Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   2   3   4   5   6   7   8   9   ...   25

 

14

liyyatın  təsiri  altında  sənayenin  bəzi  sahələri  xammal  mənbələrinin  yaxınlığında, 



digərləri onların məhsullarının istehlak yerlərində, üçüncülər ucuz enerji mənbələ-

rinin yaxınlığında yerləşdirilir.  

Sənayenin yerləşdirilməsi zamanı xammalın və hazır məhsulun daşınma xərc-

lərinin  optimallaşdırılması  istehsal  olunan  məhsulun  qiymətinə  və  keyfiyyətinə 

ə

həmiyyətli  təsir  göstərir.  Ayrı-ayrı  sənaye  məhsullarının  nəql  olunma  qabiliyyəti 



oların satış bazarlarının coğrafi sərhədlərini müəyyən edən əsas amildir. Bəzi səna-

ye  məhsullarının  daşınma  xərclərinin  artması,  bəzilərinin  isə  nəql  olunma  zamanı 

nisbətən qısa müddət ərzində keyfiyyətinin dəyişməsi ilə əlaqədar satış bazarlarının 

sərhədələri  kiçik  olur.  Bu  da  sənaye  müəssisələrin  ölçülərini  və  ixtisaslaşma 

səviyyəsini, sahələrarası və rayonlararası kooperativləşmənin xarakterini müəyyən 

edir.  Fikrimizcə,  ölkənin  mühüm  beynəlxalq  nəqliyyat  yollarının  kəsişməsində  və 

iri  həcmli  bazarlara  malik  regionlara  yaxın  yerləşməsi  onun  rəqabət  qabiliyyətini 

yüksəldən  amillərdən  biridir.  Nəqliyyatın  təsiri  altında  sənayenin  bəzi  sahələri 

xammal  mənbələrinin  yaxınlığında,  digərləri  onların  məhsullarının  istehlak 

olunduğu yerlərdə, bəziləri isə ucuz enerji mənbələrinin yaxınlığında yerləşdirilir.  

Sənayenin  yerləşdirilməsini  planlaşdırarkən  sosial  qəbildən  olan  amiləri  nə-

zərə  almaq  lazımdır.  Bura  aşağıdakılar  aiddir:  ətraf  mühitin  qorunması,  əmək  və 

məişət  şəraitinin  yaxşılaşdırılması,  qeyri-istehsal  sahələrinin  (səhiyyə,  maarif, 

mənzil təsərrüfatı və s.) inkişaf etdirilməsi. Bu qəbildən olan amillər  yerləşdirilən 

obyektlərin iqtisadi səmərəlilik göstəricilərinə və deməli, istehsalın yerləşdirilməsi 

prinsiplərinə xeyli təsir göstərir. 

Sənaye  maddi  istehsalın  aparıcı  sahəsi  olub,  maddi  istehsal  sahələrinin  maddi-

texniki  bazalarının  yenidənqurulmasında,  qeyri-istehsal  sahələrinin  inkişafında, 

xalqın  sənaye  məhsullarına  olan  ehtiyacının  ödənilməsində  mühüm  rol  oynayır. 

Sənaye  digər  sahələrin-  kənd  təsərrüfatı,  nəqliyyat,  tikinti,  ticarət,  sosial  sfera  və  s. 

inkişafında  maddi-texniki  bazasının  möhkəmləndirilməsində,  keyfiyyətcə  yenidən 

qurulması işində də əvəzsiz rola malikdir. 

Ümumiyyətlə,  sənayenin  düzgün  inkişafı  respublikada  geniş  təkrar  istehsalın 

ə

sasını təşkil edir. Sənaye cəmiyyətin məhsuldar qüvvələrinin təkmilləşdirilməsi və 




 

15

bunun  sayəsində  içtimai  istehsalın  miqyasca  genişlənməsi  və  səmərəliliyinin 



yüksəldilməsində,  cəmiyyət  üzvlərinin  maddi  və  mədəni  tələbatlarının  təmin  edil-

məsində, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasında həlledici rol oynayır. 

Beynəlxalq əmək bölgüsünün dərinləşməsi ayrı-aryı ölkələrə iqtisadiyyatlarının 

ixtisaslaşma səviyyəsini yüksəltmək hesabına malik olduğu iqtisadi resurslardan daha 

səmərəli istifadə etmək və nəticədə, istehsalın həcmini artırmaq imkanı verir. Belə ki, 

xarici  iqtisadi  əlaqələrin  inkişafı  əsasında  ölkələr,  nisbətən  səmərəli  istehsal  edə 

bildiyi  məhsullar  üzrə  ixtisaslaşması  və  bu  məhsulları  nisbətən  səmərəsiz  istehsal 

etdikləri  məhsullara  mübadilə  etməsi  nəticəsində  əlavə  gəlir  əldə  edə  bilirlər. 

Həmçinin,  ölkələr  arasında  xarici  iqtisadi  əlaqələrin  inkişafı  ayrı-ayrı  məhsulların 

istehsal  miqyasını  artırmaq  üçün  əlverişli  şərait  yaratmaqla,  yəni  ixtisaslaşmanın 

dərinləşməsinə səbəb olmaqla istehsalın səmərəliliyini artırmaq üçün zəmin yaradır.   

Beynəlxalq əmək bölgüsünün dərinləşməsi ayrı-aryı ölkələrə iqtisadiyyatlarının 

ixtisaslaşma səviyyəsini yüksəltmək hesabına malik olduğu iqtisadi resurslardan daha 

səmərəli istifadə etmək və nəticədə, istehsalın həcmini artırmaq imkanı verir. Belə ki, 

xarici  iqtisadi  əlaqələrin  inkişafı  əsasında  ölkələr,  nisbətən  səmərəli  istehsal  edə 

bildiyi  məhsullar  üzrə  ixtisaslaşması  və  bu  məhsulları  nisbətən  səmərəsiz  istehsal 

etdikləri  məhsullara  mübadilə  etməsi  nəticəsində  əlavə  gəlir  əldə  edə  bilirlər. 

Həmçinin,  ölkələr  arasında  xarici  iqtisadi  əlaqələrin  inkişafı  ayrı-ayrı  məhsulların 

istehsal  miqyasını  artırmaq  üçün  əlverişli  şərait  yaratmaqla,  yəni  ixtisaslaşmanın 

dərinləşməsinə səbəb olmaqla istehsalın səmərəliliyini artırmaq üçün zəmin yaradır.  

Rikardo  beynəlxalq  ticarətin  səbəbini  kapitalın  milli  sərhədləri  nisbətən  keçə 

bilməmə qabiliyyətində görürdü və dünya ticarətinin mal strukturunu ölkələr arasında 

ə

mək  məhsuldarlığında  olan  davamlı  fərqlərlə  izah  edirdi.  Malın  nisbi  qiymətinin 



onların istehsalına çəkilən nisbi əmək xərclərinə proporsional olaraq dəyişdiyini fərz 

etməklə,  o  göstərmişdir  ki,  azad  ticarət  ona  gətirib  çıxaracaqdır  ki,  hər  bir  ölkə 

müqayisəli  üstünlüyə  malik  olduğu  malları  ixrac  edəcəkdir  və  belə  ticarət  özünü 

təminetmə vəziyyəti ilə müqayisədə qarşılıqlı olaraq daha faydalı olacaqdır. 

Rikardo  nəzəriyyəsi  müqayisəli  xərclərdə  ölkələrarası  fərqləri  doğuran 

məhsuldarlıqdakı  fərqləri  izah  etməyə  cəhd  etməmişdir,  belə  ki,  məhz  bu  amil 




 

16

beynəlxalq  ticarəti  doğurur.  Müasir  Hekşer-Olin  nəzəriyyəsi  məhsuldarlıqdakı  bu 



fərqlərlə ölkələr arasında olan amillərlə ilkin təminatlılıq fərqlərini əlaqələndirir ki, 

bu  da  izahın  bütün  ağırlığını  öz  üzərinə  götürür.  Ölkələr  arasında  amillərin 

keyfiyyətindəki  fərqlər,  eləcə  də  baxılan  mallar  üçün  istehsal  funksiyalarındakı 

fərqlər  kimi  beynəlxalq  ticarətin  mal  dövriyyəsi  strukturunun  daha  aşkar 

determinantları qəsdən fərziyyələrdən çıxarılır. Hekşer-Olin nəzəriyyəsi öz kulmi-

nasiyasını Hekşer-Olin teoremində (HOT) tapır: ölkə istehsalının özündə  nisbətən 

bol olan amildən intensiv istifadə olunan malları ixrac edir və istehsalında nisbətən 

nadir  amildən  intensiv  istifadə  olunan  malları  isə  idxal  edir.  Bu  teorem  həqiqətə 

uyğundur:  o,  beynəlxalq  ticarətin  strukturunu  yalnız  fərziyyə  şərti  ilə  izah  edir, 

ə

gər, məsələn, hər hansı bir ölkədə tələb istehsalında geniş yayılmış amilin intensiv 



istifadə olunduğu malların istiqamətinə dəyişərsə, HOT-a riayət olunmaya bilər. 

Hekşer və Olinin əhəmiyyətli hesab etdiyi tələb parametrləri və miqyasa qənaət 

kimi parametrlərin bir çoxu müzakirədən düşdü və nəzəriyyənin sonrakı inkişafı iki 

ə

sas baninin qarşıya qoyduğu əsas vəzifədən əhəmiyyətli dərəcədə kənarlaşdı. Hekşer 



və  Olin  hesab  edirdilər  ki,  beynəlxalq  ticarətin  ölkələr  arasında  amillərin hərəkətini 

ə

vəz etdiyi dərəcədə sərbəst ticarət bu amillərin nadirlik dərəcəsini bərabərləşdirəcək 



və nəticə etibarilə bütün dünya üzrə onların qiymətlərini də bərabərləşdirəcəkdir; bu 

halda,  Olinin  bu  prosesin  mütləq  bərabərləşmə  ilə  qurtarmamasını  hesab  etməyə 

tutarlı  əsasları  var  idi.  Samuelson  HOT-dan  nəticə  çıxarmaq  üçün  çox  səy 

göstərmişdir,  yəni  istehsal  amillərinin  qiymətlərinin  bərabərləşdirilməsi  teoremini 

çıxarmışdır:  bir  sıra  xüsusi  şərtlərdə  (tam  rəqabət,  sıfır  nəqliyyat  xərcləri,  tam 

olmayan  ixtisaslaşma,  eyni  xətti  bircins istehsal  funksiyası,  eyni homotetik  zövqlər, 

amillərin  bütün  digər  nisbi  qiymətlərində  amillərdən  istifadənin  sabit  nisbi 

intensivliyi,  malların  sayını  keçməyən  amillərin  keyfiyyətinə  və  sayına  görə 

eynicinsliliyi)  sərbəst  ticarət  qismən  deyil,  amillərin  qiymətlərinin  tam 

bərabərləşməsinə gətirib çıxarır. Bu incə ifadə nəticədə n ölkəyə, n amilə və n mala 

qədər  ümumiləşdirildi,  halbuki  bugünkü  gün  də  iki  ölkə,  iki  amil  və  iki  mal  üçün 

qalan HOT haqqında bunu demək olmaz.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə