim vahiməsindən 
azad olmaq asan deyildi». 
«Bir gəncin manifesti»ndə yazıçının ən yaralı yeri, yəqin 
ki, Baharın taleyidir. Və əgər buna ağızdolusu «tale» demək 
mümkündürsə… Ictimai həyatın bütün ağırlığı əslində bu barədə 
heç bir təsəvvürü olmyan yazıq yetimin üzərinə düşür. 
Kimdir Bahar?.. 
«Anası Baharı çox sevərdi. 
Bunu yazmamaq da olar; çünki hər bir ana övladını sevir 
və sevməlidir. Lakin Sona arvadın analıq sevgisində çoxlarına 
xas olmayan ayrı bir əlamət, ayrı bir xüsusiyyət vardı. 
…Sonaya elə gəlirdi ki, uşaqlarını yetim və ehtiyac içində 
tərk edib gedən kişi həmişə qəbirdə narahatdır. Sal daşların 
altında, yaş torpaqlar üstündə hər dəqiqə başını qaldırıb körpə, 
yetim oğluna baxır… 
Sona indi əziz uşağını lüt, gözüyaşlı, döyülmüş, təhqir 
olunmuş görəndə ürəyinin başı yandı». 
Əlbəttə, Baharın varlı, özünü kənddə hamıdan yüksək 
tutan, «qudurmuş» bir ailə tərəfindən döyülməsi faktına müəllif, 
nəticə etibarilə, nəinki ictimai, həm də sinfi-siyasi məna verir. 
Burada sovet ədəbiyyatına məxsus ideoloji konyuktur varmı?.. 
Təbii ki, var. Ancaq yazıçının ustalığı ondadır ki, o dövr üçün 
olduqca səciyyəvi olan vulqar sosiologizmə yol vermir, həyat 
həqiqətini təhrif etmir, bu həqiqətin təbiiliyini, təravətini möv-
cud ideoloji şərtlər daxilində mümkün qədər qorumağa çalışır. 
Və sinfi mübarizə özünəməxsus start alır… 
« -Yalan deyirsən, ana, Baharın böyük təqsiri var. Onun 
təqsiri kasıblıqdır, kasıblıq! Bu zəmanədə kasıblıqdan böyük 
günah nədir? Canın çıxsın, kasıb olma! Yıxıl öl, kasıb olma! 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə