Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   2   3   4   5   6   7   8   9   ...   25

 

17

Özünün Rikardo və ya Olin variantında beynəlxalq ticarətin təmiz və ya “real” 



nəzəriyyəsi 1951-ci ilə qədər praktiki olaraq yoxlanılmamış olaraq qalırdı. Həmin il 

Donald  Makduqal  ticarətin  Rikardo  nəzəriyyəsinin  ilk  yoxlanışını  həyata  keçirdi, 

bir  neçə  il  sonra  -  1947-ci  ildə  V.Leontyev  özünün  “xərc-buraxılış”  nümunəsi 

cədvəlini  ABŞ-ın  xarici  ticarətinin  strukturuna  tətbiq  etməklə,  aşkar  etdi  ki,  ölkə 

nisbətən əməkintensivli malları ixrac edir, nisbətən kapitaltutumlu malları isə idxal 

edir ki, bu da HOT-a uyğun olaraq gözləyəcəyimizin tam əksidir. Leontyevin HOT-

u  təkzib  etməsinin  reaksiyasını  dörd  kateqoriyaya  bölmək  olar.  Birinci 

kateqoriyaya Leontyev metodunu, onun məlumatlarının keyfiyyətini, təbii resursla-

rın və ixtisaslı əməkdə təcəssüm olunmuş insan kapitalını daxil etməməsini tənqid 

edənləri  aid  edilirlər.  Bütün  bu  amillərin  hamısı  birlikdə,  qeyd  olunduğu  kimi, 

Leontyev tərəfindən alınmış nəticələri əks istiqamətə dəyişə bilərdi.  kinci kateqo-

riyanı  xüsusi  (ad  hoc)  arqumentləri  ilə  yanaşı,  onun  nəticələrinin  əsassızlığını 

(tutarsızlığı) izah edən tənqidçilər təşkil etmişlər. Bu, xüsusi arqumentlərə daxildir: 

amillər  və  texnologiyalar  hər  yerdə  eyni  deyildir;  tələb  parametrləri  bir  ölkədən 

digər  ölkəyə  amillərdən  istifadənin  yerini  dəyişməsini  kompensasiya  edəcək 

dərəcədə  fərqlənir;  amillərin  qiymətlərinin  baxılan  diapazonunda  çox  ehtimal  ki, 

amillərdən  istifadənin  intensivliyi  əks  istiqamətə  dəyişəcək  və  s.  Üçüncü 

kateqoriya iqtisadçılar, Samuelsonun özü də daxil olmaqla, az və ya çox dərəcədə 

Leontyev paradoksunu inkar edirdilər, çünki onlar məqsədi xalis beynəlxalq ticarət 

nəzəriyyəsini  ümumi  tarazlıq  nəzəriyyəsinin  xüsusi  halına  gətirmək  olan  “Olin-

Samuelson tədqiqat proqramı”nın bir növ davamçıları idilər.  

Qloballaşma  prosesləri  xarici  iqtisadi  amillərin  milli  iqtisadiyyatın  sahə 

struktuna  təsirini  artırır.  Dünya  iqtisadiyyatında  qloballaşma  proseslərinin  yaran-

ması  və  təkamülünə  təsir  göstərən  əsas  amillər  srasında  aşağıdakıları  göstərmək 

mümkündür: 

-  ölkələr  arasında  iqtisadi  qarşılıqlı  asılılığın  kəskin  şəkildə  güclənməsi.  Son 

zamanlar  praktiki  olaraq  bütün  dünya  ölkələrində  iqtisadiyyatın  açıq  olma  sə-

viyyəsi sürətlə artır,  kapitalın ölkələrarası hərəkəti və beynəlxalq ticarətin artması  




 

18

sayəsində  dünyanın  iqtisadi  məkanı  çərçivəsində  baş  verən  proseslərin  milli  iq-



tisadiyatlara təsir etməsi daha intensiv şəkildə özünü birüzə verir; 

-aqrar-xammal  məhsulları  ilə  mübadilənin  beynəlxalq  ticarət  çərçivəsində 

azalması  və  hazır  məhsullar  ilə  ölkələrarası  mübadilə  payının  artması  zamanı 

beynəlxalq  əmək  bölgüsünün  yeni  keyfiyyət  halının  formalaşması.  Bu  halda  bir 

sahə daxilində aparılan ticarətin əhəmiyyəti artır; 

-dünya maliyyə bazarının milli seqmentləri arasında əlaqələrin güclənməsi və 

daha da inteqrasiyalı qlobal maliyyə bazarının formalaşması; 

-müxtəlif ölkələrdə yerləşən və ərazi cəhətdən bir-birindən ayrılmış təsərrüfat 

həyatının  fərdi  və  ictimai  subyektləri  arasında  daimi  əlaqənin  saxlanması  üçün 

şə

rait yaradan informasiya və telekommunikasiya inqilabı; 



-  rəqabət  aparmaq  üçün  yerli  üstünlüklərin  daha  da  səmərəli  istifadəsinə  nail 

olmağa  gətirib  çıxardan  bütün  dünyada  istehsal  və  digər  bölmə  və  filialların 

yerləşdirilməsi  böyük  texnoloji  və  maliyyə  imkanlarına  malik  olan  transmilli 

korporasiyaların fəaliyyət dairəsini qlobal şəkildə genişləndirmişdir; 

-inkişaf  edən  və  keçid  iqtisadiyyatına  malik  olan  ölkələrin  beynəlxalq 

miqyasda  kreditlərin  verilməsi,  sərmayə  qoyulması  və  əmək  miqrasiyası 

proseslərinə və beynəlxalq ticarətə cəlb olunma səviyyəsinin artması; 

-dünya iqtisadiyyatı subyektlərinin (aktorlarının) strukturunun mürəkkəbləşməsi. 

Dövlət  iqtisadi  resursların  sahələrarası  bölgüsünə  təsir  göstərməklə  milli 

iqtisadiyyatın  strukturunun  formalaşmasında  mühüm  rol  oynayır.  Bu  əsasən 

aşağıdakı siyasət hesabına həyata keçirilir.   

Dövlətin maliyyə siyasəti – kapitalların və uzunmüddətli investisiyaların (faiz 

dərəcələri, birbaşa borclar və s.)  hərəkətinə təsir göstərməkdən ibarətdir.  

Ticarət  siyasəti  –  bu  və  ya  digər  əmtələrə  və  xidmətlərə  idxal  və  ixrac 

rüsusmlarının miqdarının müəyyən edilməsində, habelə müəyyən əmtəələrin idxalı və 

ya ixracına kəmiyyət məhdudiyyətləri vasitələrindən istifadə edilməsində əks olunur.   

Valyuta  siyasəti  –  ya  valyuta  nəzarətinin  tətbiqindən,  yaxud  da  Mərkəzi 

Bankın  (MB)  valyuta  bazarının  fəaliyyətinə  (valyuta  intervensiyası,  valyuta 

koridoru və s.) müdaxiləsindən ibarətdir.  



 

19

Beləliklə,  qeyd  edilən  amillər  milli  iqtisadiyatın  sahə  struktuna  təsir 



göstərməklə, onun formalaşmasını müəyyən edir. 

1.2. Milli iqtisadiyyatda holland sindromu və qeyri-neft sektorunun inkişafını 

zəruri edən amillə

Təbii sərvətlər cəmiyyətin maddi və mədəni tələbatının ödənilməsi üçün ətraf 

mühitin  ictimai  istehsal  prosesində  istifadə  olunan  vacib  komponentidir.  Geniş 

təkrar  istehsalı  ağır  sənayenin  xammal  sahələrinin  (kömür,  neft,  qaz,  dəmir  filizi, 

mədən-kimya  və  başqa  sahələrinin)  sürətli  inkişafını  tələb  edir.  Hasiledici  sənaye 

sahələrinin  inkişafı,  onların  texniki  bazası,  faydalı  qazıntı  xammalı  və  yanacaq 

hasil  edən  obyektlərin  ölkə  ərazisində  yerləşməsi,  xammal  və  yanacaq-energetika 

təsərrüfatının  strukturu  ölkənin  məhsuldar  qüvvələrinin  inkişaf  səviyyəsini 

müəyyən dərəcə əks etdirir.  

Təbii sərvətlərin istifadə edilmə xarakterinə görə onları şərti olaraq iki əsas qrupa 

bölmək  olar.  Birinci  qrup  təbii  sərvətlər  istehsal  vasitələrinə  aiddir.  Buraya  günəş 

enerjisi, torpaqdaxili istilik, su, torpaq yerləri və faydalı qazıntılar daxildir.  kinci qrup 

isə  istehlak  predmetləri  aid  edilir.  Bunlar  kənd  təsərrüfatı  bitkiləri,  ev  heyvanları, 

həmçinin  yabanı  bitkilər,  balıq  və  vəhşi  heyvanlardır.  Ayrı-ayrı  müəlliflər  yuxarıda 

sadalanan qrupları istehsal və qeyri-istehsal təbii resursları kimi ifadə edirlər.  

Təbii  sərvətlər  əmələ  gəlməsinə  görə  təbii  və  antropogen  təbii  resurslara 

bölünür.  Təbii  sərvətlər  dedikdə,  təbii  kimyəvi-bioloji  proseslər  nəticəsində 

meydana  gəlmiş  təbii  resurslar  başa  düşülür.  Antropogen  sərvətlər  isə  insanın 

bilavasitə iştirakı ilə yaradılmış və bərpa edilmiş təbii resurslardır. Təbii resursların 

təsnifləşdirilməsinə  belə  yanaşma  antropogen  fəaliyyətin  ətraf  mühitdə  baş  verən 

reduksiya prosesinə təsir dərəcəsini müəyyən etməyə imkan verir. 

Tükənmə  dərəcəsinə  görə  təbii  resurslar  tükənən  və  tükənməyən  olmaqla  iki 

qrupa  bölünür.  Tükənən  təbii  resurslar,  antropogen  təsirin  nəticəsində  ehtiyyatı 

azala  bilən  və  gələcəkdə  tam  yox  olmaq  təhlükəsi  ilə  qaşılaşa  bilən  resurslarıdır. 

Məsələn, şirin su, faydalı qazıntılar və s tükənən təbii resurslara aid edilir. Tükənən 

təbii  resurslar  təkrar  istehsal  imkanından  asılı  olaraq  yeri  doldurulan  və  yeri 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə