Microsoft Word C?f?rov ?D?Biyyat



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə55/108
tarix08.07.2018
ölçüsü0,99 Mb.
#54395
1   ...   51   52   53   54   55   56   57   58   ...   108

Ədəbiyyat söhbətləri 
 
185
kimi baxacaq, ona görə də ədəbiyyatı bilmək, hiss etmək, ədəbiy-
yatla yaşamaq azdır, onu ətrafdakılara sınanılmış qaydalar, üsul-
larla öyrətməyi, təbliğ eləməyi, sevdirməyi bacarmaq da lazımdır. 
Camal Məhərrəm oğlu Əhmədov 1928-ci ilin ilk günündə 
– yanvar ayının 1-də Qazax rayonunun Aşağı Əskipara kəndində 
doğulmuş, orta təhsilini başa vurduqdan sonra 1945-ci ildə 
Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya 
fakültəsinə daxil olmuşdur. Universiteti bitirib əvvəl bir neçə il 
müəllimlik etmiş, sonra isə Elmi-Tədqiqat Pedaqogika (indiki 
Təhsil Problemləri) Institutunda çalışmağa başlamış gənc ədə-
biyyatşünas-pedaqoq 1954-cü ildə «Orta məktəbdə Cəfər Cab-
barlının həyat və yaradıcılığının öyrənilməsi üsulları» mövzu-
sunda namizədlik dissertasiyası müdafiə etmişdir ki, bu, Azər-
baycanda ədəbiyyatının tədrisi metodikası sahəsində müdafiə 
olunmuş ilk elmi əsərdir. 
Camal Əhmədovun həyatının (və yaradıcılığının) gənclik 
illəri Elmi-Tədqiqat Pedaqogika Institutunda keçmiş, həmin 
Institutda çalışdığı 50-ci, 60-cı illərdə, həqiqətən, öz elmi-nəzəri 
mükəmməlliyi, praktik-metodiki miqyası ilə seçilən milli bir 
«ədəbiyyat tədrisi məktəbi» yaratmağa nail olmuşdur. 
Professor Əjdər Ağayev bu barədə yazır:  
«Mən onun ədəbiyyata, ədəbiyyatın tədrisinə aid məqalə-
lərini hələ tələbə ikən, sonra isə 1960-cı illərin əvvəllərində ədə-
biyyat müəllimi işləyərkən oxuyardım. Iş elə gətirdi ki, 1965-ci 
ildən aspirantı olduğum Azərbaycan Elmi-Tədqiqat Pedaqoji 
Elmlər Institutunda Camal müəllimlə birlikdə çalışası oldum. O 
mənim üçün şəxsən tanıdığım örnək insana, əsərlərindən və 
məsləhətlərindən öyrəndiyim bir müəllimə çevrildi». 
Əjdər müəllim onu da əlavə edir ki, «doğrudur, o zaman 
professor Əliyar Qarabağlı kimi mahir, nüfuzlu ədəbiyyat meto-
disti vardı. Amma o, özü-özünü yetişdirmiş metodist idi… Ca-
mal müəllim ixtisaslı elmi kadrlar hazırlığı sahəsində ilk addımı 
atmış oldu… Camal Əhmədov elmi məktəbi hələ 1950-ci illərin 
sonlarından yaranmağa başlamışdı». 


Nizami Cəfərov 
 
186
Həmin məktəbin ilk yetirmələrindən olan professor Şəmis-
tan Mikayılov isə müəllimi, «elmdə öz sözü, öz izi olan alim» 
haqqında deyir: 
«Camal Əhmədov namizədlik dissertasiyasını müvəffəqiy-
yətlə müdafiə etdikdən sonra Elmi-Tədqiqat Pedaqoji Elmlər 
Institutunda ədəbiyyatın tədrisi metodikası üzrə baş elmi işçi 
işlədi. Bundan sonra bu sahəni özü üçün ixtisas seçənlər, o cüm-
lədən bu sətirlərin müəllifi onun ətrafına toplaşaraq ədəbiyyat 
tədrisinin müxtəlif problemləri üzrə araşdırmalar aparır və ma-
raqlı metodik yazılarla pedaqoji mətbuatda çıxış edirdilər. Etiraf 
etmək lazımdır ki, Camal müəllim araşdırıcılıq səriştəsi və mət-
buatda ardıcıl çıxış etmək baxımından həmkarlarından fərqlə-
nirdi». 
Professor Camal Əhmədovun 2015-ci ildə Azərbaycan 
Milli Kitabxanası tərəfindən professor Kərim Tahirovun redak-
torluğu ilə nəşr olunmuş «Biblioqrafiya»sı (tərtibçilər: Mədinə 
Vəliyeva və Sevgiyə Əsədova) göstərir ki, 50-ci, 60-cı illərdə ilk 
yüksək ixtisaslı ədəbiyyat metodistinin ona qədər kitabı, yüz 
əlliyə qədər elmi, elmi-publisistik məqaləsi çap olunmuşdur. 
«Dördüncü sinfin Ana dili dərsliyinə metodik göstərişlər» 
(1965), «Ədəbiyyat dərslərində bədii təhlil» (1967)dən başqa 
digər kitabları həmmüəliflidir ki, buraya «V-VIII siniflərdə ədə-
biyyat tədrisi» (1961), «Yazı təliminin bəzi məsələləri» (1961), 
«Ana dili» (1963-cü ildən 1970-ci ilə qədər), xüsusilə «Orta 
məktəbdə ədəbiyyat tədrisi» (1966) kimi dəyərli əsərlər daxildir. 
Həmin illərdə bu cür həmmüəlliflik, bir tərəfdən, tədris işinin 
kollegial xarakterindən irəli gəlirdisə, digər tərəfdən, Camal 
Əhmədovun təbiətindəki kollegiallığın nəticəsi, azsaylı mütə-
xəssisləri başına toplamaq, onlarla birgə çalışmaq məharətinin 
göstəricisi idi. Və təsadüfi deyil ki, Camal müəllimin bu cəhətini 
onun həmkarları, tələbələri dəfələrlə qeyd etmişlər. 
Ardıcıl, səmərəli, peşəkar axtarışlar, araşdırmalar ona gəti-
rib çıxardı ki, Camal Əhmədov hələ kifayət qədər cavan yaşla-
rında «Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu 


Ədəbiyyat söhbətləri 
 
187
XX əsrin əvvəlləri)» mövzusundakı doktorluq işini tamamlayıb 
1970-ci ildə müvəffəqiyyətlə müdafiə etdi. Azərbaycan (indiki 
Bakı) Dövlət Universiteti filologiya fakültəsinin Elmi Şurasında 
olmuş müdafiə barəsində o illərdə «Azərbaycan müəllimi» 
qəzeti yazmışdı: 
«Dissertasiyanın rəsmi opponentləri: pedaqoji elmlər dok-
toru, professor A.Abdullayev, pedaqoji elmlər doktoru, profes-
sor N.Kazımov, filoloji elmlər doktoru, professor A.Zamanov, 
habelə əsər haqqında müsbət rəy söyləmiş Azərbaycan SSR EA-
nın həqiqi üzvü F.Qasımzadə, əməkdar elm xadimi, pedaqoji 
elmlər doktoru, professor Ə.Seyidov, Azərbaycan SSR EA-nın 
müxbir üzvü F.Köçərli, psixologiya elmləri doktoru, professor 
Ə.Bayramov və başqaları bu dissertasiyanın təkcə metodik fikir 
tariximizdə deyil, həm də ictimai fikrimiz və Azərbaycan ədə-
biyyatı tarixi sahəsində irəliyə doğru atılmış faydalı və cəsarətli 
bir addım hesab etmişlər». 
«Azərbaycan ədəbiyyatının tədrisi tarixi» dissertasiyası, 
eləcə də onun əsasında 1971-ci ildə nəşr olunmuş «Azərbaycan 
ədəbiyyatının tədrisi tarixindən» monoqrafiyası bu günə qədər 
həmin mövzuda ən mötəbər tədqiqat işi sayılır ki, burada Azər-
baycan ədəbiyyatı tədrisi tarixinin qədim dövrlərdən başlayaraq, 
demək olar ki, bütün tarixi araşdırılmış, XIX əsrin sonu XX 
əsrin əvvəllərinə isə, tamamilə təbii olaraq, daha çox diqqət 
verilmişdir. 
70-ci illərin əvvəllərindən etibarən Camal Əhmədovun 
elmi-pedaqoji fəaliyyətinin (və yaradıcılığının) birinci mərhələsi 
bitib ikinci mərhələsi başlayır… Institutdan Universitetə keçən 
müəllim-tədqiqatçının 70-ci, 80-ci illərdə bir sıra kitabları, iki 
yüzə qədər elmi, elmi-publisistik məqaləsi çap olunmuşdur. Və 
həmin illərin elmi-metodiki axtarışlarının ən mühüm yekunu 
1992-ci ildə nəşr edilmiş fundamental «Ədəbiyyat tədrisi meto-
dikası» dərslik-monoqrafiyası oldu ki, bu əsər «Azərbaycan 
ədəbiyyatının tədrisi tarixi»ndən sonra ədəbiyyat tədrisşünaslığı 
sahəsində görülən ikinci miqyaslı iş idi. 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə