Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

 

53

Füzuli  su  elektrik  stansiyasının  istismara  buraxılması  25  meqavat,  Mingəçevir  və 



Varvara  su  elektrik  stansiyalarının  yenidən  qurulması  isə  90  meqavat  artırmışdır. 

Son  illərdə  yeni,  müasir  tələblərə  cavab  verən  elektrik  stansiyalarının  tikilməsi, 

mövcud  olanların  yenidən  qurulması  və  elektrik  stansiyalarının  istismar 

rejimlərinin  yaxşılaşdırılması  hər  kilovat-saat  elektrik  enerjisinə  yanacaq  sərfinin 

ə

həmiyyətli dərəcədə azaldılmasına səbəb olmuşdur.  



Son  illərdə  ölkədə  qeyri-neft  2011-ci  il  21  dekabr  tarixli  “Sumqayıt  Kimya 

Sənaye  Parkının  yaradılması  haqqında”  fərmanının  və  2011-ci  il  28  dekabr  tarixli 

“Bakı  şəhərində  Balaxanı  Sənaye  Parkının  yaradılması  haqqında”  sərəncamlarına 

müvafiq olaraq ölkədə sənaye parkları yaradılmağa başlanmışdır. Sənaye parklarının 

yaradılması ilə bağlı olaraq hüquqi baza formalaşdırılmışdır. Belə ki, “Sənaye Park-

ları  haqqında”  Nümunəvi  Əsasnamə  hazırlanaraq  2013-cü  il  24  aprel  tarixdə  təsdiq 

edilmiş,  2013-cu  il  yanvarın  1-dən  qüvvəyə  minmiş  “Azərbaycan  Respublikasının 

Vergi  Məcəlləsində  dəyişikliklər  edilməsi  haqqında”  qanunana  əsasən  Azərbaycan 

Respublikası Prezidentinin fərman və sərəncamları ilə yaradılmış sənaye və texnolo-

giya  parklarında  sahibkarlıq  fəaliyyəti  göstərən  fiziki  şəxslərin  gəlirləri  7  il  müd-

dətinə gəlir vergisindən azad edilmişdir. Həmçinin parkların idarəedici təşkilatının və 

operatorunun  mənfəətinin  parkın  infrastrukturunun  tikintisinə  və  saxlanılmasına  yö-

nəldilmiş hissəsinin müddət qoyulmadan, sənaye və texnologiya parklarının rezidenti 

olan hüquqi şəxslərin fəaliyyətindən əldə etdikləri gəlirlərin 7 il müddətinə mənfəət 

vergisindən, sənaye və texnologiya parklarının infrastrukturunun, istehsal sahələrinin 

yaradılması və tikintisi  məqsədi ilə  idxal edilən texnikaların, texnoloji  avadanlıq  və 

qurğuların  ƏDV-dən,  parkların  idarəedici  təşkilatı  və  operatoru,  parkların  rezidenti 

olan hüquqi və fiziki şəxslərin əmlak və torpaq vergilərindən azad edilmişdir.  

Son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaş-

mış,  güzəştli  kreditlərin  həcmi  əhəmiyyətli  dərəcədə  artmışdır.  Son  illərdə  ölkədə 

bu  məqsədlə  bir  sıra  inkişaf  institutları  yaradılmışdır.  Bunlardan  biri  Sahibkarlığı 

Kömək  Milli  Fondudur.  “Azərbaycan  Respublikasının  Sahibkarlığa  Kömək  Milli 

Fondunun fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Pre-

zidentinin 7 oktyabr 2009-cu il tarixli fərmanı ilə Fondunun vəsaitlərinin istifadəsi 




 

54

qaydaları təkmilləşdirilmişdir. Bu fərmana əsasən kreditlərin minimal həcmi 10 min 



manata, maksimal həcmi isə 5 mln. manata qədər artırılmış, kreditin verilməsi me-

xanizmini təkmilləşdirilmiş, kreditin verilməsi haqqında qərarın qəbulu üçün lazım 

olan müddət 35 gündən 20 günə qədər azaldılmışdır (12). Hazırda Fond sahibkarlıq 

subyektlərinə  10000  manatdan  50000  manatadək  –  kiçik  həcmli  kreditlər,  50001 

manatdan  250000  manatadək  -  orta  həcmli  kreditlər,  250001  manatdan  1000000 

manatadək  -  böyük  həcmli  kreditlər,  1000001  manatdan  5000000  manatadək  -  iri 

həcmli kreditlər verir. Hər bir sahibkarlıq subyektinin Fondun vəsaitləri hesabına al-

dığı güzəştli kreditin maksimum həddi 5 mln. manatdan artıq ola bilməz. Sahibkar-

lığa Kömək Milli Fondu tərəfindən verilən kreditlər həm müddət, həm də faiz dərə-

cəsi baxımında çox güzəştli şərtlərə malikdir. Belə ki, Fond tərəfindən kiçik həcmli 

kreditlər üçün 2 ilədək, orta həcmli kreditlər 3 ilədək, böyük həcmli kreditlər 5 ilə-

dək, iri həcmli kreditlər 7 ilədək verilir.  nvestisiya layihələrinin maliyyələşdirilmə-

si üçün verilən kreditlərin illik faiz dərəcəsinin ən yüksək həddi 6 faizə bərabərdir. 

Bu da ölkədə kommersiya banklarının verdiyi kreditlərin faiz dərəcəsindən ən azı 3 

dəfə azdır. Kreditlərdən istifadə üzrə güzəşt müddəti, kredit verilmiş hər bir sahib-

karlıq subyekti üçün fəaliyyətin xarakterindən asılı olaraq nağd pulun hərəkəti barə-

də məlumat əsasında müəyyən edilir və kreditin istifadə müddətinin ilk 2/3 dövrünü 

ə

hatə  edə  bilər.  Güzəşt  müddətində  sahibkarlıq  subyektləri  yalnız  faiz  borclarını 



ödəyir,  əsas  borc  üzrə  isə  hər  hansı  ödəniş  həyata  keçirmirlər.  Sahibkarlıq  fəaliy-

yətinin  dəstəklənməsi  və  bu  sahəyə  dövlət  qayğısının  artırılması  məqsədilə  2004-

2013-cü  illərdə  Azərbaycan  Respublikasının  Sahibkarlığa  Kömək  Milli  Fondunun 

vəsaitləri  hesabına  ölkə  üzrə  ümumilikdə  19,1  min  sahibkarlıq  subyektinə  1,2 

milyard manat güzəştli kredit verilmiş, nəticədə 110 min yeni iş yeri yaradılmışdır. 

Ölkədə  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  və  yeni  müəssisələrin 

yaradılması  istiqamətində  fəaliyyət  göstərən  inkişaf  institutlarından  biri  də 

Azərbaycan  nvestisiya  Şirkətidir.  Bu  şirkət  « nvestisiya  fəaliyyətinin  təşviqi  üzrə 

ə

lavə tədbirlər haqqında» ölkə prezidentinin 30 mart 2006-cı il tarixli sərəncamı ilə 



yaradılmışdır.  Şirkətin  investisiya  fəaliyyətinin  məqsədi  kimi,  ölkə  iqtisadiyyatının 

qeyri-neft  sahələrində  fəaliyyət  göstərən  səhmdar  cəmiyyətlərinin  və  digər 




 

55

kommersiya  təşkilatlarının  nizamnamə  kapitalındakı  iştirak  payını,  o  cümlədən 



səhmlərini almaqla müddətli investisiya həyata keçirilməsi çıxış edir.  

Azərbaycan  nvestisiya  Şirkətinin  yaradılması  əsasən  qeyri-neft  sektorunda  in-

vestisiya fallğının stimullaşdırılmasına yönəldilmişdir. Belə ki, şirkət investisiya qoy-

duğu kommersiya təşkilatının nizamnamə kapitalında üstün iştiraka malik ola bilməz. 

Eyni  zamanda  kommersiya  təşkilatının  nizamnamə  kapitalına  qoyulan  investisiya 

üçün  şirkətin  ali  idarəetmə  orqanının  müəyyən  etdiyi  müddət  bitdikdə,  şirkət  əldə 

etdiyi iştirak payını bazar qiymətləri ilə sataraq kommersiya təşkilatındakı iştirakına 

xitam  verir.  Beləliklə,  hazırda  Azərbaycan  nvestisiya  Şirkətinin  yaradılması  özəl 

bölmənin  maliyyələşdirilməsinə  və  investisiya  fəaliyyətinin  stimullaşdırılmasına 

ə

lavə imkanlar yaradır.  



 Azərbaycanda yerli sahibkarların ixrac və investisiya təşəbbüslərinin dəstəklən-

məsi üçün Azərbaycanda  xracın və  nvestisiyaların Təşviqi Fondu yaradılmışdır. Bu 

fond  tərəfindən  təkcə  2013-cü  ildə  54  xarici  şirkətin  (Danimarka,  Almaniya,  Polşa, 

Pakistan,  Çin,  spaniya,  taliya,  Sloveniya,  Pakistan,  Cənubi  Afrika,  Portuqaliya, 

Hindistan,  Cənubi  Koreya,  Türkiyə,  Qətər,  Fransa,  BƏƏ,  Banqladeş,  Rusiya,  ABŞ, 

Hollandiya, Yunanıstan, Böyük Britaniya, Macarıstan) Azərbaycanda biznes mühiti, 

investisiya  imkanları,  prioritet  olan  iqtisadi  sahələr,  investisiya  layihələri,  yerli 

ş

irkətlər, qanunvericilik, vergi rejimi, gömrük rüsumları və digər bu kimi mövzularda 



olan sorğuları  cavablandırılmış və dövlət orqanları və  müvafiq  sektorlarda  fəaliyyət 

göstərən  yerli  şirkətlərlə  görüşləri  təşkil  olunmuşdur.  Yerli  şirkətlərə  ixracla  bağlı 

müxtəlif məsləhət və məlumatlandırma xidmətləri göstərilmişdir.  

“Aqrolizinq”  Açıq  Səhmdar  Cəmiyyəti  kənd  təsərrüfatı  məhsulları istehsalçı-

larının müasir kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, 

pestisidlər və cins damazlıq heyvanlarla təmin olunması və istehsalçılara müxtəlif 

aqrotexniki xidmətlər göstərilməsi sahəsində fəaliyyət göstərir. Təkcə 2013-cü ildə 

“Aqrolizinq”ASC-yə  96,56  milyon  manat  vəsait  ayrılmışdır. Bu  ildə  “Aqrolizinq” 

ASC  tərəfindən  58,32    milyon      manat  dəyərində  2854  ədəd  kənd  təsərrüfatı 

texnikası alınmışdır ki, bunlardan 272 ədədi taxılyığan kombayn, 883 ədədi traktor, 

və 1683 ədədi traktora qoşulan digər texnikalardır.  



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə