Ədəbiyyat söhbətləri
115
Göründüyü kimi, «Azərbaycan»da
poeziya ilə nəsr bəra-
bər gedir, dramaturgiya isə, təbii olaraq, geri qalır… Ən maraqlı
cəhət isə, tənqid və ədəbiyyatşünaslığın yaradıcılıq imkanlarının
(və milli ədəbi-tarixi prosesi həm ən qədim dövrlərdən başla-
yaraq müfəssəl təhlil etmək, həm də ona ən düzgün inkişaf yolu
göstərmək «ehtiras»ının!) güclənməsidir. Və elə bir nəinki məş-
hur, hətta az-çox tanınmış qələm adamı təsəvvür etmək mümkün
deyil ki, «Azərbaycan»ın səhifələrində Azərbaycan ədəbiyyatı
barədə bu və ya digər səviyyədə söz deməmiş olsun… Peşəkar-
lara gəldikdə isə onların da sayı az deyil…
«Ədəbi döyüşlər cəngavəri» Mehdi Hüseyndən başlayaq:
Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Mirzə Ibrahi-
mov, Mir Cəlal, Cəfər Xəndan, Ilyas Əfəndiyev,
Qulam Məm-
mədli, Əkbər Ağayev, Cəfər Cəfərov, Məsud Əlioğlu, Mirzağa
Quluzadə, Hidayət Əfəndiyev, Islam Ibrahimov, Əzizağa Məm-
mədov, Əli Sultanlı, Bəxtiyar Vahabzadə, Məmmədağa Sulta-
nov, Yəhya Seyidov, Abbas Zamanov, Əziz Mirəhmədov, Balaş
Azəroğlu, Kamal Talıbzadə,
Əzizə Cəfərzadə, Şamil Cəmşidov,
Imamverdi Əbilov, Qulamhüseyn Beqdeli, Seyfulla Əsədulla-
yev, Xeyrulla Əliyev, Camal Əhmədov, Həbib Babayev, Tey-
mur Əhmədov, Pənah Xəlilov, Sadıq Hüseynov, Cahangir
Qəhrəmanov, Qasım Qasımzadə, Arif Məmmədov, Mehdi
Məmmədov, Kamran Məmmədov, Nadir Məmmədov,
Nəriman
Həsənzadə, Orucəli Həsənov, Firuz Sadıqzadə, Sadıq Şükürov,
Vaqif Vəliyev, Yavuz Axundlu, Elməddin Əlibəyzadə, Dilarə
Əliyeva, Bəkir Nəbiyev, Xeyrulla Məmmədov, Abbas Hacıyev,
Əbülfəz Rəhimov, Məmməd Məmmədov, Təhsin Mütəllimov,
Arif Hacıyev, Xalid Əlimirzəyev, Sabir Əliyev, Firidun Hüsey-
nov, Qulu Xəlilov, Əhəd Hüseynov,
Akif Hüseynov, Yaşar
Qarayev, Tofiq Hacıyev, Ağamusa Axundov, Arif Səfiyev,
Anar, Elçin, Araz Dadaşzadə, Şamil Salmanov, Sabir Əmirov,
Vəli Osmanlı, Intiqam Qasımzadə, Şamil Qurbanov, Asif Əfən-
diyev, Əmirxan Xəlilov, Mürşüd Məmmədov, Israil Mustafa-
yev, Vaqif Arzumanlı, Kamil Vəli Nərimanoğlu, Vaqif Yusifli,
Nizami
Cəfərov
116
Aydın Məmmədov, Nadir Cabbarov, Namiq Babayev, Rasim
Tağıyev, Qurban Bayramov, Aydın Dadaşov, Kamal Abdulla-
yev, Şirindil Alışanlı, Rəhim Əliyev, Kamran Əliyev, Zaman
Əsgərli, Nazif Ələkbərli, Nizaməddin Şəmsizadə, Isa Həbib-
bəyli, Arif Əmrahoğlu, Rahid Xəlilov, Məti Osmanoğlu, Alxan
Bayramoğlu,
Bədirxan Əhmədov, Nizami Cəfərov, Tehran
Əlişanoğlu, Əsəd Cahangir və b.
«Azərbaycan» jurnalının «tərcümeyi-hal»ının dördüncü
dövrü 90-cı illərin əvvəllərindən, yəni Azərbaycan xalqının ulu
öndər Heydər Əliyevin komandanlığı ilə müstəqillik qazandığı
günlərdən başlayır…
Və bu günlərin ən mühüm hadisələrindən biri Azərbaycan
Yazıçılar Birliyinin, eləcə də onun ədəbi orqanlarının yaşaması,
öz fəaliyyətlərini davam və daha da inkişaf etdirməsi üçün döv-
lət tərəfindən kifayət qədər maddi dəstəyin göstərilməsidir.
Bunun nəticəsidir ki, milli müstəqillik illərində «Azərbaycan»
jurnalı Intiqam Qasımzadənin redaktorluğu (və yüksək peşəkar-
lığı, demokratizmi, zəhmətkeşliyi) ilə ardıcıl, lazımı keyfiyyətdə
nəşr olunur.
Akademik Bəkir Nəbiyev yazır:
«Bu gün «Azərbaycan» jurnalının əməkdaşları, müəllifləri
və oxucuları minnətdarlıq duyğusu ilə xatırlayırlar ki, digər
ədəbi orqanlar kimi imkansızlıq ucbatından bağlanmaq təhlükəsi
ilə üzbəüz qalanda ölkə prezidenti Heydər Əliyevin tapşırığı ilə
onlar üçün büdcədən vəsait ayrılmış, ədəbi fəaliyyəti qarşısında
yaşıl işıq yandırılmışdı. Anar yaxşı
deyir ki, 8-10 ildə ədəbiyya-
tımızı yaşadan, onun əsrlərdən gələn işığını sönməyə qoymayan
nəşrlərin başında «Azərbaycan» jurnalı durur… Müəyyən dövr-
lərin ideoloji senzura təzyiqlərinə baxmayaraq, indiki zamanın
maddi problemlərinə rəğmən jurnal öz yüksək amalını – ədəbiy-
yatımızı və deməli, dilimizi, mənəviyyatımızı yaşatmaq vəzifə-
sini layiqincə yerinə yetirir».
Əlbəttə, «Azərbaycan» jurnalının əsas missiyası cari ədəbi
prosesi bütün miqyası ilə əks etdirmək, ən uğurlu poeziya, nəsr,
Ədəbiyyat söhbətləri
117
dramaturgiya, tənqid və ədəbiyyatşünaslıq yaradıcılığı nümunə-
lərini nəşr edib azərbaycanlı oxuculara çatdırmaq olmuşdur. Bu-
nunla belə, jurnal Azərbaycan folklorunu,
xüsusilə onun peşəkar
yaradıcılıq hadisəsi olan aşıq poeziyasını, Nizami, Nəsimi,
Xətai, Füzuli, Vaqif, Mirzə Fətəli, Əli bəy Hüseynzadə, Mirzə
Cəlil kimi klassiklərin əsərlərini çap etməklə həm şifahi, həm də
yazılı qaynaqlarla əlaqələri sağlam saxlamağa çalışmış, dəyərli
elmi tədqiqat məqalələrilə milli ədəbi təfəkkürün dərin qatlarına
ardıcıl işıq salmışdır.
«Azərbaycan»ın, heç şübhəsiz, ən böyük xidmətlərindən
biri də dünya ədəbiyyatının ən maraqlı nümunələrinə öz səhifə-
lərində geniş yer verməsidir. Yada salsaq ki, ingilis, fransız,
alman, ispan, rus, ərəb, fars, türk və s. dillərdə yazmış klassiklə-
rin bir çoxunun əsərləri tərcümə edilərək ilk dəfə məhz «Azər-
baycan» jurnalında çap edilmişdir, onda təsəvvür etmək çətin
deyil ki, jurnal bu sahədə nə qədər böyük xidmət göstərmişdir.
Və onu da əlavə eləmək lazımdır ki,
son illər tərcümələrin
mütləq əksəriyyəti rus dili vasitəsilə yox, birbaşa orijinaldan
edilməklə keyfiyyətcə xeyli yüksəlməkdə, vaxtilə müəyyən
ideoloji səbəblərlə yasaq olunmuş əsərləri də əhatə etməkdədir.
Özünün 90 yaşını arxada qoyub 100-ə yaxınlaşan «Azər-
baycan» jurnalı Azərbaycan ədəbiyyatının nə qədər tarixidirsə,
heç şübhəsiz, o qədər də gələcəyidir… Bütün miqyası, ideya-
estetik fundamentallığı və milli ictimai təfəkkürə əhəmiyyətli
təsiri ilə…
2017