Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə36/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   32   33   34   35   36   37   38   39   ...   108

Nizami Cəfərov 
 
124
 
«Bir gəncin manifesti»ndən 
«Bir səfirin manifesti»nə 
 
Görkəmli Azərbaycan ziyalı-intellektualı Hafiz Paşayev 
müstəqil Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatla-
rında, eləcə də Amerikanın bir sıra digər ölkələrində Fövqəladə 
və Səlahiyyətli Səfir missiyasını uğurla başa vurduqdan sonra 
nəşr etdirdiyi (və çox keçmədən müxtəlif dillərə tərcümə edil-
miş) «Bir səfirin manifesti» kitabı ilə Azərbaycan ədəbiyyatının 
klassik nümunəsi olan «Bir gəncin manifesti» romanına həm 
diqqəti artırdı, həm də romanın yenidən (və müasir ədəbi-ictimai 
təfəkkür mövqe-rakursundan!) dərki üçün ideya-metodoloji 
imkanlar açdı. 
Mir Cəlalın «Bir gəncin manifesti» ilə Hafiz Paşayevin 
«Bir səfirin manifesti» arasında, müxtəlif dövrlərdə, müxtəlif 
janrlarda yazılsalar da, həm ideya-məzmun, həm də ifadə-üslub-
ca kifayət qədər dərin əlaqələrin olması heç bir şübhə doğurmur 
ki, buna ən müxtəlif səbəblərdən tamamilə təbii baxmaq lazım 
gəlir. 
«Bir gəncin manifesti» 1930-cu illərin sonlarında qələmə 
alınıb, ilk dəfə «Azərbaycan» jurnalının 1939-cu il nömrələrində 
(№ 6, 7, 8, 9), 1940-cı ildə isə iki dəfə ayrıca kitab şəklində nəşr 
olunub. Və romanın böyük uğur qazanmasının nəticəsidir ki, hər 
on ildən bir yenidən işıq üzü görməklə Azərbaycan ədəbiyya-
tının ən populyar əsərlərindən birinə -istər kütləvi, istərsə də 
peşəkar ədəbi maraq obyektinə çevrilib. 
«Bir səfirin manifesti»nə gəldikdə isə, bədii əsər olmasa 
da, onun da populyarlığı (və şöhrəti!) «Bir gəncin manifesti» ilə 
müqayisə oluna bilər. 
«Mir Cəlal, Püstə xanım və Aqilin xatirəsinə» həsr olun-
muş əsərin «Giriş»ində müəllif yazır: 
«Kitabın adının seçilməsi Mir Cəlalın məşhur «Bir gəncin 
manifesti» romanı ilə bağlıdır. Həyata baxışlarımın, dünya-


Ədəbiyyat söhbətləri 
 
125
görüşümün formalaşmasında atamın fövqəladə rolu olub. Bunu 
vurğulamaq niyyətim günahsız da olsa, plagiat kimi görünə 
bilər. Amma hər kəsin həyatı özlüyündə bir manifest deyilmi?!» 
Məlumdur ki, birinci «Manifest» yazıçının, ikinci isə 
diplomatın əsəridir. Və bu, həmin əsərlərin fərqli üslubi texnolo-
giyalarda meydana çıxması üçün ciddi zəmin olduğundan, haq-
qında söhbət gedən plagiatlıq təhlükəsini istisna etməlidir. Lakin 
məsələnin mahiyyətinə vardıqda daha bir sıra məsələlərə mü-
nasibət bildirmək tələb olunur ki, onlardan birincisi «Bir gəncin 
manifesti» ilə «Bir səfirin manifesti» müəllifləri arasında «atalar 
və oğullar» probleminin, prinsip etibarilə, müşahidə edilməmə-
sindən irəli gələn (və xüsusi qarşılıqlı anlaşma məhrəmliyilə 
seçilən) sələf-xələflik münasibətidir. Bu isə plagiatlıqdan yox, 
varislikdən danışmağı tələb edir. 
Hafiz Paşayevin «Manifest»i, həm Azərbaycan, həm də 
ümumən dünya tarixinin son dərəcə mürəkkəb ictimai-siyasi 
dövründə – 1992-2006-cı illərdə Azərbaycan Respublikasının 
ABŞ-da Fövqəladə və Səlahiyyətli Səfiri olmuş bir azərbaycanlı 
ziyalının «xatirələri və şəxsi mülahizələri»dir. Ancaq bu, zahirən 
belədir… Və əslində, Mir Cəlalın «Manifest»ində də həyatın 
çox dərin qatlarına nüfuz edən mükəmməl (və polifonik) təfək-
kürün mahiyyətini (və miqyasını) təsəvvür etmək üçün «zahiri 
olan»dan «batini olan»a adlamaq lazım gəlir. 
Hər iki «Manifest»in qəhrəmanı müstəqil bir etnik-mədəni 
toplum olaraq tarix səhnəsinə çıxıb özünün milli (və siyasi!) 
mənliyini təsdiq etməyə çalışan, bu mübarizələrində hər cür 
maneələrlə üz-üzə gələn Azərbaycan xalqıdır!.. Atanın «Mani-
fest»ində diqqət daha çox daxili, Oğulun «Manifest»ində xarici 
problemlərə yönəlsə də, hər iki əsər həmin problemlərin həllinə 
bir mövqedən – xalqın (və Vətənin) taleyi mövqeyindən yanaş-
dığına görə burada (hər iki halda) «daxili» və «xarici» anlayış-
ları xeyli dərəcədə şərtidir. 
Fikrimizcə, «Manifest»lərin sələf-xələflik münasibətini 
gücləndirən əsas amil hər iki əsərin zərurət üzündən (və vaxtın-


Nizami Cəfərov 
 
126
da, yəni nə tələsmədən, nə də gecikmədən) qələmə alınmasıdır. 
«Bir gəncin manifesti» yazılanda – keçən əsrin 30-cu illərində 
mövcud tarixi şərtlər daxilində Azərbaycanın milli varlığının 
hüdudlarını müəyyənləşdirib həm daxili, həm də xarici təhlü-
kələrdən qorumaq ehtiyacı vardı… «Bir səfirin manifesti» də 
həmin ehtiyacdan yarandı. Ikinci «Manifest» bilavasitə XX əsrin 
sonu XXI əsrin əvvəllərindəki hadisələrin təhlili təcrübəsinin 
təzahürü olsa da, heç şübhəsiz, XX əsrin əvvəllərindəki müba-
rizə təcrübələrinə əsaslanmaya bilməzdi. Ancaq təbii ki, öz 
zəmanəsinin diqtəsi ilə meydana çıxdı…  
«Bir səfirin manifesti» müəllifi söhbətə diplomatdan çox, 
yazıçı kimi, daha doğrusu, yazıçı texnikası ilə başlayır: 
«Yazıçılardan kimsə demişdir ki, yazmaq məcburiyyətini 
hiss etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam 
ki, oxucuya çatdırılası mövzunun həqiqi dəyərinə güclü inamın 
yoxdursa, gərək yazmayasan». 
Burada əsərin «həqiqi dəyərinə güclü inam»dan irəli gələn 
iddianı hiss etməmək mümkün deyil… Əlbəttə, bu, ən azı ona 
görə tamamilə təbiidir ki, hər bir əsər öz-özlüyündə müəyyən 
iddianın məhsuludur. Ancaq, fikrimizcə, «Bir səfirin mani-
festi»ndə milli ziyalı-ideoloq məsuliyyəti hər hansı iddiadan 
daha güclüdür: 
«Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları 
arasında münasibətlərin yaranma tarixinin, bu münasibətlərin on 
beş il ərzində inkişaf mərhələlərinin oxucu kütləsində maraq 
doğura biləcəyinə şübhəm yoxdur. Ölkəmizin Vaşinqtonda ilk 
səfiri kimi bu mövzunu işıqlandırmaq məsuliyyətini həmişə hiss 
etmişəm. Dövri mətbuatda vaxtaşırı məqalə və müsahibələrim 
dərc olunmuşdur. Amma hesab edirdim ki, fikir və mülahizə-
lərimi, yaddaşımda həkk olunmuş görüş və hadisələri təfərrüatı 
ilə yalnız ABŞ-da vəzifəmi başa vurduqdan sonra təqdim etmək 
daha düzgün olardı. Budur, bu təfərrüatları kitab şəklində 
oxucuların ixtiyarına verirəm»… 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə