Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

 

44

Cədvəl 2.5 



Kənd təsərrüfatı məhsullarının fiziki həcm indeksi 

(müqayisəli qiymətlərlə, 2003=100) 

  2004  2005  2006  2007  2008  2009  2010  2011  2012  2013 

Cəmi 


104,6  112,5  113,5  118,0  125,2  129,6  126,8  134,0  143,0  149,9 

bitkiçilik məhsulları                                      

103,9  114,8  113,9  116,7  125,0  130,0  118,5  128,0  135,3  141,0 

heyvandarlıq məhsulları    105,7  109,5  112,7  119,5  124,4  127,9  135,7  140,4  151,1  159,5 

Cədvəl  məlumatlarından  göründüyü  kimi,  2013-cü  ildə  ölkədə  kənd 

təsərrüfatı  məhsulu  2003-cü  ilə  nisbətən  təqribən  50  faiz  artmışdır.  Son  illərdə 

aqrar sektorda artım  tempinin  təmin olunmasına  baxmayraq,  bu sahədə istehsalın 

həcmi  1990-cı  il  səviyyəsini  əhəmiyətli  dərəcədə  üstələməmişdir.  Nəticədə, 

ümumi  daxili  məhsulda  (ÜDM)  kənd  təsərrüfatı  sahəsinin  payı  1991-ci  ildə  26,6 

faizdən və 2000-ci ildə 15,9 faizə, 2013-ci ildə isə 5,3 faizə qədər azalmışdır.  

Son illərdə qida məhsulları istehsalı sahəsində əhəmiyyətli artım tempinə nail 

olunsa da, bu artım 1990-cı ildəki səviyyəyə çatmağa imkan verməmişdir. Belə ki, 

1996-cı  ildə  yeyinti  sənayesində  istehsalın  həcmi  1990-cı  il  səviyyəsinin  28,4 

faizini təşkil etdiyi halda, 2011-ci ildə içkilər də daxil olmaqla qida məhsullarının 

istehsalının  həcmi  1996-cı  ilə  nisbətən  cəmi  14,2  faiz,  tütün  məmulatlarının  is-

tehsalı 153,4 faiz artmışdır. Yüngül sənayedə azalma isə daha əhəmiyyətli olmuş-

dur. Belə ki, 1996-cı ildə yüngül sənayedə istehsalın həcmi 1990-cı il səviyyəsinin 

43,3  faizini,  toxuculuq  sənayesində  37,1  faizini,  tikiş  sənayesində  37,1  faizini, 

gön-dəri,  xəz  və  ayaqqabı  istehsalı  sahəsində  106,2  faizni  təşkil  etdiyi  halda, 

2011-ci ildə toxuculuq sənayesində istehsalın həcmi 1996-cı ilə nisbətən təqribən 

9,1  dəfə,  geyim  istehsalı,  xəzin  bəzədilməsi  və  rənglənməsi  sahəsində  istehsalın 

həcmi 1,4 dəfə azalmış, yalnız dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahə-

sində  istehsalın  həcmi  1,5  dəfə  artmışdır.  Dəri,  dəridən  məmulatlar  və  ayaqqabı 

istehsalı  sahəsində  istehsalın  həcminin  artmı  əsasən  dəri  istehsalı  ilə  əlaqədar 

olmuşdur.  Qeyd  edilənlərlə  yanaşı,  araşdırmalar  göstərir  ki,  emal  müəssisələrinin 

ə

ksəriyyəti idxal xammalından geniş istfadə edir. Bununla yanaşı, ölkədə istehsal 



edilən  kənd  təsərrüfatı  məhsullarının  istehsal  istehlakına  (aralıq  istehlaka) 

yönəldilən  hissəsi  kiçik  olmuşdur.  Belə  ki,  2011-ci  ildə  ölkədə  kartof  ehtiyat-




 

45

larının emal edilən hissəsi 0-a, bütün növ tərəvəzlərin ehtiyatının ərzaq məhsulla-



rının istehsalına yönəldilən hissəsi 3,9 faizə, quru soğanın ehtiyatının emal edilən 

hissəsi 0-a, bostan məhsullarının ehtiyatlarının emal  edilən hissəsi 0-a,  meyvə və 

giləmeyvə  ehtiyatlarının  mal-qara  və  qüş  yemi  üçün  istifadə  edilən  hissəsi  0,3 

faizə, ərzaq məhsullarının istehsalında istifadə edilən hissəsi 6,1 faizə, qeyri ərzaq 

məhsullarının istehsalı üçün istifadə olunan hissəsi isə 0 faizə, üzüm ehtiyatlarının 

ə

rzaq məhsullarının istehsalına yönəldilən hissəsi isə 41,1 faizə bərabər olmuşdur. 



Göründüyü  kimi,  bitkiçilik  məhsullarının  əksər  məhsullarının  emala  yönəldilən 

hissəsi çox kiçikdir. Belə halın yaranmasına əsasən kənd təsərrüfatı məhsullarının 

istehsalçıları  ilə  emal  sənayesi  müəssisləri  arasında  əlaqələrin  formalaşma 

mexanizminin qeyri təkmilliyi əhəmiyyətli dərəcədə təsir göstərir.   

Qeyd edilənlərlə yanaşı, son illərdə kənd təsərrüfatı sahəsinin inkişafına müsbət 

təsir göstərən amillərdən biri daxili ərzaq bazarının inkişafı olmuşdur.  

50

100


150

200


250

300


2000

2001


2002

2003


2004

2005


2006

2007


2008

2009


2010

2011


2012

2013


 

Şə

kil 2.3. Ərzaq məhsullarının pərakəndə satış həcminin dinamikası (2000=100) 



Şə

kil  2.1-dən  göründüyü  kimi,  ölkədə  2013-ci  ildə  ərzaq  məhsullarının  pəra-

kəndə bazarının həcmi 2000-ci ilə nisbətən 2,6 dəfə artmışdır. Bu artım kənd təsərrü-

fatı istehsalının həcminə müsbət təsir göstərmişdir. Belə ki, 2013-ci ildə ölkədə isteh-

sal edilmiş kənd təsərrüfatı məhsulunun ümumi həcminin təqribən 4 faizi ixrac olun-

muşdur.  Artıq  qeyd  olunduğu  kimi,  bitkiçilik    məhsullarının  çox  kiçik  hissəsinin 

emala  yönəldildiyindən,  daxili  bazarın  həcmi  bu  sahənin  inkişafını  müəyyən  edən 



 

46

ə



sas  amillərdən  biri  olmuşdur.  Son  illərdə  həm  əhalinin  sayının  artması,  həm  də 

adambaşına düşən gəlirlərin yükəslməsi daxili bazarın həcminin artırmışdır. Belə ki, 

2011-ci  ildə  ölkə  əhalisinin  sayə    2000-ci  ilə  nisbətən  13,8  faiz,  əhalinin  nominal 

gəlirləri  isə  7,6  dəfə,  real  gəlirlri  isə  təqribən  3,4  dəfə  artmışdır.  Həmçinin  bir  sıra 

kənd  təsərrüfatı  məhsulları  qeyri-ticari  məhsullara  aiddir  və  əhalinin  gəlirlərinin  və 

dövlətin sosial ödənişlərinin  artması onlara tələbin artmasına səbəb olur.  

2000-2013-cü  illərdə  kənd  təsərrüfatı  məhsullarının  əkin  sahələrinin  struktu-

runda əhəmiyyətli dəyişikliklər baş vermişdir. Bu dəyişiklik əsasən texniki bitkilərin 

ə

kin sahələrinin və çoxillik  əkmələrin sahələrinin azalması hesabına baş vermişdir. 



Bu da əsasən yerli kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının azalması və emal 

sənayesində  istehsalın  aşağı  düşməsi  ilə  əlaqədar  olmuşdur.  Əkin  sahələrinin 

strukturunun dəyişməsi bitkiçilik məhsullarının istehsalının strukturun da əhəmiyyətli 

şə

kildə dəyişməsinə səbəb olmuşdur.  



Son illərdə kənd təsərrüfatı sahəsində iqtisadi fəallığının yüksəldilməsi və is-

tehsal həcminin artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmiş-

dir. Belə ki, “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların 

dərinləşdirilməsi  və  kənd  təsərrüfatında  sahibkarlığın  inkişafına  kömək  göstəril-

məsinə dair  Dövlət Proqramı”,  “Azərbaycan  Respublikasında  2002-2006-cı illər-

də  aqrar  bölmənin  inkişafına  dair  Proqram”  qəbul  olunmuş  və  reallaşdırılmışdır. 

Hazırda  “2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məh-

sulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı”  həyata  keçirilməkdədir.  Bu-

nunla  yanaşı,  bitkiçilik  məhsulları  istehsalı  sahəsində  mövcud  potensialdan  tam 

istifadəni məhdudlaşdıran əsas amillərə yüksək məhsuldar toxum növlərinin kifa-

yət qədər olmaması, bitki mühafizə vasitələrinin, kimyəvi maddələrin çatışmama-

sı,  təsərrüfatdaxili  suvarma  şəbəkələrin  texniki  vəziyyətinin  aşağı  olması,  suyun 

çatışmaması,  torpaqların  şorlaşması,  münbitliyinin  aşağı  düşməsi  və  erroziyaya 

uğraması, emal sənayesinin inkişaf səviyyəsinin aşağı olması, məhsulun tədarükü, 

saxlama, qablaşdırma, daşıma, marketinq sistemlərinin yeni təsərrüfatçılıq şəraiti-

nə  uyğun  qurulmaması  olmuşdur.  Ölkədə  kənd  təsərrüfatı  məhsullarının  istehsal 

həcmini artırmaq imkanları mövcuddur. Bu imkanları həm intensiv, həm də eks-



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə