Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə42/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   38   39   40   41   42   43   44   45   ...   108

Nizami Cəfərov 
 
142
-O bizim deyil, sənin kimi bir kəndli qardaşındır. 
-Yer də elə! Özgə malını… 
Mərdan öz inamında möhkəm olan kəndlini başa sala 
bilmir. Və ona məsləhət görürlər ki:  
«-Sən gərək haram-halal məsələsini qoymayaydın. 
-Mən qoymadım, o özü açdı. 
-O çox da açdı. Sən gərək sübut eləyəydin ki, yer ham-
panın deyil. deyəydin yerdir, hampa qoluzorlu olub, çəkib 
yoxsulun əlindən alıb. Yer əkənindir. Elə desən, sözü kəsilərdi. 
Sabir neçə il bundan qabaq gör nə yaxşı yazıb: 
Zəhmət əkənin, güc öküzün, yer özününkü, 
Bəyzadələri, xanları neylərdin, Ilahi?! 
Sən gərək bunu deyəydin. Kəndlilər Sabirin sözünə inanır-
dılar»... 
Hər iki «Manifest»də Güney Azərbaycan mövzusuna 
qarşısıalınmaz bir həssaslıq var: bunun birinci səbəbi Mir Cəlal 
ailəsinin Şimala Cənubdan gəlməsidirsə, ikinci (və daha mü-
hüm) səbəbi hər iki müəllifdə Azərbaycan xalqının bütövlüyü 
təsəvvürünün canlılığı, mükəmməlliyi və perspektivliliyidir… 
«Birdən ortaboylu, kiçik, qara papaqlı, misri libas geyin-
miş bir cavan adam göründü. Pəncərə qabağında dayandı, kənara 
yayılan gur işığın önünü kəsdi. Bu, iranlıların «şahənşah» dedik-
ləri, «Molla Nəsrəddin» məcmuəsinin şirin qəhqəhə ilə aləmə 
tanıtdığı, yaşı düşməsə də Iran xalqının boynuna minməyə tələ-
sən, qol çəkməyi təzəcə öyrənən Sultan Əhməd idi. Onun kök 
üzü, enli və sallaq idi. Qulaqlarının qabağına sallanan qalın tük-
dən məlum idi ki, sıx saçı var. Şah bir xeyli vaxt şəkil kimi 
durdu. Sanki fotoqraf qabağında dayanmışdı. Sonra bir sağa, bir 
sola meyil edib yavaşca başını tərpətdi, yenə yox oldu. 
Mərdan ərizəçilərin qapıdakı ingilis mühafizlərilə deyişdi-
yini eşidirdi. Orkestr mane olsa da, vaqonun ağzındakı qalmaqal 
ucalırdı. Fit çalındı. Mərdan ətrafa boylandı. Heç kəsin gözləmə-
diyi bir anda qatar hərəkətə gəldi». 


Ədəbiyyat söhbətləri 
 
143
Şah ilə «görüş» Gəncə vağzalına yığışmış Iran mühacir-
lərini tamamilə məyus edir… 
 «Bir səfirin manifesti» müəllifi Amerikadakı Azərbaycan 
mühacirətini indiyə qədər bu mövzuya həsr olunmuş heç bir 
əsərdə görmədiyimiz bir miqyas (və peşəkarlıqla) təhlil etmiş-
dir… 
«ABŞ-da yaşayan azərbaycanlı icması vahid tərkibli deyil-
dir. Bu icmanın əksəriyyətini islam inqilabı zamanı Iran Respub-
likasından qaçıb, Amerikada sığınacaq tapan azərbaycanlılar təş-
kil edir… Əlbəttə, Azərbaycan Respublikasının müstəqilliyin-
dən keçən dövr ərzində bu qrup daxilində etnik mənsubluq və 
mentalitetin müəyyən mənada təkamül etdiyini müşahidə etmək 
olar. Bir şeyi nəzərdə saxlamaq lazımdır ki, bu qrupun əksəriy-
yəti Iran Respublikasında doğulmuş, fars mədəniyyəti təsirində 
böyüyüb, boya-başa çatmışdır. Lakin onlarda azərbaycanlılıq 
həddindən artıq güclüdür, varlıqlarında Azərbaycan mədəniy-
yətinin xüsusi çəkisi vardır».  
Və səfir davam edir: 
«Indiyə kimi yadımdadır, Vaşinqtona gələndən bir qədər 
sonra azərbaycanlı icmasının bir sıra nümayəndələri ilə səfirlik-
də görüşürdük. Ehtirasları cilovlamaq qeyri-mümkün idi. Yeni 
Azərbaycan Respublikasının onlara hansı gözlə baxdığını 
bilmək istəyirdilər. «Xeyli xub, səfir bəy. Ağa, bizə deyin görək, 
Siz bizə hansı gözlə baxırsuz. Yəni sizlər bizi azərbaycanlı he-
sab edirsuz, ya fars sayırsuz?» Ehtiraslarla yanan bu gənc əslin-
də təmsil etdiyi icmanın uzun müddət cavab tapmaq istədiyi bir 
sualı verirdi. Azərbaycanlılıq nə deməkdir? Bu məfhumu coğrafi 
sərhədlər və ya vətəndaşlığı isbat edən pasportla ölçmək olarmı? 
Və əgər bu mənsubluğu sərhədlər daxilinə salmaq, pasportla 
sübut etmək olmursa, o zaman onu hansı məkanda və ya 
ideologiyada axtarıb tapmaq olar?» 
Azərbaycan diasporu, onun tarixi və müasir durumu ba-
rədə uzun illərin ardıcıl, hərtərəfli müşahidələrinin, təhlillərinin 
nəticəsi olaraq, Hafiz Paşayev yazır: 


Nizami Cəfərov 
 
144
«ABŞ-da Azərbaycan diasporu haqqında yürüdülən fikrin 
və ya siyasətin əsasını ilk növbədə aşağıdakı mülahizələr təşkil 
etməlidir: bu diaspor gəncdir, müxtəlif istiqamətlərdən gəlmiş, 
müxtəlif səbəblər üzündən bir yerə toplaşmışdır. Yaşı az, tərkibi 
çoxşaxəli, mentaliteti rəngarəng olan bir diasporun formalaşması 
mürəkkəb bir prosesdir, vahid fikrə əsaslana bilməz. 
Şübhəsiz, diasporun formalaşmasında təşkilat kimi qurum-
ların böyük əhəmiyyəti vardır. Bu cür təşkilatlar arasında Ame-
rikanın Azərbaycan Cəmiyyəti və Ümumdünya Azərbaycan 
Konqresinin rolu böyükdür». 
Səfir çox mühüm (və tarixi!) bir məsələyə toxunur: 
«Adətən, bağlı qapı arxasında keçirilən görüşlərin məz-
munu bağlı qovluqlarda qalır. Belə də olmalıdır. Bu xatirələri 
yazdıqca etika və diplomatiya normalarına tam riayət etməyə ça-
lışmışam. Lakin indi bir faktı açıqlamaq istərdim. Bunu özümə 
mənəvi borc hiss etdiyimi tam qətiyyətlə qeyd edirəm. Klinton-
Əliyev görüşündə müzakirə olunan məsələlərdən biri də cənubi 
azərbaycanlıların vəziyyəti idi. Vaxtın darlığına baxmayaraq, 
Prezident Əliyev Iranda 30 milyona yaxın azərbaycanlının yaşa-
dığı barədə Prezident Klintona məlumat verdi. Müstəqil Azər-
baycanın Prezidenti Amerika Birləşmiş Ştatları kimi fövqəldöv-
lətin başçısı ilə görüşürdü. Məmləkətinin kifayət qədər problemi 
olmasına baxmayaraq, Prezident vaxt tapıb, millətinin sanki 
unudulmuş bir parçasını da beynəlxalq gündəliyə salmışdı». 
Əlbəttə, belə bir faktın geniş ictimaiyyətə bildirilməsi yal-
nız məlumat xarakteri daşımır, həm də öz-özlüyündə çox böyük 
mənəvi-ideoloji əhəmiyyət kəsb edir. 
Hafiz Paşayev «Bir səfirin manifesti»ndə yeni Azərbayca-
nın qurucusunun – Ümummilli Lider Heydər Əliyevin unudul-
maz obrazını yaratmışdır… 
«1993-cü ilin yayında məni Dövlət Departamentinə görüşə 
dəvət etmişdilər. Klinton administrasiyasının yüksək vəzifəli 
şəxsləri Azərbaycanda yaranmış vəziyyətdən narahatlıq hissi ke-
çirirdilər. Keçmiş «Politbüro» üzvü, «KQB» sədri hakimiyyətə 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə