Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   17   18   19   20   21   22   23   24   25

 

65

dür.  Bununla  belə,  həm  xarici  ölkələrdən  gətirilmiş  cins  heyvanların,  həm  də  suni 



mayalandırılmış  heyvanların  ölkədə  mövcud  mal-qaranın  sayında  çox  kiçik  paya 

malikdir. Bu baxımdan, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılması hesabına 

heyvandarlıq məhsullarının həcmini artırmaq imkanları böyükdür.  

Aparılmış  araşdırmalar  göstərmişdir ki, inəklərin süd  məhsuldarlığının 25  faizi 

genetik amillərlə əlaqəli olsa da, 75 faizi ətraf mühit amilləri ilə bağlıdır ki, bunun da 

içərisində  yemləmə  amili  həlledici  rola  malikdir.  Buna  görə  də,  heyvandarlığın 

inkişafında yem bazasının yaxşılaşdırılması mühüm rol oynayır. Hazırda ölkədə senaj 

və silos  kimi  qiymətli  yemlər  heyvanların  yem  rasionundan  çıxmışdır.  Ölkədə  yaşıl 

qarğıdalı  kütləsi,  kökümeyvəlilər  və  digər  bu  kimi  mal  qara  üçün  istehsal  edilən 

bitkilərin istehsal həcmi çox kiçikdir.  nək və camışlar əsasən kəndətrafı örüş sahələ-

rinin  hesabına  saxlanılır.  Bu  sahələrin  isə  ot  örtüyü  xeyli  seyrəkləşmiş,  qış  otlaq-

larının  quru  ot  məhsuldarlığı  isə  3-4  sentnerə  qədər  azalmışdır.  Belə  vəziyyətdə  öl-

kədə qarışıq yem istehsalının artırılması və yemin strukturunda onun payının yüksəl-

dilməsini  tələb  edir.  Həmçinin,  ölkədə otlaqlarının və  biçənəklərin  səmərəli  istifadə 

olunması,  torpaqların  dağ  yamaclarında  eroziyaya  uğramasının,  dağətəyi  və  düzən 

rayonlarda şoranlaşmasının qarşısının alınması, dövlət və bələdiyyə mülkiyyətinə aid 

torpaq  sahələrindən  istifadə  mexanizminin  təkmilləşdirilməsi  və  torpaqların 

münbitliyinin artırılması,  otlaqların su təminatının yaxşılaşdırılması zəruridir.  

Sahibkarlığa Kömək Milli Fondu aşağıdakı sahələri proritet sahələr kimi müəy-

yən etmişdir.  

- südlük və ətlik istiqamətli cins heyvandarlıq komplekslərinin yaradılması; 

-quşçuluq təsərrüfatlarının yaradılması və ya bərpası; 

-ət kəsimi və  emalı müəssisələrinin yaradılması; 

-çörək istehsalı zavodlarının tikilməsi; 

- iri taxılçılıq və ya toxumçuluq təsərrüfatlarının yaradılması; 

-üzümçülük təsərrüfatlarının və üzüm emalı müəssisələrinin yaradılması; 

-istixana komplekslərinin yaradılması; 

-intensiv  bağçılıq  (alma,  armud,  gilas,  nar,  ərik,  xirnik,  gavalı  və  s.)  və  ya 

tingçilik təsərrüfatlarının yaradılması; 



 

66

-meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması; 



-meyvə-tərəvəz və taxıl tədarükü, saxlanması, satışı məqsədi ilə soyuducu anbar 

və taxıl anbarı komplekslərinin yaradılması; 

-digər sənaye (yüngül, yeyinti, maşınqayırma və s.) müəssisələrinin yaradılması; 

-kiçik  sahibkarlığın  (o  cümlədən  əlillərin,  məcburi  köçkünlərin,  gənclərin  və 

qadınların) inkişafı. 

Azərbaycan  nvestisiya  Şirkətinin  investisiya  qoyuluşları  üçün  müəyyən  etdiyi 

prioritet sektorlar aşağıdakılardır: 

- Ağır sənaye; 

- Alternativ enerji; 

-  T və telekommunikasiyalar; 

- Kənd təsərrüfatı; 

- Qida sənayesi və qablaşdırma; 

- Logistika və daşınma; 

- Turizm. 

Müasir dövrdə sosial,  iqtisadi və  mədəni sahələrdə  meydana  gələn  dəyişmələr, 

xüsusilə,  sənayeləşmiş  ölkələrdə  turizmə  yaranan  tələb  əhəmiyyətli  şəkildə  artmaq-

dadır. Bu inkişafa paralel olaraq, ölkələrin potensial turistləri cəlbetmə istiqamətində 

həyata  keçirdikləri  tədbirlərin  genişlənməsi,  həmçinin  oxşar  turizm  məhsullarını 

təklif edən ölkələr arasında rəqabətin güclənməsi müşahidə edilməkdədir. 

Azərbaycanın  tarixən  karvan  yollarının  üzərində  yerləşməsi  turist  axınının 

yaranmasını  şərtləndirən  amillərdən  biri  olmuşdur.  Başqa  sözlə,  ölkə  Qərb  si-

vilizasiyası  ilə  Şərq  mədəniyyətinin  qovuşduğu  məkanda  yerləşir.  Azərbaycanın 

turizm sektoru təbii mənzərələr, mədəniyyət ocaqları və müasir turizm kompleksləri 

baxımından  da  zəngin  imkanlara  sahibdir.  Azərbaycandakı  mövcud  potensial  hal-

hazırda  dünyada  xarici  və  daxili  turistləri  cəlb  etmək  üçün  istifadə  edilən  bütün 

turizm növlərinin təşkilinə imkan verir. 

Azərbaycanda turizm sənayesi dinamik bir sektor olmaqla, ölkə iqtisadiyyatına 

verdiyi  çox  önəmli  töhfələrlə  yanaşı,  iqtisadiyyatın  müxtəlif  sahələrində  də 

ə

həmiyyətli funksiyalarını yerinə yetirməkdədir.  




 

67

Bütövlükdə, kənd təsərrüfatı və qeyri-neft sənayesi sahələrinin tnktşafı ilə yanaşı 



infrastruktur  sahələrin  inkişaf  etdirilməsinin  də  mühüm  əhəmiyyəti  vardır.  Belə  ki, 

istehsala xidmət sahələrinin inkişaf səviyyəsi istehsal sahələrinin rəqabət qabiliyyəti-

ni müəyyən edir. 

3.2. Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən stimullaşdırılması 

yolları 

Azərbaycanda  son  illərdə    sahibkarlıq  fəaliyyətini  tənzimləyən,  sahibkarlığın 

inkişafına  dövlət  mütərəqqi  hüquqi-normativ  baza,  institusional  və  iqtisadi 

mexanizmlər yaradılması və onların mütəmadi olaraq konkret şəraitin tələbləri nəzərə 

alınmaqla  təkmilləşdirilməsi,  sahibkarlığın  inkişafının  dəstəklənməsi  üzrə  kompleks 

siyasət  tədbirləri  həyata  keçirilmişdir.  Bununla  yanaşı,  ölkədə  qeyri-neft  sektorunun 

inkişafını  təmin  etmək  üçün  lazımi  struktur,  institusional  və  mədəni  əsasların 

təkmilləşdirilməsi,  yəni  əmtəə  və  pul  bazarları  inkişaf  etdirilməsi,  qeyri-neft  sahələri 

üzrə  zəruri  ixtisaslardan  olan  mütəxəssislər  hazırlanması  və  ya  cəlb  edilməli, 

sahibkarlıq  təbəqəsi,  səmərəli  inzibati  sistem  və  s.  formalaşdırılması  istiqamətində 

tədbirlər davam etdirilməlidir. Ölkədə yeni istehsal subyektlərinin yaradılması istehsal 

ediləcək  məhsul  növünün  müəyyən  edilməsi,  onun  istehsalı  üçün  xammal  və  mate-

rialların təminatı, istehsalın həcminin və satış bazarlarının müəyyən edilməsi, istehsalın 

təşkili  və  texnologiyanın  seçilməsi,  maliyyələşdirmə  sxeminin  müəyyənləşdirilməsi, 

riskin bölüşdürülməsi və s. bu kimi  məsələlərin həll edilməsini tələb edir. Bu sahədə 

təcrübənin  olmaması  ölkədə  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  və  əsasən  neft 

gəlirləri 

hesabına 

formalaşan 

investisiya 

resurslarının 

investisiya 

kimi 

mənimsənilməsini  məhdudlaşdırır.  Belə  şəraitdə  qeyri-neft  sektorunun  inkişafında 



dövlətin  rolu  mühüm  əhəmiyyət  kəsb  edir.  Hazırda  neft  strategiyasının  uğurla 

reallaşdırılması  nəticəsində  dövlətin  maliyyə  imkanlarının  artması  qeyri-neft  sektoru-

nun inkişafı sahəsində uzunmüddətli tədbirlərin həyata keçirilməsinə imkan verir.  

Ölkəmizdə sahibkarlığın inkişafı sahəsində, xüsusilə də qeyri-neft sektorunda və 

regionlarda  böyük  potensial  imkanlar  vardır.    Eyni  zamanda,  bu  sahədəki  inkişaf 

meyllərinin  və  beynəlxalq  təcrübənin  təhlili  göstərir  ki,  ölkəmizdə  sahibkarlığın 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə