Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   2   3   4   5   6   7   8   9   10   ...   25

 

20

doldurulmayan təbii resurslara bölünür. Yeri doldurulan resurslar bərpa edilə bilən 



resurslardır (əgər insan fəaliyyəti onların təkrar istehsal şəraitini dəyişmirsə). Bərpa 

olunan təbii resurslara nümunə kimi bitkiləri, heyvanları və s. göstərmək olar. Yeri 

doldurulmayanlar  yaxın  gələcəkdə  özü-özünü  təkrar  istehsal  edə  bilməyən  təbii 

resurslardır. Bura faydalı qazıntıların əksəriyyəti, torpaq və s. aiddir. 

Tükənməyən  təbii  resurslara  hal-hazırda  və  yaxın  gələcəkdə  çatışmazlığı 

gözlənilməyən  təbii  resurslar  aiddir.  Məsələn,  günəş  radiasiyası,  atmosfer  havası, 

külək enerjisi, dəniz və okeanlar və s. tükənməyən təbii resurslara aid edilir.  

Bir  resursun  digər  resursla  əvəz  olunması  imkanından  asılı  olaraq  bütün  növ 

təbii  resurslar  əvəz  edilə  bilən  və  əvəz  edilə  bilməyən  təbii  resurslara  bölünür. 

Ə

vəz  edilə  bilən  təbii  resurslar  digər  növ  təbii  resurslarla  əvəz  oluna  bilər. 



Məsələn,  kömür,  neft,  qaz  və  digər  enerji  daşıyıcıları  günəş  enerjisini  əvəz  edə 

bilər; dəmir – əlvan metallarla; ağac – plassmasla və s. Əvəz edilə bilməyən təbii 

resursları nə indi, nə də ki, yaxın gələcəkdə digər resurslarla əvəz etmək mümkün 

deyildir. Belə resurslara su, atmosfer havası, bitkilər, heyvanlar və s. aid edilir. 

Təbii  resursları,  iqtisadi  dövriyyəyə  cəlb  olunma  dərəcəsinə  görə  mümkün 

olan,  öyrənilmiş,  nəzərdə  tutulmuş  və  cəlb  olunmuş  təbii  resurslara  ayırmaq  olar. 

Mümkün  olan  təbii  resurslar  tək-tək  nümunə  və  çeşidlər  üzrə  əvvəlcədən 

öyrənilmiş  və  qiymətləndirilmiş  təbii  resurslar  hesab  olunur.  Öyrənilmiş  təbii 

resurslar istifadə edilmənin əsas şərtlərinin aydınlaşdırılmasını təmin edən müfəssəl 

olaraq öyrənilmiş təbii resurslardır. Nəzərdə tutulmuş təbii resursların tərkibinə son 

dəqiqliklə  tədqiq  edilmiş  və  öyrənilmiş,  statistik  olaraq  müəyyən  müddətə  qeydə 

alınmış  və  istismara  verilə  bilən  təbii  resurslar  daxildir.  Cəlb  olunmuş  təbii 

resurslara  cəmiyyət  üçün  lazım  olan  məhsul  və  xidmətlərin  istehsalı  prosesində 

bilavasitə iştirak edən təbii resursları aiddir. 

stifadə  edilmə  müddətindən  asılı  olaraq  təbii  resurslar  ənənəvi  və  qeyri-

ə

nənəvi  təbii  resurslara  bölünür.  Ənənəvi  təbii  resurslar  –  xalq  təsərrüfatında 



davamlı  müddətdə  işlədilən  resurslardır.  Məsələn,  ağac,  su,  bitki,  heyvan  və  s. 

ə

nənəvi  təbii  resurslara  aid  edilir.  Qeyri-ənənəvi  təbii  resursların  tərkibinə  isə, 




 

21

elmin  və  texnikanın  mütərəqqi  nailiyyətlərinin  istehsala  tətbiqi  nəticəsində 



meydana çıxmış resurslar daxildir. 

Təbii resurslarla zəngin ölkələrdə iqtisadi inkişaf məsələləri iqtisadi tədqiqat-

ların  əsas  istiqamətlərindən  biri  olmuşdur.  Məsələn,  amerikan  iqtisadçısı  R.Auti 

göstərmişdir  ki,  1960-cı  ildən  başlayaraq  resurslarla  zəngin  inkişaf  etməkdə  olan 

ölkələrdə  iqtisadi  inkişaf  tempi  resursla  zəngin  olmayan  ölkələrə  nisbətən  aşağı 

olmuşdur.  Beləliklə,  resursların  bolluğu  heç  də  bütün  hallarda  iqtisadi  inkişafı 

təmin etmir. Bununla belə, son illərdə iqtisadi resursların bolluğu ilə iqtisadi artım 

arasında  əks  nəticələr  də  alınmışdır.  Belə  ki,  K.N.Brunşveyler  apardığı 

araşdırmalar  əsasında,  təbii  resursların  bolluğunun  iqtisadi  artıma  müsbət  təsir 

göstərdiyini aşkar etmişdir. Belə fərqli nəticələrin alınmasına baxmayaraq, iqtisadi 

inkişafı  zəruri  resurslar  olmadan  təmin  etmək  mümkün  deyildir.  "Həqiqətən  də, 

iqtisadi  artım  məsələlərini  tədqiq  edən  iqtisadçılar  müəyyən  etmişlər  ki,  ölkələrin 

kasıb  və  ya  varlı  olmalarından  asılı  olmayaraq  iqtisadi  tərəqqi  maşını  eyni  dörd 

təkərlə  hərəkət  etməlidir.  Bu  dörd  təkərə  və  ya  amillərə  insan  resursları  (əməyin 

təklifi, təhsil və s.), təbi resurslar (torpaq, yanacaq, ətraf mühitin keyfiyyəti və s.), 

kapital  (maşınlar,  fabriklər,  yolar  və  s.)  və  texnologiya  (elm,  mühəndislik  sənəti, 

idarəetmə və s.) aiddir". Həmçinin, təbii resurslarla zənginlik heç də iqtisadi gerilik 

ə

laməti deyildir. Tarixən təbii resurslar Avstraliya, Kanada, Skandinaviya ölkələri, 



ABŞ  kimi  sənayecə  inkişaf  etmiş  ölkələrin  cari  sərvətlərinin  artmasında  əhə-

miyyətli  rol  oynamışdır.  Təbii  resurslarla  zənginlik  nisbi  xarakterə  malikdir.  Belə 

ki, bir çox inkişaf etmiş ölkələrdə adambaşına düşən təbii resurs hasilatı milli iqti-

sadiyyatda  təbii  resursların  hasilat  sahələrinin  üstün  olduğu  bir  çox  ölkələrə 

nisbətən  yüksəkdir.  Məsələn,  hazırda  ABŞ,  Kanada,  Avstraliya,  Norveçdə 

adambaşına  düşən  enerji  daşıyıcılarının  hasilatının  həcmi  yüksək  olaraq  qalır. 

Fikrimizcə,  iqtisadi  gerilik  və  ya  iqtisadiyyatın  birtərəfli  inkişafı  heç  də  təbii 

resursların bolluğu ilə birbaşa bağlı deyildir. Araşdırmalar göstərir ki, son 50 ildə 

ə

ksər  inkişaf  etməkdə  olan  ölkələr  öz  inkişaf  səviyyələrinə  görə  nəinki  inkişaf 



etmiş ölkələrə yaxınlaşmış, hətta inkişaf etmiş ölkələrlə aralarındakı fərq bir qədər 

də  artmışdır.  Bu  baxımdan,  rus  iqtisadçıları  V.Polteroviç,  V.Popov,  A.Tonis  qeyd 




 

22

edirlər  ki,  təbii  resursların  bolluğunun  mənfi  təsiri  yalnız  pis  institutların  mövcud 



olduğu şəraitdə özünü göstərə bilər.  

Son illərdə resurslarla zəngin olan ölkələrdə «holland sindromu»nun yaranma-

sına  dair  geniş  tədqiqatlar  aparılmışdır.  Bir  çox  hallarda  «holland  sindromu»nun 

yaranması üçün şərtlər nəzərə alınmadan bunun bütün təbii resurslarla zəngin olan 

ölkələrə tətbiqinə cəhdlər edilmişdir. «Holland sindromu» yanaşmasına əsasən həm 

milli  valyuta  məzənnəsinin  möhkəmlənməsi,  həm  də  daxili  resursların  ölkədə 

sürətli  inkişaf  tempinə  malik  sahənin  xeyrinə  bölünməsi  hesabına  onların 

qiymətlərinin artması digər ticari sahələrin inkişafını məhdudlaşdırır. Bu məsələnin 

klassik  izahını  amerikan  iqtisadçıları  V.Maks  Korden  və  C.Peter  Neari  vermişlər. 

Onlar milli iqtisadiyyatı iki sektora: qeyri-ticari və ticari sektora, ticari sektoru isə 

enerji  və  emaledici  alt  sektorlarına  bölmüşlər.  Onların  fikrincə,  enerji  sektorunda 

yüksək artım şəraitində bu sahədə işçilərə verilən əmək haqqının yüksək olması və 

daha  yüksək  mənfəəti  təmin  etməsi  iqtisadi  resursların  bu  sahəyə  axınına  səbəb 

olur.  Yaranan  gəlirlərin  qeyri-ticari  sektorun  məhsul  və  xidmətlərinə  xərclənməsi 

hesabına  bu  sektorda  tələb  artır.  Nəticədə,  ölkədə  sənayenin  digər  sahələrinin 

inkişafdan  geri  qalması  baş  verir.  Fikrimizcə,  iqtisadi  resursların  təsərrüfat 

dövriyyəsinə tam şəkildə cəlb edilmədiyi, təbii resursların hasilatı sahəsinin xarici 

investisiyalar  hesabına  inkişaf  etdiyi  və  bu  sektordan  əldə  edilən  gəlirlərin  böyük 

hissəsinin dövlətin sərəncamında olması şəraitində ölkədə «holland sindromu»nun 

baş  verməsi  imkanları  məhdud  olur.  Bu  halın  xüsusiyyətləri  milli  iqtisadiyyatın 

ayrı-ayrı  sahələrində  özünü  göstərə  bilər.  Çünki  belə  halın  yaranması  əsasən  

iqtisadi resursların və imkanların məhdudluğu ilə əlaqədardır. Məsələn, sahibkarlıq 

subyektlərinin sayı  və  imkanları  məhduddursa,  onda  dövlət  büdcəsinin  investisiya 

xərclərinin artması şəraitində mövcud imkanların dövlət investisiya qoyuluşlarının 

reallaşdırılmasına yönəldilməsi digər sahələrdə investisiya fəallığını məhdudlaşdıra 

bilər. Bununla belə, təbii resursların hasilatının artırılması hesabına yaranan gəlirlər 

ölkədə gələcək inkişafın, o cümlədən emal sənayesinin inkişafının təmin olunması 

üçün təhsil səviyyəsinin, investisiya qoyuluşlarının həcminin və istehlakın artımını 

maliyyələşdirməyə imkan verir. Dünya təcrübəsi göstərir ki, belə gəlirlər olmadan 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə