Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
1   ...   17   18   19   20   21   22   23   24   25

 

59

lərinin  bir-birləri  ilə  əlaqəli  şəkildə  inkişaf  etdirilməsinin  sərf  edilən  resurslardan 



səmərəli istifadə və iqtisadi artım tempi baxımından mühüm əhəmiyyəti vardır.  

 Azərbaycanda  sənaye  məhsullarının  istehsalının  inkişaf  etdirilməsi  iki 

istiqamətdə  baş  verməlidir.  Birincisi,  mövcud  sənaye  müəssisələrinin  yenidən 

qurulması və ya onları əvəz edən yeni müəssisələrin yaradılması, ikincisi isə, yeni 

istehsalların  mənimsənilməsi  ilə  əlaqədar  olmalıdır.  Birinci  istiqamət  mövcud 

müəssisələrin  həddən  artıq  köhnəlmələri  və  bununla  da  onların  rəqabət 

qabiliyyətinin aşağı olması ilə əlaqədardır. Bununla yanaşı bu sahələrdə toplanmış 

bilik və təcrübə bu istehsalların yeni, daha yüksək səviyyədə mənimsənilməsinə və 

nəticədə istehsalın  texniki-iqtisadi səviyyəsinin  yüksəldilməsinə  səbəb olar.  kinci 

istiqamət  isə  ölkənin  sənayesinin  strukturunun  təkmilləşdirilməsi  ilə  əlaqədardır. 

Bu istehsallar daxili bazar və mövcud xammal və materialların emallıq dərəcəsinin 

yüksəldilməsi və emalı daha mürəkkəb olan məhsulların mənimsənilməsi ilə bağlı 

olmalıdır  ki,  bu  da  məşğulluğun  təmin  edilməsinə  müsbət  təsir  göstərsin.  kinci 

istiqamətin  inkişafı  hökumət  tərəfindən  uzun  müddətli  tədbirlərin  işlənib 

hazırlanmasını  tələb  edir.  Belə  ki,  bu  tədbirlər  həm  kadrların  hazırlanmasını, 

bazarların  müəyyən  olunması  və  mənimsənilməsi  istiqamətində  tədbirlərin  həyata 

keçirilməsini,  həm  də  yeni  texnologiyanın  cəlb  edilməsi  və  onun  mənimsənilməsi 

və inkişafı üzrə elmi-texniki bazanın yaradılmasını tələb edir.   

Ölkədə neft və qaz emalının həcminin artması kimya və neft-kimya sahəsinin 

inkişaf  etdirilməsi  üçün  əlverişli  şərait  yaradır.  Bu  sahədə  böyük  təcrübə  və  elmi 

potensial  mövcuddur.  Belə  ku,  ölkədə  neft  emalı  və  neft-kimya  sahələrində  elmi-

tədqiqat və layihə işlərini həyata keçirən Neft-Kimya Prosesləri Elmi-Tədqiqat  ns-

titutu, Aşqarlar Elmi-Tədqiqat  nstitutu, Olifenlər Elmi-Tədqiqat  nstitutu, Polimer 

Materialları  Elmi-Tədqiqat  nstitutu,  «Azərkimya»  Dövlət  Şirkətinin  Layihə  nsti-

tutu mövcuddur. Qeyd etmək lazımdır ki, neft-kimya sənayesinin perspektiv inkişa-

fı  mövcud  istehsalların  köklü  şəkildə  yenidənqurulması  və  bir  sıra  yeni  sahələrin 

yaradılması  ilə  əlaqədar  olmalıdır.  Mövcud  istehsallardan  «Etilen-Polietilen»  za-

vodunda "EP-300" və "Polimer-120" qurğularının yenidən qurulması və "EP-300" 

qurğusunda istehsal edilmiş aralıq məhsulları emal edən sahələrdə müasir tələblərə 



 

60

cavab  verən  yeni  qurğuların  tikilməsi  ilə  əlaqədar  olmalıdır.  Təhlil  göstərir  ki, 



yuxarıda  qeyd  edilən  qurğular  istisna  olmaqla,  kimya  və  neft  kimya  sənayesində 

mövcud əsas fondların əksəriyyəti mənəvi və fiziki cəhətdən köhnəlmişdir.  

Neft-kimya sahəsinin inkişafında mühüm istiqamətlərdən biri istehsal olunmuş 

aralıq məhsullar əsasında son istehlak məhsullarının istehsalının təşkilidir. Ölkədə 

neft-kimya  sənayesinin  son  məhsulları  olan  polietilen,  polipropilen  və  polivinilx-

lorid  istehsallarının  yaradılması,  bu  materiallar  əsasında  geniş  çeşiddə  tikinti, 

maşınqayırma və digər sahələrdə istifadə edilən istehlak məhsullarının və müxtəlif 

məmulatların  istehsalının  inkişaf  etdirilməsi  mümkündür.  Belə  məhsullara  plastik 

borular və  şlanqlar,  polietilendən  kisə  və  paketlər,    polivinilxloridddən  borular və 

santexnik məmulatları, polimer örtüklər və s. aiddir. 

Azərbaycanda tikinti materialların sənayesinin inkişaf inkişaf imkanları böyük 

olan  sahələrdən  biri  lak-boya  materiallarının  istehsalı  ilə  əlaqədardır.  Bu  sahənin 

inkişafı kimya və neft kimya sənayesinin inkişafı ilə bağlıdır.  

Metallurgiya  sənayesi  istehsalın  miqyasının  böyük  olması  ilə  fərqlənir.    Belə 

şə

raitdə istehsalın miqyasının aşağı olduğu hallarda məhsulun maya dəyəri optimal 



ölçülü müəssisələrə nisbətən yüksək olur. Araşıdrmalar göstərir ki, hazırda metal-

lurgiya sənayesinin yenidən qurulmasına ehtiyac var.  

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli Sərəncamı ilə 

səhmləri dövlətə məxsus “Azərbaycan Polad  stehsalı Kompleksi” QSC-nin yaradıl-

ması  ölkədə qara  metallurgiyanın  inkişafında  yeni  mərhələnin başlanmasına  yol  aç-

mışdır.  Tərkibinə  “Daşkəsən  Filizsaflaşdirma”  ASC-nin  də  daxil  olduğu  bu  komp-

leksdə Gəncə şəhərinin və Daşkəsən rayonunun ərazilərində dəmir filizinin hasilatın-

dan polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin 

layihələndirilməsi,  tikintisi  və  idarə  olunması,  bu  sahədə  yeni  texnologiyaların 

tətbiqi,  maddi-texniki  bazanın  müasirləşdirilməsi  və  ondan  səmərəli  istifadə,  habelə 

bu sahənin inkişafı ilə bağlı digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.  

Sumqayıt  Kimya  Sənaye  Parkının  ərazisində  “Azərtexnolayn”  Məhdud 

Məsuliyyətli  Cəmiyyətinin  Polad  Boru  Zavodu  qara  metallurgiya  sənayesinin 

inkişafı baxımından  mühüm əhəmiyyətə malikdir. Layihəyə uyğun olaraq zavodda 




 

61

Türkiyə, Almaniya,  taliya və Çin texnologiyaları əsasında ildə 75 min ton müxtəlif 



böyük  diametrli  polad  boruları  istehsal  ediləcəkdir.  Burada  istehsal  olunan 

boruların  xaricə,  o  cümlədən  Rusiyaya,  Qazaxıstana,  Gürcüstana,  Türkmənistana 

və digər ölkələrə ixrac edilməsi planlaşdırılır. 

Ə

lvan  metallurgiya  üzrə  Gəncə  şəhərində  yerləşən  “Det.Al  Alüminium” 



MMC-yə  məxsus    alüminium  zavodunun  istifadəyə  verilmiş  1-ci  korpusunda  il 

ə

rzində  54  min  ton  yüksək  keyfiyyətli  ilkin    alüminium  istehsal  olunmuşdur. 



stehsal  gücü  ildə  50  min  ton  olacaq  2-ci  korpusun    tikintisinə  2014-cü  ildə 

başlanılmışdır.  Bununla  yanaşı,  istehsal  edilən  ilkin  alüminiumdan  son  məhsul 

istehsalının  təşkil  edilməsi  məqsədi  ilə  2013-  cü  ildə  “Det.Al  Alüminium”  MMC 

tərəfindən  illik  istehsal  gücü  50  min  ton  (15  min  ton  boyalı,  35  min  ton  boyasız)  

xarici  bazarda  yüksək  tələbata  malik  alüminium  yayma  məhsulları  (lövhənin 

qalınlığı 0.2-8 mm) olan Təzyiqlə Emal və Boyama Zavodu istifadəyə verilmişdir. 

Müasir dövürdə ölkədə sənayenin perspektivli sahələrindən biri neft-maşınqa-

yırma  sahəsidir.  "Azneftkimyamaş"  ASC-nin  restrukturizasiya  olunması,  onun 

inkişaf  strategiyasının  müəyyən  olunması  və  iri  investisiya  qoyuluşlarının  həyata 

keçirilməsi əsasında yenidən qurulması məqsədəuyğundur. Bu şirkətin inkişaf planı 

onun fəaliyyətinin bütün tərəflərini əhatə etməlidir. Şirkətin istehsal və xidmət böl-

mələrinin, təcrübə və konstruktor bölmələrinin yenidən qurulması, təşkilati və ida-

rəetmə  strukturunun  təkmilləşdirilməsi,  perspektiv  satış  bazarlarının  və  məhsul 

çeşidlərinin müəyyən olunması, bunların istehsalını təşkil edə bilən kadrların hazır-

lanması və s. bu kimi məsələləri əhatə edən kompleks inkişaf planının hazırlanması 

zəruridir.  Fikrimizcə,  ölkəmizin  neft  hasilatı  ilə  məşğul  olması  və  neft  hasil  edən 

ölkələrə qonşu  olması,  bu  sahədə  mövcud  təcrübə  neft  mədən  avadanlıqları  isteh-

salı  sahəsinin  inkişafını  məqsədəuyğun  edir.  Neft  maşınqayırma  sahəsinin  inki-

ş

afını xarici şirkətlərələ  strateji  əməkdaşlıq  şəklində  də  həyata  keçirilə bilər.  Belə 



ki,  hazırda  texnologiyanın  cəlb  edilməsi  üçün  xarici  müəssisələrə  birbaşa  investi-

siya  səmərəli  yollardan  biri  hesab  edilir.  Bu  baxımdan,  xarici  neft  maşınqayırma 

ş

irkətində  hökumət  əhəmiyyətli  paya  malik  olmaqla  bu  şirkətin  imkanlarından 



istifadə etməklə yerli neft maşınqayırma sahəsinin inkişafına nail olmaq olar.  


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə