Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

 

32

Belə  ki,  təkcə  2013-cü  ildə  əsas  kapitala  yönəldilmiş  investisiyanın  həcmində 



müəssisə və təşkilatların vəsaitləri 8012,1 mln. manat (ümumi vəsaitdə 44,8 faiz), 

bank  kreditləri  860,6  mln.  manat  (4,8  faiz),  büdcə  vəsaitləri  7829,2  mln.  manat 

(43,8 faiz), büdcədənkənar fondların vəsaitləri 558,7 mln. manat (3,2 faiz), əhalinin 

şə

xsi  vəsaitləri  469,1  mln.  manat  (2,6  faiz),  sair  vəsaitlər  142,4  mln.  manat  (0,8 



faiz) təşkil etmişdir. 

Beləliklə,  neft  sektorunun  inkişafı  milli  iqtisadiyyatın  sahə  storukturunun 

formalaşmasında mühüm rol oynamışdır.  

29,1 31,4

31

30,1 31,3



44,1

53,8 56,1 55,4

45,1 48,1 49,6 44,7 41,6

64,8 60,7 60,9 62,2 61,5

48,4

40,7 37,3 37,9



47

45,2 44,5 49,1

52

0%

10%



20%

30%


40%

50%


60%

70%


80%

90%


100%

2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013

neft-qaz sektoru

qeyri-neft sektoru

məhsula və idxala xalis vergilər

 

 Şəkil 2.2. ÜDM-də neft və qeyri-neft sektorunun payı (yekuna görə faizlə 



Şə

kil  2.2-dən  göründüyü  kimi,  neft  və  qaz  hasilatına  iri  həcmli  investisiya 

qoyuluşları  bu  sektorun  ÜDM-də  payının  2000-ci  ildə  29,1  faizdən  2007-ci  ildə 

56,1  faizə  qədər  artmasına  səbəb  olmuşdur.  Bu  dövrdən  sonra  neft  gəlirlərinin 

qeyri-neft sektorunda xərclənməsi qeyri-neft sektorunun ÜDM-də payının artımı ilə 

nəticələnmişdir.  Belə  ki,  qeyri-neft  sektorunun  ÜDM-də  payı  2007-ci  ildə  37,3 

faizdən 2013-cü ildə 52 faizə qədər artmışdır. Qeyd etmək lazımdır ki, son illərdə 

neft  sektorunun  ÜDM-də  payının  azalmasına  neft  hasilatının  azalması  ilə  yanaşı, 

enercidaşıyıcılarının qiyməti də təsir göstərmişdir.  



 

33

Cədvəl 2.2 



Milli iqtisadiyyatın struktur 

(yekuna görə faizlə) 

 

2010 


2011 

2012 


2013 

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 

5,5 

5,1 


5,1 

5,3 


Mədənçıxarma sənayesi  

45,6 


48 

43,2 


40,1 

Emal sənayesi 

4,5 



4,2 



4,2 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və 

təchizatı 

1,6 


1,7 

1,9 



Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

0,1 


0,1 

0,1 


0,1 

Tikinti 


8,1 

10,1 



11,8 

Ticarət; nəqliyyat vasitələrinin təmiri 

6,4 

6,3 


6,7 

7,1 


Nəqliyyat və anbar təsərrüfatı 

5,6 


5,1 

4,9 


4,8 

Turistlərin yerləşdirilməsi və ictimai iaşə 

1,4 


1,6 

1,8 


nformasiya və rabitə 

1,9 


1,6 

1,7 


1,8 

Maliyyə və sığorta fəaliyyəti 

1,2 

1,4 


1,7 

1,7 


Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 

1,6 


1,6 

1,6 


1,7 

Peşə, elmi və texniki fəaliyyət 

0,9 

1,1 


1,2 

1,2 


nzibati və yardımçı xidmətlərin göstərilməsi 

0,5 


0,5 

0,6 


0,6 

Dövlət idarəetməsi və müdafiə;  sosial təminat 

2,2 


2,5 

2,7 


Təhsil 

3,4 


3,1 

3,1 


3,2 

Ə

haliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 



1,6 

1,4 


1,7 

1,8 


stirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 

0,7 


0,7 

0,8 


0,8 

Digər sahələrdə xidmətlərin göstərilməsi 

0,9 

0,8 


Ümumi əlavə dəyər 



93,2 

94,1 


93,8 

93,6 


Cədvəl məlumatlarından göründüyü kimi, milli iqtisadiyyatın strukturunda əsas 

dəyişiliklərdən biri mədənçıxarma sənayesinin payının azalmasıdır. Belə ki, ümumi 

daxili məhsulda mədənçıxarma sənayesinin payı 2010-ci ildə 45,6 faizdən 2013-cü 

ildə  40,1  faizə  qədər  azalmışdır.  Milli  iqtisadiyyatın  strukturunda  qeyri-neft 

sahələrinin  payı  artsa  da,  bu  əsasən  qeyri-ticari  əmtəələr  istehsal  edən  sahələrin 

inkişafı  hesabına  baş  vermişdir.  Belə  ki,  2013-cü  ildə  məhsulların  ixracının  84,44 

faizi  xam  neftin,  5,04  faizi  neft  məhsullarının,  2,93  faizi  təbii  qazın,  bütövlükdə 

92,41 faizi neft  sektorunun payına düşmüşdür. 2010-cu ildə neft və qaz hasilatının 

ümumi  daxili  məhsulda  payı  əhəmiyyətli  dərəcədə  azalsa  da,  ixracda  payının 

azalması  buna  müvafiq  olmamışdır.  Bu  baxımdan,  milli  iqtisadiyyatın  struktunun 

formalaşmasına  neft  hasilatı  ilə  yanaşı  daxili  bazarın  böyüməsi  də  əhəmiyyətli 

dərəcədə  təsir  göstərmişdir.  Belə  ki,  2013-cü  ildə  daxili  tələbin  həcmi  2000-ci  ilə 

nisbətən nominal olaraq təqribən 12 dəfə, real olaraq isə təqribən 4,8 dəfə artmışdır. 



 

34

Məhz  daxili  tələbin  artımı  bir  sıra  sahələrin  inkişafını  təmin  etmişdir.  Bu  tələbin 



artımında  neft  gəlirləri  əhəmiyyətli  rol  oynamışdır.  Belə  ki,  2013-cü  ildə  dövlət 

büdcəsinin  xərcləri  daxili  tələbin  təqribən  30  faizini  təşkil  etmişdir.  Dövlət 

büdcəsinin gəlirlərini isə 73 faizindən çoxu neft gəlirlri hesabına yaranmışdır.  

Milli iqtisadiyyatın strukturuna təsir göstərən digər mühüm amil dövlət xərclə-

rinin artmı ilə əlaqədar olmuşdur. Cədvəl 2.2-nin məlumatlarından göründüyü kimi, 

2013-cü ildə dövlət idarəetməsi və  müdafiə,  sosial təminat sahəsinin  payı 2010-cu 

ilə nisbətən  təqribən 1,4 dəfə artmışdır.  

Qeyd  etmək  lazımdır  ki,  sənaye  sahələrini  üç  qrupda  birləşdirmək  olar.  Birinci 

qrupa  əsasən  yerli  xammala  əsaslanan  və  satış  bazarı  daxili  bazarlar  olan  sahələr, 

ikinci  qrupa  yerli  xammala  əsaslanan  və  satış  bazarı  yerli  və  xarici  bazarlar  olan 

sahələr,  üçüncü  qrupa  xarici  xammala  əsaslanan  və  satış  bazarları  yerli  və  xarici 

bazarlar  olan  sənaye  sahələri.  Birinci  qrupa  elektrik  enerjisi  istehsalı,  tikinti 

materialları,  bəzi  yüngül  və  yeyinti  məhsulları,  ikinci  qrupa  yanacaq  sənayesi, 

yüngül  və  yeyinti  sənayesinin  bəzi  sahələri,  neft-kimya  sahələri,  üçüncü  qrupa  isə 

maşınqayırma  sənayesi  məhsulları,  yeyinti  sənayesinin  bəzi  sahələri  daxildir. 

Sənayenin  strukturunun  təhlili  göstərir  ki,  son  illərdə  sənayenin  inkişafı  əsasən 

daxili bazara istiqamətlənmiş və yerli xammallara əsaslanan istehsallar hesabına baş 

vermişdir.  Xarici  xammala  əsaslanan  və  satış  bazarları  əsasən  xarici  bazarlar  olan 

müəssisələrin  ya  öz  fəaliyyətlərini  dayandırmış,  ya  da  istehsal  gücünün  çox  cüzi 

hissəsindən istifadə edirlər.   

Milli iqtisadiyyatın strukturunda emal sənayesinin payı kiçik olaraq qalır. Belə 

ki, ölkədə yaradılmış əlavə dəyərdə emal sənayesinin payı 2000-ci ildə 5,6 faizdən 

2010-cu ildə 5,1 faizə, 2011-ci ildə 4,5 faizə,  2013-ci ildə isə 4,2 faizə qədər azal-

mışdır. Belə azalma neft emalı sahəsini çıxmaqla digər emal sənayesi sahələri üzrə 

daha  böyük  olmuşdur.  Neft  ayırma  sahəsini  çıxmaqla  emal  sənayesinin  ÜDM-də 

payı 2000-ci ildə 3,9 faizdən 2011-ci ildə 2,4 faizə qədər azalmışdır. Emal sənayesi-

nin  strukturunun  təhlili  göstəriər  ki,  ölkədə  əsasən  daxili  tələbin  ödənilməsinə 

istiqamətlənmiş  sahələrin  payı  artmışdır.  Bu  sahələr  qida  məhsulları,  tikinti 

materialları  və  neft  emalı  məhsulları  istehsalıdır.  Son  illərdə  qeyri-neft  ÜDM-nin 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə