Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   2   3   4   5   6   7   8   9   ...   25

 

aşağı salmağa imkan verir. Nəticədə, ayrı-ayrı müəssisələr dünya bazarına çıxmaq-



la məhsul istehsalına çəkilən xərcləri minumumlaşdıra bilirlər. 

Milli  iqtisadiyyatın  strukturuna  təbii  amillər,  əmək  ehtiyatları,  elmi-texniki 

tərəqqi, nəqliyyat şərtləri, ərazidə istehsalın yerləşməsinin xarakteri, xarici amillər, 

dövlət siyasəti təsir göstərir. Bütün bu amillər bir-birinə təsir göstərir. Bu amillərin 

milli  iqtisadiyyatın  strukturuna  təsir  dərəcəsi  ölkənin  və  ayrı-ayrı  iqtisadi 

rayonların  məhsuldar  qüvvələrinin  inkişaf  səviyyəsindən,  ayrı-ayrı  sahələrinin 

iqtisadi  xüsusiyyətlərindən,  yerləşməsində  dəyişikliklər  nəzərdə  tutulduğu  dövrün 

konkret şəraitinidən asılıdır.  

Ölkədə  ayrı-ayrı  sahələrin  inkişafına  təsir  göstərən  əsas  amillərdən  biri  təbii 

amillərdir.  Belə  ki,  ölkənin  ayrı-ayrı  rayonlarının,  faydalı  qazıntılarının,  su  ener-

getikası və meşə ehtiyatlarının kəmiyyət və keyfiyyət xarakteristikası, müxtəlif ra-

yonların  iqlim  şəraiti,  təbii  torpaq  və  su  ehtiyatları,  nəqliyyat  yolları  ölkədə  kənd 

təsərrüfatının,  sənaye  sahələrinin,  nəqliyyat  növlərinin  inkişafına  birbaşa  təsir 

göstərir.  Təbii-iqlim  şəraiti  bu  və  ya  digər  regionun  ərazisinə  əhalinin 

məskunlaşmasını və onun mənimsənilməsini yüngülləşdirə və ağırlaşdıra bilər, 

təbii  resurslardan  istifadənin  miqyasına,  yollarına  və  formalarına  təsir  edə 

bilər. 

Ölkədə  kənd  təsərrüfatına  yaralı  torpaq  sahələrinin  miqdarı  və  keyfiyyəti, 



iqlim  şəraiti,  su  ehtiyatları    kənd  təsərrüfatının  inkişafını  müəyyən  edir.  Kənd 

təsərrüfatında  istehsal  vasitəsi  torpaq  sayrlır.  Müəyyən  iqlim  şəraitində  kənd 

təsərrüfatı işlərinin mövsümi olması, onların gedişinin təbii şəraitin xarakteri ilə sıx 

bağlıhğı  ilə  əlaqədardır.  Ölkədə  bitkiçilik  sahəsinin  inkişafına  təsir  edən  amillərə 

aşağıdakılar aiddir: 

- torpağın keyfiyyəti; 

- istiliklə təmin olunma; 

- günəş radiasiyası; 

- yağıntıların miqdarı; 

- əlverişsiz təbii şəraitin təkrar olunma ehtimalı; 

- su resursları ilə təmin olunma; 



 

- ərazinin releyfi və s. 



Hevandarlığın inkişafı isə təbii iqlim şəraiti ilə yem bazasının inkişafı birbaşa 

təsir göstərir.  

Həlledici sənaye sahələrində, su energetikasında təbii şərait müəssisələrin ti-

kintisinə və istifadə edilməsinin bütün texniki-iqtisadi göstəricilərinə bilavasitə tə-

sir göstərir. Faydalı qazıntıların fiziki-kimyəvi xassləri hasiledici sənaye müəssisə-

lərinin təmərküzləşmə səviyyəsini, hasilat metodlarının, çıxarılan maddələrin ilkin 

emalının  xarakterini  müəyyən  edir.  qtisadi  səmərəlilik  göstəricilərinin  kəmiyyəti 

mədən  müəssisələrinin  ölçüsündən,  hasilat  texnikasından,  çıxarılan  maddələrin 

xassələrindən  asılıdır.  Məlumdur  ki,  xüsusi  əsaslı  vəsait  qoyuluşları,  məhsulun 

maya dəyəri və əmək məhsuldarlığı kimi göstəricilər kömürün, filizlərin, kimyəvi 

xammalların  açıq  üsulla  çıxarıldığı  iri  mədənçıxarma  müəssisələrində,  tərkibində 

faydalı komponentlərin faizi çox olan faydalı qazıntıların çıxarılmasında daha yax-

ş

ıdır. Yaxşı təbii şərait-güclü su axını, daşlıq bünövrə daha az xüsusi əsaslı məs-



rəflərlə və az istismar xərcləri ilə iri su elektrik stansiyaları yaratmağa imkan verir.   

Təbii şərait hasiledici sənayenin yerləşdirilməsi vasitəsilə emaledici sənayenin 

bir  sıra  sahələrinin  yerləşməsinə  də  təsir  göstərir.  Belə  ki,  qara  və  əlvan  me-

tallurgiya müəssisələri filizlərin çıxarıldığı yerə, ağac emalı müəssisələri oduncağın 

tədarük  etdiyi  yerə  meyl  edir;  enerjitutumlu  sahələr  ucuz  yanacaq  və  elektrik 

enerjisi mənbələrinin yaxınlığında yerləşdirilir.  

Qara  metallurgiya  müəssisələrinin,  istilik elektrik  stansiyalarının,  kimya  sənaye-

sinin bir sıra sahələrinin yerləşdirilməsinə su ehtiyatları  mühüm təsir göstərir. Rayon-

da kifayət qədər su ehtiyatının olmaması hətta metallurgiya üçün lazımi qədər xammal 

ehtiyatı olduqda belə qara metallurgiya zavodlarının yaranmasını ləngidə bilir.  

qlim şəraiti sənayenin yerləşməsinə hər şeydən əvvəl, müxtəlif rayonlarda in-

sanların  əmək  və  həyat  şəraitinin  eyni  olmaması  ilə  təsir  edir.  qlim  soyuq  olan 

rayonlarda  mənzil,  paltar,  qida  məsrəfləri  isti  iqlimi  olan  rayonlara  nisbətən  çox 

tələb olunur. Bu baxımdan iqlim soyuq olan rayonlarda müəssisələr tikərkən əsaslı 

vəsait qoyuluşları iqlimi isti olan rayonlardakın. 



 

10

Qeyd  etmək  lazımdır  ki,  elmi-texniki  tərəqqi,  xüsusən  elektrikləşdirmə  və 



kimyalaşdırma sənayesinin yerləşdirilməsinə təbii şəraitin təsirini azaldır. Mineral 

xammal və yanacaq növlərinin hasilatı, saflaşdırılması və emalının yeni metodları 

ə

vvəllər  istifadəsi  qeyri-qənaətli  olan  yataqları  sənaye  istifadəsi  dairəsinə 



müvəffəqiyyətlə cəlb etməyə imkan verir. Lakin elmi-texniki tərəqqi sənayenin bir 

çox  sahələrinin  yerləşməsinə  təbii  amilin  təsirini  yalnız  zəiflədə  bilər,  amma  onu 

təmamilə aradan qaldıra bilməz. 

Qeyd  etmək  lazımdır  ki,  təbiətdə  monotərkibli  xammal  yoxudur.  Regionda 

kənd  təsərrüfatı  və  mineral  xammalın  emalı  zamanı  əsas  məhsulla  yanaşı  əlavə 

məhsullar  da  yaranır.  Belə  şəraitdə  ayrı-ayrı  məhsulların  bazarlarının  sərhədləri 

ciddi şəkildə fərqlənirsə və ya əlavə məhsulların emal imkanları məhduddursa, bu 

amil  regionda  sənaye  istehsalının  rəqabət  qabiliyyətinin  aşağı  düşməsinə  səbəb 

olur. Çünki bu halda əlavə məhsulların istehlak imkanlarının məhdud olması və ya 

təklifin  tələbi  üstələməsi  nəticəsində  qiymətin  aşağı  düşməsi  müəssisənin  bu 

istehsalla  əlaqədar  əldə  etdiyi  mənfəət  normasını  azaldır.  Müəssisənin  istehsal  et-

diyi rəqabətqabiliyyətli məhsul isə ona normal mənfəət normasını təmin etməlidir. 

Bu  amil  kiçik  ölkədə  istehsalın  ixtisaslaşmasının  mümkün  variantlarını  məhdud-

laşdırır.  Nisbətən  kasıb  ölkələrdə  bu  amil  daha  təsirli  olur.  Çünki  daxili  bazarın 

həcmi  həm  istehlakçıların  sayı  ilə,  həm  də  onların  xərcləmək  imkanında  olduğu 

vəsaitlərin  həcmi  ilə  müəyyən  olunur.  Bu  baxımdan,  eyni  coğrafi  sərhədlər  daxi-

lində  bazarın  həcmi  varlı  ölkələrdə  kasıb  ölkələrə  nisbətən  böyük  olur.  Beləliklə, 

xammalın  emalı  nəticəsində  əldə  edilən  məhsulların  bəzilərinin  satışı  ilə  əlaqədar 

yaranan problemlər nisəbətən kasıb regionlarda istehsalın minimal səmərəli ölçüdə 

təşkilini çətinləşdirir.  

Təbii  amillər  istehsala  xidmət  sahələrinin  strukturunun  müəyyən  olun-

masında  əhəmiyyətli  amillərdəndir.  Məhz  bu  amil  çox  vaxt  ölkədə  və  ya 

ölkənin  müəyyən  regionunda  istehsala  xidmətin  hansı  sahəsinin  inkişaf 

etdirilməsinə  üstünlük  verilməsinin  müəyyən  olunmasına  əsaslı  şəkildə  təsir 

göstərir.  Məsələn,  ölkədə  çayların  olması,  dəniz  sahilində  olması  çay 

nəqliyyatının və ya dəniz nəqliyyatının inkişafını müəyyən edir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə