Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   9   10   11   12   13   14   15   16   ...   25

 

38

ticarət    sahələri  malik  olmuşdur.  Bununla  belə,  son  illərdə  əhalinin  məşğulluğunda 



tikinti,  turistlərin yerləşdirilməsi və ictimai iaşə,  informasiya və rabitət, maliyyə və 

sığorta fəaliyyəti sahələrinin payı əhəmiyyətli dərəcədə artmışdır.  

2013-cü  ilin  sonuna  muzdla  işləyənlərin  sayı  1510,1  min  nəfərə  bərabər 

olmuşdur  ki,  bunun  900,2  min  nəfəri  dövlət  bölməsində,  609,9  min  nəfəri  qeyri-

dövlət bölməsində işləmişdir. Bu ildə iqtisadiyyatın neft sektorunda 37,2 min nəfər, 

qeyri-neft sektorunda isə 1472,9 min nəfər çalışmışdır. 2013-cü ildə ölkədə məşğul 

ə

halinin  sayı  4521,2  min  nəfər    təşkil  etsədə,  bunun  yalnız  33,4  faizini  muzdulu 



işçilər təşkil etmişdir. Bu göstərici kənd təsərrüfatı sahəsinda daha da kiçikdir. Belə 

ki,  kənd  təsərrüfatında  2013-cü  ildə  1677,4  min  nəfər  insan  məşğul  olsa,  muzdla 

işləyənlərin  sayı  43,4  min  nəfər  təşkil  etmişdir.  Məşğulluğun  sahə  tərkibinin 

keyfiyyət  aşağı  olaraq  qalır.  Belə  ki,  2013-cü  ildə  ölkədə  muzdla  çalışan  işçilərin 

yalnız 23,0 faizi məhsul istehsalı sahələrinin payına düşmüşdür.  

Beləliklə,  ölkədə  milli  iqtisadiyyatın  sahə  strukturunun  mövcud  vəziyyəti  və 

məşğulluğun  təmin  edilməsi,  milli  iqtisadiyyatın  davamlı  inkişafının  təmin 

olunması zəruriliyi qeyri-neft sektorunun inkişafını zəruri edir.  



2.2. Qeyri-neft sektorunun inkişaf dinamikasının qiymətləndirilməsi 

Müasir dövrdə ölkədə həyata keçirilən iqtisadi siyasətin qarşısında duran mühüm 

problemlərdən biri iqtisadi artımın dayanıqlılığını təmin etməkdən ibarətdir. Çünki öl-

kədə mili sərvətin artırılması, əhalinin həyata səviyyəsinin yüksəldilməsi iqtisadi artım 

hesabına təmin edilir.  qtisadi artım gəlirlərin artmasına, bu isə daha yüksək istehlaka 

səbəb olur, daha yüksək istehlak isə yüksək həyat səviyyəsini təmin edir. 

Azərbaycanda  son  illərdə  neft  strategiyasının  uğurla  reallaşdırılması,  iqtisadi 

artımın  dayanıqlılığını  təmin  edən  sahələrin  inkişafını  maliyyələşdirməyə  imkan 

verən gəlirlərin yaranmasına səbəb olmuşdur. 

2004-2013-cü illərdə daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investi-

siyalar 12,9 dəfə artmışdır. 2003-cü ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyala-

rın ümumi  həcminin yalnız  26,8  faizi  daxili  mənbələrdən  maliyyələşirdisə,  2013-cü 

ildə daxili investisiyaların xüsusi çəkisi 62,5 faizə çatmışdır. Son illərdə ölkə iqtisa-



 

39

diyyatına  iri  həcmli  investisiya  qoyuluşları  iqtisadi  artım  tempinin  də  yüksək  ol-



masına səbəb olmuşdur.  

Ümumilikdə,  2013-cü  ildə  ölkədə ümumi  daxili  məhsul  (ÜDM)  2000-ci ilə  nis-

bətən 4,4 dəfə artdığı halda, neft sektorunda bu artım 4,8 dəfəyə, qeyri-neft sektorunda 

isə  3,7  dəfəyə  bərabər  olmuşdur.  Qeyd  edilən  dövrdə  ölkədə  orta  illik  iqtisadi  artım 

12,9 faiz təşkil etmiş və nəticədə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə artmışdır. 

Yüksək iqtisadi artım nəticəsində ölkədə iqtisadi sabitlyin daynıqlılığı artmış, 

bu  dayanıqlılığı  təmin  edən  strateji  valyuta  ehtiyatları  31  dəfə,  ixrac  9,3  dəfə,  o 

cümlədən  qeyri-neft ixracı 4,7 dəfə artmışdır.  

 

 

Şə



kil 2.2. Azərbaycanda mili iqtisadiyyatda artım tempi (2000=100) 

Azərbaycanda  dövlət  büdcəsi  qeyri-neft  sektorunun  və  sahibkarlığın  inkişaf 

etdirilməsinin,  istehsal  və  infrastrukturun  müasir  tələblərə  uyğun  yenidən 

qurulmasının, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi 

olmuşdur. Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə artmışdır. 

2000-2013-cü  illər  ərzində  neft  sektorunun  inkişafı  tempi  qeyri-neft  sektoru-

nun inkişafını üstələmişdir (şəkil 2.2).  

Şə

kil  2.1-in  məlumatlarından  göründüyü  kimi,  neft  sektorunun  üstün  inkişafı 



2004-2010-cu illərdə baş vermişdir. 2010-cu ildə neft hasilatı pik nöqtəsinə çatmış 

vəbu ilədən  sonra  azalmağa  başlamışdır.  Belə  ki,  2000-ci  ildə  ölkədə  neft hasilatı 




 

40

14,0  mln.  tondan  2010-cu  ildə  50,8  mln.  tona  qədər  artmış,  2013-cü  ildə  isə  43,5 



mln.  tona  qədər  azalmışdır.  Belə  şəraitdə  qeyri-neft  sektorunun  inkişafı  ölkədə 

iqtisadi  artımın  əsasə  mənbəyinə  çevrilir.  2013-cü  ildə  neft  ÜDM-i    2010-cu  ilə 

nisəbətən  13,0  faiz  azaldığı  halda,  qeyri-neft  ÜDM-i  32,0  faiz  artmışdır.  Qeyd 

edilən dövrdə qeyri-neft ÜDM-nin artımı hesabına ölkədə ümumi daxili məhsulun 

8,2 faiz artımı təmin edilmişdir.  

Cədvəl  2.4 

Azərbaycanda iqtisadiyyat sahələrində istehsalın artım tempi 

(əlavə dəyərə görə, 2009=100) 

 

2010 


2011 

2012 


2013 

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 

98,0 

103,7 


110,5 

115,9 


Mədənçıxarma sənayesi  

101,4 


91,1 

86,4 


87,0 

Emal sənayesi 

107,1 

114,4 


119,8 

126,7 


Elektrik enerjisi, qaz və buxar istehsalı, 

bölüşdürülməsi və təchizatı 

107,5 

119,4 


133,3 

137,6 


Su təchizatı, tullantıların təmizlənməsi və emalı 

99,3 


111,2 

112,7 


125,7 

Tikinti 


122,4 

146,9 


173,6 

213,5 


Ticarət; nəqliyyat vasitələrinin təmiri 

110,3 


121,6 

133,2 


146,4 

Nəqliyyat və anbar təsərrüfatı 

104,4 

103,6 


108,7 

115,6 


Turistlərin yerləşdirilməsi və ictimai iaşə 

117,0 


143,4 

170,4 


197,7 

nformasiya və rabitə 

131,1 

146,6 


169,9 

188,1 


Maliyyə və sığorta fəaliyyəti 

102,0 


103,4 

104,9 


108,0 

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 

102,0 

114,8 


123,0 

137,8 


Peşə, elmi və texniki fəaliyyət 

102,0 


108,6 

113,0 


115,1 

nzibati və yardımçı xidmətlərin göstərilməsi 

104,8 

113,0 


121,0 

126,7 


Dövlət idarəetməsi və müdafiə;  sosial təminat 

100,4 


104,9 

114,4 


117,8 

Təhsil 


103,0 

106,9 


110,7 

114,1 


Ə

haliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 

100,5 

106,8 


113,0 

118,7 


stirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 

103,0 


114,2 

125,1 


133,0 

Digər sahələrdə xidmətlərin göstərilməsi 

101,7 

103,9 


106,2 

106,4 


Ümumi əlavə dəyər 

104,8 


104,4 

106,4 


112,3 

Cədvəl  məlumatlarından  göründüyü  kimi,  2013-cü  ildə  baza  qiymətləri  ilə 

ümumi daxili məhsul 2009-cu ilə nisbətən 12,3 faiz artsa da, mədənçıxarma səna-

yesi, maliyyə və sığorta fəaliyyəti və digər sahələrdə xidmətlərin göstərilməsi sahə-

ləri  istisna  olmaqla  qeyri-neft  sektoru  sahələrin  üstün  artımı  baş  vermişdir.  Təkcə 

2013-cü  ildə  Bakı  şəhərində  gəmi  təmiri  istehsalat  bazası,  gəmiqayırma  və  çörək 

zavodları,  Heydər  Əliyev  Beynəlxalq  Aeroportunda  anqar  kompleksi  və  Beynəl-

xalq  Logistika  Mərkəzi,  Qaz  Turbinli  stilik  Elektrik  Stansiyası,  Şərur  rayonunda 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə