Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   17   18   19   20   21   22   23   24   25

 

62

Ölkədə  elektrotexnika,  cihazqayırma,  avtomobil  istehsalı  sahələrinin  inkişaf 



imkanları  mövcuddur.  Lakin  bu  sahələrin  inkişafı  əsasən  xarici  dəstləşdirici 

məmulatlardan hazır məhsulun yığılması və sonrada bu məmulatların bir hissəsinin 

istehsalının  təşkili  hesabına  mümkündür.  Fikrimizcə,  maşınqayırma  məhsulları 

nisbətən mürəkkəb və differensal məhsullar olduğuna görə, bu sahədə məhsulların 

istehsalının  mənimsənilməsi  və  bu  istehsalların  inkişafı  sahəsində  müvəffəqiyyət 

ə

ldə etmək uzunmüddətli tədbirlər kompleksinin həyata keçirilməsini və iri həcmli 



investisiya qoyuluşları tələb edir. 

Ölkədə inkişaf etdirilməsi mümükün olan sahələrdən biri də qaz, enerji və ma-

ye sayğacları və onların hissələrinin istehsalıdır. Hazırda bu sahədə "Gəncə-Cihaz" 

ASC,  "Sənayecihaz"  Elmi- stehsalat  Müəssisəsi  və  digər  müəssisələr  fəaliyyət 

göstərirlər. Fikrimizcə, maşınqayırma məhsulları istehsalının optimal ölçüsü böyük 

olduğundan bu sahədədə də istehsalın təmərküzləşməsi istiqamətində tədbirlər gö-

rülməlidir.  Belə  ki,  həm  elmi-tədqiqat  və  təcrübə-konstruktor  işlərinin,  həm  də 

məhsul  ixracının  təmin  edilməsi  bu  sahədə  iri  şirkətin  yaradılmasını  məqsədəuyğun 

edir. Buna görə də, bu sahədə fəaliyyət göstərən müəssisələrin bir şirkətdə birləşdiril-

məsi,  onların  ümumi  elmi-tədqiqat  və  təcrübə  konstruktor  bölməsinin  və  təhcizat-

satış  bölməsinin  yaradılması  məqsədəuyğundur.  Bundan  sonra  şirkətin  inkişafı  üzrə 

investisiya  tələbatı  müəyyən  oluna  və  bu  investisiya  qoyuluşlaırnın  bank  kreditləri, 

dövlət vəsaitləri və xarici maliyyə vəsaitləri cəlb etməklə maliyyələşdirilə bilər.  

Ölkədə  velosipedlər,  uşaq  kolyaskaları  istehsal  edən  müəssisə  yaratmaq 

mümkündür.  

Azərbaycanda  kənd  təsərrüfatı  milli  iqtisadiyyatın  mühüm  sahələrindən 

biridir. Bu sahənin inkişafı onun maddi texniki bazasının möhkəmləndirilməsindən 

asılıdır. Hazırda kənd təsərrüfatının maddi-texniki bazası zəifdir. Belə ki, 2035-cü 

ildə  ölkədə  kotanların  sayı  1990-cı  ilə  nisbətən  4,4  dəfə,  kultivatorların  sayı  7,2 

dəfə,  toxumsəpənlərin  sayı  6,4  dəfə,  otbiçənlərin  sayı  3  dəfə,  sıxıb  bağlayanların 

sayı 4,8 dəfə azalmışdır. Hazırda kənd təsərrüfatında 1990-cı il səviyyəsinə çatmaq 

üçün təqribən 10 min kotan, 6 min kultivator, 7,5 min toxumsəpən, 4 min otbiçən, 

3  min  sıxıb  bağlayan  tələb  olunur.  Son  illərdə  regional  iqtisadiyyatın  inkişafı  bu 



 

63

ölkələrdə  kənd  təsərrüfatının  inkişafının  maliyyələşdirilməsi  üçün  imkanlar 



yaratmışdır  ki,  bu  da  kənd  təsərrüfatı  texnikasına  tələbatı  artırmışdır.  Fikrimizcə, 

ölkədə  kənd  təsərrüfatı  maşınları  istehsal  edən  müəssisənin  yaradılması 

məqsədəuyğun  olar.  Bu  müəssisə  presbağlayan,  üzüm  bağlarının  dərmanlayan, 

gübrə  səpən    maşınlar,  kotanlar,  fermalarda,  şərabçılıq  sahəsində  istifadə  edilən 

maışın və avadanlıqlar  və s. istehsal edə bilər. 

Orta  müddətli  dövrdə  kənd  təsərrüfatı  bitkilərinin  əkin  strukturunun  təkmilləş-

dirilməsi  və  istehsal  həcminin  artırılmasını  təmin  etmək  üçün  aşağıdakı  istiqamət-

lərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

- kənd  təsərrüfatı  birkilərinin  istehsalında  intensiv  metodların  tətbiqinin 

genişləndirilməsi; 

- bitkiçilik məhsullarının istehsalında növbəli əkin sisteminin yerli şəraitə uyğun 

aparılması üçün özəl bölmə ilə müvafiq tədbirlərin hazırlanıb həyata keçirilməsi; 

- kənd təsərrüfatı bitkilərinin bölgələr üzrə optimal əkin strukturunun və istehsal 

həcminin müəyyənləşdirilməsi; 

- iri taxılçılıq təsərrüfatlarının yaradılması;  

- süfrə  (o  cümlədən  kişmiş)  və  texniki  üzüm  sortlarının  əkin  sahələrinin 

genişləndirilməsi, yeni üzümlüklərin salınması; 

- heyvandarlığın  yem  bazasının  intensiv  texnologiyalar  əsasında  inkişaf 

etdirilməsinin stimullaşdırılması; 

- yem  bitkilərinin  əkin  sahəsinin,  məhsuldarlığının  artırılması  və  qarışıq  yem 

istehsalının genişləndirilməsi üçün digər zəruri tədbirlərin həyata keçirilməsi; 

- yem birkiləri əkinlərinin genişləndirilməsi; 

- quş  yeminin  əsasını təşkil  edən  soya  bitkilərinin  əkin sahələrinin  genişləndiril-

məsi. 


- istixana  tərəvəzçiliyinin  genişləndirilməsi  üçün  kiçik  sahibkarlara  elmi-

metodiki kömək göstərilməsi; 

- torpaqda  N,  P,  K  və  digər  qida  maddələrini  təyin  etmək  üçün  bölgələrdə 

fəaliyyət göstərən aqrokimya laboratoriyalarının modernləşdirilməsi; 

- mineral gübrələrin yerli istehsalının təşkili imkanlarının araşdırılması. 



 

64

Azərbaycanda  heyvandarlıq  məhsullarına  tələbatın  tam  ödənilməsi  üçün  im-



kanlar  mövcuddur.  Belə  imkanlar  əsasən  bu  sahənin  intensiv  yolla  inkişaf  etdi-

rilməsini  nəzərdə  tutur.  Çünki  indiyə  qədər  ölkədə  heyvandarlıq  sahəsinin  inkişaf 

etdirilməsi əsasən ekstensiv yollarla inkişaf etdirilmişdir. Bu sahənin ekstensiv yolla 

inkişafını  şərtləndirən  əsas  amillərdən  biri  heyvandarlıq  sahəsinin  təsərrüfat  kate-

qoriyaları  üzrə  strukturu  olmuşdur.  Belə  ki,  heyvandarlıq  məhsulunun  ümumi 

həcmində fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatlarının payı 2000-ci ildə 98,3 

faizə, 2011-cu ildə isə 93,0 faizə, kənd təsərrüfatı müəssisələri və sair təşkilatlarının 

payı  isə  müvafiq  olaraq  1,7  faizə  və  7,0  faizə    bərabər  olmuşdur.  Bu  amil  keçid 

dövründə heyvandarlıq sahəsinin inkişafına müsbət təsir göstərsə də, sonrakı dövrdə 

məhsuldarlığın  artımını  məhdudlaşdıran  mühüm  amillərdən  biri  olmuşdur.  Belə  ki, 

100 ailə təsərrüfatına 2000-ci ildə 195 baş, 2011-ci ildə isə 229 baş iri buynuzlu mal-

qara, müvafiq olaraq 92 baş və 110 baş inək və camış, müvafiq olaraq 540 baş və 691 

baş  qoyun  və  keçi  düşmüşdür.  Göründüyü  kimi,  2011-cu  ildə  orta  hesabla  bir  ailə 

təsərrüfatına bir inək və 7 qoyun və keçi düşmüşdür. Belə kiçik təsərrüfatlar çərçivə-

sində  heyvanların  saxlanılması,  bəslənilməsi,  yetişdirilməsi,  mayalandırılması  sahə-

sində zoobaytar  qaydalara ciddi şəkildə əməl olunması imkanları məhdud olur. Nə-

ticədə, heyvandarlıq sahəsində məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı olur. Əsasən 

ailə təsərrüfatlarının üstünlük təşkil etdiyi sahələrdə məhsuldarlıq aşağı düşmüş, kənd 

təsərrüfat  müəssisələrinin  üstünlük  təşkil  etdiyi  sahələrdə  isə  nisbətən  artmışdır. 

Azərbaycanda  heyvandarlıq  sahəsinin  inkişafının  ekstensiv  yollarla  inkişaf 

etdirilməsi  imkanları  tükənməkdədir.  Belə  şəraitdə  ölkədə  heyvandarlığın  inkişaf 

etdirilməsini  təmin  etmək  üçün  lazım  olan  yemin  strukturunun  optimallaşdırılması 

istiqamətində tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır. 

Hazırda,  ölkədə  heyvanların  cins  tərkibinin  yaxşılaşdırılması  hesabına  həm  ət, 

həm də süd istehsalını artırmaq imkanları böyükdür. Belə ki, Azərbaycanda heyvan-

darlıq sahəsində məhsuldarlıq bu sahədə aparıcı mövqe tutan ölkələrdəki səviyyədən 

təqribən 5-6 dəfə geri qalır. Məsələn, inkişaf etmiş ölkələrdə bir inəkdən orta illik süd 

sağımı  5000  kiloqramdan  çoxdur.  Bu  baxımdan,  ölkədə  heyvanların  cins  tərkibinin 

yaxşılaşdırılması  hesabına  heyvandarlıq  məhsullarının  artırılması  imkanları  böyük-



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə