Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə54/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   50   51   52   53   54   55   56   57   ...   108

Ədəbiyyat söhbətləri 
 
181
* * * 
Şirindil Alışanlı doğru olaraq göstərir ki, «Məsud Əlioğlu 
ədəbi-tarixi yaddaşı müasirlik müstəvisində qiymətləndirdiyi 
kimi, çağdaş ədəbi prosesdəki yenilikləri də böyük həssaslıqla 
duyur və cəsarətlə müdafiə edirdi. 
…Ruhuna yaxın olmayan, onun həyat haqqında qənaətlə-
rinə uyuşmayan müəlliflərdən və əsrlərdən yazmazdı». 
Müasirləri Məsud Əlioğlunun mükəmməl, güclü, nüfuz-
edici şəxsiyyətindən danışırlar. Tənqidçi-ədəbiyyatşünas Yəhya 
Seyidov deyir: 
«Çox duzlu, mənalı yumorla yoğrulmuş bir nitqi vardı, 
danışa-danışa öz hisslərini dinləyicilərə aşılamağa, onları da özü 
ilə bərabər gülməyə, ya kədərlənməyə məcbur etməyi bacarırdı. 
…Əsas kitablarını hələ yazmamışdı, çap etdirdiklərinə 
ciddi hazırlıq kimi baxırdı. Ancaq elə qələmindən çıxanlar da 
Məsud Əlioğluya Azərbaycan sovet ədəbiyyatşünaslığı və tənqi-
di tarixində görkəmli xidmətləri olan bir şəxsiyyət mövqeyi 
qazandırmışdır». 
Şair-ədəbiyyatşünas Qasım Qasımzadə Məsud Əlioğlunun 
tənqidçi-ədəbiyyatşünas şəxsiyyətində üç keyfiyyətin üzvi vəh-
dətdə olduğunu göstərib yazırdı: 
«Biz onun simasında ədəbiyyatımızın təkrarolunmaz iste-
dada, temperamentə, orijinal xarakterə malik vətənpərvər müca-
hidini tanıyırdıq». 
Mütəfəkkir ədəbiyyatşünas (və ədəbi təfəkkür mücahidi!) 
az yaşasa da, Azərbaycan ədəbiyyatının ideya-estetik mahiyyə-
tini dərk etmək üçün elə metodoloji əsaslar (və ruh!)yarada bildi 
ki, nəticə etibarilə, ümumən yeni (və milli) tənqidçi-ədəbiy-
yatşünas obrazının formalaşmasına əhəmiyyətli təsir göstərdi. 
Və bu təsirin uzunömürlülüyünə heç bir şübhə yoxdur…  
 
   2018 
  


Nizami Cəfərov 
 
182
 
Qürurun üsyanı 
 
Hər bir əsl şairin daxilində özünəməxsus bir «mən» var ki, 
onun poeziyasının ideya-estetik təbiətini, xarakterini də, bir 
qayda olaraq, həmin təkrarsız «mən» müəyyən edir: Nəsimi 
«mən»i, Xətai «mən»i, Füzuli «mən»i, Vaqif «mən»i, Səməd 
Vurğun «mən»i… 
Xəlil Rza ilk şeirlərindən etibarən yaradıcılığa güclü, ener-
jili (və milli, vətənpərvər!..) bir «mən»lə (öz mənliyi ilə!) baş-
lamış, yaradıcılığının (və ömrünün) sonuna qədər bu «mən»ini 
(və mənliyini!) qorumuş, zənginləşdirmiş, ona ictimai-siyasi, 
ideoloji məzmun-mündərəcə qazandırmış söz ustasıdır. Və heç 
şübhəsiz, Xəlil Rzanın poetik «mən»ini qanadlandıran, ilk növ-
bədə, onun dərin (və təbii) genetik kökləri olan, çox hallarda 
inersiya, təhtəlşüur bir fövriliklə təzahür edən üsyankarlığıdır… 
Ruhuna, həyat (və düşüncə)tərzinə yad olan bir məclisin 
emosional təəssüratlarını rəsm edən «Yurdum, sənin sağlığına» 
şeirində şair zahirən nə qədər həyəcanlı, çılğındırsa, daxilən o 
qədər təmkinlidir. Və bu təmkin şeirin poetik strukturunda, bədii 
təhkiyənin sxematik ardıcıllığında (və dəqiqliyində) özünü ol-
duqca aydın göstərir. 
Hamının, hər kəsin, hətta hər şeyin sağlığına içildiyi bir 
məclisdə Şair «unudulur». Və bu cür «unudulmaq», təbii ki, 
əvvəl onun şəstinə, qüruruna, mənliyinə toxunur… Ancaq için-
dəki inam Şairə təlqin edir ki, onun şəsti, qüruru, mənliyi bu 
məclisdən çox-çox yüksəkdə dayanır. Və məclisdəki «cəmiy-
yət»in (əslində, bu məclis Şairi əhatə edən ictimai mühitin özü-
dür!) verdiyi xoş olmayan (laqeyd!) təəssürat Şair şəsti, qüruru, 
mənliyi qarşısında sabun köpüyü kimi dağılıb yox olur… Şair 
ona görə qürurludur ki, bu təsadüfi məclis (və cəmiyyət) «il-
ğım»ından fərqli olaraq, bütöv bir yurdun, millətin, elin-günün 
əbədi təcəssümüdür. Və o, «həqq mənəm», «məndə Məcnundan 
füzun aşiqlik istedadı var», «bənzərəm bir qocaman dağa ki, 


Ədəbiyyat söhbətləri 
 
183
dəryada durar», «Vurğun öldü deməyin, bir əbədi sənəti var»… 
deyən dahi sələflərinin layiqli xələfidir…  
Xəlil Rzanın onlarla, hətta yüzlərlə şeirləri vardır ki, hamı-
sının «baş qəhrəman»ı, yaxud ilham qaynağı «Qürurun Üsyanı»-
dır. Və burada bir şəxsiyyət, yaxud millət səviyyəsində bayağı 
eqoizmdən, quru özündənrazılıqdan söhbət belə gedə bilməz… 
… Xəlil, sənin sağlığına!.. Yurdum, Sənin sağlığına!.. 
 
 2017 
 
 


Nizami Cəfərov 
 
184
 
Böyük ədəbiyyat müəllimi 
 
Universitetin filologiya fakültəsinə daxil olanda, təbii ki, 
ədəbiyyatşünaslıq elminin üç hissədən ibarət olduğunu az-çox 
bilirdim (və bunu bilməsəydim mən heç Universitetin həndəvə-
rinə də yaxın gəlməzdim): ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyə-
si və ədəbi tənqid. Ancaq birinci kursun elə ilk günlərindən bizə 
«Ədəbiyyatşünaslığa giriş»dən mühazirə oxuyan (və görkəmli 
yazıçı olmaqdan başqa həm də bu aparıcı ixtisas fənninin yara-
dıcısı) Mir Cəlal müəllim dedi ki, ədəbiyyatşünaslıq elmi ən azı 
üç hissədən ibarətdir: birincisi, ədəbiyyat tarixi; ikincisi, ədəbiy-
yat nəzəriyyəsi; üçüncüsü, ədəbi tənqid… Sonra, adəti üzrə, bir 
az fasilə verib əlavə etdi: bir də ədəbiyyatın tədrisi… Mir Cəlal 
müəllim yeri gəldikcə ədəbiyyatın tarixi, nəzəriyyəsi, ədəbi tən-
qid barədə kifayət qədər danışdı, ancaq ədəbiyyatın tədrisi barə-
də heç nə demədi. Və elə ki, professor Camal Əhmədov sonrakı 
kurslarda auditoriyaya daxil olub «Ədəbiyyatın tədrisi metodi-
kası»ndan mühazirəyə başladı, bildik ki, ustad nəyi nəzərdə 
tuturmuş… Pedaqoji Institut tələbələrindən fərqli olaraq Univer-
sitet tələbələrinə bu fənni sevdirmək ən azı ona görə çətin idi ki, 
bizim, demək olar ki, heç birimiz nə vaxtsa orta məktəb müəl-
limi ola biləcəyimizi təsəvvür eləmirdik. Və nə yaxşı ki, Camal 
müəllim bunu bizdən də yaxşı bilirdi… Odur ki, ilk mühazirə-
lərdən söhbətə bir metodistdən çox, ümumən ədəbiyyatşünas 
kimi başladı, ümumiyyətlə ədəbiyyatdan danışdı, ədəbiyyat 
müəllimliyinin Firidun bəy Köçərlidən bəri gələn ənənələrini elə 
şirin dillə anlatdı ki, hamımız hiss etməli olduq ki, Mir Cəlal 
müəllim ədəbiyyatşünaslıq elminin üç hissədən deyil, ən azı üç 
hissədən ibarət olduğunu deməkdə haqlı imiş… 
Camal Əhmədov bizdə, ilk növbədə, ədəbiyyat müəllimi 
haqqında təsəvvür aşılamağa çalışdı. Və onu da dedi ki, siz, ola 
bilsin ki, heç vaxt istər orta, istərsə də ali məktəbdə dərs deməyə-
cəksiz, ancaq bütün hallarda cəmiyyət sizə ədəbiyyat müəllimi 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə