Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə34/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   30   31   32   33   34   35   36   37   ...   108

Nizami Cəfərov 
 
118
 
Mehdi Hüseynin tənqidçi üslubunda  
tənqidin tənqidi  
 
«Ədəbi döyüşlər cəngavəri» Mehdi Hüseynin tənqidçi 
üslubu (qəhrəmanlığı!) Azərbaycan ideya-estetik düşüncə mədə-
niyyətinin, heç şübhəsiz, fundamental hadisələrdən biri kimi, bu 
mədəniyyətin tarixinə əbədi həkk olunmuşdur… Kim isə heç də 
zahirən səhv etmədən etiraz edə bilər ki, israrla əsaslandığı 
marksizm-leninizm ideologiyası və ya sosializm realizmi meto-
dologiyası öz dövrünü başa vurduğundan, Mehdi Hüseynin 
tənqidçi üslubu da bütün texnoloji üsulları ilə artıq çoxdan 
tarixin arxivinə verilmişdir. 
Ancaq məsələ təsəvvür olunduğu qədər də sadə deyil… 
Hər şeydən əvvəl ona görə ki, sovet dövrü Azərbaycan ədəbiy-
yatının, eləcə də ədəbi-nəzəri təfəkkürünün məlum məfkurə kon-
yukturları ilə yanaşı, kifayət qədər güclü milli mənəvi enerjisi də 
mövcud olmuşdur ki, ondan imtina etmək, prinsip etibarilə, 
mümkün deyil. 
Mehdi Hüseynin tənqidçi üslubunda ən çox maraq doğu-
ran, həm ümumən ədəbi prosesi, həm ayrı-ayrı yazıçıların yara-
dıcılığını, həm də bu və ya digər bədii əsəri daha dərindən anla-
mağa (və daha obyektiv dəyərləndirməyə) kömək edən texnoloji 
üsullardan biri tənqidin tənqididir. 
Iki nümunəni nəzərdən keçirək… Bunlardan birincisi tən-
qidçinin təcrübəli qələm sahibi Mir Cəlalın «Yolumuz hayana-
dır» romanına, ikincisi isə gənc yazıçı Isa Hüseynovun «Yanar 
ürək» povestinə yazılmış tənqidi məqalələrə münasibətidir… 
Mehdi Hüseyn yazır: 
«…Abbas Zamanov… «Biz Sabiri belə təsəvvür etmirik» 
məqaləsində Mir Cəlalın «Yolumuz hayanadır» romanını alt-üst 
etmək məqsədini izləyir. Əvvəla onu deməliyəm ki, Abbas 
Zamanov obyektiv təhlildən çox, öz zövqünün və səviyyəsinin 
tələbi ilə əsərə yanaşdığından, roman müəllifinin heç olmasa 


Ədəbiyyat söhbətləri 
 
119
xeyirxah məqsədini belə qeyd etməyi lazım görmür. Mən də 
şəxsən «Yolumuz hayanadır» əsərindəki ciddi bədii qüsurları 
bütün kəskinliyi ilə göstərmək tərəfdarıyam. Lakin bu qüsurlar 
istedadlı bir ədibin, xüsusən Sabirin həyatını və əsərlərini gözəl 
bilən və onun tarixi əhəmiyyətini düzgün dərk etmiş bir roman-
çının qüsurlarıdır». 
Abbas Zamanovun «romanda Sabiri bədii xarakter kimi 
canlandırmaq üçün verilən hadisələrin bəziləri son dərəcə sönük, 
bəziləri qondarma, bəziləri isə heç bir təsir qüvvəsi olmayan adi 
əhvalatlardır» ittihamını konkret misallarla təkzib edən tənqidçi 
belə bir qərara gəlir ki, «indiki halında da «Yolumuz hayanadır» 
romanı yerə vurulmağa və tamam inkar olunmağa heç bir əsas 
vermir… Abbas Zamanovun bu cür sübutsuz və qeyri-səmimi 
bir məqalə ilə çıxış etməsi yenə də tənqidimizin zəif və kəsərsiz 
olduğunu göstərən bir haldır. Tələbkarlıq inkarçılıq deyildir və 
əksinə, inkar yolu ilə ədəbi-tənqidi fikrin təsir gücünü artırmaq 
olmaz». 
Mehdi Hüseyn Isa Hüseynovun «Yanar ürək» povestin-
dəki Sultan Əmirli obrazını «yanlış ümumiləşdirmə məhsulu» 
kimi ciddi tənqid edən Cəfər Cəfərova əsaslı dəlillərlə etiraz 
edərək yazır: «C.Cəfərov həyatı öyrənməyə çağırır, amma hər 
yerdə «ümumiləşdirici ideya»nı əsas götürür. Bu nə deməkdir? 
Yəqin ki, o, həyat müşahidəsini və həyat həqiqətini mütəfəkkir 
sənətkar bacarığı ilə ümumiləşdirmək yolu ilə getməyi deyil, 
əvvəlcə ümumiləşdirici ideya ətrafında düşünməyi, sonra isə bu 
ideyanı bədii surətdə təcəssüm etdirməyi, yəni həyat materialını 
hazır ideyaya tabe tutmağı məsləhət görür». 
Tənqidçinin fikrincə isə, gənc yazıçıya bu cür məsləhət 
vermək isə «nəinki yanlışdır, hətta ziyanlıdır»… 
Əvvəlkilərdən müəyyən qədər fərqli üçüncü bir nümunə… 
Azərbaycan poeziyasında 50-ci illərdə özünü göstərən 
novatorluq hərəkatının bir neçə şəxsin adı ilə bağlanmasına eti-
raz edən Mehdi Hüseyn onu da əlavə edir ki, «novatorluq yalnız 
təzə söz icad eləməkdən ibarət olsaydı, o vaxt biz əsrlər boyu 


Nizami Cəfərov 
 
120
xalqın yaratdığı, zənginləşdirdiyi, cilalandırdığı zəngin dil xəzi-
nəsini qiymətləndirməmək bir yana dursun, təzə kəlmə icadına o 
qədər də meyl göstərməyən müasir şairlərimizin bədii nailiyyət-
lərinə göz yummuş olardıq. Biz, söz yox, məna və məzmun icad 
etməliyik»… Bu sahədə Rəsul Rzanın xidmətlərini xüsusi qeyd 
edən tənqidçi onun son şeirlərinə dair yazılmış bir məqalənin 
müəllifi haqqında deyir: 
«…Ciddi və obyektiv fikir söyləmək əvəzinə, çoxdan 
təkdir (yəni təkzib – N.C.) edilmiş qaba bir üsula əl atır. Bu cür 
tənqidlər yalnız və yalnız ziyan verə bilər»… 
Bir sıra istedadlı söz ustalarının 30-cu illərdə repressiyaya 
məruz qalması milli ədəbi-ictimai mühit üçün nə qədər dəhşətli 
hal idisə, 50-ci illərdə onlara bəraət verilməsi də həmin mühitdə
ümumi nikbinliklə yanaşı, müəyyən gərginlik də yaratdı. Və bu 
gərginliyi özünəməxsus ideoloji həssaslıqla duyub dərk edən 
Mehdi Hüseyn yazırdı: 
«Tək biz yazıçılar yox, bütün xalqımız bilir ki, ədalətsiz-
cəsinə təqib olunmuş, cəzalandırılmış, lakin indi Sovet hökumə-
tinin və Kommunist Partiyasının iradəsi ilə bəraət almış yazıçı-
ların haqqı özlərinə qaytarılılmışsa, bundan bütün mədəniyyəti-
mizə böyük xeyir dəymişdir. Elə bil ədəbiyyat tariximizin 
müəyyən bir dövrü yenidən zənginləşmişdir. Lakin bu heç də 
küncdə-bucaqda qınına çəkilmiş bədxahlara Azərbaycan sovet 
ədəbiyyatının başqa görkəmli yaradıcılarını gözdən salmaq 
üçün, Seyid Hüseynin, Çəmənzəminlinin, Mikayıl Müşfiqin, 
Hüseyn Cavidin adları arxasında pərdələnməyə və öz çirkin 
niyyətlərini dolayısı ilə yenidən diriltməyə haqq vermir! Bu 
niyyət də hər növ millətçilik kimi, təftişçilik kimi ölümə məh-
kumdur!..» 
Rəsul Rzanın həmin illərdə qələmə alınmış «Qızıl gül 
olmayaydı» poemasını bu baxımdan, yəni «repressiya dövrü»nə 
qiymət vermək baxımından yüksək dəyərləndirən tənqidçi 
həmin əsərdən aşağıdakı misraları misal gətirir: 
 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə