Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə43/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   39   40   41   42   43   44   45   46   ...   108

Ədəbiyyat söhbətləri 
 
145
gəlmişdi. Mənə verilən suallarda sərtlik hissini duymamaq qey-
ri-mümkün idi… Üstündən bir neçə ay keçir və məni bir daha 
Dövlət Departamentinə dəvət edirlər. Eyni otaq, eyni şəxslər. Bu 
görüş isə o görüşdən deyildi. ABŞ hökumətinin üzü gülümsəyən 
məmurları bu dəfə özlərini rahat hiss edirdilər. Onların fikrincə, 
Heydər Əliyev Azərbaycanın ümididir və nəinki Azərbaycanda, 
ümumiyyətlə bölgədə sabitliyin dayağı ola bilər. Əvvəlki görü-
şün gərginlik və sərtliyi mehribanlıqla əvəz olunmuşdu». 
Səfir davam edir: 
«Siyasət yetişmiş sənətkarlar meydanıdır. Heydər Əliyev 
belə sənətkarlardan idi. Zənnimcə, millətpərəstlik, profesionallıq 
və dövləti idarəetmə təcrübəsi bu şəxsin ən böyük istedadı idi. 
Ümumdünya geopolitik şahmat taxtasında məharətli oyunçu 
kimi tanınan və bu ləqəblə də tarixdə qalacaq Heydər Əliyev 
istər daxildə, istərsə də xaricdə siyasi şahmat oyununu məharətlə 
udub, müstəqilliyimizin qorunması və inkişafında həlledici rol 
oynayıb. Bu mənada bu şəxsin bir siyasi xadim kimi Azərbay-
can xalqına və dövlətçiliyinə xidmətləri əvəzsizdir». 
«Bir səfirin manifesti»ndə Ümummilli Liderin dövlət 
quruculuğu (və idarəçilik) üsulu yüksək dəyərləndirilməklə 
yanaşı, onun şəxsi iradəsi, diplomatik maneraları da dəqiq müşa-
hidə-epizodlarla xatırladılır: 
 «Dik gəzirdi. Əzəmətini itirmirdi. Elə NATO-nun tədbir 
zalına da eyni əzəmət və qürurla daxil oldu. Hərçənd, heç kəs 
hiss etmirdi ki, cəmi bir gün əvvəl Corc Vaşinqton Universite-
tində tibbi müayinədən keçmişdi. Bu onun Amerikada ilk tibbi 
müayinəsi idi. Dəmir iradəsi vardı bu insanın. Eyni iradə ilə də 
NATO tribunasına qalxdı və çıxış etdi». 
Hafiz Paşayev on üç illik diplomatik fəaliyyəti ilə Ameri-
kanı bir peşəkar olaraq özü və Azərbaycan dövlətinin rəsmi 
xarici (beynəlxalq!) siyasəti, «Bir səfirin manifesti» ilə isə bütün 
Azərbaycan ictimaiyyəti (və tarixi!) üçün kəşf etdi… 
«Məşhur ingilis yazıçısı Mark Tven ABŞ Konqresinə 
istinad edərək, onu axırıncı qanuni cinayətkar sinif adlandırmış-


Nizami Cəfərov 
 
146
dı. Üstündən bir əsr keçməsinə baxmayaraq, Mark Tvenin bu 
sözləri öz qüvvəsində qalır». 
Və əlavə edir: 
«Indiki kimi yadımdadır, uzun zaman Konqresin üzvü 
olan və yüksək nüfuza malik senatorlardan biri öz köməkçisini 
bir dəfə yanıma göndərmişdi. Bir qədər söhbətdən sonra, kö-
məkçi gəlişinin səbəbini izah etdi. Sən demə, senatorun vəziy-
yətdən yaxşı xəbəri vardır, amma seçki dairəsində seçicilərin 
əksəriyyəti erməni olduğu üçün Azərbaycanın lehinə səs verə 
bilməz. Senotor ümid edir ki, biz onu başa düşərik və üzr istəyir. 
Absurd idi, lakin senatora hörmətim də artdı. Heç olmasa, fürsət 
tapıb üzr istəmişdi. 
Siyasi sistemin çatışmazlığı ədalət və həqiqəti kölgədə 
qoya bilər. Konqres üzvləri yalnız istefa verdikdən sonra 907-ci 
Bölmənin ədalətsiz olduğunu açıq etiraf edirdilər». 
Səfir Amerika ermənilərinin düşüncə tərzinin təkcə diplo-
mat yox, həm də cəmiyyət filosofu olaraq aydın (və mükəmməl) 
şərhini verir:  
«Amerikada erməni icmasının radikal mövqedən çıxış 
etməsi yeni bir fakt deyildir. Ermənistan-Azərbaycan münaqişə-
sinin qızışmasında bu icmanın xüsusi rolu olub. Zənnimcə, 
Ermənistan erməniləri ilə diaspor erməniləri arasında kifayət 
qədər fərq vardır. Diaspor sıralarında radikallıq daha güclüdür. 
Erməni icmasının mentaliteti tarixin müəyyən bir halqasında 
ilişib qalıb. Bu icmanın şüuru keçmişin yükündən xilas ola bil-
mir. Zaman keçir, siyasi və gündəlik reallıqlar dəyişir. Lakin 
tarixin müəyyən bir anı erməni icmasının şüur və yaddaşını əsir-
likdən xilas etmir. Bu icma arasında nifrət və ikrah hissi o qədər 
güclüdür ki, onun gözləri gələcəyi görməkdən, qulaqları isə 
məntiqi eşitməkdən məhrumdur». 
Və ümumiləşdirir… Özü də son dərəcə səmimiyyətlə… 
Və peşəkarlıqla… 
«Əminəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq, 
erməni və Azərbaycan xalqları yenə yanaşı yaşamalı olacaqlar. 


Ədəbiyyat söhbətləri 
 
147
Lakin bir şeyə də tam əminəm. ABŞ-Azərbaycan münasibətlə-
rinin inkişaf yolu heç vaxt hamar olmayacaq. Bəlkə də əlli və ya 
yüz ildən sonra bu sətirləri oxuyanlar gülümsəyib fikirləşəcəklər 
ki, Hafiz Paşayev çox sadəlövh bir səfir olub. Kaş belə də olay-
dı. Kim bilir, bəlkə əlli və ya yüz ildən sonra ABŞ siyasi sistemi 
kökündən dəyişəcəkdir? Lakin nə qədər ki, o sistem dəyişməyib, 
Vaşinqtonda oturan Azərbaycan səfirinin baş ağrısı kəsməyəcək 
və xarici siyasət aparatı Bakı ilə Vaşinqton arasında münasibət-
lərdə elastikliyi, çevikliyi saxlamaq və ictimai fikri lüzumsuz 
ehtiraslardan uzaqlaşdırmaq məcburiyyətində qalacaq». 
«Bir səfirin manifesti» Azərbaycanın Amerikada təbliği 
məsələsinə də geniş yer ayırır. 
Və «Azərbaycan Internəşinal» jurnalı üzərində xüsusi 
dayanır: 
«Azərbaycan Internəşinal»ın müvəffəqiyyətində çoxlarının 
rolu olub. Bu şübhəsizdir. Lakin bu jurnalın tanınmasında, onun 
yüksək səviyyədə təqdim olunmasında Prezident Heydər Əliyevin 
rolu xüsusi qeyd olunmalıdır. Betti Bleerin Prezident Əliyevlə ilk 
müsahibəsi indiki kimi yadımdadır. Dayanmadan danışırdı. Bu 
şəxs haqqında öz fikrinin tam dəyişdiyini yorulmadan təkrar 
edirdi. Betti Bleer Heydər Əliyevin simasında əsl dövlət xadimi 
ilə üzləşmişdi. Heydər Əliyev «Azərbaycan Internəşinal»ın 
timsalında mühüm və nüfuzlu bir beynəlxalq nəşrin olduğunu 
anlamışdı. Rəğbət qarşılıqlı idi. Prezident bu jurnalı dəstəkləmək 
fürsətini əldən verməzdi. Vaxtaşırı Betti Bleer və Piruz Xanlu ilə 
görüşərdi. Bu görüşlər jurnalın yeni nömrəsinin çıxdığı vaxta 
təsadüf etdikdə, Prezident öz marağını nümayiş etdirərdi. Jurnalın 
redaksiya heyəti ilə hər bir görüş televiziya ekranlarında 
təkrarlanardı, bu barədə ictimai mətbuatda məlumat verilərdi». 
«Bir səfirin manifesti» bir diplomatdan daha çox, mənsub 
olduğu xalq (və dövlət) qarşısında öz vəzifə borcunu şərəflə 
yerinə yetirmiş bir vətəndaşın son sözü ilə başa çatır… 
«2006-cü il iyul ayının axırı. Meh həsrətində olan Vaşinq-
ton əslində sakit günlərindən birini yaşayırdı. Il boyu tüğyan 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə