Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

 

41

Arpaçay  Su  Elektrik  Stansiyası,  Sumqayıt  şəhərində  “Gilan”  Tekstil  Parkı,  polad 



boru  zavodu,  “Sağlam  qida”  Aqrar  Sənaye  Kompleksi,  Şirvan  şəhərində  “Cənub” 

Elektrik  Stansiyası,  Ağcabədi  rayonunda  “Aqat-Aqro”  heyvandarlıq  kompleksi, 

Gədəbəy  rayonunda qızıl  emalı  zavodu,  Qazax  rayonunda sement  zavodu,  Qəbələ 

rayonunda  üzüm  emalı  zavodu,  heyvandarlıq-südçülük  kompleksi,  Aqrar  Sənaye 

Kompleksi,  smayıllı rayonunda tikiş fabriki, “ smayıllı-1” Su Elektrik Stansiyası, 

Ş

abran  rayonunda  Vəlvələçay-Taxtakörpü  kanalı,  Taxtakörpü  su  anbarı,  Taxta-



körpü Su Elektrik Stansiyası, Yevlax rayonunda hava limanı istifadəyə verilmişdir.  

2003-2010-cu  illərdə  sənaye  istehsalının  artmı  əsasən  neft  və  qaz  hasilatı 

hesabına baş verirdisə, 2010-cu ildəq sonra neft hasilatının azalması fonunda qeyri-

neft  sənaye  sahələri inkişafı hesabına  sənaye  məhsulunun  azaması  məhdudlaşmış-

dır.  2003-2013-cü  illərdə  davamlı  inkişaf  yolu  keçən  qeyri-neft  sənayesində  orta 

illik  artım  5,5  faiz  olmaqla,  istehsal  1,7  dəfəyədək  artmışdır.  Təkcə,  2013-cü  ildə 

Sumqayıt Kimya Sənaye Parkının təməli qoyulmuş və Parkın ərazisində ilk sərma-

yəçi  olan  “Azərtexnolayn”  ASC-nin  polad  boru  zavodu  fəaliyyətə  başlamış,  Bakı 

şə

hərində  gəmiqayırma  zavodu,  gəmi  təmiri  istehsalat  bazası,  qaz  turbinli  stilik 



Elektrik  Stansiyası,  Qazax  rayonunda  sement  zavodu,  Sumqayıtda  polad  boru 

zavodu,  “Gilan”  tekstil  parkı,  Abşeron  rayonunda  Birdəfəlik  plastik  qablar  və 

priforminqlər  istehsalı,  “Milla”  süd  məhsulları  və  dondurma  istehsalı  zavodları, 

Hacıqabulda  seramik  plitələr  istehsal  edən  müəssisə,  Şirvan  şəhərində  “Cənub” 

Elektrik  Stansiyası,  Qəbələ  rayonunda  üzüm  emalı  zavodu,  smayıllı  rayonunda 

tikiş fabriki, “ smayıllı-1” SES, Şabran rayonunda Taxtakörpü SES, Naxçıvan MR-

də Arpaçay SES və digər sənaye müəssisələri yaradılmışdır. 

Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin payı 2003-

cü ildə 56,8 faizdən 2013-cü ildə 81,4 faizə qədər artmışdır. Sənayenin maşınqayır-

ma,  metallurgiya,  kimya,  mebel,  toxuculuq,  qida  və  digər  sahələrində  dinamik 

artım  baş  vermişdir.  Ölkədə  innovativ  və  yüksək  texnologiyalar  əsasında  rəqabət 

qabiliyyətli sənaye müəssisələrini təşkil etmək istiqamətində Sumqayıt Texnologi-

yalar Parkı, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parkları, Yüksək Texno-

logiyalar Parkı yaradılmasıdır.  




 

42

Qeyd  edilənlərlə  yanaşı,  sənayenin  strukturunda  mədənçıxarma,  elektorenerge-



tika  və  yerli  bazarın  tələbatını  ödəyən  yerli  sənaye  məhsulları  istehsalı  sahələri 

mütləq üstünlüyə malikdir. Belə ki, 2013-cü ildə sənaye məhsulunda mədənçıxarma 

sənayesinin payı 74,0 faizə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi 

və təchizatı sahəsinin payı 5,2 faizə, su təchizatı, tullantıların təmizlənməsi və emalı 

sahəsinin  payı  isə  0,7  faizə  bərabər  olmuşdur.  Bu  ildə  sənaye  məhsulunda  emal 

sənayesinin  payı  20  faizə  bərabər  olmuşdur  ki,  bunun  da  əəhəmiyyətli  hissəsi  neft 

emalı sahəsi hesabına formalaşmışdır. Bütövlükdə, qeyd edilən ildə sənaye məhsulu-

nun 79,8 faizi neft sənayesinin, 20,2  faizi isə qeyri-neft sənayesinin payına düşmüş-

dür. Qeyd edilənlərlə yanaşı, bəzi emal sənayesi sahələrində istehsalın həcmi mövcud 

potensialdan əhəmiyyətli dərəcədə  aşağıdır. 2013-cü ildə ölkədə toxuculuq sahəsində 

70 müəssisə, geyim sahəsində 74 müəssisə, dəri və dəridən məmulatlar və ayaqqabı 

istehsalı  sahəsində  20  müəssisə  fəaliyyət  göstərsə  də,  bunal  əsasən  kiçk  və  orta 

müəssisələr olmuşdur.  Belə ki, bu ildə  toxuculuq,  geyim,  dəri,  dəridən  məmulatlar 

və ayaqqabı istehsalı müəssisələri tərəfindən 94,3 milyon manatlıq məhsul istehsal 

edilmişdir ki, bu da sənaye məhsulunun təqribən 0,3 faizini təşkil etmişdir.  

Ölkə  əhalisini  daxili  istehsal  hesabına  kənd  təsərrüfatı  məhsulları  ilə  təmin 

etmək, ərzaq məhsullarının təminatında idxaldan asılılığı azaltmaq məqsədilə yeyinti 

sənayesinin  inkişaf  etdirilməsinin  mühüm  əhəmiyyəti  vardır.  2013-cü  ildə  ət  və  ət 

məhsullarında özünütəminetmə səviyyəsi 94,0 faizə, quş əti üzrə 92,0 faizə, yumurta 

üzrə 96,5 faizə, süd və süd məhsulları üzrə 75,0 faizə, duz üzrə 72,0 faizə, şəkər və 

şə

kərdən hazırlanan məhsullar  üzrə 174,0  faizə, bitki  yağları və  marqarin üzrə 70,0 



faizə, kərə yağı üzrə 50,0 faizə çatdırılmışdır.  

Ölkədə  iri  həcmli  investisiya  qoyuluşlarının  həyata  keçirildiyi  bir  şəraitdə 

tikinti-inşaat  işlərinin  artması  daxili  bazarda  tikinti  materiallarına  olan  tələbatı 

artırmışdır.  Belə  şəraitdə  ölkədə  yüksək  templə  artan  qeyri-neft  sahələrindən  biri 

tikinti materialları istehsalı sahəsidir. Bu sahədə 2013-cü ildə 2000-ci ilə nisəbətən 

artım 7,7 dəfəyə, 2003-cü ilə nisbətən isə 2,5 dəfəyə bərabər olmuşdur. Bu sahədə 

ə

n  böyük  müəssisələrdən  biri  sement  istehsalı  ilə  məşğul  olan  “Holcim  Azərbay-



can” ASC-dir. Həmçinin 2013-cü ildə “Norm” MMC sement zavodu da istifadəyə 


 

43

verilmişdir. Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən müəssisənin istehsal 



gücü ildə 2 milyon ton müxtəlif markalı sement istehsalına bərabərdir.   

Sənayedə  innovasiya  məhsulunun  həcmi  çox  kiiçik  olmuşdur.  Belə  ki,  2013-

cü  ildə  innovasiya  məhsulunun  sənaye  məhsulunda  payı  0,04  faiz  təşkil  etmişdir. 

nnovasiya  məhsulunun  istehsal  həcmi  həm  mütləq,  həm  də  nisbği  mənada  çox 

çüzidir.  stehsal  edilmiş  innovasiya  məhsulunun  həcminin kiçik  olması  ilə  yanaşı, 

sənayedə texnoloji innovasiyalara çəkilən xərclər də kiçik olmuşdur. 2005-2013-cü 

illərdə  texnoloji  innovasiyalara  çəkilən  xərclər  dəyişkən  olmuşdur.  Belə  hal  inno-

vasiyaya xas olsa da, 4619 min manatla 53273 min manat arasında dəyişmələr ölkə-

də innovasiya xərclərinin davamlı olmamasını göstərir. Həmçinin texnoloji innovasi-

yaya çəkilən xərclərin strukturu sənaye istehsalının texniki-iqtisadi səviyyəsinə əhə-

miyyətli təsir göstərmir.  

Azərbaycan Respublikasının ərazisinin 42 faizi dağlıq, 58 faizi isə dağətəyi və 

ovalıq  sahələrdir.  Ölkənin  ümumi  torpaq  fondunun  4768,7  min  hektar  və  ya  55,1 

faizini kənd təsərrüfatına yararlı torpaqlar təşkil edir. 2011-ci ildə kənd təsərrüfatına 

yararlı torpaqların 38,7 faizi əkinə yararlı sahələrdən, 4,8 faizi çoxillik əkmələrdən, 

55,7  faizi  isə  otlaq  və  biçənəklərdən  ibarətdir.  Ölkənin  mövcud  hidroqrafik 

ehtiyatları əsasında hazırda kənd təsərrüfatına yararlı ərazilərin 1421,0 min hektarı 

suvarılır.  Ümumilikdə  isə  Azərbaycan  torpaq  ehtiyatları  məhdud  olan  ölkələr  sıra-

sına aiddir. Belə ki, ölkədə 2013-ci ildə adambaşına 0,52 hektar kənd təsərrüfatına 

yararlı torpaq sahəsi, o cümlədən 0,2 hektar əkin yeri, 0,29 hektar otlaq və biçənək 

sahəsi  düşmüşdür.  Bununla  yanaşı,  ölkədə  uzun  müddət  davam  edən  günəşli 

günlərin,  külli  miqdarda  təbii  istiliyin  və  digər  əlverişli  iqlim  xüsusiyyətlərinin 

olması  burada  kənd  təsərrüfatının  inkişafına  müsbət  təsir  edən  amillər  kimi  çıxış 

edir. Belə ki, mövcud olan 11 iqlim tipinin 9-u ölkə üçün xarakterikdir ki, bunun da 

3  tipi  qismən  istisna  olmaqla,  yerdə  qalanları  kənd  təsərrüfatının  müxtəlif 

sahələrinin  inkişafı  üçün  əlverişli  təbii  şəraitin  olmasını  şərtləndirir.  Bütövlükdə, 

Azərbaycanın  müxtəlif  regionlarında  torpaq-iqlim  amillərinin  kəmiyyət  və  ərazi 

etibarilə  paylanma  xüsusiyyətlərinin  təhlili  göstərir  ki,  ölkədə  kənd  təsərrüfatının 

inkişafı üçün təbii-coğrafi şərait əlverişlidir. 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə