Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

 

50

prosedurlarının  sadələşdirən  “bir  pəncərə”  prinsipi  tətbiq  edilmişdir.  Hazırda  "bir 



pəncərə"  prinsipi  üzrə  vahid  dövlət  qeydiyyat  orqanı  Azərbaycan  Respublikasının 

Vergilər Nazirliyidir. "Bir pəncərə" prinsipinə əsasən biznes subyektlərinin dövlət 

qeydiyyatından  keçirilməsi  müddəti  əvvəllər  olduğu  kimi  ən  azı  30  gün  deyil,  3 

gün müəyyən edilmiş və tələb olunan prosedurların sayı 15-dən 5-ə qədər azaldıl-

mışdır.  «Bir  pəncərə»  prinsipinin  tətbiqi  biznesə  başlamaq  şərtlərinin  əhəmiyyətli 

dərəcdə  yaxşılaşmasına  səbəb  olmuşdur.  Dünya  Bankının  «Doing  Business»  layi-

həsi  çərçivəsində  apardığı  araşdırmalar  göstərmişdir  ki,  «bir  pəncərə»  prinsipinin 

tətbiqi  müəssisələrin  qeydiyyatı  prosedurasının,  bunun  üçün  lazım  olan  vaxtın  və 

xərclərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. 

  “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçi-

rilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında  “bir pəncərə” prinsipinin 

tətbiqi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr  2008-ci  il 

tarixli Fərmanına əsasən Dövlət Gömrük Komitəsinin sədrinin 22 dekabr 2009-cu il 

tarixli əmri ilə “Dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi-

nin tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosa-

nitar  və  sanitariya-karantin  nəzarətinin  həyata  keçirilməsinin  və  beynəlxalq  avto-

mobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə «icazə” blanklarının veril-

məsinin  ardıcıllığını  müəyyən  edən  müvəqqəti  texnoloji  sxem»  təsdiq  edilmiş-

dir. Texnoloji sxemdə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə 

müəyyən  olunmuş  qaydada  gömrük,  baytarlıq,  fitosanitar  və  sanitariya  karan-

tin nəzarəti və beynəlxalq  avtomobil  daşımalarını yerinə yetirən  nəqliyyat  vasitə-

lərinə “ cazə” blanklarının  verilməsi işlərinin bu məsələlər üzrə  məsul olan göm-

rük  əməkdaşları  tərəfindən  həyata  keçirilməsi  müəyyən  edilmişdir.  Bundan  başqa 

vergi idarəçiliyi təkmilləşdirilmiş, yoxlamaların sayı əhəmiyyətli dərəcədə azaldıl-

mış,  sahibkarlığın  inkişafına  mane  olan müdaxilələr  məhdudlaşdırılmışdır.  Son  il-

lərdə sahibkarlığını vergi yükünün azaldılması məqsədilə mənfəət vergisinin hesab-

lanmasının proqressiv üsulundan proporsional üsuluna keçilmiş və onun səviyyəsi 

tədricən  35  faizdən  20  faizə  endirilmiş,  əlavə  dəyər  vergisi  28  faizdən  18  faizə, 

fiziki  şəxslərdən  gəlir  vergisinin  dərəcəsinin  yuxarı  həddi  55  faizdən  30  faizə, 



 

51

həmçinin  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 



şə

xslərin  gəlir  vergisinin  dərəcəsi  35  faizdən  20  faizə  endirilmiş,  sadələşdirilmiş 

vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi   şəxslərin vergi tutulan 

ə

məliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, 2019-



cü  ilə  qədər  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan  sahibkarlar 

torpaq  vergisi  istisna  olmaqla  digər  vergilərdən,    ödənişli  məktəbəqədər  müəssi-

sələrin xidmətləri əlavə dəyər vergisindən azad edilmiş, sosial sığorta ayırmaları 40 

faizdən 22 faizədək aşağı salınmışdır.  

2013-cü  il  yanvarın  1-dən  “Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsində 

dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr 

tarixli  nömrəli  Qanununa  əsasən  əhalinin  sosial  müdafiəsi  məqsədi  ilə  hesabat 

ilinin  əvvəlindən  gəlir  vergisinin  dərəcəsinin  yuxarı  həddi  30  faizdən  25  faizə 

endirilmiş, həmçinin gəlir vergisi üzrə 14 faiz dərəcə ilə vergiyə cəlb edilən aylıq 

gəlir  məbləğinin  maksimum  həddi  2000  manatdan  2500  manatadək,  illik  gəlir 

məbləğinin maksimum həddi isə 24000 manatdan 30000 manatadək artırılmışdır.  

Azərbaycanda  investorların  hüquq  və  mənafelərinin  qorunması,  mülkiyyətin 

toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması " nvestisiya 

fəaliyyəti  haqqında",  "Xarici  investisiyaların  qorunması  haqqında"  Azərbaycan 

Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. Hazırda inves-

tisiyaların  milli  norma  və  qaydalarının  konvergensiyası  (eyniləşdirilməsi)  prosesi 

baş verir. Bütün iştirakçıların maraqlarının tanınmasına əsaslanan və qarşılıqlı fay-

danın təmin olunmasına yönəldilən bu yanaşma, son nəticədə, daha səmərəli yanaş-

ma sayılır. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılmışdır. Belə ki, xarici 

investisiyalı  müəssisələrə  milli  rejim  verilmiş  və  onlar  ölkədə  qanunla  qadağan 

olunmayan  istənilən fəaliyyət  növü ilə  məşğul  ola bilərlər.  “Xarici investisiyaların 

qorunması haqqında” qanununa əsasən müdafiə, milli təhlükəsizlik və ictimai qay-

danın təmin olunması, vergitutma,  kredit və  maliyyə,  ətraf  mühitin,  əhalinin  əxlaq 

və  sağlamlığının  mühafizəsi  sahəsindəki  qanunvericilik  aktları  istisna  olmaqla,  di-

gər qanunvericilik aktlarının dəyişməsi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə, 

on  il  ərzində  xarici  investisiyaya  investisiyanın  qoyulduğu  zaman  qüvvədə  olmuş 




 

52

qanunvericilik  tətbiq  edilir.  Həmçinin,  bu  qanunla  ölkədə  xalqın  və  dövlətin  mə-



nafelərinə zərər vuran müstəsna hallar istisna olmaqla, xarici investisiya milliləşdi-

rilmir, təbii fəlakət, qəza, epidemiya, epizootiya və fövqəladə xarakter daşıyan hallar 

istisna  olmaqla,  xarici  investisiya  rekvizisiya  edilmir.  Əgər  belə  hallar  baş  verərsə, 

xarici investora təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir. “Xaric 

investisiyaların qorunması haqqında” qanun xarici investora öz əmlakını, gəlirlərinə 

müstəqil  sərəncam  verməyə  dair  təminatlar  verir.  Eyni  zamanda,  Azərbaycan 

Respublikası ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Avstriya, Norveç, Fransa və 

s. ölkələrin də daxil olduğu, dünyanın 30-dan çox ölkəsi ilə investisiya qoyuluşlarına 

qarşılıqlı təminatı və  ikiqat vergitutmanın  aradan qaldırılması haqqında  müqavilələr 

bağlanmış, ölkə bu sahədə mövcud olan bir çox beynəlxalq sazişlərə qoşulmuşdur.  

2013-cü il 28 avqust tarixində qüvvəyə minmiş “Sahibkarlıq sahəsində aparılan 

yoxlamaların  tənzimlənməsi  və  sahibkarların  maraqlarının  müdafiəsi  haqqında” 

qanunda  əsasən  sahibkarın  təqsirsizlik  prezumpsiyası,  qanun  pozuntularının  qarşısı-

nın  alınmasının  cəzalandırılmadan  üstünlüyü,  yoxlamalar  sahəsində  risk  qiymətlən-

dirilməsi  sisteminin  və  yoxlama  suallarının  siyahısının  tətbiqi  və  yoxlamanın 

qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi 

tələblərə  riayət  olunmasında  sahibkara  kömək  göstərilməsinə  xidmət  etməsi  kimi 

məsələlər öz əksini tapmışdır. 

Biznes mühitinə təsir edən amillərdən biri də ölkədə infrastrukturun inkişafı-

dır.  nfrastruktur  xidmətlər  (məsələn,  telekommunikasiya,  nəqliyyat  və  elektrik) 

iqtisadiyyatın  səmərəliliyi,  rəqabət  qabiliyyəti  və  artımı  üçün  əsas  rola  malikdir.

 

Son  illərdə  ölkədə  baş  verən  sosial-iqtisadi  inkişaf,  iqtisadi  fəallığın  artımı 



şə

raitində  nəqliyyat  sahəsində  də  müsbət  keyfiyyət  və  kəmiyyət  dəyişilikləri  baş 

vermişdir.  

nvestisiya fəallığnıa təsir göstərən əsas amillərdən biri ölkədə elektrik enerjisi 

ilə  təhcizatın  kəmiyyət  və  keyfiyyət  Ölkədə  elektrik  sisteminin  güclərinin 

artırılması istiqamətində işlər davam etdirilir. Belə ki, Azərbaycan  ES-ndə həyata 

keçirilən yenidənqurma işləri ölkənin enerji sisteminin cəmi gücünün 450 meqavat, 

Ş

irvan şəhərində «Cənub» elektrik stansiyasının istifadəyə verilməsi 780 meqavat, 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə