Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   17   18   19   20   21   22   23   24   25

 

74

mümkündür.  ri həcmdə kapital qoyuluşu tələb edən yol təsərrüfatı, su, qaz, enerji 



sistemlərinin  inkişafı  üçün  ilkin  kapitalın  ya  dövlət  tərəfindən  və  ya  daha  yaxşı 

halda digər maraqlı tərəflərin (daxili və xarici iş adamlarının) investisiya qoyuluşu 

ə

sasında  həyata  keçirilməsi  zəruridir.  Hazırda  iri  həcmli  investisiya  tələb  edən 



sahələrin  dövlət  tərəfindən  inkişaf  etdirilməsi  vacibdir.  Bu  başqa  sahələrin  özəl 

sektor və donor təşkilatlar tərəfindən inkişafını şərtləndirə bilər. 

Azərbaycan  hökuməti  özəl  sahibkarlıq  subyektləri  ilə  əməkdaşlıq  əsasında 

qeyri-neft  sektorunda  iri  şirkətlərin  yaradılması  istiqamətində  tədbirlər  həyata 

keçirməlidir.  Hazırkı  dövrdə  özəl  sektorun  iqtisadi,  maliyyə,  təşkilati  və  texniki 

imkanları  iri  şirkətlərin  yaradılması  imkanlarını  məhdudlaşdırır.  Dövlətin  maliyyə 

imkanları  və  səfərbəredici  rolu  belə  şirkətlərin  yaradılmasını  və  inkişafını 

sürətləndirə  bilər.  Belə  şirkətlərin  yaradılması  nisbətən  uzun  müddət  və  iri 

investisiya  qoyuluşları  tələb  edir.  Belə  investisiya  iri  şirkətin  yaradılması  üçün 

istehsal  obyektlərinin  yaradılması  ilə  yanaşı,  satış  kanallarının  formalaşdırılması, 

ixtisaslı kadrların hazırlanması və s. məsələləri  də əhatə etməlidir.   

Beləliklə,  yuxarıda  qeyd  edilənlər  onu  göstərir  ki,  qeyri-neft  sektorunun 

inkişaf  etdirilməsi  üçün  kompleks  tədbirlərin  həyata  keçirilməsi  tələb  olunur. 

Fikrimizcə,  neft  gəlirləri  hesabına  dayanıqlı  iqtisadi  artımı  təmin  edən  rəqabət 

qabiliyyətli  iqtisadiyyatın  formalaşdırılması  dövlət  və  özəl  sektorun  imkanlarının 

səfərbər  edilməsindən,  xarici  və  daxili  amillərdən  səmərəli  istifadə  olunmasından 

asılı  olacaqdır.  Bununla  yanaşı,  qeyri-neft  sektorunda  inkişaf  prioritetlərinin 

düzgün müəyyən edilməsi iqtisadi siyasətin işlənməsinin ən vacib mərhələlərindən 

biridir.  Belə  ki,  bir  çox  ölkələrdə  milli  iqtisadiyyatın  strukturunun  dəyişdirilməsi 

üzrə  həyata  keçirilmiş  tədbirlərin  uğursuzluqla  nəticələnmişdir.  Buna  görə  də, 

qeyri-neft  sektorunda  prioritet  sahələrin  müəyyən  edilməsi  zamanı  onların 

inkişafının  təmin  olunmasının  zəruri  və  kafi  şərtləri  dəqiq  müəyyən  edilməlidir. 

Həmçinin qarşıya qoyulan məqsədlərə nail olunması həyata keçirilən tədbirlərin və 

inkişaf etdirilən sahələrin həm zaman, həm də məkan baxımından düzgün əlaqələn-

dirilməsindən asılıdır.  

 



 

75

NƏT CƏ 

Dissertasiya  işində  Azərbaycanda  qeyri-neft  sektorunun  inkişafının  mövcud 

vəziyyətinin  kompleks  tədqiqi  əsasında  aşağıdakı  nəticə  və  təkliflər  irəli 

sürülmüşdür: 

1.  Milli  iqtisadiyyatın  strukturuna  təbii  amillər,  əmək  ehtiyatları,  elmi-texniki 

tərəqqi,  nəqliyyat  şərtləri,  ərazidə  istehsalın  yerləşməsinin  xarakteri,  xarici  amillər, 

dövlət  siyasəti  təsir  göstərir.  Bütün  bu  amillər  bir-birinə  təsir  göstərir.  Bu  amillərin 

milli iqtisadiyyatın strukturuna təsir dərəcəsi ölkənin və ayrı-ayrı iqtisadi rayonların 

məhsuldar  qüvvələrinin  inkişaf  səviyyəsindən,  ayrı-ayrı  sahələrinin  iqtisadi  xüsu-

siyyətlərindən,  yerləşməsində  dəyişikliklər  nəzərdə  tutulduğu  dövrün  konkret 

şə

raitinidən asılıdır.  



2.  Təbii  sərvətlər  cəmiyyətin  maddi  və  mədəni  tələbatının  ödənilməsi  üçün 

ə

traf  mühitin  ictimai  istehsal  prosesində  istifadə  olunan  vacib  komponentidir. 



Geniş  təkrar istehsalı  ağır  sənayenin  xammal  sahələrinin  (kömür,  neft,  qaz,  dəmir 

filizi,  mədən-kimya  və  başqa  sahələrinin)  sürətli  inkişafını  tələb  edir.  Hasiledici 

sənaye  sahələrinin  inkişafı,  onların  texniki  bazası,  faydalı  qazıntı  xammalı  və 

yanacaq  hasil  edən  obyektlərin  ölkə  ərazisində  yerləşməsi,  xammal  və  yanacaq-

energetika  təsərrüfatının  strukturu  ölkənin  məhsuldar  qüvvələrinin  inkişaf 

səviyyəsini müəyyən dərəcə əks etdirir.  

Son illərdə resurslarla zəngin olan ölkələrdə «holland sindromu»nun yaranma-

sına  dair  geniş  tədqiqatlar  aparılmışdır.  Bir  çox  hallarda  «holland  sindromu»nun 

yaranması üçün şərtlər nəzərə alınmadan bunun bütün təbii resurslarla zəngin olan 

ölkələrə tətbiqinə cəhdlər edilmişdir. «Holland sindromu» yanaşmasına əsasən həm 

milli  valyuta  məzənnəsinin  möhkəmlənməsi,  həm  də  daxili  resursların  ölkədə 

sürətli  inkişaf  tempinə  malik  sahənin  xeyrinə  bölünməsi  hesabına  onların 

qiymətlərinin  artması  digər  ticari  sahələrin  inkişafını  məhdudlaşdırır.  Fikrimizcə, 

iqtisadi  resursların  təsərrüfat  dövriyyəsinə  tam  şəkildə  cəlb  edilmədiyi,  təbii 

resursların  hasilatı  sahəsinin  xarici  investisiyalar  hesabına  inkişaf  etdiyi  və  bu 

sektordan  əldə  edilən  gəlirlərin  böyük  hissəsinin  dövlətin  sərəncamında  olması 

şə

raitində ölkədə «holland sindromu»nun baş verməsi imkanları məhdud olur.  




 

76

Milli  iqtisadiyyatın  inkişafının  bir  məhsul  istehsalından  asıllılığı  iqtisadi 



inkişafın  daynanıqlılığı  baxımından  ciddi  risklər  yaradır.  Belə  ki,  neft  hasilatı 

sahəsinin  üstünlük  təşkil  etdiyi  ölkələrdə  sosial  v  iqtisadi  vəziyyət  neftin  dünya 

bazarındakı  qiymətindən  asılı  olur.  Neftin  qiymətinin  dəyişkən  olması  milli 

iqtisadiyyatda da şoklərın yaranmasına səbəb olur. Belə hal cəmiyətin əhəmiyyətli 

itkilərlə  qarşılaşmasına  və  bununla  bağlı  yaranan  risklərin  iqtisadi  inkişafa  mənfi 

təsir göstərməsi ilə müşaiyət olunur.  

3.  Millli  iqtisadiyyatda  qeyri-neft  sektorunun  inkişafının  tənzimlənmə 

mexanizmi dövlətin təsərrüfat subyektlərinin investisiya siyasətinə təsiretmə vasitə 

və  metodlarının  məcmusunu  əks  edirir  ki,  bu  vasitə  və  metodları  da  şərti  olaraq 

makroiqtisadi,  mikroiqtisadi  və  institutsional  qruplara  bölmək  olar.  Belə  ki,  milli 

iqtisadiyyatda  hər  hansı  sahənin  üstün  inkişafına  nail  olmaq  üçün  bu  sahəyə 

investisiya qoyuluşları yönəldilməlidir.  

4.  Milli  iqtisadiyyatın  strukturuna  ölkədə  təbii  ehtiyatların  mövcudluğunun 

təsiri  əhəmiyyətli  olmuşdur.  Azərbaycanın  təbii  ehtiyatlarının  çox  mühüm  hissəsi 

ixrac  potensialının  inkişafında  xüsusi  əhəmiyyət  kəsb  edən  mineral-xammal 

ehtiyatlarının, xüsusilə də karbohidrogen (neft və qaz) ehtiyatlarının payına düşür.  

1996-2006-cı  illərdə  ölkədə  əsas  kapitala  investisiya  qoyuluşunun  50  faizin-

dən  çoxu  neft  sektorunun  payına  düşmüşdür.  Bu  investisiya  qoyuluşlarının  əsas 

hissəsi  xarici  investisiya  hesabına  təmin  edilmişdir.  Bununla  belə,  neft  sektoruna 

xarici investisiyanın cəlb edilməsi hesabına neft və qaz hasilatının artırılması milli 

iqtisadiyyatın  maliyyələşdirilməsi  üçün  zərur  vəsaitlərin  formalaşmasına  səbəb 

olmuşdur. Nəticədə, 2005-2013-cü illərdə milli iqtisadiyyata qoyulmuş investisiya-

nın 55,4 faizi daxili investisiya hesabına həyata keçirilmişdir. Uğurlu neft strategi-

yasının nəticəsi olaraq son 10 il ərzində investisiya qoyuluşlarının tərkibində qeyri-

neft sektoruna yönəldilən investisiyaların xüsusi çəkisi artaraq 2003-cü ildəki 25,8 

faizdən 74,3 faizədək yüksəlmişdir.  

Neft  və  qaz  hasilatına  iri  həcmli  investisiya  qoyuluşları  bu  sektorun  ÜDM-də 

payının  2000-ci  ildə  29,1  faizdən  2007-ci  ildə  56,1  faizə  qədər  artmasına  səbəb  ol-

muşdur. Bu dövrdən sonra neft gəlirlərinin qeyri-neft sektorunda xərclənməsi qeyri-



 

77

neft sektorunun ÜDM-də payının artımı ilə nəticələnmişdir. Belə ki, qeyri-neft sekto-



runun ÜDM-də payı 2007-ci ildə 37,3 faizdən 2013-cü ildə 52 faizə qədər artmışdır.  

5. 2013-cü ildə ölkədə ümumi daxili məhsul (ÜDM) 2000-ci ilə nisbətən 4,4 dəfə 

artdığı halda, neft sektorunda bu artım 4,8 dəfəyə, qeyri-neft sektorunda isə 3,7 dəfəyə 

bərabər olmuşdur. Qeyd edilən dövrdə ölkədə orta illik iqtisadi artım 12,9 faiz təşkil 

etmiş  və  nəticədə,  adambaşına  ÜDM-in  həcmi  2,8  dəfə  artmışdır.  Neft  sektorunun 

üstün  inkişafı  2004-2010-cu  illərdə  baş  vermişdir.  2010-cu  ildə  neft  hasilatı  pik 

nöqtəsinə  çatmış  və  bu  ildən  sonra  azalmağa  başlamışdır.  Belə  ki,  2000-ci  ildə 

ölkədə  neft  hasilatı  14,0  mln.  tondan  2010-cu  ildə  50,8  mln.  tona  qədər  artmış, 

2013-cü  ildə  isə  43,5  mln.  tona  qədər  azalmışdır.  Belə  şəraitdə  qeyri-neft 

sektorunun  inkişafı  ölkədə  iqtisadi  artımın  əsasə  mənbəyinə  çevrilir.  2013-cü  ildə 

neft ÜDM-i  2010-cu ilə nisəbətən 13,0 faiz azaldığı halda, qeyri-neft ÜDM-i 32,0 

faiz  artmışdır.  Qeyd  edilən  dövrdə  qeyri-neft  ÜDM-nin  artımı  hesabına  ölkədə 

ümumi daxili məhsulun 8,2 faiz artımı təmin edilmişdir.  

6. “Azərbaycan 2020: gələcəyə baxış”  nkişaf Konsepsiyasında məqsədyönlü şə-

kildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi müəy-

yən  edilmişdir.  Bu  konsepsiyaya  əsasən  neft-qaz  sektoru  və  neft-kimya  sənayesinin 

modernləşdirilməsi,  qeyri-neft  sənayesinin  şaxələndirilməsi  və  inkişaf  etdirilməsi, 

alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə  imkanlarının  genişləndiril-

məsi,  aqrar  sektorun  inkişafı  və  ərzaq  təhlükəsizliyinin  gücləndirilməsi,  ticarət  və 

xidmət  fəaliyyəti  növlərinin  genişləndirilməsi  və  inkişaf  etdirilməsi,  xarici  ticarətin 

və investisiyaların strukturunun təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdir.  

Ölkədə infrastruktur və əlaqədar sahələrin inkişafı səviyyəsi, ixtisaslı kadrların 

mövcud olması və s. amillər sənayenin inkişafını müəyyən edir. Çünki sənaye ölkə-

nin  təsərrüfat  sisteminin  yalnız  bir  hissəsidir,  bu  sahə  kənd  təsərrüfatı,  istehsala 

xidmət  və  s.  sahələr  ilə  sıx  əlaqədardır.  Bu  baxımdan,  istehsal  və  xidmət  sahə-

lərinin  bir-birləri  ilə  əlaqəli  şəkildə  inkişaf  etdirilməsinin  sərf  edilən  resurslardan 

səmərəli istifadə və iqtisadi artım tempi baxımından mühüm əhəmiyyəti vardır.  

Azərbaycanda  sənaye  məhsullarının  istehsalının  inkişaf  etdirilməsi  iki  istiqa-

mətdə baş verməlidir. Birincisi, mövcud sənaye müəssisələrinin yenidən qurulması 



 

78

və  ya  onları  əvəz  edən  yeni  müəssisələrin  yaradılması,  ikincisi  isə,  yeni  istehsal-



ların mənimsənilməsi ilə əlaqədar olmalıdır.  

Azərbaycanda  kənd  təsərrüfatı  milli  iqtisadiyyatın  mühüm  sahələrindən  biri-

dir.  Bu  sahənin  inkişafı  onun  maddi  texniki  bazasının  möhkəmləndirilməsindən 

asılıdır. Son illərdə regional iqtisadiyyatın inkişafı bu ölkələrdə kənd təsərrüfatının 

inkişafının maliyyələşdirilməsi üçün imkanlar yaratmışdır ki, bu da kənd təsərrüfatı 

texnikasına tələbatı artırmışdır. Fikrimizcə, ölkədə kənd təsərrüfatı maşınları isteh-

sal  edən  müəssisənin  yaradılması  məqsədəuyğun  olar.  Bu  müəssisə  presbağlayan, 

üzüm bağlarının dərmanlayan, gübrə səpən  maşınlar, kotanlar, fermalarda, şərabçı-

lıq sahəsində istifadə edilən maışın və avadanlıqlar  və s. istehsal edə bilər. 

Orta  müddətli  dövrdə  ölkədə  kənd  təsərrüfatı  birkilərinin  istehsalında  intensiv 

metodların  tətbiqinin  genişləndirilməsi,  bitkiçilik  məhsullarının  istehsalında  növbəli 

ə

kin sisteminin yerli şəraitə uyğun aparılması üçün özəl bölmə ilə müvafiq tədbirlərin 



hazırlanıb həyata keçirilməsi, kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin 

strukturunun  və  istehsal  həcminin  müəyyənləşdirilməsi  kimi  məsələlərin  həlli  ak-

tualdır.  

Azərbaycanda  heyvandarlıq  məhsullarına  tələbatın  tam  ödənilməsi  üçün  im-

kanlar  mövcuddur.  Belə  imkanlar  əsasən  bu  sahənin  intensiv  yolla  inkişaf  etdi-

rilməsini  nəzərdə  tutur.  Çünki  indiyə  qədər  ölkədə  heyvandarlıq  sahəsinin  inkişaf 

etdirilməsi əsasən ekstensiv yollarla inkişaf etdirilmişdir. Belə ki,  ölkədə heyvanların 

cins  tərkibinin  yaxşılaşdırılması  hesabına  həm  ət,  həm  də  süd  istehsalını  artırmaq 

imkanları  böyükdür.  Azərbaycanda  heyvandarlıq  sahəsində  məhsuldarlıq  bu  sahədə 

aparıcı mövqe tutan ölkələrdəki səviyyədən təqribən 5-6 dəfə geri qalır.  

7. Azərbaycanda qeyri-neft sektorunun inkişafını təmin etmək üçün lazımi struk-

tur,  institusional  və  mədəni  əsasların  təkmilləşdirilməsi,  yəni  əmtəə  və  pul  bazarları 

inkişaf  etdirilməsi,  qeyri-neft  sahələri  üzrə  zəruri  ixtisaslardan  olan  mütəxəssislər 

hazırlanması  və  ya  cəlb  edilməli,  sahibkarlıq  təbəqəsi,  səmərəli  inzibati  sistem  və  s. 

formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməlidir.  

Qeyri-neft  sektorunun  inkişafı  sahəsində  dövlət  siyasətinin  istiqamətlərindən 

biri  qeyri-neft  sektorunda  investisiya  qoyuluşlarının  maliyyələşdirilməsi  üçün 



 

79

ə



lverişli  şəraitin  yaradılması  ilə  əlaqədardır.  Müasir  dövrdə  qeyri-neft  sektorunun 

inkişafına  mane  olan  amillərdən  biri  ölkədə  faiz  dərəcələrinin  yüksək  olmasıdır. 

Gələcəkdə maliyyələşmə mənbələrinin genişləndirilməsi və faiz dərəcələrinin aşağı 

salınması  qeyri-neft  sektorunun  inkişafı  baxımından  mühüm  əhəmiyyət  kəsb 

edəcəkdir.  Ölkədə  qeyri-neft  sektorunun  inkişafının  güzəştli  kreditlər  hesabına 

maliyyələşdirilməsinin genişləndirilməsi zəruridir. 

Qeyri-neft sektorunun inkişafı sahəsində dövlət siyasətinin digər istiqaməti bu 

sahələrdə  istehsalın  səmərəliliyini  yüksəltməyə  xidmət  etməlidir.  Firma 

səviyyəsində  istehsalın  səmərəliliyinin  yüksəldilməsi  məqsədilə  hökumət 

tərəfindən  bir  sıra  tədbirlər  həyata  keçirilə  bilər.  Bunlardan  birincisi,  qeyd  edilən 

sahələrin  ixtisaslı  işçilərlə  təmin  edilməsidir.  Qeyri-neft  sektorunda  istehsalın 

səmərəliliyinə  təsir  göstərən  əsas  amillərdən  biri  ölkədə  infrastruktur  sahələrin 

inkişaf  etdirilməsidir.  nfrastruktur  sahələrin  inkişafı  ölkədə  maddi,  maliyyə  və 

informasiya  axınlarının  sürət  və  dəyərini  müəyyən  edir.  Ölkədə  qeyd  edilən 

axınların sürəti  yüksəldikcə, dəyəri  isə  azaldıqca,  milli  iqtisadiyyatın,  o  cümlədən 

qeyri-neft  sahələrinin  rəqabət  qabiliyyəti  də  artır.  Bu  baxımdan,  nəqliyyatın, 

rabitənin, anbar təsərrüfatının və s. infrastruktur sahələrin inkişafı emal sənayesi və 

kənd təsərrüfatı sahələrinin inkişafının müəyyən edən əsas amillərdən biridir.  

Qeyri-neft  sektorunda  istehsalın  səmərəliliyinin  yüksəldilməsinin  digər  isti-

qaməti  onların  fəaliyyətinin  birbaşa  subsidiyalaşdırılması  və  onlara  vergi  güzəşt-

lərinin  verilməsi  ilə  əlaqədardır.  Son  illərdə  Azərbaycanda  vergilərin  səviyyəsi 

ə

həmiyyətli şəkildə azaldılmışdır. Belə ki, mənfəət vergisi 2000-ci ildə 27 faizdən 



2013-cu  ildə  20  faizə,  sosial  sığortaya  ayırmalar  33  faizdən  təqribən  25,66  faizə 

qədər azaldılmışdır. Hazırda Azərbaycanda vergi dərəcələrinin azaldılması hesabı-

na  qeyri-neft  sektorunun  inkişafını  stimullaşdırmaq  imkanları  məhduddur.  Qeyri-

neft  sahələrinin  investisiya  cəlb  ediciliyini  artırmaq  və  bu  sahələrdə  istehsalın 

səmərəliliyini  təmin  etmək  üçün  səmərəli  stimullaşdırma  mexanizminin  yaradıl-

ması zəruridir. Bu mexanizm qeyri-neft sahələrinin azad bazarda səmərəli fəaliyyət 

göstərmək imkanları əldə edənə qədər fəaliyyət göstərməlidir. Hazırda ölkədə belə 

mexanizm  kənd  təsərrüfatı  sahəsi  üzrə  yaradılmaqdadır.  Belə  ki,  bu  sahə  torpaq 




 

80

vergisi  istisna  olmaqla  bütün  vergilərdən  azad  edilmiş,  güzəştli  şərtlərlə  toxum, 



gübrə  alınması  və  birbaşa  maliyyə  yardımlarının  edilməsi  təmin  olunmuşdur. 

Bununla  yanaşı,  emal  sənayesi  sahələrinin,  xüsusilə  ixracyönümlü  sahələrin 

inkişafının  dövlət  tərəfindən  dəstəklənməsi  mexanizminin  təkmilləşdirilməsinə 

ehtiyac  vardır.  Fikrimizcə,  ölkənin  emal  sənayesində  xarici  mütərəqqi  tex-

nologiyaların alınmasının və ya xarici müəssisələrin alınması hesabına yerli isteh-

salın  texniki-iqtisadi  səviyyəsinin  artırılması  məqsədilə  bu  istiqamətlərdə  firma-

ların  xərclərinin  bir  hissəsinin  dövlət  tərəfindən  kompensasiya  edilməsi  məqsə-

dəuyğun olardı. 

 

 

 

 



 

81

ST FADƏ ED LM Ş ƏDƏB YYAT 

1. “Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 

Proqramı (2009-2013-ci illər)”. 

2. Azərbaycan Respublikası Dövlət Neft Fondu.  llik hesabat 2013. Bakı: 2013. 

3. Azərbaycan Respublikası Mərkəzi Bankı.  llik hesabat, Bakı: 2005, 204 s. 

4. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  ildə  fəaliyyəti 

haqqında hesabat. Bakı: 2011, 508 s. 

5. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2014-cü  ildə  fəaliyyəti 

haqqında hesabat. Bakı: “Azərbaycan” nəşriyyatı, 2014. 

6. Azərbaycanda  kənd  təsərrüfatı  bazarlarının  tədqiqi.  Yekun  hesabat.  Dünya 

Bankı,  yun, 2005-ci il. 

7. Azərbaycanın  Daxili  Resurs  Dəyərinin  təhlili.  Yekun  hesabat.  USAID.  18 

mart 2009-cu il.  

8. Azərbaycanın Statistik Göstəriciləri: 2014. Bakı, 2014. 

9. Əhmədov B.S. Milli iqtisadiyyatda investisiya qərarlarının qəbulu mexanizmi 

və ona təsir edən amillər / “ qtisad elmləri: nəzəriyyə və praktika” jurnalı, № 2, 2010. 

s. 180-188. 

10. Əhmədov  M.A.  Qloballaşma  və  milli  iqtisadiyyatın  formalaşması.  Bakı, 

Azərnəşr, 2003. 

11.  Ələkbərov  Ə.Ə.  Sosial-iqtisadi  inkişafın  maliyyə-büdcə  parametrlərinin 

tənzimlənməsi (Monoqrafiya). Bakı, “Elm”, 2007, 448 s. 

12.  Salahov  S.V.  Aqrar  sahənin  dövlət  tənzimlənməsi  problemləri.  Bakı: 

Nurlar, 2004, 504 s. 

13. Şəkərəliyev  A.Ş.  Dövlətin  iqtisadi  siyasəti:  reallıqlar  və  perspektivlər 

(monoqrafiya). Bakı: “ qtisad Universiteti”, 2009, 415 s. 

14. H.А.Шагас,  Е.А.Туманова.  Макпоэкономика-2.  М.:  Издательство 

Московского

 Университета, 2006. 

15. Бондаренко  О.Ю.,  Веселов  Д.А.  Оптимальное  накопление  капитала  в 

ресурсной

 экономике: Препринт WP12/2009/06. М.: Изд. дом Государственного 

университета

 — Высшей школы экономики, 2009.  32 с.  




 

82

16. Е.И.Лавров,  Е.А.Капогузов.  Экономический  рост:  теории  и  проблемы. 



Омск

: Изд-во ОмГУ, 2006, 214 с.  

17. Полтерович В., Попов В., Тонис А. Экономическая политика, качество 

институтов

 и механизмы “ресурсного проклятия” // Вопросы экономики, 2007, 

 6, с. 4-27. 



18. Портер  М..  Международная  конкуренция.  Конкурентные премушества 

стран


. М.: Международные отношения, 1993.  

19. Самуэльсон П., Нордхаус В., Экономика. М., БИНОМ, 1997. 

20. Ю.В.Шараев. Теория экономического роста. Москва Издательский дом 

ГУ

 ВШЭ, 2006. 



21. Auty Richard M. Resource Abundance and Economic Development. World 

Institute  for  Development  Economic  Research.  New  York:  Oxford  Press,  1998.  p. 

839-846   

22.  Jon Wakeman-Linn, Paul Mathieu, Bret van Selm. Oil Funds and Revenue 

management in transition economies: The case of Azerbaijan and Kazakhstan. IMF, 

2003. 


23. Stevens,  P.  Resource  Impact:  Curse  of  Blessing?  A  Literature  Survey  / 

Journal of Energy Literature, 2003, 9, p. 3-42. 

24. Stijns  J.T.  Natural  resource  abundance  and  economic  growth  revisited. 

Development and Comparative Systems, 0103001, EconWPA, 2005. 

25.Thorvaldur Gylfason. Natural Resources and Economic Growth: What Is the 

Connection?, CESifo Working Paper Series 530, 2001. 

26.W. Max Corden, J. Peter Neary. Booming Sector and De-Industrialization in 

a  Small  Open  Economy/  The  Economic  Journal,  vol.  92,  №  368,  (Dec.,  1982),  pp. 



825-848. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə