Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə53/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   49   50   51   52   53   54   55   56   ...   108

Nizami Cəfərov 
 
178
ruhunun təcəssümü – təzahürü olan, millətin mənəvi zənginlik 
və əzəmətini əks etdirən bir ədəbiyyat sözün əsl mənasında milli 
və xəlqi ola bilər»… 
Mübahisə üçün yer qalmır… 
 
* * * 
Məsud Əlioğlu bir ədəbiyyatşünas-mütəfəkkir olaraq 
klassik ədəbiyyatı tədqiq (və təhlil) edərkən onun qarşısında hə-
min ədəbiyyatın bütün ideoloji, estetik paradoksları ilə dayanan 
sonuncu dövrü də vardı: sovet sosialist klassikası… Onun ən 
möhtəşəm nümayəndəsi isə, heç şübhəsiz, Cəfər Cabbarlı idi… 
O Cəfər Cabbarlı ki, «ilk şeir və hekayələrində nəzərə çarpan və 
idealist mahiyyət daşıyan fikirləri onun «insanın qəlbində vicdan 
və mərhəmət həlledici amil olmalıdır» fəlsəfəsini aydınlaşdır-
maq, başa düşmək üçün zəngin təsəvvür yaradır». 
Cəfər Cabbarlının romantikasını müfəssəl tədqiq edən tən-
qidçi-ədəbiyyatşünas belə bir doğru qənaətə gəlir ki, «C.Cabbar-
lı romantizmini şərtləndirən əsas amillərdən biri təbiətcə roman-
tik insanların ziddiyyətli, mürəkkəb, faciə və məhrumiyyət dolu 
həyatlarının təsvirindən ibarətdir». Lakin bir məsələ də var ki, 
«həyat hadisələrinə, insanlara, cəmiyyət məsələlərinə, düşüncə, 
qəlb,mənəviyyat və sair ruhi-psixoloji problemlərə münasibə-
tində romantik-idealist mövqe tutan Oqtayın da, Firəngizin də 
arzu və xəyalları yaşadıqları mühitdə solub getdisə də, onların 
işgəncə və əziyyətləri, ölümləri bahasına yaşatdıqları və mənası 
şeir, gözəllik, musiqi qədər ecazkar olan ideal bir həyata inam-
larını zaman və şərait qətiyyən soldura bilmədi». 
Cəfər Cabbarlı yaradıcılığının sovet dövründən bəhs edər-
kən Məsud Əlioğlu xatırladır ki, bu dövrdə «Cabbarlını daha 
çox maraqlandıran ədəbiyyatda realizmin qüvvətlənməsi ilə 
canlanan mütərəqqi mündərəcədir». 
Və əlbəttə, «Cabbarlı, hər şeydən əvvəl, böyük sovet yazı-
çısı idi», lakin bundan da əvvəl böyük yazıçı-dialektik idi… 


Ədəbiyyat söhbətləri 
 
179
«Cabbarlı mənsub olduğu xalqı misilsiz dərəcədə sevən və 
eyni halda xalq tərəfindən tükənməz məhəbbətlə sevilən, təqdir 
olunan müstəsna bir şəxsiyyət idi. 
Xalqa məhəbbət, ədibin fikrincə, sənətkarın xalq həyatına 
nə dərəcədə yaxından bələd olması, xalqı bir ictimai qüvvə kimi 
tanıması, əsaslısı da, xalq mənəviyyatında baş qaldıran və tərəq-
qiyə xidmət göstərən meyllərin istiqamətini nə dərəcədə dərk 
etməsi ilə bağlı keyfiyyətdir. Cabbarlı sənətinin fikri-məna dün-
yası, xalq bədii dühası və ruhunun təmiz, rayihəli havası ilə 
nəfəs alırdı və bu saf, ətirli zəminlə daim təmasda idi». 
Azərbaycan sovet poeziyasının ideoloji konyukturlarına nə 
qədər uyğunlaşmağa çalışsalar da, yaradıcılıq imkanlarının 
hüdudları etibarilə daha geniş miqyas sahibləri vardı: Səməd 
Vurğun, Rəsul Rza… Və Əliağa Vahid… 
Məsud Əlioğlu yazır: 
«Səməd Vurğunun poetik irsi, yaradıcılıq ideyaları və sə-
nət aləmində açdığı yol xüsusunda müəyyən tədqiqat işi aparıl-
mış və xeyli yazılmışdır. Bununla belə, Səməd Vurğun elə bir 
sənətkardır ki, ondan nə qədər danışılsa, əsərləri nə qədər təhlil 
edilsə, bu günkü ədəbiyyatımız ondan bir o qədər faydalanar». 
Böyük şairin tükənməz «həyat eşqi» ilə yanaşı, yaradıcılı-
ğının ümumi ruhundakı «kədər və şikayət dolu motivlər»i də 
tədqiqatçı həssaslığı ilə diqqətdən kənarda qoymayan tənqidçi-
ədəbiyyatşünas göstərir ki, «S.Vurğun yaradıcılıq aləmində, 
dünyagörüşündə, həyatı dərk etmə üsulunda ardıcıl və gərgin 
mübarizə aparmışdır». 
Məsud Əlioğlu inqilabi pafosu,siyasi kəskinliyi və xəlqili-
yi ilə seçilən» Rəsul Rza poeziyasına həsr etdiyi kitabında şairin 
yaradıcılıq yolunu dərindən araşdırmış, onun ideya-bədii axtarış-
larının novator mahiyyətini təqdir edən ilk tədqiqatçılardan 
olmuşdur. 
Nizamidən, Füzulidən, Vaqifdən, Mirzə Cəlildən, Sabir-
dən, Hadidən, Hüseyn Caviddən… yazan Məsud Əlioğlu Azər-
baycan «sovet ədəbiyyatı»nın klassikləri barədə də eyni məhəb-


Nizami Cəfərov 
 
180
bətlə yazdı. Və səhv eləmədi… Birincisi, onun ədəbiyyatşünas-
mütəfəkkir düşüncəsində Azərbaycan ədəbiyyatı hər hansı 
sosial-iqtisadi uklad məhdudiyyətinin fövqündə dayanırdı; ikin-
cisi, təqdir etdiyi əsərlər (və onların müəllifləri) ədəbi siqlətinə 
görə, həqiqətən, təqdirə layiq idilər; üçüncüsü isə, bu, öz həqi-
qətini hansısa konyuktura görə heç kimlə bölüşməyən bir söz 
sahibinin mövqeyi idi.  
Məsud Əlioğlu ən gözəl məqalələrindən birini, haqqında 
ciddi ədəbi-elmi məclislərdə deyil, adətən, «kuluarlar»da danış-
mağa üstünlük verilən Əliağa Vahidə həsr etmişdi… 
 «O, qəzəl janrında ifadə olunan fikirlərin məna çəkisinə, 
dəqiq və sərrast deyilişinə sadiq qalmaqla kifayətlənməmiş, bu 
janrın kütləviləşməsi, geniş oxucu auditoriyalarının, xalqın mə-
nəvi qida, bədii həzz mənbəyinə çevrilməsi üçün böyük islahat 
aparmışdır. Bu mənada Ə.Vahidin qəzəlləri təmiz və halal ana 
südü, bərəkətli-müqəddəs vətən torpağı kimi hər bir azərbay-
canlı oxucuya doğmadır, əzizdir…» 
Əliağa Vahidin yaradıcılıq qüdrətini tənqidçi-ədəbiyyatşü-
nas onun mütəvaze olduğu qədər də qürurlu şəxsiyyətində görür: 
«Xalqının vicdan səsi və cəmiyyətin ədalət carçısı sənət-
kar heç bir tabeçiliyə, itaətə dözməməlidir. Şair, alçaldılması 
mümkün olmayan şəxsiyyətin dəyanətini varlığında yaşatmalı 
və yaradıcılığında doğrultmalıdır!» 
Və əlavə edir: 
«Ə.Vahid şeiri poeziyamızın inkişafı tarixində xüsusi bir 
cığırdır, ayrıca məktəbdir. Bu məktəbin yaradıcısı da, davamçısı 
da şairin özüdür. Bədii sözün və obrazlı təfəkkürün əlvanlıq və 
dəqiqliyindən, üsul və imkanlarından məharətlə faydalanan şair 
bizə, təravəti solmayan qiymətli bir mirası yadigar vermişdir. Bu 
dəyərli xəzinəni göz bəbəyi kimi qoruyub saxlamaq, böyük qay-
ğı və həssaslıqla mühafizə etmək azdır. Əsas vəzifə Ə.Vahid 
poeziyasının sirrini açmaq, onu şərh etmək və şairi, layiq olduğu 
dərəcədə oxuculara tanıtdırmaqdır. Ə.Vahid gələcəkli sənət-
kardır». 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə