Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

 

56

Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Kənd  Tə-



sərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ölkə prezidentinin «Aqrar bölmədə ida-

rəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli sə-

rəncamına  əsasən  yaradılmışdır.  Dövlət  Agentliyinin  əsas  vəzifələri  aşağıdakılar-

dır: 


1.  kənd  təsərrüfatı  məhsullarının  istehsalı,  emalı,  meliorasiya,  su  təsərrüfatı  və 

aqrar  bölmənin  digər  sahələrində  fəaliyyət  göstərən  sahibkarlıq  subyektləri  üçün 

kreditlər cəlb etmək; 

2. beynəlxalq təşkilatlarla və maliyyə qurumları ilə bağlanmış sazişlər çərçivə-

sində layihələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; 

3. aqrar bölməyə cəlb edilən kreditlərin təyinatı üzrə istifadəsini öz səlahiyyətlə-

ri daxilində təmin etmək; 

4.  kənd  ərazilərinin  inkişafına  yönəldilmiş  dövlət  proqramlarının  hazırlanma-

sında və həyata keçirilməsində iştirak etmək; 

5. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitləri layihə və proq-

ramların  həyata  keçirilməsində  iştirak  üçün  seçiləcək  müvəkkil  kredit  təşkilatlan 

(banklar və bank olmayan kredit təşkilatları) tərəfindən öz adlarına və öz riskləri he-

sabına yerləşdirilir. Müvəkkil kredit təşkilatlan agentlik qarşısında borcalanların öz 

öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq məsuliyyət daşıyırlar. Kənd 

təsərrüfatının  inkişafı  ilə  bağlı  layihələrin  və  proqramların  Agentliyin  vəsaitləri 

hesabına maliyyələşdirilməsi istiqamətləri aşağıdakılardır:  

- kənd təsərrüfatı məhsullarının istehsalı və emalı;suvarılan torpaqların meliorasi-

yasının, onların meliorasiya və irriqasiya avadanlığı ilə təchizatının yaxşılaşdırılması; 

- yeyinti məhsulları sektorunun (anbarlar da daxil olmaqla) modernləşdiril-məsi 

və inkişafı; 

- kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması; 

- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Pilot Layihələri; 

-  özəl  damazlıq  təsərrüfatlarının  yaradılması  və  inkişafı,  heyvandarlıqda  süni 

mayalanma tədbirlərinin həyata keçirilməsi və aqrar sektorun digər sahələri. 



 

57

Agentliyin  vəsaitlərinin  istifadə  istiqamətləri,  müddəti  və  şərtləri  müəyyən 



olunmuş qaydada müvəkkil kredit təşkilatları ilə Agentlik arasında bağlanan müqa-

viləyə əsasən tənzimlənir. Hər bir müvəkkil kredit təşkilatı üçün 1 mln. manat həc-

mini  aşmamaq  şərtilə  ilkin  kredit  xətti  müəyyən  edilir.  lkin  və növbəti  kredit 

xəttinin  həcmi  müvəkkil  kredit  təşkilatının  sifarişi  əsasında Müsabiqə  Komissi-

yası  tərəfindən  müəyyən  edilir.  Müvəkkil  kredit  təşkilatları  Agentliyin  vəsaitlərini 

öz adlarından və öz riskləri hesabına yerləşdirirlər. 

Beləliklə, aparılmış təhlil göstərir ki, son illərdə ölkədə qeyri-neft sektorunun 

inkişafı üçün müxtəlif stimullaşdırma mexanizmləri, inkişaf instututları yaradılmış, 

zəruri investisiya mühiti formalaşdırılmışdır.  



 

58

FƏS L 3. 



AZƏRBAYCANDA QEYR -NEFT SEKTORUNUN  NKIŞAFININ 

PERSPEKT V  ST QAMƏTLƏR  

3.1. Qeyri-neft  sektorunun inkişaf imkanları və prioritetləri 

Ölkənin  iqtisadi  inkişafının  prioritet  istiqamətlərinin  müəyyən  olunması  haq-

qında  qərarın  verilməsi  kompleks  təhlil  və  ciddi  qiymətləndirmələr  əsasında  qəbul 

edilir. Çünki, ayrı-ayrı dövürlərdə iqtisadi inkişafın prioritet istiqamətləri bir-birindən 

fərqlənir.  Adətən,  inkişafın  aşağı  səviyyələrində  iqtisadiyyatın  ixtisaslaşması  onun 

təbii  üstünlüklərinə  əsaslanır.  Belə  üstünlüklərin  mövcudluğu  iqtisadi  inkişaf  üçün 

ə

lverişli  şərait  yaradır.  Lakin  elmi-texniki  tərəqqinin  sürətli  inkişafı  və  ictimai 



tələbatların  dəyişməsi  belə  üstünlüklərin  uzunmüddətli  təsirini  məhdudlaşdırır.  Bu 

baxımdan,  qeyri-neft  sektorunun  inkişaf  imkanları  və  perspektivlərinin  müəyyən 

edilməsinin mühüm əhəmiyyəti vardır.  

“Azərbaycan  2020:  gələcəyə  baxış”  nkişaf  Konsepsiyasında  məqsədyönlü  şə-

kildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi əsas vəzifələrdən biri kimi müəy-

yən  edilmişdir.  Bu  konsepsiyaya  əsasən  neft-qaz  sektoru  və  neft-kimya  sənayesinin 

modernləşdirilməsi,  qeyri-neft  sənayesinin  şaxələndirilməsi  və  inkişaf  etdirilməsi, 

alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  istifadə  imkanlarının  genişləndiril-

məsi,  aqrar  sektorun  inkişafı  və  ərzaq  təhlükəsizliyinin  gücləndirilməsi,  ticarət  və 

xidmət  fəaliyyəti  növlərinin  genişləndirilməsi  və  inkişaf  etdirilməsi,  xarici  ticarətin 

və  investisiyaların  strukturunun  təkmilləşdirilməsi  əsas  prioritet  istiqamətlərdir. 

Azərbaycanda 2020-ci ilə kimi qarşıda duran əsas vəzifə kimi iqtisadiyyatın şaxələn-

dirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft 

sektorunun  yüksək  inkişaf  tempini  qoruyub  saxlamaq  və  onun  ixrac  imkanlarını 

genişləndirmək üçün köklü tədirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.  

Ölkədə infrastruktur və əlaqədar sahələrin inkişafı səviyyəsi, ixtisaslı kadrların 

mövcud olması və s. amillər sənayenin inkişafını müəyyən edir. Çünki sənaye ölkə-

nin  təsərrüfat  sisteminin  yalnız  bir  hissəsidir,  bu  sahə  kənd  təsərrüfatı,  istehsala 

xidmət  və  s.  sahələr  ilə  sıx  əlaqədardır.  Bu  baxımdan,  istehsal  və  xidmət  sahə-



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə